A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə61/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   57   58   59   60   61   62   63   64   ...   168

 217 

gəldi? Sən öl, sənin "Moskviç"in lap Zəki müəllimin malıdı! 

Teyyub nə isə  fısıldadı. Sadıq eyvandan əyilib, aşağıda 

qapımızın ağzında dayanmış yaşıl "Moskviç"i göstərdi. – 

Budur e, elə burda dayanıb. Teyyub "Volqa" alıb, odur ki, elə 

bu "Moskviç"i verməyə adam axtarırdı. Özü də  qət təzə 

maşındı. 

Murtuz xəbər aldı: 

–Nə qədər gedib? 

–Cəmi-cümlətanı beş min iki yüz kilometr! Özü də, 

canımçün, motoru saat kimi işləyir. Hə, Zəki müəllim, 

sağlığına qismət olsun! 

–Çox sağ ol, Sadıq, amma bu nisyə söhbətdir. Bu saat 

mənim maşın almaq imkanım yoxdur. Mən bir ilə, il yarıma 

nəzərdə tutmuşdum. 

–Eh, ay Zəki müəllim, Teyyub elə oğlanlardan deyil. Götür, 

maşın olsun sənin. Pul-zad da lazım deyil. Mən elə bunu 

Teyyubun da adından deyirəm, neçün ki, xasiyyətinə bələdəm. 

–Yaxşı qanmadım, necə  yəni? – Mən bunu deyəsən bir 

qədər sərt dedim, çünki Sadıq nə isə tutulan kimi oldu və 

dərhal sözü dəyişdi. 

–Yox, onu deyirəm ki, yəni qaçhaqaç deyil ki, dostuq, 

aşnayıq. Adamın adama doverisi olar. Götür maşını işlət. Pulun 

da vamnan verərsən. Bir hissəsini indi, bir hissəsini bir il, il 

yarımdan sonra, haçan kefin istəsə! 

–Çox sağ ol Sadıq, amma bu havayı danışıqlardı, keç ayrı 

söhbətə. 

Sadıq susdu və  nədənsə  əyri-əyri Murtuza tərəf baxdı. Bu 

baxışı  mən də, Murtuz da tutduq. Az sonra Murtuz ayağa 

durdu: 


–Zəki, telefon hardadır, mənim bir uzun-uzadı telefon 

söhbətim var. 

Murtuz o biri otağa keçdi. Sadıq stulunu mənə yaxın çəkib 

səsini bəmə saldı. 

–Zəki müəllim, vallah, sənin belə  qəribə xassiyyətin var e! 



 218 

A kişi, biz də sovet vətəndaşıyıq, vətəndaşlıq borcumuzu da 

bilirik və indi bacardığımıza, fərasətimizə görə yerinə 

yetirməyə də çalışırıq. Amma belə vasvasılıq da yaxşı deyil də, 

he, he, he! Zəki müəllim, yaxşı, sən maşını mağazadan yox, 

bizdən alsan, pulunu da birdən yox, erməni demiş "qamas-

qamas" versən dünya dağılmaz ki, sovet hökumətinə bir şey 

olmaz ki, hə?  

–Yox, olmaz. 

–Nə olmaz? 

–Sovet hökumətinə bir şey olmaz, amma o sən deyən iş də 

olmaz, baş tutmaz. 

–Bax, bu olmadı da, Zəki müəllim, sən özünü bizə yad 

biləndə, biz də səni yaxın saya bilmərik, bir sözümüz, dərdimiz 

olsa, deyə bilmərik. Hə? Mən ölüm, necə sözdü? 

Mən nəzakət və qonaqsevərlik haqqında bütün bildiklərimi 

səfərbər edib gülümsənən sayaq oldum. 

–Yox, niyə ki... 

–Bilirsən, Zəki müəllim, indi mən sənin yanına  ərk eləyib 

gəlmişəm. Bizim xalanəvəsi, Teyyubun oğlu sənin sənətini 

seçib. Deyir elə mən də Zəki dayım kimi olmaq istəyirəm. Hə, 

indi dokumentlərin də verib sizin instituta. Maşallah, çox 

zəkalı, qabiliyyətli uşaqdır, amma bir az utancaqdır, bir də belə 

çox nervnidir, imtahan-zad olanda da lap özünü itirir

bildiklərini də yadından çıxarır, görürsən dili tutuldu, bir kəlmə 

danışa bilmədi.  İndi, Zəki müəllim, uzun sözün qısası, səni 

deyib gəlmişik. Teyyub mənə deyəndə dedim xalaoğlu, sən lap 

arxayın ol, ürəyivi buz kimi elə, Zəki müəllim mənimlə 

qaranoydı, qardaş kimiyik, sözümü yerə salmaz. Zəki müəllim, 

gərək elə biləsən öz balandır. Necə deyərlər, əti sənin, sümüyü 

mənim, gərək ona kömək eləyəsən, biz orda səndən başqa heç 

kəsi tanımırıq.  İndi sən özün bil də, kimi görmək lazım, nə 

lazımdı, göz üstə! Sən ancaq bizə papaq elə! 

Teyyub nəhayət dilləndi: 

–Xəcalətdə qalmarıq, – deyə fısıldadı. 



 219 

Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngim 

də qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bil 

nitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıb 

mənə uzatdı: 

–Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burda 

yazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən, 

hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidən 

küçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyib 

uşağı tapşırırıq, sən də  gərək bizi dost biləsən, ürəyimizi 

qırmayasan, maşını qaytarmayasan. 

–Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı. 

Mən kağızı Sadığa uzatdım: 

–Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdim 

ki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün daha 

da pərtləşirdim, – səninlə  də beş il qonşu olmuşuq. Amma, 

doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günə 

qədər səni tanımamışam, nə yuvanın quşu olduğunu 

bilməmişəm. İndi tanıdım. 

Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünü 

ələ alıb dedi: 

–Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənə 

dost kimi... 

–Mənim sən adda dostum yoxdur. 

–Belə oldu? 

 –Hə, belə oldu.  

–Axır sözündür. 

–Ümumiyyətlə səninlə axır görüşümdür. 

Teyyub fısıldaya-fısıldaya: 

–Bacıoğlu, bəlkə "Moskviç"i bəyənmədin, "Volqa" 

düzəldərik, – dedi. 

Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox

ciddi təklif kimi deyirdi. 

–Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram. 

Mən onların ardınca qapını  çırpan kimi Murtuz təəccüblə 



 220 

soruşdu: 

–Nə oldu? 

–Heç nə əşi. İti qovan kimi qovdum. 

–Niyə axı, nə deyirdilər ki? 

Biz eyvana çıxdıq. 

Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım. 

–Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar! 

Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmadı... çətindi.  İki 

bir.  Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bic 

tuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəlik 

sənə böhtançı adı da yaxarlar, kitab bağlanar. 

–Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır, 

marssan ha. 

–Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Ay 

dörd çahar hardasan? 

–Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi. 

–İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı. 

Maşın qapısının  şappıltısı  eşidildi. Çağrılmamış "qonaqlar" 

yaşıl "Moskviç"lərinə  əyləşirdilər. Birdən gözüm maşının 

nömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığım 

zərlərin eyni idi: 44-44. Dörd çahar. 

– Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bunu 

necə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi? 

Murtuz köksünü ötürdü: 

–Allah ondan mənə vermir ki... 

Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o il 

Teyyubun oğlu birinci imtahandan üç aldı, mənim 

imtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı, 

uşağın nə  təqsiri vardı?), bir suala belə cavab verə bilməyib 

kəsildi. 

Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuz 

qalmışdı. Mən isə ailəmi bir "Pobeda"ya doluşdurub Göy gölə 

aparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, amma 

ümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə