Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə152/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   148   149   150   151   152   153   154   155   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
282 
necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan  ətraf mühit problemlərinin 
həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün Beynəlxalq 
ekoloji  təşkilatların  proqram  sənədinə  çevrilmiş  ―Dayanıqlı  inkişaf‖  konsepsiyası  qəbul  edilmişdir.  Bu 
konsepsiyada iqtisadi  inkişafın  ekoloji  tarazlıqla  vəhdət  təşkil  etməsi,   üstünlüyün  ətraf  mühitin 
qorunmasına  verilməsi,  ekoloji  problemlərin  ilk  növbədə  həllolunması,  gələcək  nəsillərin  imkanları 
məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq 
üçün  ilk  növbədə  iqtisadiyyatın səmərəliliyinin  yüksəldilməsi  və  ətraf  mühitin   qorunması  təmin 
olunmalıdır.  
Rio konfransının davamı kimi 2002-ci ildə Yoxa nnesburq şəhərində keçirilmiş Dünya sammitində 
dayanıqlı  inkişaf  prinsipləri  bir  daha  təsdiqlənərək  onların  reallaşdırılması  üçün  zəruri  tədbirlərin 
görülməsi xüsusi vurğulanmışdır.          
İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri 
kontekstə  çıxarmağa  məcbur  etmişdir.  Bu  gün  artıq  ətraf  mühitin  mühafizəsi  məsələləri  aparıcı 
beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. 
Azərbaycan  Respublikası son  illər sosial  və  iqtisadi  inkişaf sahələrində  kifayət qədər  rnailiyyətlər 
əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki 
nailiyyətlərin  artmasının  dayanıqlı  olması  ölkə  tərəfindən  əsas  prioritet  qismində  qəbul  edilmişdir. 
Ölkənin  ekoloji  strategiyası,  ətraf  mühitin  qorunması  sahəsində  fəaliyyətin  koordinasiyasının 
gücləndirilməsi  yolu  ilə  milli,  beynəlxalq  və  regional  səviyyələrdə  təbii  ehtiyatların  mühafizəsi,  elmə 
əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi 
və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, 
ölkəmizdə  ətraf  mühitin  mühafizəsi  sahəsində  ekoloji  siyasət  yeni  vüsət  almış  və  formalaşmağa 
başlamışdır.  Bu  həm  də  ekoloji  məsələlərin  ümumbəşəri  bir  problem  kimi  qəbul  edilməsi  ilə  də  izah 
edilir.  
Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi  «Dayanıqlı inkişaf» prinsiplərinə 
əsaslanan  «Azərbaycan  Respublikasının  ekoloji  Konsepsiyası»nı  qeyd  etmək  olar.  Bu  konsepsiyada 
respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə 
əsas prinsiplər öz əksini tapmışdı. 
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin 
ehtiyaclarının təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii 
ehtiyatlardan  səmərəli  istifadə  edilməsi  ilə  davamlı  inkişafın  təmin  edilməsindən  ibarətdir. Bunu 
gerçəkləşdirmək  məqsədi  ilə  təbii  ehtiyatlardan  istifadə  yolları  işlənib  hazırlanmalı  və  iqtisadiyyatın 
inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.  
İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana 
çıxan  ciddi  ekoloji  problemləri  aradan  qaldırmaq,  onların  ətraf  mühitə  mənfi  təsirinin   minimuma 
endirilməsi  tələb  olunur.  Müasir  dövrdə  yaranmış  ekoloji  durumu  və  sosial-iqtisadi  vəziyyəti  nəzərə 
alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini  müəyyənləşdirmək olar: 

 
ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma 
endirilməsi  və  mühafizəsinin  tənzimlənməsi  məqsədilə  Davamlı  inkişaf  prinsipləri  üzrə 
mütərəqqi üsulların tətbiq edilməsi

 
indiki  və  gələcək  nəsllərin   tələbatını  ödəmək  məqsədilə  təbii  sərvətlərdən  səmərəli  istifadə 
etmək,  alternativ,  qeyri-ənənəvi  metodlar  vasitəsilə  tükənməyən  enerji  mənbələrindən 
yararlanmaq və enerji effektivliyinə nail olunması; 

 
qlobal  ekoloji  problemlər  üzrə  milli  səviyyədə  tələbatların  qiymətləndirilməsi,  həlliyollarının 
müyyənləşdirilməsi, Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcədə milli potensial 
imkanlardan istifadə etməklə həyata keçirilməsinint əmin edilməsi. 
Ekoloji  siyasətin  əsas istiqamətləri  üzrə  qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  aşağıdakı  vəzifə 
və prinsiplər əsas götürülməlidir. 

 
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarəedilməsinin 
müasir üsullarından istifadə edilməsi; 

 
indiki  və  gələcək  nəsillərin  rifahının  yaxşılaşdırılmasını  təmin  edən,   stimullaşdıran  iqtisadi 
modellərin, texnologiyaların yaradılması və istifadəsi; 

 
eyni  və  müxtəlif  nəsillərin  nümayəndələri  arasında  təminatın  ədalətlilik  prinsipləri  əsasında 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
283 
həyata keçirilməsi; 

 
insanın  həyat  fəaliyyətini  təmin  edəbiləcək  ekosistemlərin  və  biomüxtəlifliyin  təbii  mühitinin 
olduğu kimi  qorunub saxlanılması. 
Prinsiplər: 

 
qısa  müddətli  və  uzun  müddətli  iqtisadi,  ekoloji  və  sosial  nəticələr  və  ehtimal  edilən  fəsadlar 
nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ 
variantların nəzərə alınması; 

 
ətraf mühitin mühafizəsis ahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının 
nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi; 

 
 ətraf  mühitin  hər  hansı  komponentinin   bərpa  olunmayan  dərəcədə  pozulmasına  səbəb  ola 
biləcək fəaliyyətin   qarşısınınalınması; 

 
ətraf mühitin mühafizəsinin təminedilməsi üçün aztullantılı, güclü və çox şaxəli iqtisadi inkişafın 
təminedilməsi; 

 
beynəlxalq  təşkilatlar  və  inkişaf  etmiş  ölkələrlə  ətrafmühitin  mühafizəsi  sahəsidə  əlaqələrin 
genişləndirilməsi; 

 
əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi. 
Ekoloji  siyasətin  həyata  keçirilməsinin  təzahürü  kimi  respublikamızda  Avropa  standartlarına 
uyğun  müvafiq  qanunvericilik  bazasının  yaradılmasını,  ətraf  mühit  üzrə  Dövlət  idarəetmə 
sisteminin  təkmilləşdirilməsini,  beynəlxalq  təşkilatlarla  əlaqələrin  genişləndirilməsi  yolu 
ilə  prioritet layihələrin tədricən realizə olunmasını qeyd etmək olar. 
Keçid  dövründə  respublikamızda  sosial  iqtisadi  proseslər  sürətlə  inkişaf  etdiyinə  görə  ekoloji 
siyasətdə də  yeni metod və prinsiplər üzə çıxarılır. Bu baxımdan ETSN tərəfindən hazırlanmış və  2003-
cü  ildə  Ölkə  prezidenti  tərəfindən  təsdiq  olunmuş  «Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa 
dair» Milli Proqram ekoloji siyasəti daha da təkimlləşdirilmiş səviyyədə özündə əks etdirərək, onun tətbiq 
edilməsi üçün imkanlar yaratdı. 
Bundan 
əlavə  əhali  arasında  ekoloji  təbliğatın  gücləndirilməsi,  orta  ümumtəhsil 
məktəblərində   ekologiya  və  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  tədris  saatlarının  artırılması  mühüm 
məsələlərdəndir.  Son  illər  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  qəbul  olunmuş  ətraf 
mühitlə  bağlı  bir  sıra  qanunlar  bu  sahədə  mövcud  olan  boşluqların  doldurulması  üçün  böyük  imkanlar 
açır. 
Mövcud  problemlərin  həll  edilməsi  üçün  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 
Beynəlxalq təşkilatlarla,  donor  ölkələrlə  əlaqələrin  genişləndirilməsinə  xüsusi  əhəmiyyət  verilir.  Beləki, 
BMT-nin  İnkişaf, Ətraf  Mühit,  Sənayenin  İnkişafı  proqramları,  NATO,  ATƏT,  Qlobal  Ekoloji  Fond, 
Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, 
Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq 
sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur. Ətraf mühit sahəsində beynəlxalq 
müqavilələrə  qoşulmağa  da  böyük  diqqət  yetirilir.  Beləki,  Azərbaycan  Respublikası  bu  günə  kimi 
20  konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.    
Ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və  ekoloji tarazlığı 
təmin etmək məqsədilə Dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da 
sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcəkdir. 
 
 
ABġERON  YARIMADASINDA ÇĠRKLƏNMĠġ  TORPAQLARIN  BĠOLOJĠ 
REKULTĠVASĠYASININ  APARILMA METODLARI 
 
Qurbanov  A.V.  
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün  əksər dünya ölkələrində bioloji kimyəvi üsullardan 
istifadə olunmaqla, həmin ərazilər  əkinəyararlı hala gətirilir. Azərbaycanın Abşeron yarımadası əsrlərdir 
neft  yataqları ilə  zəngindir,  intensiv  neftçıxarma  işləri  gedib.  Son  illər  aparılan tədqiqatlar    nəticəsində 
müəyyən edilmişdir ki, yarımadada belə yerlərin sahəsi 30 min ha çoxdur, bunun 13 min ha mazutlanmış, 
bitumlaşmış, neftli axar sularla bataqlaşmış və basdırılmış yerlərin payina düşür. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə