Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

 

 

 



161

M.A.Qədimov Naxçıvan MSSR-nin ilk xalq səhiyyə 

komissarlarından biridir 

 

         Məmmədismayıl Allahverdi 



oğlu Qədimov 1895-ci il  avqustun  

23-də Naxçıvan  şəhərində anadan  

olmuşdur. 1915-ci ildə  Kutaisi     

klassik gimnaziyasını bitirdikdən     

sonra, Kiyev universitetinin tibb 

fakültəsinə daxil olur. 1919-1920-ci 

illərdə M.A.Qədimov Bakı 

lazaretində feldşer vəzifəsində 

işləyir. Bundan sonra o, Naxçıvan   

şəhərinə gəlir və burada 1920-ci ilin 

iyun ayından 1923-cü ilin 

axırınadək şəhər ambulatoriya-sının müdiri vəzifəsində çalışır. 

1924-cü ildə M.A.Qədimov Naxçıvan MSSR xalq səhiyyə 

komissarı vəzifəsinə irəli çəkilir. 

Naxçıvan MSSR-də xalq səhiyyə komissarı  vəzifəsində 

çalışarkən M.A.Qədimov bütün qüvvəsini Muxtar 

respublikanın müalicə və profilaktika müəssisələri şəbəkəsinin 

genişlənməsinə, tibb müəssisələrində  işin təşkilinə, onların 

həkim kadrları  və orta tibb işçiləri ilə  təmin olunmasına sərf 

etmişdir. Artıq 1925-ci ildə respublikada tibb müəssisələrinin 

(23), həkimlərin (22) və orta tibb işçilərinin (36) sayı xeyli 

artmışdır. 

1925-ci il noyabrın 1-də M.N.Qədirli və M.A. Qədi-

movun təşəbbüsü ilə Naxçıvan MSSR həkimlərinin I qurultayı 

çağırılmışdır. Həmin qurultay respublikada səhiyyə  işinin 

yaxşılaşmasında böyük rol oynamışdır. Naxçıvan MSSR Xalq 

Səhiyyə Komissarlığının sənədlərində göstərilir ki, 

qurultaydan sonra Naxçıvan MSSR tibbi müəssisələrinin 

avadanlıqla təchiz olunması işinə böyük yardım göstərilmişdir. 

M.A.Qədimov eyni zamanda elmi işlə  də  məşğul 

olmuşdur. Onun 14 elmi əsəri olmuşdur ki, bunlardan da  8-i 

nəşr edilmişdir. O, yalnız yaxşı təşkilatçı deyil, eyni zamanda 

fəal ictimaiyyətçi idi. 1924-cü ildən 1929-cu ilədək 

M.A.Qədimov Naxçıvan MSSR Mərkəzi Icraiyyə Komitəsinin 

 

 

 



162

üzvü, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı 

kollegiyasının üzvü, Azərbaycan Tibb Cəmiyyətinin fəal 

üzvlərindən biri olmuşdur. 

Böyük Vətən müharibəsinin ilk günlərində (5/VII-1941-

ci il) M.A.Qədimov Sovet ordusu sıralarına səfərbərliyə 

alınmış  və ömrünün son günlərinə  qədər sovet döyüşçülərinə 

tibbi xidmət göstərmək üçün bir sıra məsul vəzifələri yerinə 

yetirmişdir. 

Səhiyyə sahəsindəki xidmətlərinə görə M.A.Qədimov 

«Qırmızı  Əmək Bayrağı» ordeni, medallar, «Səhiyyə 

əlaçısına» nişanı  və Azərbaycan SSR Ali Sovetinin Fəxri 

Fərmanı ilə təltif edilmişdir. 

M.A.Qədimov 1942-ci ildə Azərbaycan SSR Əməkdar 

həkimi adına layiq görülmüşdür. 

M.A.Qədimov 1944-cü ilin oktyabr ayında Bakı 

şəhərində vəfat etmişdir. 

 



 

 

 



163

Rüfətpaşa Tağı oğlu Səfərov 

 

Rüfətpaşa Tağı 



oğlu 

Səfərov 1903-cü ildə Naxçıvanda 

görkəmli Azərbaycan maarifçisi 

və pedaqoqu Məmmədtağı 

Sidqinin ailəsində anadan 

olmuşdur. 

R.T.Səfərov Moskva Dövlət 

universitetinin tibb fakültəsini 

bitirdikdən sonra 1925-ci ildə 

Bakıda M.Əzizbə-yov adına 

xəstəxanada həkimlik fəaliyyətinə 

başlamışdır. Sonra o, Ağdam, 

Gəncə səhiyyə orqanlarında məsul vəzifələrdə çalışmışdır. 

R.Səfərov 1928-ci ildə Naxçıvan MSSR Xalq Səhiyyə 

komissarı təyin olunmuşdur. 1930-cu ildə R.Səfərov Bakıya – 

Xəzər Hövzə Səhiyyə Idarəsinə rəis keçirilib və 35 ildən artıq 

həmin tibb xidmətinə fasiləsiz rəhbərlik etmişdir. Təcrübəli 

həkim, bacarıqlı  təşkilatçı olan R.Səfərov bütün biliyini və 

qüvvəsini dənizçilərə  və onların ailələrinə tibb xidməti 

göstərilməsinə sərf etmişdir. 

R.Səfərov Bakının ictimai həyatında fəal iştirak etmiş, 

26 Bakı komissarı rayon sovetinə dəfələrlə deputat seçilmişdir. 

Səhiyyə sahəsində xidmətlərinə görə o, «Qırmızı Əmək 

Bayrağı» ordeni, iki dəfə  «Şərəf nişanı» ordeni ilə, habelə 

medallarla təltif olunmuşdur. 

Ömrünün son illərində  fərdi təqaüdçü olduqda belə 

R.Səfərov Azərbaycan Su səhiyyə sistemində  əmək 

fəaliyyətini davam etdirmişdir. 

Rüfətpaşa Tağı  oğlu Səfərov 1974-cü ilin iyun ayında 

vəfat etmişdir. 

 

 

 



 

164


Nadir Cəlil oğlu Məmmədli 

 

Nadir Cəlil oğlu Məmmədli 



1897-ci ilin mart ayında Yelizavetpol 

quberniyasının Gəncə 

şəhərində 

anadan olub. 

1916-cı ildə  Gəncədə  səkkiz 

illik klassik gimnaziyanı bitirib. 

N.Məmmədli 1916-1917-ci illərdə 

Gəncə şəhərində müəllim, 1918-1919-

cu illərdə isə  Gəncə  şəhər bələdiyyə 

idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı  şəhərinə 

köçmüş  və  həmin ildən ömrünün axırına kimi əmək 

fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. 

Məmmədli  1920-1925-ci illərdə Azərbaycan Xalq 

səhiyyə komissarlığında  əvvəl inzibati şöbənin böyük 

kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. 

N.

Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət 



Universitetinin tibb fakültəsinə  qəbul olunmuş  və oranı 

bitirmişdir. 

1930-cu ilin may ayında Azərbaycan SSR Xalq 

Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb 

fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək 

haqqında qərar qəbul edir. Institutun ilk direktoru 

N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda 

respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb 

institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar 

üçün həkimlərin hazırlanması, tədris bazalarının 

genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin 

həllində böyük təşkilatçılıq işi görür. 

Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı 

Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı  və 

N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir. 

O dövrdə  əhali arasında geniş yayılmış malyariya 

xəstəliyinə qarşı mübarizə işi artıq dövlət əhəmiyyəti kəsb edir. 

Buna görə  də Azərbaycan Xalq Komissarları Soveti yanında 

malyariya komitəsi təşkil olunur və Xalq Komissarları 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə