A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə62/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   58   59   60   61   62   63   64   65   ...   168

 221 

Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdən 

keçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım, 

gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan – 

avtomobil alverçiləri Teyyub Cahangirovdan və Sadıq 

Məhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşa 

haramzada indi məhkəmə salonunda da cüt oturmuşdular. 

Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı. 

Küçədə, bayırda hamı ondan danışırdı. 

İnstitutda 

müəllimlərdən biri məndən soruşdu: 

–Oxumusan? 

–Hə. 

–Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifin 



oğlu bizim institutda oxuyur. 

–Kimin oğlu? 

–Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir. 

Uzunsaç. 

Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Bu 

həmin bildir kəsdiyim oğlan idi. 

–Necə oxuyur? – deyə soruşdum. 

–Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir. 

Bilmirəm heç bura necə düşüb. 

Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuz 

deyirdi təzə maşını var. O, maşını institutun həyətində 

saxlayırdı. Mən həyətə qaçdım. 

Bəlkə  də  məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki, 

Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişə 

gec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl "Moskviç"in 

44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanına 

getdim. 

 

1960 




 222 

 

 



DAĞ DAĞA RAST GƏLMƏZ... 

 

Qadın bərbərxanası yaman tünlük idi. Necə deyərlər, tükü–



tükdən seçmək olmurdu. Şıdırğı  iş gedirdi, saçlarını vurduran 

kim, saçlarını burduran kim, saçlarını yuduran kim. Başlarını 

boyadanlar bir yanda, manikür edənlər bir yanda, pedikür 

edənlər bir yanda... Bir tərəfdən də ki, növbə gözləyənlər... 

Bərbər qızlar  əldən qıvraq idilər. Qayçılarla, daraqlarla, 

cürbəcür alətlərlə, elektrik qızdırıcı cihazlarla elə zirək, elə 

ustalıqla işləyirdilər, deyəsən mürəkkəb bir kosmik maşını 

idarə edirdilər. Kürsülərdə  əyləşmiş qadınların başlarındakı 

əcaib qurğular – fenlər də  əfsanəvi kosmik elçilərin 

skafandrlarını andırırdı. Üstəlik bu "skafandrlar"dan təyyarə 

uğultusuna oxşayan səslər gəlirdi. 

İki yanaşı kürsüdə iki gənc qadın oturmuşdu. Onların da 

başlarında hündür "skafandrlar" vardı. Qadınlar bir-birlərini 

görmürdülər, çünki başlarını yana çevirə bilmirdilər. Dümdüz 

qabağa, qənşərlərindəki güzgülərə baxırdılar. 

Bərbər qızlar hey ora-bura şütüyürdülər. Nəhayət bütün bu 

dəsgah sona çatdı. Eyni vaxtda bərbər qızlar hər iki qonşu 

qadının başlarını qurğulardan azad etdilər, saçlarını ətirlədilər, 

tellərinə son dəfə sığal verdilər. 

Qadınlar eyni bir vaxtda kürsülərdən qalxdılar, bərbərlərlə 

vidalaşdılar, yenə  də bir-birlərini görmədən ikisi də asqılığa 

tərəf addımladılar. 

Soldakı qadın asqılığa daha tez çatdı. Paltosunu aldı, 

geyinmək istəyəndə qoluyla o biri qadına toxundu və dərhal da 

nəzakətlə: 

– Bağışlayın – dedi. 

O biri qadın eyni nəzakətlə: 

–Eybi yoxdur – dedi və öz şlyapasını   başına qoydu. 

Bu səsi eşidərkən paltolu qadın bir an ayaq saxladı, dönüb 



 223 

diqqətlə  şlyapalı qadına baxdı.  Şlyapa sifətinin yarısını 

gizlətmişdi, gözləri görünmürdü, ancaq paltolu xanım 

ərinmədi,  əyilib aşağıdan qarşısındakı qadının düz gözlərinin 

içinə baxdı və sevinclə: 

– Bıy, bıy, başıma   xeyir,   Validə, sənsən? – deyə çığırdı. 

Elə çığırdı ki, bütün salondakılar çevrilib onlara baxdılar. 

Validə bir an quruyub qaldı, sonra ani bir şaşqınlıqdan sonra 

eyni çılğınlıqla qışqırdı: 

–Az, az, az Xalidə? Ay qız, Xalidə, sənsən?  

Validə  və Xalidə bir-birlərini qucaqladılar, mehriban 

görüşüb öpüşdülər. 

Xalidə: 

–Ay qız, nə yaman dəyişmisən – dedi. – Küçədə görsəydim 

dünyasında tanımazdım. İndi də səsindən tanıdım. 

Validə: 


–Amma sən heç dəyişməmisən. Elə  həmin Xalidəsən ki

varsan. Elə bil universitetdən dünən çıxıb ayrılmışıq. 

–Eh, ay qız, nə danışırsan? Zarafat deyil e,   üç il keçib. 

–Üç ildən də artıq. Deyim sənə də... deməli indi oktyabrdır, 

həmi? Düz üç il, beş ay. 

–Gör vaxt nə tez keçir e... Ay Validə, vallah, elə bil dünən 

idi. Yadında, ingilis dili müəlliməsi, yadında? Ay həv yu Ha, 

ha, ha... 

– Hau du, yu du... ha, ha, ha... 

Validə Xalidənin qoluna girdi. Rəfiqələr bərbərxanadan 

çıxdılar, şirin söhbət edə-edə küçəylə addımladılar. 

Validə: 


–Ay Xalidə, amma belə rəfiqəlik olmaz, belə dostluq olmaz 

ha... – dedi, – heç itirib axtarmırsan. Axı necə olsa beş il bir 

partanın dalında oturmuşuq. 

–Day demə... Amma mən axı burda deyildim, iki il idi 

ərimlə xaricdə idik. 

–Yoldaşın nəçidir ki? 

–Həkimdir. Sən tanımazsan yəqin. 



 224 

–Oğuldan-uşaqdan nəyiniz var? 

–Bir oğlumuz var, bir qızımız... Bəs sən neçə  Validə? 

–Mənim yoldaşım da mühəndisdir. Bir qızımız var... 

Yoldaşım yaman oğlan istəyir, amma elə bir uşaqla da çətindir 

e... 


–Day demə, Validə.  İkisi lap müsibətdir. Yenə  şükür, 

mənim işim... e... necə deyim sənə, müdir bir yaxşı adamdır, 

icazə verib ki... belə  də... deyir   vacib deyil ki, bütün günü 

mıxlanıb oturasınız iş yerində... 

–O cəhətdən,  şükür bizdə  də yaxşıdır. Çünki, a Xalidə, bu 

tədqiqat işidir, bunun kitabxanaya getməyi var, arxivə getməyi 

var. İşə də dəyirik, əlbəttə, amma daha… 

Xalidə gülümsündü: 

–Arxivdir də... öz aramızdır – deyə  pıçıltıya keçdi və 

saçlarını göstərərək əlavə etdi: – guya mən indi arxivdəyəm. 

Validə də gülümsündü: 

–Mən də... kitabxanada... – dedi və xəbər aldı: İş yerin evinə 

yaxındır? 

–İki addımlıqda. 

–Bəxtəvər. Mən metroyla bir stansiya gedirəm. Bir stansiya 

evimizin böyründədir, biri   də lap   idarəmizin altında... Ərin 

yaxşı qazanır? 

–Niyə, sağlığına, heç nədən korluq çəkmirik.  

–Neçə otağınız var? 

–Üç. Bəs sizin? 

–Bizimki də üç Maşın? 

–"Jiquli". 

–"Moskviç". 

–Görünür, maşallah, sizin də dolanacağınız pis deyil. 

–Bola-bol çatır.  Ərim də deyir mənə ki, axı  sənin maaşın 

bizim nəyimizə lazımdır, çıx işdən, otur evdə. Deyirəm, xeyir, 

heç elə söhbət yoxdur. İstəyirsən tanış-biliş  məni 

domoxozyayka    saysın. Bağışlayacaqsan. Mən elmi işçiyəm.                      

–Day denən sənin  ərin də  mənim   ərimin   tayıdır ki, ay 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə