Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə154/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   150   151   152   153   154   155   156   157   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
286 

 
təmizləyici  qurğuların   və  tullantıların   tərkibi,  istismarı  və  onlardan  istifadənin  effektivliyinin 
artırılması;
 

 
müəssisənin ekoloji pasportunun işlənib hazırlanması;
 

 
ətraf mühitə nəzarət , ekoloji audit və s.
 
Müəssisənin  planlaşdırılmasının sonrakı mərhələsində perspektiv inkişaf göstəricilərinə istehsalın 
yerləşdiyi  rayonun  ətraf  mühitinin  vəziyyətinin  proqnozlaşdırılması,  ərazinin  sosial-iqtisadi   inkişafının 
kompleks planları, təbiəti mühafizəsinin kompleks ərazi sxemləri, müəssisənin inkişafının strategiyası və 
perspektivləri  aid  edilir.  Müəssisələrdə  tərtib  edilən  planlaşma  və  proqnozlaşdırmada  ən  mürəkkəb  və 
aktual problemlərdən biri istehsal tullantılarının  idarə edilməsidir. 
İstehsal  tullantılarının   həcminin  azaldılmasına,  istifadəsinə  edilməsinə,  emalına  və  istehlakına 
yönəlmiş  tədbirlərə  tullantıların  yığılması  və  istifadəsi,  müəssisələrin  ərazisində  toplanmış  tullantıların 
daşınması  və emalı üçün müasir  texnoloji qurğuların tətbiqi, ətraf mühitə qəza təsirlərinin azaldılması və 
bütövlükdə  ətraf  mühitə  zərərli  mühitə  zərərli  təsirləri  azaltmaq  üçün  texnoloji  proseslərin 
təkmilləşdirilməsi  aid edilir. 
Dövlət  səviyyəsində  ətraf  mühitin  zərərli  təsirlərdən  mühafizəsinin  planlaşdırılması 
əsaslandırılmış   ekoloji  inkişaf  və  ərazinin  ekoloji  həcminin  nəzərə  almaqla  ölkənin   istehsal  gücünün 
yerləşdirilməsini   təmin  etməkdir.  Bu  baxımdan  sənaye  və  kənd  təsərrüfatı  əraziləri,  kurort-turizm 
rayonları, digər məqsədlərlə istifadə edilən ərazilər üçün icra edilən layihə - planlaşdırma işlərinə mütləq 
təbiətin mühafizə  edilməsi üzrə tədbirlər kompleksi aid edilməlidir. 
 
 
EKOLOJĠ - ĠQTĠSADĠ  RAYONLAġMANIN SOSĠAL-ĠQTĠSADĠ  
ASPEKTLƏRĠ  (AZƏRBAYCAN RESPUBLĠKASINDA) 
 
Hətəmova L.N. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Hər  bir  iqtisadi  rayon  özünəməxsus  iqtisadi  coğrafi  mövqeyə,  təbii  şəraitə,  təbii  ehtiyatlara, 
təsərrüfat  quruluşuna  və  əhalinin  milli  tərkibinə  malikdir.  1995-ci  ildə  Azərbaycanda  aparılan  iqtisadi 
rayonlaşmaya  əsasən  respublikada  10  iqtisadi-coğrafi    rayon  ayrılır.  Abşeron,  Quba-Xaçmaz,  Şəki-
Zaqatala,  Dağlıq  Şirvan,  Gəncə-Qazax,  Yuxarı  Qarabağ,  Kəlbəcər-Laçın,  Aran,  Lənkəran-Astara  və 
Naxçıvan ölkədə mövcud olan iqtisadi rayonlardır. 
İqtisadi-coğrafi  rayonun  inkişafı  onun  iqtisadiyyatının  güclənməsi  eyni  zamanda  ekoloji 
problemləri  də  yaradır.  Buna  görədə  hazırda  ―Yaşıl  iqtisadiyyat‖a  keçid  bu  aktual  problemin  həllində 
vacib  rol  oynayır.  ―Yaşıl  iqtisadiyyat‖  bərpa  olunan,  tükənməyən  resurslardan  istifadə  edən  və  ətraf 
mühitə ziyan vurmayan yeni iqtisadiyyat sahəsidir.  
Azərbaycan  Respublikasında  da  fiziki-coğrafi,  iqtisadi-coğrafi,  inzibati,  iqtisadi,  ekoloji-iqtisadi 
rayonlaşdırma aparmaq mümkündür. 
Ölkə əhalisinin 40%-i, sənaye potensialının isə 80%-dən çoxu Abşeron iqtisadi-coğrafi rayonunda 
yerləşir. Ekoloji problemlərin yaranmasında  əsas səbəblərdən biri neft-qaz hasilatıdır. Neft və lay suları 
torpağın  üst  qatını  çirkləndirir,  gölməçələr  və  süni  göllər  yaradır.  Digər  ekoloji  problem  yarımadada 
kanalizasiya  sistemlərinin  lazımi  vəziyyətdə  olmaması  ilə  əlaqədardır. Abşeron  yarımadasının  ən  ciddi 
ekoloji  problemlərindən  biri  məişət  tullantılarının  idarə  olunması  ilə  bağlıdır.  Bakı  şəhərində  rəsmi 
fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Civə üsulu ilə kaustik soda və 
xlor  istehsalı  zamanı  əmələ  gələn  təhlükəli  tullantılar  Sumqayıt  şəhərində  və  ümumilikdə  Abşeron 
yarımadasında böyük ekoloji problemlər yaradan mənbələrdən biridir.  
Abşeron  yarımadasında  və  ümumilikdə  Respublikada  ekoloji  vəziyyətin  yaxşılaşdırılması 
məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  28  sentyabr  2006-cı  il  tarixli  ―Azərbaycan 
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər 
Planı‖ təsdiq olunmuşdur.
    
 
Quba-Xaçmaz  iqtisadi-coğrafi  rayonu  Azərbaycan  Respublikasının  şimal-şərq  hissəsində  yerləşir. 
Aqroirriqasiya  landşaftlarının  suvarılmasında  istifadə  edilən  kanal  və  çay  sularının  çirklənməsi  təkcə 
aqrolandşaftların  deyil,  bütövlükdə  regionun  yaşayış  məntəqələrinin  və  digər  ərazi  komplekslərinin 
ekoloji şəraitinin gərginləşməsinə mənfi təsir göstərir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
287 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Dövlət  Hidrometeorologiya  Departamentinin 
məlumatlarına  görə  tədqiq  olunan  region  çay  suları  hidrokimyəvi  təmizliyi  və  mülayim  çirklənməsi  ilə 
Respublikanın digər regionlarının sularından fərqlənir. Çay sularının çirklənməsində əsas mənbələr Quba, 
Qusar,  Xaçmaz,  Xudat  şəhərlərinin  sənaye  obyektləri  və  həmçinin  iri  yaşayış  məntəqələri,  rekreasiya 
kompleksləri, məişət və kommunal tullantılarıdır. 
Dağlıq  Şirvan  ölkə  ərazisinin  7%-i  əhatə  edir.  İqtisadi-coğrafi  rayonun  ərazisinin  çox  hissəsinin 
dağlıq  zonadan  ibarət  olması  az  da  olsa    təsərrüfatın  inkişafında  problemlər  yaradır.  Region  seysmik 
cəhətdən  fəal  zonada  yerləşir.  Sənaye  zəif  inkişaf  etmişdir.  Şamaxıda  müxtəlif  maşınlar  buraxan 
müəssisələr  fəaliyyət  göstərir.  Kənd  təsərrüfatı  məhsulları  emal  edilir. Tikinti  materialları  istehsalı 
(Şamaxı  və  Qobustan  rayonlarında  daş  karxanaları,  kərpic  zavodu)  müəssisələri  vardır.  Qobustan 
rayonunda  beton  konteynerlərdə  təxminən  8000  ton  pestisid  saxlanılır  ki,  onlardan  bəzilərində  çatlar 
yaranıb  və  ya  açıqdır.  Bu  isə  atmosferə  uçucu  birləşmələrin  atılması  ilə  nəticələnir.  Bundan  əlavə, 
yağışlar  düşdükcə  kimyəvi  maddələri  yuyub,  yeraltı  sulara  qatır.  Bəzi  hallarda,  pestisidlər  beton 
konteynerlərdən  kənarda  heç  bir  ehtiyat  tədbirləri  görülmədən  saxlanılır.  Bu  saxlanma  yerlərində 
pestisidlərin tərkibi dəqiq məlum deyildir.  
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Qafqaz regionunun iri 
polimetal  yataqlarından  olan  Filizçay  yatağı  bu  rayonun  ərazisindədir.  Rayonun  əsas  ekoloji  problem 
yaradan  mənbəyi  Qəbələ  RLS-i  idi.  Texniki  parametrlərinə  görə  dünyada  anoloqu  yoxdur,  6000  km 
radiusdakı  məsafəni  nəzarətdə  saxlamağa  qadirdir.  1984-cü  ildə  "Baku  Zerkalo"  qəzetinin  yaydığı 
məlumata görə stansiya 300 MVt gücündə işləyərkən ətrafda bir hektarlıq ərazini tamamilə yandırmışdır. 
Radar  stansiyası  yalnız  psixi  təsir  göstərmir.  Kişilərdə  impotentlik  yaradır,  qadınlar  ya  dünyaya  uşaq 
gətirə  bilmir,  ya  da  dünyaya  gələn  uşaqlarda  çatışmazlıqlar  olur.  Eyni  hal  kənd  təsərrüfatında  da 
müşahidə  edilir.  Məhsuldarlıq  30  faiz  aşağı  düşüb  və  bir  zamanlar  Azərbaycanın  ən  zəngin  sakinləri 
yaşayan  region  indi  yoxsullaşıb‖.  Radar  stansiyasının  mövcudluğuna  dair  hazırki  siyasi  inkişaflar  yerli 
sakinlər üçün böyük təhlükədir. 
Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonu  Azərbaycanın  şimal-qərbində  yerləşir.  O,  iqtisadi 
əhəmiyyətinə  görə  ölkədə  ikinci  yeri  tutur.  Naftalan  şəhəri  –   məşhur  balneoloji  kurort, 
Azərbaycanın  müalicəvi turizm mərkəzidir. Naftalanda dünyada analoqu olmayan  xüsusi iyə malik qara 
- qəhvəyi və qonur rəngli qatı maye - naftalan nefti yatağı yerləşir. Naftalanın nadirliyi və yüksək   təsiri 
bir  çox  elmi  tədqiqat  və   bir  sıra  xəstəliyin  müalicəsində  100  ildən   artıq  istifadə  təcrübəsilə  təsdiq 
olunmuşdur. Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri 
yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur.  
Gəncə  Alüminium  zavodunun  tullantıları  güclü  küləklər  vasitəsilə  Bərdəyə  qədər,  hətta  Kür  çayı 
boyunca  yerləşən  rayonların  əksəriyyətinə  yayılır  və  qrunt  sularına  hoparaq  xəstəliklərə  yol  açır.  Bu 
müəssisənin  tullantılarının  tərkibi  çox  müxtəlifdir.  Burada  həm  qələvi  turşular,  hətta  ağır  metalların 
olduğu məlum olub və bu da küləklə ətrafa yayılaraq əkin sahələrinə yayılır. Sonra isə bitkilər vasitəsilə 
yenidən  insanlara  qayıdır,  gərgin  vəziyyət  yaradır.  Son  dövrlərdə  regionda  Kür  çayı  üzərində  kaskat  su 
anbarlarının  tikilməsi  küləkli  günlərin  sayını  artırıb.  Bu  da  birinci  növbədə  tənəffüs  orqanlarında  və 
endokrinik xəstəliklərin yaranmasına səbəb olur. Belə sahələrin ətrafında yaşayış məskənlərinin, binaların 
salınması məqsədə uyğun deyildir.  
Yuxarı  Qarabağ   Aran  və  Kəlbəcər  -  Laçın  iqtisadi-coğrafi  rayonları  arasında  yerləşir. Polimetal 
filizləri (Mehmana), tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar, meşələr 
əsas  təbii  sərvətlərdir. Kür  çayının  su  ehtiyatları,  suvarma  şəraitində  məhsuldar  olan  torpaqlar  kənd 
təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır.  
Kəlbəcər-Laçın  iqtisadi-coğrafi    rayonunun  ərazisində  qızıl,  civə,  xromit,  mərmər,  üzlük  tikinti 
daşları,  koral,  perlit  və  s.  faydalı  qazıntı  ehtiyatları  vardır.  Burada  İstisu,  Minkənd,  Tutqunçay  kimi 
mineral  bulaqlar,  iqlim-balneoloji  şərait,  dağ  meşələri  kurort-rekreasiya  məqsədləri  üçün  istifadə  edilə 
bilər.  İqtisadi-coğrafi  rayona  daxil  olan  bütün  inzibati  rayonlar  erməni  işğalı  altındadır.  İqtisadi-coğrafi 
rayonun əsas ekoloji problemi  Oxçuçaydır. Oxçuçay-öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq 
dağı)  götürməklə  Zəngilan  rayonunun  ərazisi  ilə  axır.  Ermənistan  Respublikası  ərazisində  yerləşən 
Qacaran  mis-molibden,  Qafan  mis  filiz  saflaşdırma  kombinatlarının  kimyəvi  çirkli  suları  və  Qafan-
Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərikan kəndinin 
qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə