Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə153/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   149   150   151   152   153   154   155   156   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
284 
Son  illər  ərzində  buruq  sularının  axıdılması  nəticəsində  həm  sahəsi  böyümüş  və  suyu  yüksək 
dərəcədə  minerallaşmış  irili  –xırdalı  yararsız  göllər  əmələ  gəlmişdir.  Neftin  və  qazın,  eləcə  də  başqa 
faydalı qazıntıların çıxarılması, şübhəsiz xalq təsərrüfat üçün vacibdir, lakin bunu elə etmək lazımdır ki, 
ətraf mühitə deyən zərər minimuma endirilmiş olsun. 
Rekultivasiya  termini  ingilis  və  fransız    dilli  ölkələrdən  gətirilmişdir.Mənası-kultivasiya  təkrar 
becərmə  deməkdir.  Elmi  baxımdan  isə  rekultivasiya  insanların  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq, 
münbit  torpaq  qatının  çirkləndirilmiş  və  pozulmuş  yerlərin  bioloji  məhsuldarlığının  bərpa  edilməsinə 
yönəldilməsi kompleksinə deyilir. Azərbaycanda dövlət səviyyəsində 1971-ci illərdən həyata keçirilməyə 
başlamışdır.  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  edilmişdir  ki,  neft  və  neftli  axar  sularla 
çirkləndirilmiş  torpaqların  münbitliyinin  bərpa  olunması  və  faydalı  qazıntıların  çıxarılması  zamanı 
pozulmuş  yerlərin  torpaq  örtüyünün  əsaslı  sürətdə  fərqlənir.  Əgər  rekultivasiya  işləri  hazırlanmış 
tövsiyələr  əsasında  layihələşdirilərsə  və  müvafiq  olaraq  torpaq  -  bərpa  işləri  aparılarsa,  qısa  müddət 
ərzində  (3-4  il)  neftlə çirklənmiş  yerlərin  münbitliyi bərpa  olunar.  Axı  neft  mədənlərinin  ənənəvi  yolla 
rekultivasiya  etmək  mümkün  deyil.  Həmin  yerlər  xüsusi  tip  pozmalara  aid  edilmişdir  və  bu  yerlərin 
münbitliyini  bərpa  etmək  üçün  xüsusi  texnologiya  işlənilməlidir.  İlk  dəfə  olaraq  neftli  maddələrlə 
çirkləndirilmiş torpaqların  rekultivasiyasının  texnoloji  sxemi  hazırlanmışdır. Həmin texnologiyaya görə 
neftlə rekultivasiya işlərinin iki mərhələdə aparılması nəzərdə tutulmuşdur:  texniki və bioloji. Bunlardan 
hansının tətbiqi isə torpaqda çirklənmənin vəziyyətindən, səviyyəsindən, cirklənən torpağın sahəsindən, 
relyefindən    çirklənmənin  şorlaşmasından,  eyni  zamanda  çirklənmənin    yeni  və  ya  köhnə  olmasından 
asılıdır.  Bioloji  üsulla  neftlə  qədimdən  çirklənmiş,  zəif  çirklənmə  olan  torpaqları    rekultivasiya  etmək 
olar.  
Ümumiyyətlə,  tövsiyə  tədbirlərinə  görə  neftlə  çirkləndirilmiş  yerlərdə  texniki  və  bioloji 
rekultivasiya  işləri  aparılmamışdan  əvvəl  iri  miqyaslı  tədqiqatlar  aparılmalıdır  və  tədqiqatların  nəticəsi 
olaraq torpaqların neftlə, neftli axar sularla nə dərəcədə, nə dərinlikdə çirkləndiyini, hansı çirklənmə və 
pozulma  növ  müxtəlifliyinə  aid  olduğunu  və  nəhayət,  nə  qədər  sahəni  özündə  əks  etdirən  torpaq-qrunt 
xətləri  tərtib  edilməlidir.  Digər  tərəfdən  ,həmin  torpaqların  fiziki-kimyəvi  və  aqrokimyəvi  xassələri 
araşdırılmalıdır  ki,  onların  əsasında  texniki  və  bioloji  mərhələlər  üzrə işlərin aparılması  üçün layihə  və 
maliyyə  sənədləri  hazırlana  bilsin.  Bu  işlər  görülmədən  rekultivasiyanın  hər  iki  mərhələsində  kütləvi 
texniki-meliorativ işlərin texnoloji sxemini qurmaq qeyri mümkündür. 
Neft-mədən  yerlərində  rekultivasiya  işləri  aparılarkən  bir  qayda  olaraq  külli  miqdarda  münbit 
torpaq kütləsi lazımdır. Lakin araşdırmalar nəticəsində məlum edilmişdir ki, Abşeronda bu məqsəd üçün 
münbit  torpaq  kütləsi  yox  dərəcəsindədir.  Lakin  Abşeronda  rekultivasiya  işlərinin  geniş  miqyasda 
aparılması üçün münbit torpaq örtüyünü əvəz edən potensial- münbit süxurlar mövcuddur. 
Məlumdur  ki,  uzun  illər  ərzində  neft-mədən  yerlərində  torpaqların  tərkibinə  külli  miqdarda  təbii 
şəraitdə  çətin  minerallaşan  yağlar  hopmuşdur.  Onların  miqdarı  torpaqlarda  o  qədərdir  ki,  torpaq  daxili 
biokimyəvi proseslər onları zərərsizləşdirmək imkanına malik deyil. Çünki neft məhsulları münbit torpaq 
qatına səthdə və bitki köklərinin yayıldığı sahədə yüksək dərəcədə hopmuşdur. Torpaqda neftlə çirklənmə 
5-7%-dən artıq olduqda mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin 
həyata  keçiriliməsi  məsləhət  görülür.  Bu  üsuldan  aşağı  çirklənmə  dərəcələrində  torpaq  qatının 
sağlamlaşdırılmasında  sərbəst  (fitomeliorasiya),  digər  rekultivasiya  üsulları  ilə  birlikdə  də  istifadə 
olunması daha əlverişlidir. 
Bioloji rekultivasiya mərhələsi bir neçə pillədə həyata keçirilir. Onun ilk pilləsində meşə və  kənd 
təsərrüfatı üçün ən çox əlverişli olan bitki növləri müəyyənləşdirilir. Birinci ili yoxlama məqsədilə bir və 
ya  çoxillik  yem  otları  səpilir.  Tarla  şəraitində  həmin  sahələrdə  səpilmiş  toxumların  cücərmə  vəziyyəti 
yoxlanılır.  Əgər  toxumların  cücərmə  prosesi  istənilən  səviyyədə  deyilsə,  neft  məhsullarının 
parçalanmasının müddəti müşahidə altında bir il uzadılmalıdır. 
Neft  məhsullarından  sahənin  təmizlənməsi  prosesi  başa  çatdıqdan  sonra  sahələrdə  şumlama, 
yumşaltma  tədbirləri  həyata  keçirilməlidir.  Aqrotexniki  qaydada  hazırlanmış  sahələrə  paxlalı  (əkin 
qarayoncası, çəmən yoncası) və ya bir sıra çoxillik yem otlarının səpilməsi məsləhətdir. Birinci mərhələ 
başa çatdırıldıqdan sonra sahəyə mənimsəmə məqsədindən asılı olaraq digər bitkilər əkilir. 
Bioloji üsulda nəzərə alınmalıdır ki, H
+
 və OH-ionları torpaqda bütün ionlardan daha hərəkətlidir. 
Buna  görə  onların  miqdarı  dəyişdikdə  bu  mikroorqanizmlərə  böyük  təsir  göstərir.  Mikroorqanizmlərin 
əksəriyyəti mühitdə pH neytral olduqda, yəni H
+
 və OH-ionlarının miqdarı təqribən bərabər olduqda daha 
yaxşı  fəaliyyət  göstərir.  Torpaqdakı  nefti  parçalayan  mikroorqanizmlər  və  torpağa  əlavə  olunan  bioloji 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
285 
dərmanlar  üçün  torpaq  mühitindəki  mübadilə  yolu  ilə  müəyyən  olunan  pH  əhəmiyyət  kəsb  edir.  Buna 
görə də neftlə çirklənmiş torpaqlarda bioloji təmizləmə tədbirləri həyata keçirilərkən torpağın pH-a görə 
yaxşılaşdırılması vacibdir. 
Dünya ölkələrində neftlə çirklənmiş ərazilərin kimyəvi üsulla da təmizləməsi prosesi aparılır. Lakin 
ən çox istifadə olunan üsul termik üsuludur. Bu üsul buxar vasitəsi ilə torpaqdan çirkabı təmizlənməyə 
əsaslanır.  Amma  buxar  ilə  nefti  torpaqdan  təmizlənməsi  prosesində  torpaqdakı  maddələr  məhv  olur. 
Bunun  qarşısını  almaq  üçün  həmin  ərazilərdə  ağac  və  parklar  salınmalıdır.  Nəticədə  bu  cür  üsullar 
vasitəsilə həmin ərazilərin neftlə çirklənməsini minumuma endirmək olar. 
Bioloji  üsul  planlaşdırılarkən  ərazinin  torpaq-iqlim  şəraitinə  uyğun  olan  bitkilərin  növ  tərkibinin 
seçilməsi, əkilmə sxemininin müəyyənləşdirilməsi, sahədə aparılacaq aqrotexniki  və meliorativ tədbirlər 
və digər məsələlər əvvəlcədən müəyyənləşdirilməlidir. Abşeron yarımadasında keçmişdən bu tərəfə neft 
və  neft  məhsullarının  torpağı  ifrat  çirkləndirməsi  Abşeron  torpaqlarını  yarasız  vəziyyətə  salmışdır.  Ona 
görədə  əsasən  bioloji  rekultivasiya    metodlar  olmaqla  digər  üsulların  köməyilə  həmin  yarasız  torpaqlar 
qismən vəya bütünlüklə təmizlənə bilər. 
  
MÜƏSSĠSƏLƏRDƏ  ƏRTAF  MÜHĠTĠN  MÜHAFĠZƏSĠ  FƏALĠYYƏTĠNĠN  
TƏNZĠMLƏNMƏSĠ  VƏ  ONUN  PLANLAġDIRILMASI 
 
Ərtünov N.B. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Ətraf  mühitə  göstərilən  neqativ  antropogen  təsirlərin  azaldılaraq  ləğv  edilməsinə,  təbii-resurs 
potensialının səmərəli istifadəsinə yönələn təsərrüfat fəaliyyəti az tullantılı  və tullantısız texnologiyaların 
yaradılması, təmizləyici qurğu və avadanlıqların istismarı, ekoloji yaşıl nəqliyatın yaradılması, təbii ətraf 
mühit  üzərində  nəzarət  sistemlərinin   tətbiqi  və  istehsal  müəssisələrinin  yerləşdirilməsi 
qanunauyğunluqlarının həyata keçirilməsi  təbiəti mühafizəsi fəaliyyətinin tənzimlənməsini səmərəli edə 
bilər.   Adətən,  qəbul  edilmiş  tövsiyələrə  görə   müəssisələrdə  ətraf  mühitin  mühafizəsi, cari  fəaliyyət  və 
təbiətin mühafizə formalarında həyata keçirilir. İstehsal müəssisələrində ətraf təbii mühitin cari fəaliyyəti 
onun  yaxşılaşdırılmasına   və  stabilləşdirilməsinə,  ətaf  mühitinvə   vəziyyətinin  optimallaşdırılmasına, 
sağlamlaşdırılmasına  yönəlmiş fasiləsiz fəaliyyətdir. 
Ərtaf mühitin ekoloji durumunun  yaxşılaşdırılmasına, onun stabil vəziyyətdə qalmasına yönəlmiş 
təbiəti  mühafizə  fəaliyyəti  və  mühafizə  təyinatlı  əsas  fondların  yaradılması   təbiəti   mühafizə  tədbirləri 
hesab olunur. Ərtaf mühitin mühafizəsi tədbirləri bilavasitə atmosfer havasının mühafizəsi, su və torpaq 
resuslarının,  yer  təkinin,  biomüxtəlifliyin  mühafizəsi,  istehsal  və  istehlak  tullantılarından,  fiziki 
təsirlərdən  qorunma,  həmçinin  təbiəti   mühafizə  fəaliyyəti  sahəsində   idarəetmə   və  nəzarət 
məsələlərini  əhatə edir. 
Müasir  dövrdə  sənayenin  intensiv  inkişafı,  mükəmməl  texnologiyaların  kifayət  qədər  olmaması 
texnogen  qəzaların  ilbəil  artmasına  səbəb  olmuşdur.  Lakin  sənaye  istehsal  tullantıları  ilə  yanaşı 
nəqliyatın,  mənzil  -  komunal   təsərrüfatının  zərərli  tullantı  və  atqıları  da   ərtaf  mühitə  zərər  vuran  əsas 
mənbələr hesab olunurlar.   Təbiəti  mühafizə tədbirlərini həyata keçirmək  və bununla da  ərtaf mühitin 
ekoloji durumunun yaxşılaşdırmaq üçün ekoloji təyinatlı aşağıdakı  xərclər nəzərdə tutulur: 

 
sənaye müəssisələrinin  ərtaf təbii mühitin mühafizəsinə ayırdığı cari xərclər;
 

 
təbiəti  mühafizə təyinatlı fondların əsaslı təmirə ayırdığı  xərclər;
 

 
ərtaf  mühitin  mühafizəsinə  və  təbii  resuslardan   səmərəli  istifadəsinə  ayrılan  müxtəlif  kapital 
qoyuluşları.
 
İstehsal  müəssisələrində    ərtaf  mühitin  mühafizəsinin   idarəetmə   funksiyaları  istehsalın  ekoloji 
siyasətinin 
işlənib 
hazırlanmasından, 
təbiəti 
mühafizə 
tədbirlərinin 
planlaşdırılması 
və 
proqnozlaşdırılmasından,  təbiəti  mühafizə  fondlarının  istismarından   və  zərərli  tullantıların  təbii  mühitə 
atılmasına  nəzarətdən  ibarətdir.  Ərtaf  mühitin  mühafizəsi   və  təbii  resuslardan  səmərəli  istifadə 
fəaliyyətinin planlaşdırılması və proqnozlaşdırılması  üçün istifadə olunan aspektlər aşağıdakılardır: 

 
ərtaf mühitə neqativ təsirin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;
 

 
təbiəti  mühafizə və xammal ehtiyatlarının saxlanılması üçün obyektlərin hazırlanması, bərpası və 
təchizi;
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə