Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   38   39   40   41   42   43   44   45   46

 

 

 



165

Sovetinin sədri Dadaş Bünyadzadə eyni zamanda bu komitənin 

sədri təyin edilir. N.Məmmədli isə komitəyə üzv seçilir. 

N.Məmmədli malyariyaya qarşı mübarizəyə öz bilik və 

bacarığını  sərf edir. «Malyariya əleyhinə idarələrin işinə aid 

təlimat», Azərbaycan Tibb institutu nəzdində tropik fakültə 

təşkil edilməsi, 1932-ci ildə «Ikinci beşillikdə respublikada 

malyariya xəstəliyinin ləğv edilməsi və ona qarşı  tədbirlərin 

baş planı»nın hazırlanmasında fəal iştirak edir. 

Naxçıvan MSSR-də  səhiyyə  işlərini qaldırmaq və 

əhalinin sağlamlığını qorumaq üçün həyata keçirilən tədbirləri 

gücləndirmək məqsədilə N.Məmmədli Naxçıvana göndərilir və 

Muxtar Respublikanın Xalq Səhiyyə komissarı  təyin olunur. 

N.Məmmədli Naxçıvanda xalq səhiyyəsinin inkişafı üçün 

böyük işlər görür. 1934-1937-ci illərdə səhiyyə sahəsində əldə 

edilən nailiyyətlər – yeni xəstəxanaların açılması, çarpayıların 

sayının artırılması, respublika sanitar epidemioloji və 

Naxçıvan  şəhər Təcili yardım stansiyasının yaradılması, 

doğum və körpələr evinin, tibb məntəqələrinin təşkil edilməsi

tibb müəssisələri üçün yeni binaların tikilməsi, epidemik 

xəstəliklərə qarşı aparılan kompleks tədbirlər və s. 

N.Məmmədlinin adı ilə bağlıdır. 

1931-ci ildə ilk dəfə Naxçıvan  şəhərində tibb məktəbi 

açılmışdır. Bu vacib işin təşəbbüskarı N.Məmmədli olmuşdur. 

Həmin məktəb yerli əhalidən orta tibb işçisi kadrları 

hazırlamağa imkan vermişdir. 

1934-1936-cı illərdə Naxçıvanda mineral suların tədqiq 

edilməsi işində N.Məmmədlinin  əməyi daha böyükdür. Onun 

təklifi ilə Bakıdan göndərilən ekspedisiyalar Sirab, Badamlı, 

Darıdağ  və  Nəhəcir mineral sularının fiziki-kimyəvi xassəsini 

və onların müalicə əhəmiyyətini öyrənmişlər. 

N.Məmmədli nəinki bacarıqlı  təşkilatçı, təşəbbüskar 

həkim, fəal ictimaiyyətçi olmuşdur, o, həm də layiqli elmi işçi 

kimi tanınmış, bir çox elmi əsərin müəllifi olmuşdur. 

Nadir Cəlil oğlu Məmmədli 1937-ci ildə  Gəncə 

şəhərində vəfat etmişdir. 

 

Aslan Nəzər oğlu Tairov 

 

 



 

 

166



Aslan Nəzər oğlu Tairov 1898-ci 

ilin may ayında Salyan rayonunda 

anadan olub. 

4 illik kənd məktəbini bitir-

dikdən sonra Bakıya gəlir və 1911-ci 

ildə ikinci kişi gimnaziyasına daxil olur. 

1920-ci ilin aprel çevrilişindən sonra 

Bakı Dövlət Universitetinin tibb 

fakültəsinə qəbul olur. 1926-cı ilin may 

ayında tibb fakültəsini müvəffəqiyyətlə bitirən A.Tairov 

Universitetin Elmi Şurasının qərarı ilə Hospital Cərrahlıq 

kafedrasında ordinator saxlanılır. Iki illik ordinaturanı 

bitirdikdən sonra Lənkəran şəhər xəstəxanasının baş həkimi və 

eyni zamanda cərrahiyyə şöbəsinin müdiri təyin olunur. O, bu 

vəzifədə 1935-ci ilədək işləyir və 7 minə yaxın müxtəlif 

cərrahi əməliyyatlar aparır. 

Praktik təbabətdə özünü göstərən gənc həkim 1935-ci 

ildə Azərbaycan Tibb institutunun Hospital Cərrahlıq 

kafedrasına assistent kimi işləməyə dəvət olunur. 

1937-ci ildə Naxçıvan MSSR Xalq Səhiyyə komissarı 

təyin edilir və  həmin il dekabrın 22-də öz razılığı ilə tutduğu 

vəzifədən azad olunur. 

Hospital Cərrahiyyə kafedrasında çalışmaqla bərabər, 

1938-ci ildən 1941-ci ilə  qədər eyni zamanda sanitar-

aviasiyada cərrah kimi respublika əhalisinə  təcili cərrahi 

yardım göstərir. 

A.Tairov Rus-Alman müharibəsi dövründə özünü 

bacarıqlı  hərbi-səhra cərrahı kimi göstərmiş, 1944-1945-ci 

illərdə 45-ci ordunun baş cərrahı işləmiş, hərbi cərrahlıqda çox 

böyük təşkilatçılıq nümayiş etdirmişdir. 

O, 1946-cı ildə  Aşqabad zəlzələsində türkmən xalqına 

yardım göstərən azərbaycanlı  həkim tağımına rəhbərlik 

etmişdir. 

Ordudan tərxis olunan dosent A.N.Tairov Azərbaycan 

SSR Səhiyyə nazirinin elmi katibi təyin edilir və 1952-ci 

ilədək bu vəzifədə işləyir. 




 

 

 



167

1954-cü ildə A.N.Tairov Bakı  şəhər Səhiyyə  şöbəsinin 

baş cərrahı təyin edilir, elə həmin il doktorluq dissertasiyasını 

müdafiə edir və ona professor elmi adı verilir. 

1964-cü ildə Fakültə  Cərrahlıq kafedrasının müdiri 

vəzifəsinə seçilir və 1971-ci ilədək bu vəzifədə çalışır. Onun 

rəhbərliyi ilə 3 doktorluq, 4 namizədlik dissertasiyası müdafiə 

edilmişdir. 

A.N.Tairovun  əməyi yüksək qiymətləndirilərək ona 

1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə 

əməkdar həkim, 1966-cı ildə isə tibb elminin inkişafında 

xidmətlərini nəzərə alaraq əməkdar elm xadimi kimi yüksək ad 

verilmişdir. 

1971-ci ildə A.N.Tairov vəzifə başında dünyasını 

dəyişmişdir. 

 

 



 

 

168



Ələkbər Əhəd oğlu Ismayılov 

 

Ələkbər  Əhəd oğlu Ismayılov 



1909-cu ildə fevral ayının 25-də 

Göyçay  şəhərində anadan olmuşdur. 

O, çox gənc yaşlarında  əmək 

fəaliyyətinə başlamışdır. 

1923-1931-ci illərdə respub-

likanın rayonlarında komsomol 

işində işləmişdir.  

1923-1925-ci illərdə Azər-

bay

can LKGI MK-nin Göyçay qəza 



komitəsinin pioner bürosunun sədri, 

1925-1927-ci illərdə Göyçay qəza 

komsomol komitəsinin təlimatçısı, 1927-1928-ci illərdə 

Kürdəmir rayon komsomol komitəsinin məsul katibi, 1928-

1931-ci illərdə Zaqatala dairə pioner bürosunun sədri 

vəzifələrində çalışmışdır. 

Ə.Ə.Ismayılov 1931-ci ildə Azərbaycan Tibb institutuna 

daxil olmuş və 1936-cı ildə institututu bitirərək həkim diplomu 

almışdır. 

1936-1938-ci illərdə o, Ismayıllı rayonunda 

xəstəxananın baş həkimi, səhiyyə şöbəsinin müdiri vəzifəsində 

işləmişdir. 

Ə.Ə.Ismayılov 1938-ci ilin oktyabr ayında Göyçay 

şəhərinə  dəyişilmiş  və burada əvvəlcə poliklinikada terapevt, 

sonra isə poliklinikanın  şöbə müdiri, daha sonra isə 1939-cu 

ilin noyabr ayından 1942-ci ilin yanvar ayına qədər Göyçay 

rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 

Ə.Ə.Ismayılov 1942-ci ilin yanvarında Azərbaycan SSR 

Xalq Səhiyyə Komissarlığına işə  dəvət olunur və 

Komissarlıqda tibbi kadrlar idarəsinin rəisi vəzifəsinə  təyin 

edilir. Bu vəzifədə iki il işlədikdən sonra o, 1944-cü ilin 

yanvar ayında Naxçıvan MSSR-i Xalq Səhiyyə komissarı 

vəzifəsinə  təyin edilir və burada təqribən 10 il, 1953-cü ilin 

iyun ayının 30-na kimi nazir vəzifəsində işləyir. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə