Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə168/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   164   165   166   167   168   169   170   171   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
314 
Türkiyənin ana xarici siyasət yönəlişi, ideologiyası və vasitələri ABŞ və NATO mərkəzli olmağa 
hər dövr davam etmişdir. Bəzi siyasətçilər və ziyalılar bəzi dövrlərdə Türkiyənin fərqli bir xarici siyasət 
meyli içinə girdiyini iddia edərlər. Onlara görə Türkiyə Qərb mərkəzli bir xarici siyasət yerinə Avrasiya 
ya  da  başqa  mərkəzli  bir  xarici  siyasət  izləmişdir.  Ancaq  Türkiyənin  bu  siyasəti    ABŞ  və  NATO 
strategiyalarından  fərqli  olaraq  müstəqil  bir  şəkildə  inkişaf  etməmişdir.  2002-ci  ildə  Ədalət  və  İnkişaf 
Partiyasının  iqtidara  gəlməsiylə  xarici  siyasətdə  dəyişmə  və  çevrilmə  məqsədiylə  ciddi  cəhdlər  və 
inkişaflar  yaşandı.  Şübhəsiz  ki,  bu  xarici  siyasətdə  yaşanan  bu  inkişaf  və  çevrilmənin  memarı  Əhməd 
Davudoğlu  və  Davudizm  deyə  ifadə  edilən  xarici  siyasət  fəlsəfəsidir.  Türkiyə  yeni  xarici  siyasət 
prinsipləri istiqamətində daha əvvəl laqeydlik etdiyi xüsusi ilə də regional güc olma hədəfində Orta şərq 
bölgəsinə dair aktiv bir xarici siyasət izləməyə başlamışdır. Orta şərqə dair aktiv və çox yönlü siyasətlər 
inkişaf  etdirərkən,  Qərb  ilə  əlaqələrində  də  bir  zəiflik  söz  mövzusu  olmamışdır.  Bu  da  çox  yönlü  və 
alternativli  xarici  siyasət  icra  olunmasının  nəticəsidir.  Ancaq  tətbiq  olunan  xarici  siyasət  fəlsəfəsinin 
Türkiyənin xüsusilə bölgədə ümumiyyətlə isə dünyada sözü keçən bir aktor mövqeyinə gətirdiyi açıqdır.  
Ədalət  və  İnkişaf  Partiyasının  (AKP)  iqtidarı  dövründə  Türkiyə  üçün  müvəfəqiyyətlərlə  yadda 
qalıb.  Xarizmatik  keyfiyyətilə  tanınan  Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  AKP  uğurlarının  başda  gələn 
adıdır.  AKP  2002-ci  ildən  bu  yana  Türkiyədə  müxtəlif  istiqamətlərdə  keçirilən  seçkilərdə  əldə  etdiyi 
nəticələrə  görə,  ölkə  tarixinin  rekordçu  partiyasına  çevrilib.  Hakim  partiya  yarandıqdan  14  ay  sonra 
hakimiyyətə  gəlib.  AKP-nin  əsas  uğuru  məhz  keçirdiyi  müvəfəqiyyətli  islahatlarla  xalq  kütlələrinin 
rəğbətini  qazanmasıdır.  Reallaşdırılan  islahatların  müvəfəqiyyətli  icraatı  da  AKP-nin  daxili  və  xarici 
nüfuzunu bir xeyli artırdı. Partiya ona qədər bir sıra xarici dövlətlərdən asılı vəziyyətdə olan Türkiyəni 
millət  iradəsinin  hakim  olduğu  müstəqil  və  demokratik  ölkəyə  çevirməyi  bacarıb.  Türkiyənin  ―zərbələr 
dövrü‖  rejimi  məhz  Ərdoğanın  hakimiyyətə  gəlməsilə  başa  çatıb.  AKP  iqtidarı  dövründə  -  2010-11-ci 
illərdə  Ali  Hərbi  Şuralardakı  təxribatçı  qruplar  zərərsizləşdirilmiş,  ölkə  militarist  qəyyumluqdan  xilas 
edilib. Partiyanın təşəbbüsü ilə ölkədə çevriliş etməyə cəhd edən təxribat şəbəkəsinin sıradan çıxarılması 
Türkiyənin  milli  təhlükəsizliyi  üçün  zəmanətə  çevrildi.  Konstitusiyaya  etdiyi  dəyişikliklə  Ərdoğan 
iqtidarı  respublikada  juristokratik  təhəkkümlərə  son  qoydu.  Bununla  1960-cı  ildən  bu  yana  demokratik 
dəyərlərə  zərbə  vuran  siyasiləşmiş  məhkəmə  sistemi  təsirini  itirdi.  Həyata  keçirilən  sosial  islahatlar  da 
xalqın rifah halının yüksəlişinə rəvac verib. AKP hakimiyyəti dönəmində Türkiyə xarici siyasətində də 
bir sıra uğurlar əldə edib. Ərdoğanlı Türkiyə beynəlxalq arenada siyasi aktyor və qlobal gücə çevrilib. Öz 
siyasi xəttini çəkən Türkiyə dünyanın ən etibarlı ölkələrindən biridir. Lirənin birjada bahalaşması, sabit və 
sürətli  inkişaf,  aşağı  infilyasiya,  rekord  səviyyəli  ixracat  AKP  dönəmi  Türkiyə  iqtisadiyyatının  ən  sadə 
göstəriciləridir.  Məhz  R.T.Ərdoğan  hakimiyyəti  dövründə  Türkiyə  Beynəlxalq  Valyuta  Fondunun 
çaynağından xilas olaraq, xarici dövlət borcu olmayan dövlət statusunu qazanıb. AKP-nin 12 illik qızıl 
dövrü Türkiyənin sürətli inkişaf və müsbət dəyişməsilə xarakterikdir. Türkiyədə keçirilən son bələdiyyə 
seçkilərindəki qələbəsi məhz AKP-yə verilən yekdil xalq səsinin nümunəsidir. Türkiyənin müasir xarici 
siyasəti  altı  prinsipə  əsaslanır.  Birinci  prinsip  azadlıq  ilə  təhlükəsizlik  arasında  tarazlığın  müəyyən 
edilməsi prinsipidir. Təhlükəsizlik bir dövlət üçün, bir ölkə və bir insan üçün yaxşıdırsa, o, başqalarına da 
fayda  verəcəkdir.  İkinci  prinsip  sülh  prosesinə  bütün  regional  qüvvələrin  fəal  cəlb  edilməsini  nəzərdə 
tutur.  Biz  qonşu  ölkələrdə "problemlərin sıfıra endirilməsi"  siyasəti  yeridirik  və hesab  edirik  ki,  proses 
iştirakçıları  bir-birinə  etibar  edə  bilərlərsə,  bu  məqsədə  çatmaq  tamamilə  mümkündür.  Üçüncü  prinsip 
qonşu  regionlara  münasibətdə  səmərəli  diplomatiya  yeridilməsini  nəzərdə  tutur.  Bunun  məqsədi 
əməkdaşlığı  maksimum  intensivləşdirməkdir.  Xarici  siyasətdə  dünya  arenasında  əsas  oyunçularla  bir-
birini qarşılıqlı tamamlayan fəaliyyətə can atmaq dördüncü prinsipi ehtiva edir. Beşinci prinsip qarşılıqlı 
maraq  doğuran  məsələlərin  həllinə  təkan  vermək  üçün  beynəlxalq  forumlardan  və  yeni  təşəbbüslərdən 
səmərəli  istifadə  edilməsini  nəzərdə  tutur.  BMT,  NATO,  İslam  Konfransı  Təşkilatı  kimi  qurumlarda 
Türkiyənin  nüfuzunun  artmasının,  habelə  bir  sıra  yeni  qurumlarla  qarşılıqlı  münasibətlər  yaradılmasını 
məhz bu mövqedən qiymətləndirmək gərəkdir. Xarici siyasət xəttinin altıncı prinsipi əvvəlki beş prinsipə 
əsaslanır. Bu, ictimai diplomatiyaya diqqəti artırmağımız sayəsində "Türkiyənin yeni obrazını" yaratmaq 
prinsipidir. 
Beləliklə, deyə bilərik ki, Türkiyə xarici siyasətinin üç fərqləndirici xüsusiyyəti vardır. O, böhrana 
deyil, gələcək dünya nizamı qurmaq arzusuna istiqamətlənmişdir. Türkiyə yaranan təhdidlərə münasibət 
bildirmək  əvəzinə,  münaqişələrin  həllinə  yaradıcı  yanaşmalar  təklif  edir.  Bundan  əlavə,  onun  siyasəti 
asistemli xarakter daşıyır və beynəlxalq problemlərin bütün spektrini ehtiva edir. 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə