Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

 

 

 



157

olmadığından  əhali çiçək xəstəliyinə tutulurdu. Xəstəxananın 

vəziyyəti daha acınacaqlı halda idi…». 

Ə.A.Abbasov belə bir çətin  şəraitdə  əhaliyə tibbi 

xidmət göstərməklə yanaşı Naxçıvanda Sovet hakimiyyəti 

qurulması uğrunda mübarizədə də fəal iştirak etmişdir. 

Naxçıvanda Sovet hakimiyyəti qurulduğu ilk 

günlərdən başlayaraq  əhaliyə tibbi xidmət göstərmək üçün 

ciddi tədbirlər görüldü. 1920-ci ilin oktyabrında Naxçıvan 

Inqilab Komitəsinin dekreti ilə ölkədə ilk səhiyyə  şöbəsi 

yaradıldı. Oraya müdir həkim  Ə.A.Abbasov təyin edildi. Bir 

neçə aydan sonra səhiyyə  şöbəsi səhiyyə komissarlığına 

çevrildi və Ə.A.Abbasov ilk səhiyyə komissarı vəzifəsinə irəli 

çəkildi. Bu ağır illərdə  əhaliyə tibbi xidmətin təşkili və xalq 

səhiyyəsinin inkişafı  Ə.A.Abbasova tapşırılmışdı. Qarşıda 

duran vəzifə şərəfli olsa da çox ciddi və inadla çalışmaq tələb 

olunurdu. Bir tərəfdən büdcənin zəif olması, daha doğrusu 

mərkəzi səhiyyə təşkilatları ilə (xüsusən Bakı ilə) əlaqənin hələ 

tam bərpa olunmaması, müalicə müəssisələrinin dağıdılması, 

digər tərəfdən isə yoluxucu xəstəliklərin geniş yayılması 

yenicə yaradılmış səhiyyə təşkilatının işində böyük çətinliklər 

törədirdi. 

Ə.A.Abbasov ona tapşırılan vəzifəni  şərəflə yerinə 

yetirdi. Onun təşəbbüsü ilə Naxçıvanda 20 çarpayılıq  şəhər 

xəstəxanası bərpa edildi, yeni uşaq xəstəxanası, ambulatoriya, 

sanitariya komitəsi təşkil olundu və aptek açıldı, habelə 

Noraşendə (indiki Şərur rayonunda) feldşer məntəqəsi və aptek 

təşkil edildi. Bu müəssisələrdə  işləyənlərin sayı 46-ya çatırdı 

(onlardan 4 nəfəri həkim olmuşdur). 

Ə.A.Abbasov sonralar göz həkimi olmaq qərarına 

gəlir. O, 1922-ci ilin fevralında Bakıya gəlib,  əvvəlcə Bakı 

şəhər göz xəstəxanasında ordinator, sonra isə Azərbaycan 

Dövlət Universiteti tibb fakültəsinin göz xəstəlikləri 

klinikasında assistent vəzifəsində işləyir. 

Ə.A.Abbasov 1930-1936-cı illərdə 26 Bakı komissarı 

adına Bakı-Biləcəri qovşağının vahid dispanserində göz 

xəstəlikləri şöbəsinə başçılıq edir. 1936-cı ildə o, mərkəzi göz 

xəstəxanasına direktor müavini, 2 il sonra isə  həmin 

xəstəxananın direktoru təyin edilir. 1946-cı ildə  həmin 

 

 



 

158


xəstəxana Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya 

Institutuna çevrilir və Ə.A.Abbasov həmin institutun direktoru 

vəzifəsinə irəli çəkilir. Ömrünün sonunadək o, bu vəzifədə 

çalışır. Təşkilatçılıq bacarığı, işdə prinsipial, qayğıkeşliyi az 

müddət ərzində ona respublikanın tibb işçiləri arasında böyük 

hörmət və nüfuz qazandırır. 

Azərbaycan SSR Elmi-Tədqiqat Oftalmologiya 

Institutunun professoru, tibb elmləri doktoru S.X.Axundova-

Bağırbəyova  Ə.A.Abbasova verdiyi xasiyyətnamələrin birində 

yazır: «…Özünün çoxillik fəaliyyəti  ərzində  həkim 

Ə.A.Abbasov yüksək ixtisaslı mütəxəssis-oftalmoloq olmaqla 

bərabər eyni zamanda yaxşı təşkilatçıdır. Ə.A.Abbasov nəinki 

institutun bütün kollektivi arasında, habelə xəstələr arasında da 

böyük hörmət və nüfuz qazanmışdır. Istər siyasi və istərsə də 

ictimai xarakterdə keçirilən bütün tədbirlərdə o, həmişə 

yaxından iştirak edir…». 

Ə.A.Abbasov göz müalicə-profilaktika müəssisələri 

şəbəkəsinin təşkilində  və genişləndirilməsində  də  fəal iştirak 

etmişdir. 

Ə.A.Abbasovun həyatı həm də elmlə sıx surətdə bağlı 

olmuşdur. O, bir çox qiymətli  əsərlərin müəllifidir. 

Ə.A.Abbasov elmi fəaliyyətə  hələ 1925-ci ildən başlamışdır. 

O, göz xəstəliklərinə dair 40-dan artıq elmi əsərin müəllifidir. 

Ə.A.Abbasov  əsərlərində «Anensefaliya zamanı gözdəki 

dəyişiliklər», «Həqiqi gözsüzlük təsadüfü», «Şişvarı cisimdə 

atrofiya qalığı», «Qüzehli qişada tipik və atipik kolobomlar», 

gözün anadangəlmə eybəcərliyi, habelə gözün qüsurlu inkişafı 

məsələlərini işıqlandırmışdır. 

Ə.A.Abbasovun diqqətini sonralar başlıca olaraq 

«Piqmentli retinitin etiologiyasına aid kazuistika», «Yayılmış 

skleroz nəticəsində retrobulbar kazuistikası», «Xərçənglə 

zədələnmiş döş  vəzisi çıxarıldıqdan sonra gözün damar 

traktında xərçəng metastazı  təsadüfü», «Gözyaşı kanalında 

milçək sürfəsinin tapılması  təsadüfü» və sairə bu kimi 

kazuistikalar (nadir təsadüf edilən xəstəliklər) cəlb etmişdir. 

Ə.A.Abbasovun 1937-1947-ci illərdə yazdığı «Traxomatoz 

pannuslarda civə 1-sianat məhlulunun konyunktivaaltı 

inyeksiyasına dair göstərişlər haqqında», «Traxomanın 




 

 

 



159

subkonyunktival inyeksiya ilə müalicəsi», «Traxoma və onun 

ağırlaşmalarının müalicə üsulları» və başqa tədqiqat işləri 

traxomatoz pannusun və traxomanın müalicəsinə  həsr 

edilmişdir.  Ə.A.Abbasov çevrilmiş göz qapaqlarının 

düzəldilməsinə, trixiaza aid xüsusi üsulları vardır. 1930-cu 

ildən etibarən o, metil spirtinin görmə sinirinə  təsiri, metil 

spirtinə  məruz qalmış  xəstələrin müalicəsi və profilaktikası 

məsələləri ilə maraqlanmışdır. Bir sıra elmi işlərində müharibə, 

sənaye, kənd təsərrüfatı, məişətlə  əlaqədar olaraq təsadüf 

edilən göz travmatizminə aid çoxlu dəyərli məsləhətlər 

vermişdir. Bu tədqiqat işlərində müəllif belə bir fikrə gəlir ki, 

bir sıra profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində 

sənaye göz travmatizmini minimum dərəcəyə endirmək olar. 

Ə.A.Abbasov 1949-cu ildə «Göz almasının döyüş 

yaralanmalarında elektromaqnit operasiyası» adlı dissertasiya 

işini müvəffəqiyyətlə müdafiə edərək tibb elmlər namizədi 

adını almışdır. 

Ə.A.Abbasov bir sıra təsadüflərdə  işıq həssaslığını 

itirmiş gözlərdə görmənin və düzgün proyeksiyanın  əldə 

edilməsinə müvəffəq olmuşdur. Özünün müharibə  və sülh 

dövründəki çoxlu təcrübəsinə  əsasən həkim  Ə.A.Abbasov 

hətta gecikmiş hallarda belə göz daxilindən maqnitlə  xırda 

metal qəlpələrin çıxarılması üçün çox xətərsiz və yaxşı üsul 

əldə etmişdir. 1951-ci ildə o, «Azərbaycanda traxoma» 

haqqında monoqrafiya yazmağa başlamışdır. Bu məsələyə 

tarixi, coğrafi, etnoqrafik, iqlim, aroqrafik, məişət və sairə 

nöqteyi-nəzərdən yanaşaraq müəllif Azərbaycanda traxomanın 

yayılması 

səbəblərini aydınlaşdırmaqla respublikada 

traxomanın tezliklə, tam ləğvinə hansı yollarla nail olmağı 

göstərmişdir. 

Göz xəstəlikləri sahəsində 35 ildən çox etdiyi həkimlik 

fəaliyyəti dövründə  Ə.A.Abbasov 10 mindən çox müxtəlif 

operasiya etmiş və yüzlərlə adamın gözünə işıq vermişdir. 

1952-ci ilin fevralında  Ə.A.Abbasova Azərbaycan 

SSR Elmi-Tədqiqat Oftalmologiya institutunun baş elmi işçisi 

adı verilmişdir. 

Ə.A.Abbasov Naxçıvan MSSR-dən uzaqda işləsə  də 

həmişə respublikada səhiyyə  işinin vəziyyəti ilə yaxından 

 

 

 



160

maraqlanmış  və onun yaxşılaşdırılması üçün qayğı 

göstərmişdir.  Ə.A.Abbasovun təşəbbüsü ilə 1956-cı ildə 

Naxçıvanda keçirilmiş elmi sessiya Naxçıvan MSSR-də 

traxoma xəstəliyinin ləğv edilməsi məsələsinə həsr edilmişdir. 

Ə.A.Abbasovun ictimai fəaliyyəti də diqqətəlayiq 

olmuş, o, dəfələrlə Bakı şəhər Sovetinə deputat seçilmiş və bir 

çox illər ərzində Azərbaycan oftalmoloqları cəmiyyətinin sədri 

olmuşdur. 

Kommunist Partiyası  və Sovet hökuməti xalq 

səhiyyəsi sahəsində  Ə.A.Abbasovun səmərəli fəaliyyətini 

yüksək qiymətləndirmişlər. Ona 1940-cı ildə Azərbaycanın 

Əməkdar Həkimi adı verilmişdir.  Ə.A.Abbasov həmçinin 

Lenin ordeni, «Şərəf nişanı» ordeni, medallarla, «Səhiyyə 

əlaçısına» nişanı ilə və fəxri fərmanla təltif olunmuşdur. 

Əli Abbas oğlu Abbasov 1957-ci il aprelin 23-də vəfat 

etmişdir. 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə