177
o cümlədən «Almaniya üzərində qələbəyə görə» medalı ilə
təltif edilmişdir. 1961-ci ildə göstərdiyi nümunəvi xidmətlərinə
görə ona «Şərəf Nişanı» ordeni verilmişdir.
Tofiq Sultanov 1975-ci ilin noyabr ayının 29-da iş
yerində vəfat etmişdir.
178
Adil Nifti oğlu Məmmədov
Adil Nifti oğlu Məmmədov 10
may 1931-ci ildə Naxçıvan şəhərində
anadan olub.
Orta məktəbi bitirdikdən sonra
1949-cu ildə Azərbaycan Dövlət Tibb
institutunun sanitariya-gigiyena
fakültəsinə qəbul olub, 1955-ci ildə
institutu bitirmişdir.
1955-ci ilin iyun ayından
1956-cı ilin mart ayınadək Naxçı-van
Respublika Sanitar epidemioloji stansiyasında epi-
demioloq vəzifəsində işləmişdir.
1956-cı ilin mart ayından 1956-cı ilin oktyabr ayınadək
Culfa rayon SES-nin baş həkimi, 1956-cı ilin oktyabr ayından
1959-cu ilin may ayınadək Culfa rayon Səhiyyə şöbəsinin
müdiri işləmişdir.
A.N.Məmmədov 1959-cu ilin may ayında Naxçıvan
MSSR Səhiyyə nazirinin müavini təyin edilir və 1961-ci ilin
oktyabr ayınadək bu vəzifədə işləyir.
O, 1961-ci ilin oktyabrından 1964-cü ilin oktyabr
ayınadək Moskva şəhərində SSRI Səhiyyə Nazirliyinin
N.A.Semaşko adına Səhiyyə təşkili və təbabət tarixi
institutunda aspiranturada oxumuşdur. Aspiranturanı
bitirdikdən sonra 1965-ci ilin iyul ayınadək Bakı şəhərində
Elmi-tədqiqat Əmək gigiyenası və peşə xəstəlikləri
institutunda metodiki-təşkilat şöbəsinin müdiri vəzifəsində
işləmişdir.
A.Məmmədov 1965-ci ilin iyul ayından 1971-ci ilin iyul
ayınadək Naxçıvan MSSR Səhiyyə naziri vəzifəsində
işləmişdir.
1971-ci ilin iyul ayından 1974-cü ilin aprel ayınadək
Respublika Elmi-tədqiqat Parazitologiya institutunda
metodiki-təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
179
1974-cü ilin aprel ayından 1992-ci ilin fevralınadək Bakı
şəhər N.Nərimanov rayon Səhiyyə şöbəsinin müdiri işləmişdir
və həmin müddətdən səhhəti ilə əlaqədar fərdi təqaüdə çıxır.
A.N.Məmmədovun səhhəti bir qədər yaxşılaşdıqdan
sonra o, 1992-ci ilin oktyabr ayından 1994-cü ilin iyul ayına
kimi həmin səhiyyə şöbəsində məsləhətçi müfəttiş, 1994-1997-
ci ilin sentyabr ayınadək Nərimanov rayonunun 18№-li şəhər
poliklinikasında şöbə müdiri vəzifəsində işləmişdir. O, 1997-ci
ildən yenidən təqaüddədir.
A.Məmmədov Naxçıvanda işləyərkən səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət
yetirmişdir. 1965-1971-ci illərdə Iliç, Culfa rayon mərkəzi
xəstəxanaları, Naxçıvan şəhər doğum evi, respublika
xəstəxanasının yanında yeni bina tikilərək istifadəyə verilmiş,
Naxçıvan şəhərində 50 çarpayılıq uşaq xəstəxanasının,
Badamlı mineral sular bazasında balneoloji müalicəxananın
inşasına başlanmış, Ordubad mərkəzi rayon xəstəxanası üçün
yeni bina tikilməsindən ötrü layihə-smeta sənədləri
hazırlanmışdır. Nehrəm kəndində xəstəxana tikilmiş, Iliç
rayonunun Mahmudkənd kənd sahə xəstəxanasının inşasına
başlanmışdır. Rusiyadan sifarişlə alınmış 80-dən çox taxta
evlər respublikanın kəndlərində yerləşdirilərək feldşer-mama
məntəqələri üçün istifadəyə verilmişdir.
Orta tibb işçilərinin təkmilləşməsi üçün Naxçıvan Tibb
məktəbi nəzdində kurs təşkil olunmuşdur. O illərdə traxoma,
malyariya, poliomielit, difteriya xəstəlikləri ləğv edilmişdir.
A.N.Məmmədov 1967-ci ildə «Naxçıvan MSSR-də
səhiyyənin inkişafı (1828-1966)» adlı namizədlik
dissertasiyasını müdafiə edərək tibb elmlər namizədi adını
almışdır. Onun 25-dən artıq elmi məqaləsi və bir
monoqrafiyası dərc edilmişdir.
A.N.Məmmədovun səmərəli əməyi dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. O, 1971-ci ilin iyul ayında «Şərəf
nişanı» ordeni, 1970-ci ildə «V.I.Leninin 100 illiyi», 1986-cı
ildə «Əmək veteranı» medalları və «Səhiyyə əlaçısına» nişanı
ilə təltif olunmuşdur.
A.N.Məmmədov ictimai işlərdə də fəal iştirak etmişdir.
O, 25 ilə yaxın rayon, şəhər sovetinin, 1967-1971-ci illərdə isə
180
7-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı
seçilmişdir. Habelə, bir çox illər rayon, vilayət partiya
komitələrinin plenum üzvü olmuşdur.
Anna Ivanovna Suslova
Anna Ivanovna Suslova
1889-cu ildə Vyatski quberniyasının
(indiki Kirov vilayətinin) Yaranski
qəzasının Suslova kəndində anadan
olmuşdur. Ilk təhsilini xalq
məktəbində almışdır.
1907-ci ildə Bakı şəhərinə
gələrək Mixaylov xəstəxanasında
(indiki Əzizbəyov adına doğum evi)
sanitarka işləyir, eyni zamanda,
Mixaylov məktəbində bazar günləri
keçirilən kurslarda iştirak edir. O, 1912-ci ildə 4 sinif
imtahanını verir. 1913-cü ildə doğuşa yardım kurslarına daxil
olur və oranı 1915-ci ildə bitirərək birinci dərəcəli mamaça
ixtisasını alır.
A.I.Suslova 1916-cı ildə 19 №-li kəskin yoluxucu
xəstəliklər Lazaretinə (indiki A.Semaşko adına xəstəxanaya)
işə düzəlir və 1922-ci ilə qədər burada işləyir. O, gecə
kurslarına gedərək, 6 sinifi bitirməsi haqqında şəhadətnamə
alır. 1922-ci ildə 2-ci Moskva Dövlət universitetinin tibb
fakültəsinə daxil olur və 1924-cü ildə Azərbaycan
universitetinin tibb fakültəsinə keçirilir və oranı 1928-ci ildə
bitirərək həkim diplomunu alır.
A.I.Suslovanın Azərbaycan respublikasının rayon-
larında işləmək xahişini nəzərə alaraq Azərbaycan SSR-i Xalq
Səhiyyə Komissarlığı onu Naxçıvan MSSR-nə göndərir ki, o,
burada 40 ildən çox həkim işləmişdir.
Naxçıvan respublikasında o, böyük şərəfli yol keçərək
həkim-ginekoloq və pediatr vəzifələrində işləmişdir. O, özünün
fədakar, inadlı əməyi nəticəsində kollektivdə və xalq arasında
hörmət və məhəbbət qazanmışdır.