Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə169/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   165   166   167   168   169   170   171   172   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
315 
SOSĠAL ĠDARƏETMƏ VƏ ONUN METODLARI
 
 
Tağızadə O.O. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
İdarəetmədə  ən  başlıca  məqsəd  və  vəzifə  cəmiyyətin  obyektiv  imkanlarından  istifadə  olunmasını 
təmin etməkdir. İdarəetmə əslində cəmiyyətin potensialından istifadə etməyin mühüm amilidir. Idarəetmə 
həm də işçilərin əmək fəaliyyətinin təşkil edilməsi  və səfərbərliyə alınmasının başlıca formasıdır.  
Cəmiyyət özü də mürəkkəb bir sistemdir. İqtisadi, sosial, mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-
ayrı  adamların,  kollektivlərin  fəaliyyətinin  istiqamətləndirlməsi,  cəmiyyətdə  baş  verən  bir  çox  sosial-
iqtisadi  münasibətlərin  qaydaya  salınması  müəyyən  problemlərin  həlli  ilə  əlaqədardır.  Bütün  bunlar  və 
digər  məsələlər  idarəetmə  elmindən  istifadə  olunmasına,  onun  öyrənilməsinə  olan  təlabatı  əhəmiyyətli 
dərəcədə  artırır.Ona  görə  də  bu  əsri  elmi-texniki  tərəqqi  əsri  adlandırsaq  da,  onu  iradəetmə  əsri 
adlandırmaq  olmaz.  Müasir  texnika,  mürəkkəb  texniki  sistemlər,  qurğular,  axın  xətləri,  habelə  müasir 
elmi  tərəqqi  də  təşkil  olunmağa  və  idarə  edilməyə  möhtacdır.  Idarəetmə  bu  baxımdan  onun  müəyyən 
funksiyalarının icra edilməsi ilə əlaqədardır. K.Marksın dediyi kimi döyüş meydanında generalın verdiyi 
komanda  nə  dərəcədə  zəruridirsə,  ayrı-ayrı  müəssisə  və  cəmiyyətdə,  idarəetmə  proseslərində  həyata 
keçirilən müxtəlif idarəetmə funksiyaları da bir qədər zəruridir. Ona görə də müasir cəmiyyətdə idarəetmə 
əsl mənada elmə çevrilməlidir və bu elmə tezliklə və dərindən yiyələnmək lazımdır. İdarəetmə elminin 
metodlarına,  qanunlarına,  prinsiplərinə,  bütün  müddəalarına  yalnız  elmi  işçilər  deyil,  hər  bir  istehsalçı. 
Təsərrüfat rəhbəri,  menecer  eyni  dərəcədə  əməl  etməlidir.  Buna  idarəetmə  sahəsində sözlə  işin  vəhdəti 
demək olardı.  
Bazar münasibətlərinə keçidin müvəffəqiyyətli, ardicil və kompleks şəkildə həyata keçirilməsi, bu 
gün sosial mədəni sahələrin fəaliyyətində çox mühüm vəzifələr müəyyənləşdirir. Sosial mədəni sahələr – 
xalq  təsərrüfatının  əsas  sahələrindən  biri  olmaqla,  insan  həyatinin  maddi  və  mənəvi  şəraitinin 
yaxşilaşdırılmasına yönəldilmişdir. 
 
Bununla əlaqədar sosial yönümlü bazar iqtisadiyyatına keçidlə bağlı, sosial mədəni sahələrin iqtisadiyyatı 
nəzəri  və  praktiki  əhəmiyyət  kəsb  edir.  Burada  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  ümumilikdə 
sosial  müdafiəsi,insan  hüquqlarının  təmin  edilməsi,  ölkədə  milli  varlığın  qorunması  və  s.  kimi  mühüm 
problemlər, tələblər dərindən öyrənilməlidir. 
Sosial  mədəni  sahələrin  idarə  olunma  mexanizminin  makro  və  mikro  səviyyələrdə  öyrənilməsi, 
sosial bölmənin maliyyələşdirilməsi və idarə edilməsində, eləcə də dövlət və qeyri – dövlət bölmələrinin 
qarşılıqlı fəaliyyətinin optiallaşdırılmasını tələb edir. 
Sosial  –  mədəni  sahələr  öz  mahiyyəti  etibarı  ilə  sosial  tələbatı  ödəmək  üçün  fəaliyyət  göstərən 
sahələdir. Sosial mədəni sahələrin məqsədi və vəzifəsi xidmət tələbatını ödəmək və onu təşkil etməkdən 
ibarətdir.  Hər  bir  xidmət  sahəsinin  özünəməxsus  obyektiv  məqsədi,  resursu,  bütövlükdə  mövcud 
imkanları  mövcuddur.  Bu  imkanların  səfərbər  olunub  istifadə  olunması  idarəetmənin  əsas  vəzifəsidir. 
Beləliklə,  idarəetmənin  məqsədi  mövcud  imkanlar  daxilində  maksimum  səmərəli  (effektli)  fəaliyyət 
formasını  təşkil  etmək  deməkdir.  Idarəetmə  prosesində  olaraq  hər  bir  sosial  sahənin  özünəməxsus 
məqsədi  mövcuddur.  Məsələn:  mədəni  xidmət  sahələrindən,  məişət  obyektlərindən,  kommunal 
sahələrindən, səhiyyə, təhsil, mədəniyyət və digərlərinin hər birinin konkret resursları daxilində məqsədi 
formalaşır. Bu məqsədə nail olmaq yolları axtarılır və bu yolların ən yaxşı variantı idarəetmənin optimal 
təşkilini  müəyyən  edir.  Idarəetmənin  məqsədinə  uyğun  olaraq  idarəetmə  obyektinin  təşkilatı  qurul  uşu 
formalaşır.  
Onu da deyək ki, Azərbaycan iqtisadiyyatının makro iqtisadi-sosial vəzifələri bu gün hər bir sosial 
obyektin idarə olunmasının yeni prinsiplərini müəyyənləşdirir. Idarəetmədə, az məsrəflərlə minimum vaxt 
ərzində məqsədə nail olmaq yolları arasdırılır. Idarəedilən sahələr və idarəetmə funksiyaları ahəngdaşlıq 
təşkil  etməlidirlər..  Idarəetmə  iqtisadi  ədəbiyyatda  və  təcrübədə  forma  və  məzmunca  təsnifatlaşdırılır. 
Ayrı-ayrı sahələr üzrə idarəetmənin təşkili, ərazilər üzrə idarəetmə və hər hansı konkret əşya, əmtəə və 
xidmətə görə idarəetmə sistemləri yaradılır. 
İdarəetmə prosesi hansı cəmiyyət olursa-olsun müəyyən sistemlərin, o cümlədən iqtisadi və texniki 
sistemlərin,  habelə  idarəedən  və  idarəolunan  yarımsistemlərin,  idarəedici  parametrlərin,  müəyyən 
informasiyanın  toplanmasını,  işlənib  hazırlanmasını,  idarəedən  və  idarəolunan  sistemlərdə  əks  əlaqənin 
mövcudluğunu və s. nəzərdə tutur. Bununla belə, idarəetmənin sosial məzmunu ayrı-ayrı ictimai-iqtsadi 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
316 
formasiyalarda  müxtəlif  olmuşdir.Sosial    idarəetmə    təsirinin    üç    əsas    metodunu    fərqləndirirlər: 
məqsədyönlü  tənzimləmə,  özünütənzimləmə  və  kortəbii    tənzimləmə.  Bu    metodlardan    hər    biri    öz  
növbəsində    idarəetmə    obyektlərinin    rəngarəngliyini    əks    etdirən    və    daha    səmərəli,  daha    çevik  
idarəetmə  təsirinə  kömək  edən  daha  konkret  metodlar  sistemini  özündə  birləşdirir. 
Məqsədyönlü  tənzimləmə  metodu – birbaşa  sərəncamları, hökmləri, qadağaları, sanksiyaları və s. 
nəzərdə  tutur.Bu  metod formal, işgüzar  təşkilatlarda  geniş  tətbiq  olunur. 
    
Özünütənzimləmə    metodu  –  cəmiyyətin    bu    və  ya    digər  özəyində    insanların    fəaliyyətinin  
aktivləşməsinə    kömək    edən    özünütənzimləmə  vasitələrinin  şüurlu  surətdə  tətbiqi  üçün    nəzərdə  
tutulmuş  təşkilolunma  və  stimullaşdırma ilə səciyyələnir. 
İdarəetmə    qərarlarının    hazırlanmasında    modelləşdirmə    getdikcə    daha    çox    əhəmiyyət    kəsb  
edir.Qeyd  etmək  lazımdır  ki, modelləşdirmənin  rolu  idarəetmə  qərarının  hazırlanması, qəbulu  və  
həyata  keçirilməsi  mərhələlərində  özünü  göstərir. 
İdarəetmədə    mühüm    yeri    proqnozlaşdırma    tutur.Sosial    sistemlərin    modelləşdirilməsi    və  
proqnozlaşdırılması  bir-biri  ilə  qarşılıqlı  surətdə  bağlı  olan  fəaliyyət  növləridir.Müəyyən  mənada  
proqnoza    gələcəyin    modeli    kimi    baxmaq    olar.Digər  tərəfdən,  hər    hansı    bir    sistemin    idrakı    və  
idarəedci  rolları, əgər  həmin  sistem  proqnostik  informasiyaya  əsaslanırsa, labüd  surətdə  yüksəlir. 
İdarəetmədə  sosial  proqnozlaşdırma – qabaqgörənliyin  konkretləşdirilməsi  prosesi, onun  nəticəsi  
mühüm  əhəmiyyətə malikdir.Sosial  proqnozlaşdırmanın  məqsədi  sistemin  keçmişdə  vəziyyətinin  və  
davranışının    təhlilindən    və    nəzərdən    keçirilən    sistemə    təsir    göstərən    amillərin    dəyişməsinin  
mümkün    meyllərinin    öyrənilməsindən    ibarətdir.Proqnozlaşdırmada    cəmiyyətin    gələcək    inkişafının  
ümumi    cəhətləri    və    xüsusiyyətləri    aşkara    çıxarılır.Proqnozlaşdırmanın    əsasında    strategiya  işlənib  
hazırlanır, onun    həll   edilməsi    vəzifələri   və    yolları   müəyyən    edilir,  proqnozlar   və    planlar   tərtib  
olunur. 
Sosial  proqnozlaşdırma  inkişaf  variantlarının  müəyyən  edilməsini  və  resurslardan, vaxtdan  və  
sosial    qüvvələrdən    çıxış    edərək    daha    münasib,  optimal    olanın    seçilməsini    nəzərdə    tutur.Sosial  
proqnozlaşdırma    mümkün    olan    qərarlarların    ehtimallıq    dərəcəsinin    müfəssəl    təhlilini    və  
çoxvariantlılığını    nəzərdə  tutur. 
Sosial  proqnozlaşdırma  direktiv  xarakter  daşımır, yalnız qərarın əsaslandırılması və planlaşdırma  
metodlarının  seçilməsi üçün  informasiya  verir, gələcəkdə  inkişafın  bu  və ya  digər yolunun  imkanını  
göstərir. 
Ekstapolyasiya – bu  metod  proqnozlaşdırılan  prosesin  göstəricilərinin   hadisənin  bir  hissəsinin  
tədqiqindən  alınmış  nəticələrin  bu  hadisənin  başqa  hissələrinə və yaxud  müasir  reallıq-ların  tədqiqi  
nəticələrinin    gələcək    hadisələrə  şamil    edilməsilə  dinamik  (statistik    yaxud    məntiqi)  sıralarının  
qurulmasına    əsaslanır.Mürəkkəb  ekstrapolyasiya  formullarının,  müasir  riyaziyyatın  və  kibernetikanın 
cəbbəxanasını  təşkil  edən  ehtimalar    nəzəriyyəsinin,  oyunlar    nəzəriyyəsinin    nəticələrinin    istifadə  
edilməsi  səmərəlidir. 
Ekspert  metodları – bu  metodlara  analitik  tədqiqləri, ―dəyirmi  masalar‖ın  iclaslarını, ekspert  
qiymətlərini aid  edirlər. 
Edip  effekti. Onun  mahiyyəti  proqnozun  özünü  həyata  keçirməsi  və  yaxud  öz-özünü  məhv  
etməsi  imkanından  ibarətdir; əgər  bu  prosesə  insanların  yaradıcı  fəaliyyəti  qoşulursa və bu  fəaliyyət  
prosesində  müsbət  gözləmələr  reallaşırsa  və  yaxud  təhlükə  sezmələri  aradan  qaldırılırsa. 
Morfoloji  sintez  metodu – bu  metod  öyrənilən  problemin  bütün  parametrləri  üzrə  müntəzəm 
informasoyanın  alınmasını nəzərdə  tutur. 
Proqnoz  ssenarisi  metodu  – bu  metod  məntiqi  ardıcıllıqla  səciyyələnir.Bu  məntiqi  ardıcıllıq  
real    situasiyadan    çıxış    edərək    tədqiqat    obyektinin,  sosial    posesin    və  yaxud    hadisənin  gələcək 
vəziyyətinin    addım-addım    necə    baş  verdiyini    göstərir.  Proqnoz    ssenarisi    inkişaf    perspektivlərini  
müəyyən  edir. 
Proqnoz  qrafaları – istiqamətləndirilmiş  və ya  istiqamətləndirilməmiş  ola  bilər, sikllərə  malik  
ola    bilər    və  yaxud    olmaya    bilər,  əlaqəli    və  ya    əlaqəsiz    ola    bilər    və  s.  Bu  qrafalar    proqnoz  
məqsədlərinin,  ssenarisinin    formulə    edilməsində,  proqnozların    səmərəliliyinin    səviyyələrinin    və  
meyarlarının müəyyən  edilməsində  iştirak  edir. 
Modelləşdirmə  metodu – bu  metod  inkişaf  alternativlərinin  axtarışına  əsaslanır; bu da  hazırkı  
şərait  üçün  optimal  olan  variantı  seçməyə  imkan  verir.
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə