A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə60/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   56   57   58   59   60   61   62   63   ...   168

 213 

açıb "uzun" düzməyə başladı. Mən atdım–"se". O atdı "pənc". 

Murtuz hər iki zəri əlinə alıb dedi: 

–Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailən 

böyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü! 

–Özümüzə çatır. Dübarə! 

–Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar. 

Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, daha 

yaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düz 

demirəm? Hamı istəyər axı. 

–Doğrudur. 

–Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bu 

cəhənnəm istisində qalmışam burda. Özüm də  xəstə. 

Cəhənnəmə, dünyanı  mən düzəltməyəcəm ki, bir iyirmidən, 

otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimi 

çəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, o 

imtahan verib instituta girənin də. 

Mən zərləri kənara qoydum: 

–Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də. 

Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Amma 

bu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefi-

damağı necə olsun? 

Murtuz əllərini havada yellədi. 

–Məsələ  də elə burdadır də. At zərivi. Yeqanlar! Burda 

ortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrət 

məsələsi. Şeş se. Bu şeş, bu da se. 

–Bilmədin, se əldən idi. 

–Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi. 

– Deyir tüpürürəm sənin otuz mininə  də,  əlli mininə  də. Bir 

parça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsiz 

qalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözünün 

içinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox? 

–Elədir ki, var, – dedim. – Şeş qoşa! 

–Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə  iş tutaq ki, 

xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir. 



 214 

Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaq 

olmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millət 

bizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki bir 

məndən nə istəyir!... Zəki, bilirsən, bizim millətin gözəl bir 

ənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki... 

Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu bilə 

bilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözü 

yarımçıq qaldı.  

Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi. 

İkinci kişini ilk dəfə görürdüm. 

–Xoş gəlmisiniz, buyurun, Sadıq,   içəri keçin. 

Zəki müəllim, bizim xalaoğluyla tanış ol. 

–Çox şadam, Zəki İmanzadə. 

–Teyyub Cahangirov. 

–Zəki müəllim, deyəsən qonağın var? 

–Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətli 

müəllimlərdəndir. 

Sadıq əl verdi: 

–Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik. 

İndi şükür, feyziyab olduq. 

Murtuz dedi: 

–Yaxşı igidin adını eşit, üzünü görmə.  

Sadıq irişdi: 

–Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəki 

müəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, – 

deyəsən marsdı? 

–Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzu 

burda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciət 

etdim: – Çaydan, çörəkdən? 

Razılıq etdilər. 

–Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşı 

qulluq eləyə bilməyəcəm. Amma indi olandan... 

–Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən, 

dedik bir baş çəkək, görək nə var, nə yox. 



 215 

–Hə, lap yaxşı. Çoxdan görünmürsən, Sadıq. 

–Əşi, iş-güc qoyur ki! 

–Bir–birimizin kef-əhvalı haqqında, ailələr haqqında nə 

mümkünsə hamısını soruşub cavab aldıq. Hava söhbəti də, 

necə deyərlər, tamama yetdi. Daha danışmağa söz yox idi. 

Sükut çökdü. Sadıq "Kazbek" çıxardıb hamıya təklif etdi. 

Murtuz çəkən deyildi. Teyyub alıb çəkməyə başladı. Sadıq bir 

qullab vurub dedi:  

–Zəki müəllim, sən ki, maşallah, çəkən deyilsən, – sonra 

üzünü Teyyuba tutub əlavə etdi: – Zəki müəllim  nə papiros 

çəkər, nə də o zəhirmardan dilinə vurar. 

Teyyub nə isə anlaşılmaz bir şey fısıldadı. Bu kök, yekəpər, 

qırmızısifət,  şişman kişi bayaqdan bəri öz adından başqa bir 

kəlmə belə söz deməmişdi. O, yalnız parovoz kimi tövşüyür və 

üzündən salxım-salxım axan tərini silirdi. 

Sadıq hırıldadı: 

–Doğrusu, Zəki müəllim, qulağıma bir söz çatıb, amma heç 

inanmağım gəlmir. Deyirlər maşın almaq istəyirsən. Necə 

söhbətdi? 

–Nədi ki, yetim əlində qoğal əcayib? 

–Eh, ay Zəki muəllim, kaş elə  mən də  sənin kimi yetim 

olaydım! 

Sadıq bunu deyəndə Teyyub bərkdən kişnədi. Güman ki, bu 

onun gülüşü idi. Sadıq irişə-irişə davam etdi: 

–Adamın bir-iki nəfər sənin kimi "yetim" dayısı olsa, nə 

dərdi var? Zəki müəllim, sözüm ondadır ki, belə səninlə maşın 

nə isə uyuşmur e. Sən belə  təmkinli, sakit adamsan, suyu 

üfürə–üfürə içirsən, səni rul dalında heç təsəvvür edə bilmirəm. 

Hə, Zəki müəllim, mən ölüm, vur bura! – Sadığın üzünün 

ifadəsi ciddiləşdi. – Amma zarafat bir yana qalsın, lap yaxşı 

fikrə düşmüsən. Maşın ayrı aləmdir! – O, Murtuza tərəf döndü. 

– Müəllim məndən yaxşı bilər, elə  rəhmətlik Sabir kişi də 

deyib ki, əcnəbilər balona minib göydə mayallaq aşırlar, biz 

hələ avtomobilə də minmirik. 



 216 

–Sabir bir az ayrı cür yazıb, – deyə Murtuz sözə qarışdı. – 

Amma ümumiyyətlə maşın yaxşı  şeydir. Mən özüm də bir 

"Volqa"dan, "Pobeda"dan almaq istəyirəm. Oğlum iki ayağını 

dirəyib bir başmağa. Görək, gələn il düzəlsə... 

Sadıq birdən Teyyubun çiyninə şappıltı ilə çəkdi və hər ikisi 

bərkdən qaqqıldadı. 

–Necə  yəni düzəlsə, ay rəhmətliyin nəvəsi! Teyyub lələnin 

canı sağ olsun! Bütün Bakının cəmi maşınları bu kişinin 

ixtiyarında! Ölməmişik ki, haçan desən qulluğunuzda hazırıq! 

–Qul sahibi olasınız. Çox sağ ol, əzizim, çox razıyam. 

–Yox, öz canımçün doğru sözümdür. Yaxşı, sən ki, Zəki   

müəllim "Volqa"nın açarını qoymusan cibinə! 

Mən əvvəl başa düşmədim, sonra isə anlayıb güldüm. 

–Ay Sadıq, bəxtəvərlikdən dəm vurursan. Açar-zad nədi, a 

kişi, qoy oturmuşuq. Hələ növbəyə yazılmışam, məndən qabaq 

yüzə  qədər adam var. Özü də "Volqa"ya gücüm çatmaz, 

"Moskviç" almaq istəyirəm. 

Sadıq və Teyyub elə  bərkdən  şaqqıldadılar ki, (Teyyub, 

daha doğrusu, kişnədi) elə bil qarşılarında mən – Zəki 

İmanzadə deyil, Molla Nəsrəddinin özü oturub ən duzlu 

lətifələrindən birini danışırdı. 

–Ay Zəki müəllim, ay Zəki müəllim, idealist olub qaldın! Ə 

kişi, növbəylə kim maşın alır! Növbəyə dursan, on il də 

duracaqsan! 

–Camaat necə, mən də elə. 

Hiss edirdim ki, şablon sözlər deyirəm. Ançaq bəzən elə 

şərait olur ki, həqiqəti, doğrunu məhz  şablon sözlərlə ifadə 

etmək lazım gəlir. 

Birdən Sadıq sanki nə isə xatırlayıb mənə baxdı. 

–Dayan, dayan, Zəki müəllim, deyirsən "Moskviç" 

istəyirsən? 

–Aha, 

–Çox gözəl, çox da pakizə! – Sadıq  əlini-əlinə vurub 



Teyyuba tərəf döndü. – Teyyub, bu saatca ağlıma bilirsən nə 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə