Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə56/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

 
 
 
 
 
 
təyin   olunub.  1919-cu   ilin  dekabrında   İtaliyaya   ezam   edilərək  Azərbaycan   Ordusu   üçün  lazım  olan   sursat   
və 
hərbi  geyimin  alınması  barəsində  müqavilələr  imzalayan  general  1920-ci  ili n  əvvəlində  Bakı 
möhkəmləndirilmiş    rayonunun    rəisi    təyin    olunur.    Bolşeviklərin    gəlişi    ilə    həbs    edilərək    o,    Nargin   
adasında güllələnib.
270
 
General-mayor Əmənulla  Mirzə Qacar  1862-ci  ildə Şuşa  şəhərində anadan olmuş,  Peterburq hərbi  kadet 
korpusunu  bitirmiş,  piyada  hissələrdə  xidmət  etmişdir.  Rusiya-Yaponiya  müharibəsində  tabor  komandiri   kimi 
iştirak  edən  Əmənulla  Mirzə  I  Dünya  müharibəsində  iştirak  etmiş,  1917-ci  ildə  general-mayor  rütbəsinə  layiq 
görülmüşdür. Tiflisə, oradan isə Şuşaya qayıdan general Müsəlman Korpusunun 1-ci müsəlman nişançı alayının 
komandiri   təyin  edilir.  Nuru    paşanın  1918-ci    il    avqust    islahatı    nəticəsində  təqaüdə   göndərilən   general   
türklər  Azərbaycanı    tərk    edəndən    sonra    yenidən    Azərbaycan    Ordusuna    cəlb    edilmiş    və    1-ci   
süvari    diviziyasının  komandir    müavini    vəzifəsində    Qarabağ    uğrunda    gedən    döyüşlərdə    iştirak   
etmişdir.    1920-ci    ildə    bolşeviklər  Azərbaycanı    zəbt    edəndə    mühacirətə    gedən    general    İrana    keçmiş,   
burada   hərbi   məktəbdə   dərs   demiş,   ordu quruculuğunda iştirak etmişdir.
271
 
Müsəlman     Korpusunun     təşkilində     böyük     rol     oynayan     şəxslərdən     biri     də     polkovnik     
Süleymanbəy Əfəndiyev    olmuşdur.    1864-cü    ildə    anadan    olan    Süleyman    bəy    Yelizavetqrad    süvari   
məktəbini    bitirmiş, Kutaisidə mühafizə hissələrində və polis keşikçi dəstəsində xidmət etmişdir. 1917-ci ilin 
iyulunda Yelizavetpola ezamiyyətə   göndərilən   polkovnik   Süleyman   bəy  şəhərdə   hərbi   kurs   təşkil   etdi   və   
150   nəfər   Gəncə   hərbi   işin ilkin vərdişlərinin öyrədilməsinə başladı. Daha sonra o, Müsəlman Korpusunun 
burada təşkil edilən 5-ci piyada alayına   komandir   təyin   olundu,   alayın   yeni   yaradılan   hissələri   ilə   rus   
qoşunlarının   tərksilah   edilməsində,   о cümlədən Şəmkir hadisələrində iştirak etdi. 1-ci piyada alayının komandiri 
vəzifəsində Müsəlman Korpusunun döyüşlərində   iştirak   edən   Süleyman   bəy   Nuru   paşa   tərəfindən   
Azərbaycan   hissələrinin   strukturu   dəyişilərkən mənzil     müfəttişi     təyin     edildi.     Azərbaycan     Ordusu     
1918-ci     ilin     sonlarından     tərtib     edilməyə     baş-layanda Süleyman   bəy  2-ci   Qarabağ  süvari   alayının   
komandiri   təyin   olundu.  Daha  sonra  Azərbaycan   Ordusunda   1-ci piyada diviziyasının komandiri təyin edilən 
Süleyman bəy 1918-ci il dekabrın 29-da 
general-mayor rütbəsinə 
layiq    görüldü,   1919-cu   ilin   fevral    ayında   səpmə   yatalağından    vəfat    etdi.
272     
Təntənə   ilə   dəfn   edilən   
general barəsində   Hərbi   nazir   S.Mehmandarov   demişdir:   "General   Süleyman   bəy   Əfəndiyev 
təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə zabitan arasında ən 
birinci mövqe tutanlardan idi!" 
Polkovnik   Sədrəddin   Mirzə   Qacar   1866-cı   ildə   anadan   olub,   Orenburq   
hərbi 
məktəbini      bitirdikdən      sonra      Vladivostokda      xidmət      edib.      1917-ci      ilin     
Fevral 
inqilabından 
Korpusunda 
Azərbaycan 
sonra    Tiflisə,    oradan    isə    Gəncəyə    gələn    Sədrəddin    Mirzə   
Müsəlman 
xidmətə    başlayıb.    QİO-da    hansı  vəzifədə 
olması 
məlum    deyil. 
Ordusunda   1919-cu   ildə   Bakı   qəzasının   hərbi   rəisi,   daha   sonra   
Hərbi 
nazirliyin dəftərxana  rəisi  vəzifələrində xidmət edən Sədrəddin Mirzə 1920-ci ildə 
bolşeviklər   tərəfindən   həbs   olunaraq   Arxangelskyə   göndərilib,   1921-ci   ildə   
Ryazana 
köçürülərək burada güllələnib.
273
 
Polkovnik  Cavad  bəy  Şıxlinski  1875-ci  ildə  anadan  olub,  Tiflis  kadet  korpusu 
və   Mixaylov   artilleriya   məktəbini   bitirib.   Çar   ordusunun   topçu      hissələrində   xidmət   edərkən   o,   1918-
ci   ilin 
yayında Azərbaycana gəlib və Əlahiddə Azərbaycan Korpusunda 
2-ci     piyada     alayının     komandiri     
təyin 
olunub. Polkovnik Cavad bəy Azərbaycan Ordusunun qərargahında Topçu şöbəsinin rəis müavini, 1919-cu ilin 
fevralından      isə      1-ci      piyada      diviziyasının      komandiri      təyin      edilib.     
1919-cu      ilin  iyunundan    Gəncə    qarnizonunun    rəisi    vəzifəsində    işləyən    Cavad   
bəyə    general-mayor  rütbəsi    verildi.    1919-cu    ilin    noyabr    ayında    Zəngəzur   
ekspedisiyasına   rəhbərlik   edib. 
1920-ci      ilin      mayında      Gəncə      üsyanın      təşkilatçılarından      olan      Cavad      bəy     
İrana mühacirətə gedir.
274
 
Azərbaycanlı      zabitlərlə      bərabər      vuruşmuş      polkovniklər      L.L.Maqalov     
və 
M.G.Tlexas xüsusi qeyd edilməlidirlər. 
Polkovnik Levan  Luarsaboviç  Maqalov (Maqalişvili gürcü  knyaz nəslindəndir) 
1879-cu    ildə    Tiflis    şəhərində    anadan    olub,    Peterburqda    Paj    korpusu    və   
Nikolayev 
süvari    məktəbini    bitirib.
275 
Tersk    kazak    qoşunlarının    tərkibində    xidmətə   
başlayıb, 
1900-1901-ci  illərdə  Çinə  yürüşdə  və  1904-1905-ci  illərdə  Rus  –  Yapon 
270
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.415. 
271
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.93. 
272
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.324-325. 
273
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.94. 
274
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.377; Süleymanov M.S.Azərbaycan Ordusu, s.444. 
275
Грузинский    генералитет    (1699-1921).    Биографический    справочник.    Составил    М.    Гогитидзе.    Киев    2001//    Kitabın    surətini    aşkar   
edib    bizə 
göndərdiyinə görə Eldar İsmaylova öz dərin təşəkkürümüzü bildiririk. 
93 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə