Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə151/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   147   148   149   150   151   152   153   154   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
280 
sürəti  və  qeyri-bərabər  inkişafı  və  s.  bu  kimi  xüsusi  faktorlar  isə  problemin  daha  da  kəskinləşməsində 
katalizator rolunu oynadı. 
Bütün  dünyanın  məhv  olma  təhlükəsinə  səbəb  olacaq  qlobal  ekoloji  problemlərin  yaranmasında 
İEOÖ  kimi  İEÖ  də  böyük  rola  maliklər.  Dünya  Səhiyyə  Təşkilatının  2015-ci  il  ―Ən  yüksək  ekoloji 
çirklənmə indeksinin qeydə alındığı ölkələr‖ adlı hesabatına əsasən  mövcud vəziyyətin ən təhlükəli həddi 
Rusiya, Çin,Peru, Hindistan, Türkiyə, Ukrayna, Braziliya kimi ölkələrdə qeydə alınmışdır. 
Bu gün həlli vacib ekoloji problemlər konteksində ozon qatının nazikləşməsi, qlobal istiləşmə kimi 
qlobal ekoloji problemlər əsas yer tutur. 
Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox 
azdır,  onun  əsas  kütləsi  stratosferdə,  yerdən  15-25  km  məsafədə  yerləşir. Ozon  təbəsi    Günəşdən  gələn 
ultrabənövşəyi  şüaları  udur,  onların  yer  səthinə  çatmasının  qarşısını  alır.  Ozon  qatının  dağılmasında 
―antropogen faktorun‖ rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur. Ozon qatının 
kəskin nazikləşməsi təhlükəsi ilk dəfə Antarktida üzərində müşahidə olunmuş və yaranmış ozon dəliyinin 
ölçüsü hətta ABŞ ərazisindən də böyük olmuşdur. Bugün isə ozon qatında baş verən dəyişikliklər ABŞ-
ın Milli Aeronavtika və Kosmos Akademiyası  (NASA), Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 
izlənilir və bu təşkilatların verdiyi məlumata əsasən hal-hazırda təhlükəli hədd Kanada, Şimali Avropa və 
Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur.  
Bugün  ozon  qatının  qorunması  problemi  dünya  ölkələri  üçün  həlli  vacib  qlobal  ekoloji 
problemlərdən  biridir.  Vəziyyətin  ciddiliyi  onunla  dərinləşir  ki,    ozon  qatının  bir  faiz  nazikləşməsi 
ultrabənövşəyi  şüalanmanın  təsir  gücünün  iki  faiz  artması  deməkdir.  Statistik  məlumatlar  göstərir  ki, 
mövcud problemin insan üçün ən ağır nəticəsi - dəri xərçəngi və bədxassəli melanoma xəstəlikləri, gözün 
kataraktası  və  göz  büllurcuqlarının  deformasiyasıdır.  Son  20  ildə  məhz  ozon  qatının  nazikləşməsinin 
nəticəsi olaraq 30-dan çox təhlükəli xəstəliklər əmələ gəlmişdir. Ətraf Mühitin Mühafizə Agentliyi hesab 
edir ki, əgər XFK-nın istifadəsinə nəzarət olunmasa, ən yaxın vaxtlarda katarakta daha 18 milyon nəfərə 
yayıla  bilər. BMT-nin  rəsmi  məlumatlarına  görə  isə,  ozon  qatının  cəmi  1%  azalması  dünyada  100  min 
yeni katarakta hadisəsinin və 10 min dəri xərçənginin yaranması ilə nəticələnir.  
Bundan  başqa,  ozon  qatının  dağılması  parnik  effektinin  güclənməsinə,  ekvator  zonasında 
planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, torpağın 
deformasiyasına,  ətraf  mühitin  ümumi  çirklənməsinə,  kəskin  istiləşməyə,  quraqlığa,  biosferə,  iqlimin 
dəyişilmələrinə səbəb olur. 
Problemin  həlli  istiqamətində  atılan  ən  uğurlu  addımlardan  biri  Monreal  şəhərində  qəbul  edilmiş 
―Ozon  Qatını  Dağıdan  Maddələr  Haqqında  Monreal  Protokol‖-u  dur.  Protokola  ozon  qatını  dağıdan 
maddələrin  istehsal  və  istifadəsinin  mərhələlər  üzrə  azaldılmasının  kompleks  qrafiki,  eləcə  də  həmin 
maddələrin  istehsal,  ixrac  və  idxalının  tənzimlənmə  tədbirləri  edilmişdir.  Eyni  zamanda,  Monreal 
protokolu ozon qatını dağıdan freonların istehsalının azalmasına gətirib çıxardı və onları ozon qatı üçün 
təhlükəli  olmayan  hidroxlorflüorkarbonlarla  (HCİFC)  və  hidroflüorkarbonlarla  (HFC)  əvəz  etməyə 
başladılar. Atılmış bu addım ozon qatının nazikləşməsi prosesini yavaşlatsa da, digər tərəfdən  HCİFC və 
HFC kimi maddələrin güclü istixana effektinə malik olmaları qlobal istiləşmə problemini daha da inkişaf 
etdirdi. 
Qlobal  istiləşmə  atmosferə  atılan  qazların  istixana  təsiri  yaratması  nəticəsində   Yer  səthinin  və 
Dünya  okeanının  orta  illik  hərarətinin  tədricən  artması  prosesidir.  İstixana  effektinin  nə  olduğunu 
anlamaq  üçün  üzəri  şüşə,  yaxud  şəffaf  plastiklə  örtülmüş  istixanada  gedən  prosesi  təsəvvür  etmək 
kifayətdir. Belə ki, işıq enerjisi bu qurğunun şəffaf örtüyündən keçərək burada olan bitkilər, torpaq, su və 
əşyalar  tərəfindən  udularaq  onları  qızdırır  və  beləliklə  istilik  enerjisinə  çevrilir.  İstiləşmiş  cisimlər  isə 
özündən  infraqırmızı  şüalar  buraxır.  Bu  şüaların  kənara  çıxmasına  istixana  örtüyü  qismən  mane  olur, 
beləliklə enerjinin bir hissəsi tutulub saxlanılır və istixananın içərisində olan havanın temperaturu yuxarı 
qalxır.  Oxşar  proses  Yer  kürəsində  də  baş  verir.  Günəş  şüalarının  çox  hissəsi  atmosferi  keçərək  yer 
səthinə  düşür  və  onu  qızdırır.  Yer  səthindən  çıxıb  onun  müəyyən  qədər  soyumasına  səbəb  ola  biləcək 
infraqırmızı  şüalar  kosmosa  istiqamətlənir,  lakin  Yerin  atmosferində  elə  qazlar  vardır  ki,  onlar 
infraqırmızı  şüaların  bir  hissəsini  əks  etdirərək  havanın  qızmasına  səbəb  olur.  Belə  qazların  miqdarı 
artdıqca, atmosferdə tutulub saxlanan enerjinin də miqdarı artır və Yerin temperaturu ümumilikdə yuxarı 
qalxır. 
Aparılan  araşdırmalar  nəticəsində  müəyyən  olmuşdur  ki,  son  10  ildə  Yer  kürəsində  orta  illik 
temperatur  0.8°C  artmış,  problem  həll  olunmadığı  təqdirdə  temperaturun  daha  2-5.8°C  artacağı  da 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
281 
bildirilir.  Bunun  nəticəsidir  ki,  2007-ci  və  2013-cü  il  son  150  ilin  ən  isti  ili  kimi  qeydə  alınmışdır.  Bəs 
problem həll olunmadığı təqdirdə hansı fəlakətlər baş verə bilər? 
-
 
  Buzlaqların əriməsi - Buzlaqların əriməsi qlobal istiləşmənin nəticələrinin ən çox nəzərə çarpan 
təzahürüdür və hesablamalara görə 20 il əvvəl dünyada buzlaqların qalınlığı indikindən təqribən 2 
dəfə  qalın idi.  Buzlaqların  əriməsi  nəticəsində  Dünya okeanına  axan  buz  kütləsinin  axma  sürəti 
təqribən  30  dəfə   artmışdır.  Mövcud  problem  Qrelandiya,  Antaraktida, Şimal  Buzlu  Okeanında 
qeydə alınmışdır. 
-
 
Dəniz və okean sularının səviyyəsinin artması - Okean səviyyəsinin qalxması Banqladeş, Misir, 
Qambiya,  İndoneziya,  Maldiv  Respublikası,  Mozambik,  Pakistan,  Seneqal,  Surinam  və  Tailand 
kimi sahilyanı ölkələrə xüsusilə güclü təsir göstərəcək. Belə ki, səviyyənin 1 m artması Maldiv 
adalarının  sahəsinin  80%-nin  su  altında  qalmasına,  Banqladeşdə  düyünün  istehsal  edildiyi  əsas 
bölgələri su basmasına və ölkə əhalisinin 10%-nin köçməyə məcbur olmasına, səviyyənin cəmi 
50  sm  artması  Misirdə  əhalinin  16%-nin  yaşadığı  Nil  çayı  deltası  ətrafındakı  torpaqların  çox 
hissəsinin su altında qalmasına səbəb olacaq. Səviyyənin qalxması Avropa ölkələrində, xüsusən 
Hollandiya  üçün  fəlakətli  olar,  Nyu-Yorkda  isə  şəhərin  çox  hissəsini,  üç  aeroportunu  və  bütün 
yeraltı nəqliyyat infrastrukturunu su basacaq. 
-
 
Quru landĢaftlarının transformasiyası - Orta en dairələrində temperaturun yaxın 100 illikdə 1-
3,5°C  qalxması  ekvivalent  sürətdə  bitki  örtüyünün  dəyişməsi  ilə  nəticələnəcəkdir.Ən  çox 
dəyişikiik  isə  arktik  və  subarktik  qurşaqlarda  baş  verəcəkdir:  kriosferin  komponentiəri  -  okean 
buzlaqları,  dağ  və  dəniz  buzlaqları,  daimi  və  mövsümi  qar  örtüyünün  sahəsi  və  baş  verdiyi 
müddəti  dəyişəcəkdir.  Landşaftlar  dəyişkənliyə  uğrayaraq  qütbə  doğru  hərəkət  edəcəklər. 
Landşaftların bəzi elementləri (tundra və meşə-tundra) iqlimin istiləşməsi zamanı tamamilə məhv 
olacaqlar. 
-
 
  Kənd  təsərrüfatı  istehsalının  kəskin  azalması  -  Çayların  deltaları  və  aşağı  axarları  ətrafında 
yerləşmiş  münbit  torpaqların  su  altında  qalması  nəticəsində  kənd  təsərrüfatı  məhsullarının 
istehsalı  kəskin  surətdə  aşağı  düşəcək  və  dünyada  ciddi  ərzaq  qıtlığı  başlayacaq.  Mərkəzi 
Asiyada,  Avstraliyada,  Cənubi  Avropada,  Mərkəzi  və  Cənubi  Amerikada  kənd  təsərrüfatı 
istehsalı kəskin aşağı həddi qeydə alınacaq. Azalmanın ən yüksək həddi (25%) qarğıdalı, düyü və 
buğda məhsullarında qeydə alınacaq. 
Göründüyü  kimi,  istər  İEÖ,  istərsə  də  İEOÖ  iqtisadi  maraqlarını  inkişaf  etdirmək  naminə  qlobal 
ekoloji  problemlərin  yaranmasına  səbəb  olsalar  da,  problemin  həm  təsir,  həm  də  həlli  baxımından 
çıxılmaz haldadırlar. Vəziyyət  İEOÖ-də daha da çətindir. Belə ki, İEOÖ  İEÖ-ə  nisbətən daha az gəlir 
əldə etdiklərindən, İEOÖ İEÖ-lə müqayisədə  iqlim dəyişikliklərinin təsirlərinə daha çox məruz qalırlar 
və  bu  təsirlərə  uyğunlaşmaq  üçün  çox  az  imkanları  vardır.  Bundan  əlavə,  İEOÖ-in  emissiyaları 
bütövlüklə  qalxır  və  İEÖ-ə  nisbətən  emissiyaların  adambaşına  düşən  səviyyələri  daha  azdır.  Bir  çox 
İEOÖ üçün emissiyaların mütləq səviyyəsi ekstremal dərəcədə azdır. Məhz bu səbəbdən problemlə bağlı 
qlobal razılaşma, İEÖ-in iqtisadi maraqlarını qorumaqla yanaşı, İEOÖ-in maraqlarına ünvanlanmalıdır. 
 
 
AZƏRBAYCAN  RESPUBLĠKASINDA  EKOLOJĠ  SĠYASƏTĠN 
 ƏSAS  ĠSTĠQAMƏTLƏRĠ 
 
Musayeva S.V. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Azərbaycan  Respublikası  zəngin  təbii  sərvətlərəvə  inkişaf  etmiş  sənaye  sahələrinə  malik  olan  bir 
dövlətdir.  Lakin  uzun  illərdən  bəri  yığılıb  qalmış  ekoloji  problemlər  vaxtında  öz  həllini  tapmadığı 
üçün  Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir.  Hazır da respublikamız da həllini 
təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzərdən izinin məişət və 
sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan 
ziyanlar,   atmosfer  havasına  zərərli  qazların  yolverilən  normadan  artıqatılması,  biomüxtəlifliyin 
azalması,  torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. 
1992-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  təşəbbüsü  ilə  Rio-de  Janeyro  şəhərində  keçirilmiş 
beynəlxalq  konfransda  qeyd  edildiyi  kimi,  dünyanın  gələcək  inkişafı  ilk  növbədə  ekoloji  problemlərin 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə