Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə74/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   70   71   72   73   74   75   76   77   ...   113

 
 
topları    taqımını,    həm-çinin    İhsan    bəyin    rəhbərliyi    ilə    Ağdaş    könüllülər    dəstəsini    Göyçaya   
göndərməyi    tələb  etdi.
397   
Hissələr  gəldikdə  o,  Göyçayın  şimalında  şəhərə  girməyə  cəhd  edən  erməni-
bolşevik  dəstəsi  ilə  döyüşə  bilavasitə  rəhbərlik  etdi.  Göyçay  üçün  təhlükənin  yaranması  xəbərini  alan  Nuru 
paşa QİO-nun Ərkani hərb rəisi 
Nazim    bəyə    könüllü    azərbaycanlı    hissələrini    təşkil    edərək    Göyçayın    müdafiəsinə    göndərməsini   
tapşırdı.  Gəncədən  300  azərbaycanlı  süvari  ilə  Yevlaxa  gələn  Nazim  bəy  bura  Nuxa  könullülərini  gətirmiş 
Yusif  bəyə  Qumlax-Padar    istiqamətində    hərəkət    etmək    əmrini    verdi.    Gəncədən    gətirdiyi    könüllüləri   
Ağdaşda    toplanmış  yeni  könüllü  dəstəsi  ilə  birləşdirən  Nazim  bəy  süvariləri,  sonra  isə  piyadaları  faytonlarla 
Göyçaya yolladı.
398
 
Həqqi əfəndinin komandanlıq etdiyi könüllülər dəstəsi Ucardan Göyçaya gəldi. Göyçayın girəcəyində baş 
vermiş   döyüşdə   Əmirovun   dəstəsi   demək   olar   ki,   tamamilə   dağıdıldı,   2   top   və   2   pulemyot   qənimət   
kimi    ələ  keçirildi.    Əmirovun    uğur    qazanacağına    əmin    olan    sovet    komandanlığı    iyulun    1-də    6   
zirehli    avtomobilin  müşayiəti    ilə    yeni    dəstəni    Göyçay    istiqamətinə    göndərdi,    lakin    dəstə    25-ci   
türk    taboru    və    Azərbaycan  könüllüləri  tərəfindən  Göyçayın  5-6  kilometrliyində  dayandırıldı.
399         
Korqanovun  əsasən  Moskvaya  raportuna  məlumat  göndərən  S.Şaumyan  yazırdı  ki,  zirehli  avtomobillər  “bəzi 
hissələri  çətin  vəziyyətdən  xilas  etdi,  habelə  arxadakı      hissələrin      geri      çəkilməsini      asanlaşdırdı".
400         
Hücuma      keçən      10-cu      və      13-cü      alaylar      düşməni  Qaraməryəm      kəndindən      vurub      çıxardılar,     
İncə,      Ərəbmehdibəy,      Padar      kəndləri      istiqamətində      hücuma  keçdilər.
401
13-cü  alay  bölgədəki  erməni 
və rus kəndlərinin tərksilah edilməsinə başladı.
402
 
Göyçay  döyüşlərində  həlak  olan  azərbaycanlı  və  türk  döyüşçülərinin  əksəriyyətinin  qəbrləri  dövrümüzə 
qədər gəlib çatmamış  (kəskin  hərbi  vəziyyət  və  olduqca isti  havalar  cəsədləri  daşıyaraq  bir  yerə  toplamağa 
imkan vermirdi, bir çoxları elə həlak olduqları yerdə dəfn edilmişdilər), bəzi cəsədlər Göyçay şəhidliyində dəfn 
olunublar. Şəhid Kadır Əfəndinin qəbri (Bığır kəndi yaxınlığındakı, təpədə) indi də əhali tərəfindən ziyarətgah 
kimi   tanınır.   Maraqlıdır   ki,  bura   ziyarətə   gələn   hər   bir   şəxs   özü   ilə   qabda   su   gətirib   qəbrin   üstünə   
tökür.  Bu  döyüşçülərin    susuzluqdan    əziyyət    çəkmələri    xalqın    yaddaşında    hələ    də    yaşayır.  Bığır   
kəndindən    şərqdə  Türk  dağı  adlanan  yerdə  şəhid  qəbri,  həmçinin  Mollaisqalı  kəndi  yaxınlığında  Mustafa 
Çavuşun  qəbri,  İsmayıllının  Hacı  Hətəmli  kəndində  iki  şəhid  qəbri  əhali  tərəfindən  sovetlər  dövründə  belə 
qorunmuşdur.
403
 
Göyçay ətrafındakı döyüşlər QİO-nun fəaliyyətində və təminatında böyük keyfiyyət dəyişikliklərinin baş 
verdiyini     göstərdi.     Hərbi     hissələr,     düşmənin     arxaya     keçməsinə     baxmayaraq,     vahiməyə     
qapılmadan     öz 
mövqelərini   qoruyur,   onların   qarşısını   almaq   üçün   döyüşə   göndərilmiş   azsaylı  dəstələr   axıra   qədər   
vuruşaraq 
düşmənin  hərəkətini  yubadır,  lazım  gələndə  azərbaycanlılar  arasından  kifayət  qədər  qüvvə  toplanır  və  sürətlə 
döyüş    mövqelərinə    göndərilir,    döyüş    təcrübəsi    və    yetərincə    silah-sursatı    olmayan    həmvətənlərimiz   
rəşadətlə  düşmən  üzərinə  gedirdilər.  Könüllülərin  qəhrəmanlığı  türk  zabitlərinin  raportlarında  öz  əksini 
tapmışdır. 
Beləliklə,   Qaraməryəm  və   Göyçay  ətrafında  baş   vermiş   döyüşlər   düşmənin   böyük  itki   verərək 
Ağsuya 
tərəf    sıxışdırılması    ilə    nəticələndi.    Döyüş    əməliyyatlarının    gedişində   
təşəbbüs bütünlüklə QİO komandanlığına keçdi. Sovet tarixşünaslığında QİO-nun 
uğurları 
onların çoxsaylı olması ilə əsaslandırılsa da, əslində bolşevik-erməni qoşunları say 
və   texnika   sarıdan   üstün   olmuşdular.   Döyüşün   planlaşdırılması,   təşkili   və   
idarə 
edilməsində    QİO    komandanlığı    biliklərini    nümayiş    etdirmiş,    bilavasitə   
döyüşdə olan 
komandirlər 
müdafiə 
və 
hücumun
 
düzgün 
əlaqələndirilməsi, 
atəş  vasitələrindən    səmərəli   
istifadə    edilmə-sini,    tabeçilikdə    olan    şəxsi    heyətə    şəxsi  nümunələri  ilə 
döyüş  aparmağı  nümayiş  etdirmişdilər.  Heç  bir  çağırış  vərəqələri  olmadan 
könüllü  olaraq  orduya  yazılan,  düşmənlə  mübarizədə  yekdillik  nümayiş  etdirən   
azərbaycanlılar    üçün    Müsüslü    və    Göyçay    qələbələri    özlərinə    inamın 
qayıtması,    mart-aprel    qırğınlarından    sonra    itirilmiĢ    milli    qürurun   
bərpası  demək  idi.  Ərzaq  və  su  ilə  qoşunları  təmin  edən  əhali,  döyüşçüləri  və 
sursatı  az  qala  cəbhə  xəttinə  çatdıran  arabaçı  və  faytonçular,  kiçik  sursatla 
düşmənin topları, 
pulemyotları    və    zirehli    qatarları    üzərinə    atılan    zabit    və    əsgərlər,    Azərbaycan    torpağı    uğrunda    öz   
vətənləri  uğrunda    vuruşduqları  kimi    vuruşan  türk  döyüşçülərinin    əksəriyyətinin    adları  naməlum  qalsa  da   
məhz  onların əzmkarlığı sayəsində qələbə qazanılmışdı. 
397
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.91. 
398
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyu uğrunda, s.304-305. 
399   
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s. 306. 
400
Большевики в борьбе за победу, с.536-537. 
401
Süleymanov M.S. Azərbaycan Ordusu, s.100. 
402
Yuceer N. Birinci Dünya savaşında, s.87. 
403
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.100-102. 
117 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə