Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə73/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

 
 
gedirdi.
381   
Təyyarədəki zabitin əsir almanları qiyama qaldırmaq üçün göndərilməsi cəfəngiyat idi. İyunun 24-də 
Almaniya    Gürcüstanda    yerləşdirdiyi    qoşunları    Azərbaycanın    Qazax    və    Zaqatala    bölgələrinin   
sərhədlərinə  gətirdi.
382       
3-cü      ordu      komandanı      Vehib    paşa      Azərbaycan      ərazisinə    yeridilən   
istənilən    qoşunun      (    alman  hissələrinin    belə)    məhv    edilməsi    barəsində    əmr    verdi.    Azərbaycanın   
şimal-qərb    sərhədlərinin    qorunması    türk  zabitlərinin  komandanlıq  etdiyi  yerli  Azərbaycan  dəstələrinə 
tapşırıldı.  İyulun  27-də  almanlər  tərəfindən  təhrik  edilən  gürcü  qoşunu  Qazaxın  Sıraq  körpü  adlanan 
məntəqəsinə  hücum  etdi.  Türk  zabitlərinin  rəhbərlik  etdiyi  azərbaycanlı   könüllülər   onları   geri   oturtdu.   26   
gürcü   öldürüldü,   20-si   əsir   düşdü,   2   pulemyot   ələ   keçirildi.
383
 
Sərhəddə   olan   kiçik   toqquşmalardan   sonra   almanlar   Azərbaycana   hərbi    yolla   müdaxilə   etmək   
planından   əl 
çəkdilər. 
Bakı    Soveti    Gürcüstan    hökuməti    ilə    əlaqə  saxlayaraq    dəmir    yolunun    türk  qoşunları    üçün   
bağlanmasını  xahiş    etmişdi.    Xahiş    Gürcüstanda    olan    alman    komandanlığının    (başda    komandan   
Kres    fon    Kressenşteyn  olmaqla)  tələbləri  ilə  üst-üstə  düşdüyündən  Gürcüstan  hökuməti  razılığını 
bildirmişdi.
384   
Nəticədə  türk  qoşunları  üçün  sursat  Batuma  deyil,  Qarsa,  Qarakilsəyə,  Dilicana  və  Qazaxa 
göndərilməyə başladı. 
7.4. Qaraməryəm - Göyçay döyüĢü 
(1918-ci il 27-30 iyun) 
1918-ci    il    iyunun    26-da    Azərbaycan    hökumətinin    qərarı    ilə    "Müsəlman    Korpusu"    adı   
dəyişdirilərək 
"Xüsusi   Azərbaycan  Korpusu"   adlandırıldı.  Bu   gün  Azərbaycan   Silahlı  Qüvvələrinin  yaradılması   günü  hesab 
edilir. Türk ordusunun 5-ci Qafqaz piyada firqəsi Xüsusi Azərbaycan Korpusuna tabe edildi; Müsüslü ətrafında 
olan türk və  Azərbaycan  hərbi hissələri  Müsüslü  dəstəsi  adı ilə  birləşdirildi.  Dəstəyə  коmandanlıq  döyüşlərdə 
hərbi  istedadıyla  fərqlənmiş  podpolkovnik  H.Səlimova  tapşırıldı.  İyunun  27-nə   5-ci   Qafqaz  piyada  firqəsində 
225 zabit, 5277 sıravi, 4342 tüfəng, 36 pulemyot, 14 dağ topu var idi. Firqənin tərkibində olan azərbaycan hərbi 
hissələrində 30 zabit, 727 sıravi, 605 tüfəng, 21 pulemyot, 6 top, 1 zirehli qatar mövcud idi (4 - cü azərbaycan 
piyada  alayı,  1-ci   və  2-ci  taborlar,  iki  süvari  bölüyü).  Qırmızı  Ordunun  tərkibində  isə  təxminən  10  min  nəfər 
döyüşçü, 16 top, 2 zirehli qatar, çoxlu sayda pulemyot var idi.
385
 
İyunun   28-də   QİO   düşmən   üzərinə   hücuma   keçməli   idi,   lakin   kəşfiyyat   vasitəsi   ilə   bu   tarix   
barəsində 
məlumat   alan  sovet   komandanlığı  iyunun  27-də  türk-azərbaycan  qoşunlarını  qabaqlamağı  qərara  aldı.  Hücum 
elə təşkil olunmalı idi ki, türk-azərbaycan qoşunları Kürün sağ sahilinə geri çəkilməyə məcbur olsun, daha sonra 
körpü və keçidlər ələ keçirilsin və beləliklə Kür çayı boyunca müdafiə xətti yaradılaraq QİO-nun hücumlarının 
qarşısı alınsın.
386
 
İyunun    27-də    səhər    saat    6-da    Qırmızı    Ordunun    üç    taboru    Göyçay-Qaraməryəm    şossesinin   
şimalından  hücuma  keçdi.
387   
Kiçik  hərbi  hissələr  Müsüslü 
istiqamətində  nümayiş  hücumunu  keçirməyə  başladılar  ki, 
burada  dayanan  azərbaycan    hərbi      hissələri    şimala     
göndərilməsin.
388       
Sovet  komandanlığı    zənn    edirdi    ki,   
zərbəni   10-cu   Qafqaz   alayının 
sol  cinahına    vurur,    lakin  düşmən   türk-  azərbaycan 
qoşunlarının  döyüş  mövqelərinin  bütünlüklə  öyrənə 
bilməmişdi.    Əslində    10-cu    Qafqaz    alayı    şossedən   
şimalda, 
13-cu    piyada    alayı    şosse    boyunca,    Göyçayla    Bığır   
kəndi 
arasında mövqe tutmuş, Azərbaycan könüllü süvari və piyada 
hissələri   Ləkiçılpaq   və   Qaraxzır   kəndlərində   
yerləşmişdilər. 
Saat   10-a   yaxın   düşmən   təzyiqi   gücləndirəndə   10-cu   
alayın 
sol    cinahına    25-ci    tabor    göndərildi,    nəticədə    düşmən   
13-cü  alayın    cinahına    təzyiq    etməyə    başladı.    Sovet   
qoşunlarının  əsas    zərbə    istiqaməti    müəyyənləşəndə   
azərbaycanlı    könüllü  dəstələrinə  tutduqları  mövqedən 
Veysəlli  kəndi  istiqamətində  hücuma  keçmək,  düşmənin 
cinahını  əzərək  arxasına  keçmək  və      mümkün      olarsa,     
Ağsu-Qaraməryəm      yolunu      kəsmək 
381
Yuceer N. Birinci Dünya savaşında, s.86. 
382
Reha   Yılmaz.    I   Dünya   müharibəsi   başlanğıcında   Osmanlı   dövlətinin   Qafqaz   siyasəti,   //   Azərbaycan   Xalq   Cümhuriyyəti   və   Qafqaz   İslam   
Ordusu toplusu. Bakı, 2008, s. 70-71. 
383
Budak M. Nuru paşanın Qafqaz İslam Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.460. 
384
Yuceer N. Birinci Dünya savaşında, s.86. 
385
Süleymanov M.S. Azərbaycan Ordusu, s.97. 
386
Большевики в борьбе за победу, с.524-525; Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.202. 
387
Eyni zamanda, yəni iyunun 27-si, səhər Salyan bölgəsində başlayan əməliyyatlar barəsində növbəti paraqrafda məlumat verilir. 
388
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.89. 
115 


 
 
 
 
tapşırığı   verildi.   Düşmənin   13-cü   alayın   cinahına   vurduğu   zərbə   tədricən   gücləndiyindən   təhlükəli   
vəziyyət 
yaranmışdı.    150    nəfərlik    bolşevik    dəstəsi    Əlikənd    məntəqəsinə    soxuldu,    500    nəfərlik    qüvvə    Bığır   
kəndi istiqamətində    irəliləyirdi.    Bu    qüvvələri    dəf    edib    geri    atmaq    Azərbaycan    hissələrinə    tapşırıldı.   
Göyçayın 
şimalında    mövqe    tutan    Azərbaycan  süvari  bölüyü    və    Göyçayda    olan    Ağdaş    könüllü    bölüyü    13-cü   
alayın  sağ  cinahına,  Müsüslü  dəstəsi  tərkibindən  119  nəfər  azərbaycanlı  süvari  və  188  nəfər  azərbaycanlı 
piyada isə 13-cü alayın  vuruşan  hissələrinə  yardıma  göndərildi.
389   
Azərbaycan  döyüşçüləri  vaxtında  yetişdilər 
və  düşmənin  top  atəşindən    itki    versələr    də    təxminən    saat    15-də    Bığır    kəndi    istiqamətində    düşmənin   
irəliləməsinin    qarşısını aldılar.    Gözlənilmədən    cinah    zərbəsi    endirməklə 
qələbə  qazanmağı
 
planlaşdıran 
sovet 
komandanlığı 
məqsədinə nail omadı, əksinə, onun bəzi hərbi hissələri bir-birindən ayrı düşdü. 
Bundan    yararlanmaq    üçün    düşmənin    yerlərini    müəyyənləşdirən    və    öz    qoşunlarının    yerlərini   
nisbətən  dəyişən    5-ci    firqə    komandanlığı    saat    18-də    10-cu    və    13-cü    alaylarına    əkshücuma   
keçmək    əmrini    verdi.  Azərbaycanlı  hissələr  Veysəlli  və  Əlikənd  istiqamətində  əkshücuma  başladılar.  Hava 
qaralanadək davam edən əkshücum nəticəsində 10-cu alay düşməni 3 kilometr geriyə atdı, Azərbaycan hissələri 
isə Veysəlli və Əlikəndi azad etdilər.
390   
İyunun 27-də baş vermiş döyüş türk-azərbaycan döyüşçülərinin mənəvi 
durumunu  yaxşılaşdırdı,  düzgün  aparılmış  döyüşdə düşmənin  üstün  qüvvələrinin dəf  edilməsinin  mümkünlüyü 
aydın  oldu.  Lakin  düşmən  ordusu  çox  güclü  idi  və  Q.Korqanov  Bakıya    məlumat  verərkən  ''düşmən   güclü 
müqavimət   göstərir"  deməklə döyüşün hələ tam bitmədiyinə işarə edirdi.
391
 
İyulun    28-də    döyüş    sursatları    və    su    ehtiyatları    (su    hərbi    hissələrə    arabalarda    gətirilirdi)   
bərpa    edilir,  tərəflər    yeni    döyüşə    hazırlaşırdı.    İyulun    29-da    QİO    səhər    tezdən    hücuma    başladı.   
Plana    əsasən    top    atəşilə  dəstəklənən    10-cu    və    13-cü    alaylar    əvvəlki    istiqamətdə    irəliləməli,   
azərbaycanlı    süvari    bölmə    düşmənin    sol  cinahına  mümkün  olarsa,  arxadan,  zərbə  vurmalı  idi.  Müsüslü 
dəstəsi Kürdəmir istiqamətində döyüşə başlamalı 
idi    ki,    düşmən    bu    istiqamətdən    əsas    hücum    olan    yerə    qüvvə    göndərə    bilməsin.
392
13-cü    və    10-cu   
alaylar 
düşmənin   müqavimətini   qıraraq   irəliləməyə   başladı.   Azərbaycan   süvarilərinin   sürətli   hücumu   təkcə   
düşməni deyil, hətta türk zabitlərini də heyrətləndirmişdi. Döyüşün gedişində 5-ci firqə komandanlığı vuruşan 
hissələrə əmr   göndərdi:   10-cu   alay   Sultankənd   ətrafındakı,   13-cü   alay   Bığır 
bağlarının     şərqindəki      təpələrdə     möhkəmlənməyə      cəhd     
göstərən 
düşməni      məhv      etməli,      Azərbaycan      süvariləri      düşmən     
arxasına keçmək  üçün  səy 
göstərməli, Müsüslü  dəstəsi
 
Kürdəmir 
istiqamətində 
təzyiqi 
artırmalıdır.
393   
Mühasirəyə  düşməkdən  ehtiyat  edən    bolşevik-erməni    qoşunları   
tədricən    geri    çəkilməyə    başladı.  Əkshücum  axşam  saat  18.15-
dək  davam  etdi,  nəticədə  düşmən  səhər  tutduğu      mövqelərin     
hamısını      itirmiş,      türk-Azərbaycan      hissələri  Qaraməryəmin   
qərbini    tam    azad    etmiş    və    şərq    hissəsinə    keçmişdi.  Türk     
hərbçiləri     uğur     qazanılmasında     H.Səlimovun     azərbaycanlı 
süvarilərinin böyük xidmətini qeyd edirlər.
394
 
Vəziyyəti   öz   xeyrinə   dəyişməyə   çalışan   sovet   komandanlığı   gözlənilməz   fənd   işlətdi.   Belə   ki,   
düşmən  dağlıq    hissələr,    erməni    və    rus    kəndləri    olan    yerə    sıxışdırıldığından    QİO    komandanlığı   
iyunun    30-da    yeni əməliyyat  keçirməyi planlaşdırdı. Lakin gecə ikən sovet qoşunları tərkibindən 1000 nəfər 
piyada seçərək, 2 top 
və 2 pulemyotla erməni komandir Əmirovun rəhbərliyi ilə erməni və rus kəndlərindən gizlincə keçərək iyunun 
30-da səhər saat 6.15-də Pəzəvənd kəndi istiqamətindən Göyçaya hücum etdilər.
395   
N.Yüceer türk mənbələrinə 
əsaslanaraq    bildirir    ki,    Əmirovun    dəstəsinə    erməni    kəndlərinin    döyüşçüləri    də    qoşulduğundan    onun   
sayı 
artmışdı.
396   
Göyçayın özündə 5-ci firqənin qərargahını mühafizə edən bir taqım nəzərə alınmasa, heç bir türk- 
Azərbaycan hərbi hissəsi yox idi. Ehtimal ki, Əmirovun dəstəsi 5-ci firqənin komandanlığını məhv etməli, sonra 
isə    sovet    qoşunları    cəbhə    boyunca    hücuma    keçməli    idi.    Bu    zaman   
Gəncədən hərəkətə   başlayan   azərbaycanlı   könüllü   süvari   dəstə   (komandir   
minbaşı   Əhməd 
Həmdi   bəy)   şəhərin   girəcəyinə   çatmışdı.   Dəstə   Qazax   və   Gəncə   
könüllərindən 
toplanmış   və   Gəncədə   silah-sursatla   təmin   edilərək   5-ci    firqə   
komandanlığının 
sərəncamına      göndərilmişdi.      5-ci      firqənin      komandanı      Mürsəl      bəy     
qərargahın  mühafizə    taqımına    və    Əhməd    Həmdi    bəyin    dəstəsinə    dərhal   
Əmirovun    yolunu  kəsməyi  əmr  etdi,  eyni  zamanda,  cəbhənin  ehtiyat  qüvvəsi 
olan 25-ci tabor və rus 
389
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.202-203. 
390
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.203. 
391
Большевики в борьбе за победу, с.528. 
392
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.204. 
393
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.205. 
394
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.90. 
395
Süleymanov M.S. Azərbaycan Ordusu, s.99. 
396
Yuceer N. Birinci Dünya savaşında, s.87. 
116 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə