Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix26.03.2018
ölçüsü1,18 Mb.
#34529
1   ...   38   39   40   41   42   43   44   45   46

 

 

 



169

Ə.Ə.Ismayılov  1953-cü ilin iyul ayında Bakı  şəhərinə 

dəyişilir və Semaşko adına xəstəxananın baş həkimi vəzifəsinə 

təyin edilir. O, bu vəzifədə 13 il işlədikdən sonra 1966-cı ilin 

oktyabr ayında Azərbaycan Səhiyyə nazirliyinin əmri ilə 

nazirliyin 4-cü idarəsinin Zaqulbada yerləşən istirahət evinə 

müdir təyin edilir. 1967-ci ildə bu istirahət evi Pansionat 

adlandırılır. O, bu vəzifədə 1970-ci ilin fevral ayının  4-nə kimi 

işləyir, sonra 1970-ci ilin fevralında 5№-li sanatoriyaya 

dəyişilir və baş həkim vəzifəsində işləyir. 

Ə.Ə.Ismayılov  1971-ci ilin oktyabr ayında 4-cü idarənin 

Mərdəkandakı  3№-li xəstəxanasının baş  həkiminin müavini 

vəzifəsinə  dəyişilir və bu vəzifədə ömrünün axırına kimi 

işləyir. 

Ə.Ə.Ismayılov həkimlik fəaliyyəti illərində  səhiyyə 

sahəsində çox səmərəli işlər görmüşdür. O, Göyçayda səhiyyə 

şöbəsinin müdiri işlədiyi illərdə onun təşəbbüsü və  səyi 

nəticəsində Göyçayda çox nəcib və diqqətə layiq bir iş 

başlandı: - yaşayış yerlərinin qaydaya salınması  və  təmizlik 

uğrunda kütləvi hərəkat,  əhalinin özfəaliyyəti sağlamlığın 

qorunması uğrunda yeni mərhələ oldu. Göyçay tibb işçilərinin 

bu təşəbbüsü ilə partiya və Sovet orqanlarının rəhbərliyi 

altında 1940-41-ci illərdə yaşayış yerlərinin sanitar 

abadlaşdırılmasında kütləvi iş genişləndi. Azərbaycan Xalq 

Səhiyyə Komissarlığı    təşəbbüsü bəyənərək bu təcrübənin 

Azəröaycanın bütün rayonlarına yayılması haqqında 1940-ci 

ilin iyul ayının 27-də 1022 №-li əmr imzaladı. Əmrdə yuxarıda 

göstərilən tədbirlərlə yanaşı yoluxucu xəstəlikləri aşkar etmək, 

tapılan xəstəlikləri aradan qaldırmaq və qoruyucu peyvəndlər 

aparmaq məqsədilə bütün əhalinin başdan-başa kütləvi 

müayinəsini təşkil etmək tövsiyə olunurdu. Qeyd etmək 

lazımdır ki, bir il ərzində respublmkada Göyçay hərəkatını 

həyata keçirmək nəticəsində çox böyük iş görüldü. Amma 

təəssüflər olsun ki, faşist Almaniyası bu işi yarımçıq qoydu. 

Ə.Ə.Ismayılov Naxçıvanda işlədiyi 10 il ərzində də az iş 

görməmişdir. Xüsusən müharibənin ağır illərində ondan daha 

çevik işləmək tələb olunurdu. Müharibənin o ağır günlərində 

Xalq Səhiyyə komissarı kimi respublikada sanitariya işlərini 

tələb olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin 

 

 



 

170


yayılmaması üçün təsirli tədbirlər gördü. Səhiyyə 

Komissarlığında və onun yerli orqanlarında epidemiyaya qarşı 

yaradılan fövqəladə  komissiyaların işini canlandırdı. 

Ə.Ə.Ismayılov 1944-cü ildə derektiv sənədlərə  əsasən 

tədbirlər hazırlayıb həyata keçirmişdi. Bunun nəticəsində uşaq 

tərbiyə ocaqları genişləndirilmiş, qadınlara və  uşaqlara tibbi 

xidmət yaxşılaşdırılmışdır. Uşaq xəstəxanalarında çarpayıların 

sayı artırılmış, körpə evlərinin, yay sağlamlıq meydançalarının 

şəbəkəsi genişləndirilmiş, daimi yaslilərin sayı 9-dan 14-ə 

çatdırılmışdır. Diaqnostik laboratoriyalar, fizioterapevtik və 

rentgen kabinələri açılır, onkoloji dispanser təşkil edilir. 1945-

1953-cü illərdə xəstəxana müəssisələrinin sayı 2 dəfə,  onlarda 

çarpayıların sayı 1,5 dəfə artır. Xüsusən müxtəlif 

ixtisaslaşdırılmış  şöbələr yaradılır. Tibbi kadrların da sayı 

çoxalır: - həkimlərin sayı 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 

dəfə artır. 

Ə.Ə.Ismayılovun təşəbbüsü ilə daha bir neçə obyekt 

təşkil edilmişdir. Məsələn, 1947-1953-cü illərdə Naxçıvan 

şəhərində qadın məsləhətxanası, rayonların hamısında uşaq və 

qadın məsləhətxanaları, 13 kənddə  xəstəxana, rayonların 

hamısında sanepidstansiyalar təşkil edilmişdir. Respublikada 

vərəmə, traxomaya, malyariyaya, dəri-zöhrəvi xəstəliklərinə 

qarşı mübarizəni gücləndirmək məqsədilə nazirliyin kollegiya 

iclaslarında bu haqda dəfələrlə  məsələ müzakirə edilmiş  və 

müsbət nəticə alınmışdır. 

Ə.Ə.Ismayılovun səmərəli fəaliyyəti dövlət tərəfindən 

dəfələrlə qiymətləndirilmişdir. O, «Şərəf nişanı» ordeni (1945, 

1960), «Qırmızı  Əmək Bayrağı» ordeni (1949), «Qafqazın 

müdafiəsi» (1945), 2 dəfə «Almaniya üzərində qələbə» (1946, 

1949) medalları ilə, «Səhiyyə  əlaçısına» nişanı ilə  təltif 

edilmişdir. Ona Azərbaycan SSR-in əməkdar həkimi adı 

verilmişdir.  

Ə.Ə.Ismayılov habelə ictimai işlərdə  fəal iştirak 

etmişdir. O, Göyçay rayon sovetinin deputatı (1939-1941), 

Naxçıvan Ali Sovetinin deputatı (1947-1951), Bakı Sovetinin 

deputatı (1957-1967) seçilmişdir. Bundan başqa Naxçıvan 

Vilayət partiya komitəsinin üzvü (1947-1952) və büro üzvü 



 

 

 



171

(1948-1949), Bakı  şəhəri Oktyabr rayomunun plenum üzvü 

(1958-1961) olmuşdur. 

Ə.Ə.Ismayılov 1983-cü ilin iyun ayının 5-də  vəfat 

etmişdir. 

 

Hüseyn Cabbar oğlu Abbasov 

 

Hüseyn Cabbar oğlu Abbasov 



1910-cu ildə Yelizavetpol quberni-

yasının Gəncə  şəhərində anadan 

olmuşdur. 

1925-ci ildə  Gəncə  şəhər gecə 

məktəbinə    qəbul olunmuş,  gündüz-                          

lər  isə K.Marks adına toxuculuq 

fabrikində  fəhlə  işləmişdir. 1929-cu  

ildə   ibtidai   sinifi   bitirib 

Bakıyagetmişdir, gündüzlər burada Lenin adına toxuculuq 

fabrikində fəhlə işləmiş, gecələr fəhlə fakültəsində oxumuşdur. 

H.C.Abbasov 1933-cü ildə oranı bitirmiş  və  həmin il 

Azərbaycan Tibb institutuna qəbul olaraq, 1939-cu ildə ali 

təhsilini başa vurmuşdur. 1939-cu ildə Naxçıvana təyinat alır 

və 1939-cu ildən 1944-cü ilin oktyabr ayınadək Şahbuz rayon 

Səhiyyə  şöbəsinin müdiri vəzifəsində  işləyir. 1944-cü ilin 

oktyabr ayında Naxçıvan şəhərinə dəyişilir və Naxçıvan şəhər 

və rayon Səhiyyə şöbəsinin müdiri təyin edilir. O, bu vəzifədə 

9 il işləyib. 

H.C.Abbasov 1953-cü ilin iyun ayının 1-də Naxçıvan 

MSSR Səhiyyə naziri vəzifəsinə  təyin edilir və bu vəzifədə 

1955-ci il may ayının 1-nə kimi işləyir. 2 ildən sonra o, nazir 

vəzifəsindən azad olunaraq Naxçıvan respublika sanitar 

epidemioloji stansiyada epidemioloji şöbənin müdiri vəzifəsinə 

təyin edilir. Bu vəzifədə o, 17 il işləmişdir. 1972-ci ildə Gəncə 

şəhərinə köçmüşdür. 

H.C.Abbasov  Şahbuz rayonunda işlədiyi müharibənin 

ağır illərində  səhiyyə  şöbəsində epidemiyaya qarşı fövqəladə 

komissiya yaradır. Komissiya sanitariya qaydalarına nəzarət 

etmək, yoluxucu xəstəliklərin, ilk növbədə  səpgili yatalağın 

qarşısını almaq tədbirlərini həyata keçirir. Məhz bunun 

 

 

 



172

nəticəsində o illərdə rayonda yoluxucu xəstəliklərin 

yayılmasına yol verilmir. 

H.C.Abbasov  səhiyyə naziri işlədiyi illərdə 

respublikada səhiyyənin daha da inkişaf etdirilməsinə, onun 

bazasının möhkəmlənməsinə, xəstələrə göstərilən tibbi 

xidmətin yaxşılaşmasına cəhd etmişdir. Yoluxucu xəstəliklərə 

qarşı tədbirlərin vaxtında həyata keçirilməsinə nail olmuşdur. 

H.C.Abbasovun 1954-cü il noyabr ayının 29-da 

«Naxçıvan MSSR-də  kənd  əhalisinin dispanserizasiyasının 

tədbirləri haqqında» verdiyi 202№-li  əmr kənd  əhalisinin 

dispanserizasiyasının daha da geniş miqyasda aparılmasına və 

onun keyfiyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Birinci 

növbədə  kəndlərdə mexanizatorları, qabaqcıl kolxozçuları 

dispanser nəzarətinə götürdülər. 

H.C.Abbasovun səmərəli  əməyi Dövlət tərəfindən 

qiymətləndirilmişdir. 

H.Abbasov «Qafqazın müdafiəsinə görə», «1941-1945-

ci illərdə Böyük Vətən müharibəsi dövründə  əməkdə 

fərqləndiyinə görə» medalları, «Səhiyyə  əlaçısına» və 

«Sanitariya  əlaçısı» döş nişanları ilə  təltif olunmuş, 

Naxçıvanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür. 

O, ictimai işlərdə  fəallıq göstərmişdir. 1948-ci ildə 

Naxçıvan  şəhər sovetinin, 1950-ci ildə Naxçıvan rayon 

sovetinin deputatı olmuşdur. 

H.C.Abbasov Gəncə şəhərində vəfat etmişdir. 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə