Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   2   3   4   5   6   7   8   9   ...   74

Fəlsəfə tarixi 
 
 
- 17 -
formasiya və innovasiya texnologiyaları mövzusuna həsr olunmuşdur. Bu 
bölməyə dialektik məntiq, yaradıcılıq və elmi kəşflərin məntiqi, elmin meto-
dologiyası  və s. kimi məsələləri araşdıran  əsərlər daxil edilmişdir. Burada 
oxucunun diqqətinə J.Tulenovun (Özbəkistan), K.Rəhmətulinin və J.Abdil-
dinin (Qazaxstan), A.Saliyevin (Qırğızıstan), Z.Orucovun, R.Qurbanovun 
və S.Xəlilovun (Azərbaycan) əsərləri təqdim edilmişdir. Bu əsərlərdə təfək-
kür problemləri, müasir elmi təfəkkür üslubu, fəlsəfə və elmdə inkişafı prin-
sipi nəzərdən keçirilmiş, idrakın ali forması olan elmin öyrənilməsində fəa-
liyyət prinsipinin qərarlaşması araşdırılmışdır. Öz ölkələrinin hüdudlarından 
kənarda da yaxşı tanınan bu filosofların əsərlərində dialektik məntiq, təfək-
kürün formaları, onların idrak prosesində rolu, bir-biri ilə qarşılıqlı əlaqələri, 
elmi biliyin strukturu məsələləri inkişaf etdirilmişdir. Bu kimi fəlsəfi araş-
dırmalara nümunə olaraq biz cilddə fəlsəfə və fizikada qarşılıqlı təsir kate-
qoriyasını, habelə biliyin tarixi bölgüsü və iyerarxik strukturunu nəzərdən 
keçirən əsərləri təqdim etmişik.  
 Dialektik  məntiq kimi, elmin də  fəlsəfi araşdırma mövzuları kifayət 
qədər geniş və rəngarəngdir. Buraya elmin həm nəzəriyyəsi, həm də tarixi 
daxildir ki, bu məsələlər də bir tərəfdən elmi biliyin spesifik sahələri, digər 
tərəfdən də fəlsəfə biliklə əlaqəlidir. Çox vaxt elm fəlsəfəsi müxtəlif elmlə-
rin qovşağında yaranır ki, bu da tədqiqatçıdan geniş sintetik bilikləri tələb 
edir. Türk dünyasının müasir tədqiqatlarında bu problem obyektiv səbəblər 
(identiklik probleminə, öz tarix və mədəniyyətinə marağın artması) üzündən 
bir qədər kölgədə qalmışdır. Amma bu, sözü gedən problemin fəlsəfi 
marağın periferiyasında qalması demək deyildir.  
 Genetika, sinergetika, astronomiya, təbabət və s. sahəsində inqilabi 
kəşflərin edildiyi, ən yeni eksperimentlərin qoyulduğu və elmin inkişafında 
yeni faktların aşkar edildiyi bir dövrdə elmin taleyüklü məsələlərinin fəlsəfi 
cəhətdən ümumiləşdirilməsi tələb olunur. Fəlsəfə insan zəkasının dünyanı, 
eləcə də özünü dərk etmək cəhdindən doğan nailiyyətlərinə heç vaxt biganə 
olmamışdır. Buna görə  də müasir türk fəlsəfəsinin araşdırılmasında bu 
istiqamətin gələcəyi çox perspektivli görünür.  
 Müasir türk fəlsəfəsinin qısa icmasına yekun vuraraq ümid etdiyimizi 
bildiririk ki, buraya daxil etdirilən əsərlər oxucunun, türk dünyasının mədəni 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 18 -
irsinə, tarixinə  və bu gününə biganə qalmayan bütün insanların marağına 
səbəb olacaqdır. Biz güman edirik ki, keçmişin tanınmış mütəfəkkirlərinin 
ən gözəl ənənələrini inkişaf etdirən müasir türk fəlsəfəsi müasir mədəniyyəti 
əhəmiyyətli şəkildə zənginləşdirəcəkdir. O, türkdilli xalqların ümumi mədə-
ni ənənələrinin və dəyərlərinin möhkəmləndirilməsinə, təhsildə və davranış-
da humanist dəyərlərin bərqərar edilməsinə səbəb olacaqdır. Empirik bazası 
artdıqca türk fəlsəfəsinin tədqiqat məkanı obyektiv olaraq genişlənəcək və 
dərinləşəcəkdir. Burada hələ araşdırılmasını gözləyən çoxlu məsələlər var. 
Buna görə də filosofların gələcək nəsillərində də ona maraq olacaqdır. Ümid 
edirik ki, “Dünya fəlsəfi irsi” silsiləsinin sonuncu cildinə daxil etdirilmiş 
əsərlər türkdilli xalqların fəlsəfi fikrinin gələcək inkişafı üçün möhkəm 
təməl olacaq və onun qızıl fonduna daxil olacaqlar.  
 
 
Prof.Dr. A.N.Nisanbayev  
Prof.Dr. Q.K.Kurmanqaliyeva
 
 
Contemporary Turkic Philosophy  
(summary) 
 
The article which is included into the final, XX-th volume of the series of 
“Philosophical heritage of the world” on contemporary Turkic philosophy which is 
published in Almata, underlines the actuality to apeal to the cultural heritage of the 
Turkic societies. The author emphasises that as the topic unstudied in the history of 
philosophy and the concept of “turkic philosophy” is not exist in the world 
philosophy the topic is actual. The editorial board of the “philosophical heritage of 
the world” has taken up its position by publishing more important themes 
(ontology, epistemology, ethics) which are main study areas of the contemporary 
Turkic philosophy and has expressed its hope regarding to the future of the turkic 
philosophy.  
 
Key words: 
Turkic philosophy, europacentrism, eastern philosophy, western 
philosophy, synergetics, philosophy of science  
 
 
 
 
 


Fəlsəfə tarixi 
 
 
- 19 -
Академик А.Н.Нысанбаев  
д.ф.н. Г.К.Курмангалиева 
 
Современная тюркская философия 
(резюме) 
 
В статье, посвященной заключительному, XX тому изданной в Алматы 
серии  «Мировое  философское  наследие» o современной  тюркской  филосо-
фии,  говорится  об  актуальности  обращения  к  культурному  наследию  тюрк-
ских  народов.  Отмечается,  что  это  связано  прежде  всего  с  неразработан-
ностью данной тематики в истории философии, отсутствием самого понятия 
«тюркская  философия»  в  философии. Публикацией в  данном  томе  наиболее 
важных  проблем  (онтологических,  гносеологических,  историко-философ-
ских, этико-эстетических), изучаемых  современной  тюркской  философией, - 
редколлегия «Мирового философского наследия» выразила свое отношение к 
этой проблеме и надежду на то, что они послужат прочной опорой дальней-
шего плодотворного развития философской мысли тюркоязычных народов
. 
 
Ключевые  слова:  т
юркская  философия,  европоцентризм,  восточная 
философия, западная философия, синергетика, философия науки.
 
 
 
Prof.Dr. A.N.Nisanbayev  
Prof.Dr. Q.K.Kurmanqaliyeva
 
 
Çağdaş Türk Felsefesi 
(özet) 
 
Almata’da yayımlanan “Dünya felsefi mirası” serisinin sonuncu, 20. cildinde 
yer alan ve çağdaş türk felsefesinden bahseden makalede türk topluluklarının 
kültürel mirasına başvurunun güncelliği ele alınmaktadır. Makalede, konunun 
felsefe tarihinde çalışılmaması ve felsefede “türk felsefesi” anlayışının mevcut 
olmaması konuyu güncel kılan en önemli faktörler olarak vurgulanmkatadır. 
“Dünya felsefi mirası”nın yayım kurulu söz konusu ciltte çağdaş türk felsefesinin 
araştırdığı en önemli meseleleri (ontolojik, epistemolojik, tarihsel-felsefi, etik-
estetik) yayımlayarak bu meseleyle ilgili tutumunu ortaya koymuş ve bu girişimin 
türk dili konuşan milletlerin felsefi düşüncesinin gelecekte daha verimli gelişimi 
için sağlam temel olacağıyla ilgili umutlarını ifade etmiştir. 
 
Anahtar kelimeler:
 
türk felsefesi, avrupamerkezcilik, doğu felsefesi, batı 
felsefesi, sinerjetik, bilim felsefesi.
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə