Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə159/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   155   156   157   158   159   160   161   162   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
296 
Sürüşmə hadisəsi daha çox Quba-Xaçmaz,  Dağlıq Şirvan və Lənkəran-Astara iqtisadi zolalarında 
geniş  inkişaf  etmişdir.  Həmin  iqtisadi  zonaların  ərazisində  sürüşmə  prossesləri  tez-tez  kənd  təsərrüfatı 
məhsullarını məhv edir, yolları dağıdır, yaşayış məntəqələrini təhlükə altında qoyur, təsərrüfat sahələrinə 
böyük həcmdə  ziyan  vurur və ətraf mühitə neqativ təsir göstərir. Digər tərəfdən sel və sürüşmə kütləsi 
yamaclarda  müxtəlif  qatların,  dərin-çökək  sahələrin  üzərində  səth  axınlarının toplanması  və  yamacların 
intensiv yuyulmasına gətirib çıxarır. 
Tədqiqatlar  nəticəsində  məlum  olub  ki,  yüksək  dağlıq  zonalarında  torpaqəmələgətirici  süxurların 
tünd rəngli göllərdən ibarət olduğu uzun və düz yamaclarda sürüşmə prosesləri bütün sahəni əhatə edir. 
Sürüşmələr  baş  verərkən  yamaclarda  torpaq  qatı  pozulur,  ağac  və  çəmən  bitkiləri  məhv  edilir,  geniş 
sahələr yararsız hala salınır. 
Sürüşməyə qarşı mübarizə məqsədi ilə yamaclarda meşə salınmalı, mühəndis qurğuları tikilməli və 
digər tədbirlər görülməlidir. 
Respublikamızın  ərazisində son onilliklərdə sürüşmələr 3-5,4  min km
2
,  sel  hadisələri  1,5-1,6  min 
km
2
,  yarğanlar  1,5  min  km
2
,  uçqunlar  min  km
2
,  külək  və  su  eroziyasına  məruz  qalan  36-38  min  km
2
 
ərazinin ekoloji vəziyyəti pisləşmişdir. 
Akademik  B.Ə.Budaqov  Böyük  Qafqazın  şimal-şərq  yamaclarında  sürüşmə  proseslərinin  xəritə 
sxemini  tərtib  etmişdir.  Bu  regionda  sürüşmə  prosesləri  əsasın  meşə  və  dağ-çəmən  zonalarında  geniş 
inkişaf etmişdir. 
Respublikamızda  yaranan  selin  intensivliyi  bir sıra  faktorlardan  asılıdır.  Buna leysan  yağışlarının 
davamlığı və intensivliyi, sel hövzəsinin böyüklüyü və forması, yamacın yüksək meylliyi, səthin xarakteri 
və  bitki  örtüyü,  çayın  su  rejiminin  tənzimlənməməsi  və  təsərrüfat  istifadəsi  aid  edilir.  Dağ-çəmən 
zonalarında bitki örtüyünün məhv edilməsi səbəbindən düşən güclü yağıntılar sel hadisənin baş verməsinə 
səbəb  olur.  Yüksəm  meylli  yamaclar  hövzəyə  axan  suyun  sürəti,  relyefin  qıfabənzər  forması  səth 
axınlarına  müvəqqəti  çətinlik  yaradır.  Yamacın  meylliliyin  azalmaı  isə  iri  hissəciklərin  dağətəyi 
ərazilərdə  gətirmə  konusları  yaratmasına,  xırda  və  narın  hissəciklərin  isə  mənsəbə  doğru  aparmasına 
səbəb olur. 
Yuxarıda  qeyd  etdiklərimizdən  göründüyü  kimi  respublikamızın  ərazisində  sel  və  sürüşmə 
prosesləri təbii və antropogen faktorların təsirindən baş verir və ölkənin torpaq örtüyünə məhvedici təsir 
göstərir. Sel, sürüşmə və eroziya kimi torpaq dağıdıcı proseslərin qarşısının alınmasının ən effektiv yolu 
fitomeliorativ tədbirlərdir. Həmin proseslərin intensiv getdiyi ərazilərdə meşəmeliorativ tədbirlərin həyata 
keçirilməsində mühüm diqqət tez inkişaf edən və uzunömürlü ağac növlərinə verilməlidir. 
 
 
NAXÇIVAN  MUXTAR RESPUBLĠKASININ  DAĞLIQ  ZONASI  TORPAQLARININ 
 MÜASĠR  EKOLOJĠ  VƏZĠYYƏTĠNĠN  QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Səfərli N.İ.  
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Dəniz  səviyyəsindən  orta  hesabla  1400  m  yüksəklikdə  yerləşən  Naxçıvan  MR-in  ərazisinin 
özünəməxsus  relyefi,  geomorfoloji  quruluşu,  iqlim  və  bitki  örtüyünün  müxtəlifliyi  kənd  təsərrüfatının, 
əkinçiliyin,  aqrotexniki  tədbirlərin,  suvarmanın  təsiri  altında  müxtəlif  torpaq  tiplərinin  formalaşmasına 
şərait yaratmışdır. 
 Suvarma  əkin  altındakı  torpaqların  uzun  müddətə  dincə  qoyulmadan  istifadəsi,  şumlanması, 
otlaqlarda  mal-qaranın  otarılması,  növbəli  əkin  sistemi  tətbiq  etmədən  təkrarən  eyni  bitkilərin  əkilməsi 
torpaqların intensiv suvarılması əkin sahələrinin məhsuldarlığını azaltmış, strukturunu dəyişmiş torpaqlar 
su, külək eroziyasına məruz qalmışdır. 
Əsasən dağlıq ölkə olan ərazidə torpaqların strukturu,məhsuldarlığı şaquli zonallıq qanununa əsasən 
bilavasitə  iqlimin,  bitki    örtüyünün  təsiri  altında  əmələ  gəlmişdir.Yüksək  dağlıq  zonada  yuyulmuş  dağ-
çəmən,ondan  aşağı  hissədə  qismən  dağ-çəmən,  çöl  torpaqları,  ondan  aşağıda  dağətəyi  zonada  dağ-
şabalıdı, açıq-şabalıdı torpaqlar  yayılmışdır. 
Uzun illər insanların təsərrüfat fəaliyyəti texnogen,antropogen təsirlərlə yanaşı şaquli zonallıq üzrə 
torpaqların  yerləşməsi  külək,  su  eroziyasına  məruz  qalması  torpaqların  yuyulma  səviyyəsinə  müxtəlif 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
297 
dərəcədə  təsir  edib.  Məhz  bu  səbəbdən  Muxtar  Respublikanın  dağlıq  zonasındakı    295  min  ha  kənd 
təsərrüfatına yararlı torpaqların 57%-i səthi yuyulmaya, eroziyaya məruz qalmışdır. 
Ərazisi əsasən Araz sahili və suvarma əkinçiliyi zonasında yerləşən Şərur və Babək rayonlarıının 
torpaqları daha çox eroziyaya, şorlaşmaya (müvafiq olaraq 86-88%) məruz qalmışdır. 
 Digər  inzibati  rayonlara  nisbətən,  xüsusilə  əkinçilikdə  daha  üstün  olan  bu  rayonlarda  kənd 
təsərrüfatının  inkişaf  etdirilməsi  əkin  torpaqlarının  saflaşdırılması,  məhsuldarlığın  artırılması  ilə 
əlaqədardır.  Torpaqlarının  müvafiq  olaraq    55-56%  eroziyaya,şorlaşmaya  uğrayan  Culfa  və  Ordubad 
rayonlarında da belə tədbirin həyata keçirilməsi aktual problem kimi qarşıda durur. 
Naxçıvan MR-da torpaqlara, torpaq örtüyünə mənfi təsir edən amillərdən biri də sellərdir. Məhdud 
yararlı  torpaqlara  malik  olan  Muxtar  Respublikada  dövrü  olaraq  baş  verən  sellər  çayların  aşağı 
axınlarında  torpaqların  məhsuldar  qatını  yuyur,  gətirdiyi  daşları,  digər  maddələri  torpaqların  üstünə 
çökdürür, əkin yerlərinin, otların məhsuldarlığını azaldır. Bunlara şərait yaradan əsas səbəblərdən biri də 
çay vadilərində, dağlıq ərazilərdə meşələrin, kolların qırılması, mal-qaranın fasiləsiz otarıldığı sahələrdə 
bitki örtüyünün seyrəlməsi, eləcə də sellərin sellərin qarşısını alan tədbirlərin-bəndlərin tikilməsinə lazımi 
diqqət yetirilməməsidir. Bu tədbirlərə daha çox sel hadisələrinə məruz qalan Ordubad rayonunun  ehtiyacı 
var. 
Torpaq eroziyasının qarşısını almaq üçün bir sıra aqrotexniki, mexaniki, mühəndis, fitomeliorativ 
və digər bu kimi kompleks tədbirlər sistemini həyata keçirmək lazımdır. İlk növbədə eroziyaya uğrayan 
yamacların  bərkidilməsi,  həmin  sahələrdə  meşəliklər,  kolluqlar  və  mədəni  bitkilərin  əkilməsi  vacibdir.  
Bu tədbirlər həyata keçirilərkən yamaclar eninə şumlanmalı, terraslar yaradılmalıdır. Təcrübə göstərir ki, 
yamacların  terraslaşdırılması  nəticəsində  axının  ümumi  həcmi  83%,  suyun  işlənməsi  40%,  torpağın 
ümumi  yuyulması  isə  dəfələrlə  azalır.  Naxçıvan  MR-nin  Ordubad  və  Şahbuz  rayonlarındakı  dağ 
yamaclarında  terraslaşdırma    işləri  aparmaqla  həmin  ərazilərdə  meyvə  ağacları  əkmək  müsbət  nəticə 
verər. 
 
 
NEFT  YAĞLARININ  ZƏRƏRLĠ  QARIġIQLARDAN  
TƏMĠZLƏNMƏSĠ   PROSESĠNĠN  TƏDQĠQĠ 
 
Vəliyeva S.N.  
Azərbaycan Dövlət Neft Akademiyası  
 
Neft  yağlarının  müxtəlif  üsullarla  təmizlənməsi  prosesinin  səmərəsini  artırmaq  məqsədi  ilə  son 
dövrlərdə  mövcud  texnologiyalar  təkminləşdirilməsi  və  yeni  üsulların  müəyyənləşdirilib  istifadəyə 
verilməsi  istiqamətində  böyük  işlər  aparılmaqdadır.  Yerinə  yetirilən  tədqiqatların  əsas  məqsədi  daha 
münasib  həlledici  tərkibinin  seçilməsi,  həlledicinin  yağ  distillatlarına  olan  nisbətinin  azaldılması  ilə 
rafinatın yüksək və keyfiyyətli çıxımını təmin edən proseslərin yaradılmasına nail olmaqdır. 
Müəyyən  edilmişdir  ki,  Azərbaycan  neftçilərinin  yağ  fraksiyalarının  təmizlənməsi  üçün 
epixlorhidrindən  istifadə  edilməsi  digər  həlledicilərlə  -  fenol, furfurola  müqayisədə  daha  yaxşı  nəticələr 
verir.  Belə  ki,  epixlorhidrinin  seçicilik  qabiliyyəti  furfurola  nisbətən  daha  yaxşıdır.  Epixlorhidrin 
furfurolla müqayisədə daha böyük sıxlığa malik olduğundan, suda nisbətən az həll olur və metalları zəif 
korroziya edir.  
Müasir  dövrdə  istehsal  edilən  yağlar  təyinatları  üzrə  motor  (karbüratorlu,  dizel  və  aviasiya 
mühərrikləri  üçün),  transmission,  turbin,  kompressor  (hava  və  soyuducu  kompressorlar  üçün), 
elektroizolə, sənaye (ümumi təyinat. hidrosistem, ötürmələr, xüsusi hallar üçün), cihaz yağlarına bölünür. 
Hal-hazırda əmtəə çeşidində 400 markadan çox yağlar mövcuddur. 
Yağlar xammalın mənşəyinə görə mineral (neft mənşəli), sintetik yağlara bölünürlər. Bundan başqa 
alınma üsullarına görə yağlar distillat, qalıq (neft qalığından – qudrondan alınan) və kompaunlaşdırılmış 
(distilat və qalıq komponentlərinin qarışdırılmasından alınan) yağlar kimi fərqləndirilirlər. 
Təmizləmə üsuluna görə isə yağlar təmizlənməmiş (neft emalı məhsulları), turşu  – qələvi, turşu  – 
təmas,  selektiv  və  adsorbsiya  ilə  təmizləmə,  hidrokrekinq  yağlarına  bölünürlər.  Yağların  əsas  hissəsini 
selektiv təmizləmə prosesindən (seçici həlledicilərlə təmizləmə) istifadə etməklə istehsal edirlər. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə