Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

 

 

 



153

Beşinci yeri burun, qulaq və boğaz xəstəliyi tutur (1000 

nəfərə 16,4), onlardan əsas yeri yuxarı  tənəffüs yollarının 

iltihabı (11,0) və tonzillitlər (3,1%) tutur; 

Altıncı yerdə sairə xəstəliklər durur (1000 nəfərə 13,6). 

Axırıncı üç yeri travmalar (5,4) və qan dövranı orqanlarının 

xəstəlikləri (4,0) və  dəri xəstəlikləri (3,7), o cümlədən 

piodermiya (2,5) tutur. 

Stasionar müalicənin  orta müddəti, bütün xəstəliklər 

üzrə 8,8 gün olmuşdur. 

Xəstənin çarpayıda  ən çox qalma müddəti qan dövranı 

orqanlarının xəstəliklərin də qeyd olunmuşdur (13,1 gün). 

Xəstənin çarpayıda qalma müddəti tənəffüs orqanlarının 

xəstəliyində 10,3 gün olmuşdur, o cümlədən ağ ciyərlərin 

krupoz iltihabında – 13,3 gün, bronxitlərdə 10,5 gün, ocaqlı 

pnevmaniyada – 9,6 gün. Həzm orqanlarının xəstəliklərində – 

9,9 gün, o cümlədən xroniki hepatitdə  və qara ciyərin 

sirrozunda – 14,5 gün, enteritlər və  kolitlərdə – 8,6 gün, 

qastritlərdə – 8,5 gün, dispersiyalarda – 7,7 gün, travmalarda – 

9,1 gün; infeksion xəstəliklərdə – 8,3 gün, o cümlədən 

anginalarda – 7,6; gün viruslu qrippdə – 6,4 gün; burun, qulaq 

və boğaz xəstəliklərində – 7,2 gün, o cümlədən yuxarı tənəffüs 

yollarının xəstəliklərində – 7,1 gün, tonzillitlərdə – 7,0 gün; 

parazitar xəstəliklərdə – 4,9 gün, onlardan askaridozda – 4,8 

gün. 

Onu da qeyd etmək məqsədə uyğundur ki, Naxçıvan 



MSSR-də  kənd  əhalisinin xəstəliyinə aid tədqiqat nəticəsində 

əldə edilən materiallar bir sıra alimlərin (P.I.Kalyu, 

Y.A.Loqinova, B.M.Matsko, O.N.Stelmax, E.R.Ağayev, 

A.M.Laskov) kənd  əhalisinin xəstəlikləri haqqında  əldə 

etdikləri məlumatlara çox yaxındır. 

 

 



 

154


Naxçıvan MSSR-də 1920-1966-cı illərdə işləmiş 

səhiyyə  təşkilatçıları haqqında 

M Ə L U M A T 

 

Arxiv materiallarını araşdırarkən bizə rast gələn 



Naxçıvan MSSR-də  əhaliyə tibbi xidmətin təşkilində  və xalq 

səhiyyəsinin inkişaf etdirilməsində diqqətə layiq iş görmüş 

görkəmli səhiyyə  təşkilatçılarının adlarını Monoqrafiyada 

işıqlandırmağı zəruri saydıq. 

Onların adlarını aşağıda qeyd edirik. 

 

Xalq səhiyyə komissarları (1946-cı ilə qədər) və 



səhiyyə  nazirləri (1946-cı ildən sonra) 

 

1.



 

Əli Abbas oğlu Abbasov – ilk xalq səhiyyə 

komissarı (1920-1922); 

2.

 



Məmmədismayıl (Baba) Allahverdi oğlu Qədimov – 

xalq səhiyyə komissarı (1924-1928); 

3.

 

Rüfətpaşa Tağı  oğlu Səfərov – xalq səhiyyə 



komissarı (1928-1930); 

4.

 



Nadir Cəlil oğlu Məmmədli – xalq səhiyyə 

komissarı (1931-1937); 

5.

 

Aslan Nəzər oğlu Tahirov – xalq səhiyyə komissarı 



(1937); 

6.

 



Həmid Əsgər oğlu Əsədov – xalq səhiyyə komissarı 

(1938-1944); 

7.

 

Ələkbər  Əhəd oğlu Ismayılov – səhiyyə naziri 



(1944-1953); 

8.

 



Hüseyn Cabbar oğluAbbasov–səhiyyə naziri (1953-

1955); 


9.

 

Süleyman  Əsəd oğlu Süleyman-zadə – səhiyyə 



naziri (1955-1959); 

10.


 

Tofiq Abdulla oğlu Sultanov –səhiyyə naziri(1959-

1965); 

11.


 

Adil Nifti oğlu Məmmədov – səhiyyə naziri (1965-

1971); 



 

 

 



155

Səhiyyə nazirinin müavinləri və nazirliyin Baş 

mütəxəssisi haqqında əldə etdiyimiz məlumat 

 

1.



 

Anna Ivanovna Suslova – səhiyyə nazirinin müavini 

(1944-1948); 

2.

 



Hacı Tahir oğlu Tahirov – səhiyyə nazirinin müavini 

(1966-1973); 

3.

 

Valentina Filipovna Qnedkova – nazirliyin  Baş 



mama ginekoloqu (1951-1963) 

 

Qeyd: Yuxarıda adları qeyd olunan xalq səhiyyə 

komissarları – R.T.Səfərov və A.N.Tahirov haqqında bizə heç 

bir məlumat rast gəlmədiyinə görə  məlumat T.R.Cəfərovun 

Monoqrafiyasından (Naxçıvan MR-da səhiyyənin inkişafı 

(1999-cu il) götürülüb və olduğu kimi çap edilib. 

O ki, qaldı H.Ə.Əsədova, onun haqqında arxiv məlumatı 

olsa da tərcümeyi halı haqqında heç kimdə, hətta Azərbaycan 

Respublikası  Səhiyyə Nazirliyinin arxivində belə  məlumat 

olmadı. 


 

 

 



 

156


Ilk səhiyyə komissarı və görkəmli 

səhiyyə təşkilatçısı 

 

 



Naxçıvan zəhmətkeşləri 

Naxçıvan MSSR-də  əhaliyə tibbi 

xidmət göstərilməsinin təşkilində 

və xalq səhiyyəsinin inkişaf 

etdirilməsində görkəmli səhiyyə 

təşkilatçılarının adlarını böyük 

məhəbbət və səmimi minnət-darlıq 

hissi ilə xatırlayırlar. Belə 

təşkilatçılardan biri Naxçıvan 

Muxtar Sosialist Respublikasının 

ilk səhiyyə komissarı  Əli Abbas 

oğlu  Abbasov olmuşdur. 

Ə.A.Abbasov ömrünün 40 ilindən çoxunu insanların 

sağlamlığı  uğrunda mübarizəyə  sərf etmişdir. O, 1886-cı ilin 

yanvar ayında Naxçıvan  şəhərində anadan olmuşdur. 

Ə.A.Abbasov ibtidai təhsilini Naxçıvan  şəhər məktəbində 

aldıqdan sonra 1901-ci ildə Irəvan  şəhər müəllimlər 

seminariyasına daxil olmuş  və 1905-ci ildə seminariyanı 

bitirərək Naxçıvan  şəhərində  və Naxçıvan qəzasının 

kəndlərində 7 il xalq müəllimi kimi işləmişdir.  Ə.A.Abbasov 

1912-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil 

olmuş, 1917-ci ildə  universiteti bitirdikdən sonra doğma 

vətənə qayıtmış və həkimlik etməyə başlamışdır. 

Ə.A.Abbasov Naxçıvana gələn zaman orada yalnız bir 

həkim və bir neçə orta tibb işçisi var idi ki, onlar da sonralar 

Naxçıvanda baş vermiş  hərc-mərclik nəticəsində öz şəxsi 

təhlükəsizliklərini təmin etmək üçün 1918-ci ildə  qəzanı  tərk 

etmişlər.  Ə.A.Abbasov Naxçıvandakı  həkimlik fəaliyyətindən 

danışaraq xatırlayırdı: «O zamanlar işləmək üçün heç bir şərait 

yox idi. Gün çıxandan gün batanadək işləmək lazım gəlirdi. 

Əhaliyə tibbi yardım göstərmək işi çox çətin idi. Hər yerdə 

qarın yatalağı, vəba və  qeyri-infeksion xəstəliklər geniş 

yayılmışdı. Dərman çatışmırdı. Peyvənd etmək üçün vaksin 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə