Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə77/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   73   74   75   76   77   78   79   80   ...   113

 
 
Ənvər    paşa    eyni    ikili    siyasəti    həyata    keçirməyə    başladı.    İyunun    26-da    Ənvər    paşa    Şərq   
ordular    qrupu 
komandanlığına    məktubla    QİO-nun    hücumunu    dayandırmaq    əmrini    vermiş,    lakin    bu    məktubu   
göndərəndə 
nəzərə almışdı ki, onun mətni ilə Şərq ordular qrupu qərargahında çalışan "müttəfiq" almanlar tanış olacaqlar. 
Eyni   vaxtda   Şərq   ordular   qrupu   komandanına   göndərdiyi   şəxsi   xarakterli   məktubunda   o,   bütün   
hazırlıqların 
qrupun   qərargahında   olan   alman   zabitlərindən   məxfi   aparılmasını,   Nuru   paşaya   tələb   olunan   sayda   
silah   və 
sursat,    imkan    olarsa,    canlı    qüvvə    göndərilməsini    əmr    etmiş,    Nuru    paşa    ilə    əlaqə    saxladıqda    isə   
tezliklə  Bakı istiqamətində yürüş təşkil etməsini istəmişdi.
418   
İyunun 30-da 15-ci firqənin 38-ci türk piyada alayı 
Azərbaycana  yola  salındı,  həmçinin  3-cü  Ordunun  350  nəfərlik  ehtiyat  qrupu  da  Nuru  paşanın  sərəncamına 
göndərildi.
419
 
Almaniya   ilə   danışıqlar   aparan   zaman   Sovet   Rusiyasının   nümayəndəsi   QİO-nun   hücuma   
hazırlaşdığını 
bildirərək bunun qarşısını almağı tələb etdi. Türk qərargahlarında çalışan alman zabitlərinin verdikləri məlumata 
əsaslanan    alman    rəhbərliyi    isə    heç    bir    hazırlığın    olmadığını,    Ənvər    paşanın    öz    qoşunlarına   
əməliyyatları saxlamaq    əmrini    verdiyini    bildirdi.    Bu    məlumatı    alan    Sovet    Rusiyası    rəhbərliyi    Bakı   
Soveti    ilə    əlaqədar təhlükənin sovuşduğunu zənn edərək arxayınlaşdı. 
Mövzu ilə birbaşa bağlı olmasa da biz bu kitabda QİO və Bakı nefti ətrafında gedən siyasi oyunların qısa 
xülasəsini verməyi lazım bildik. Problemlə bağlı mövcud tarixi ədəbiyyatın öyrənilməsi bizi belə qənatə gətirdi 
ki,    Ənvər    paşa    QİO-nun    əməliyyatlarını    dayandırmaqla,    Osmanlı    dövlətinin    planlarının    icrasını   
yarımçıq 
qoymaq və müttəfiqi Azərbaycanla imzaladığı müqaviləyə naxələf çıxmaq fikrində deyildi! Hakimiyyətə gələn 
yeni    Osmanlı    sultanı    IV    Vahidəddin    iyulun    7-də    teleqram    göndərərək    Nuru    paşa    və    onun   
tabeçiliyində   olan qoşunların səylərini dəstəkləməsini bildirdi.
420
 
Fəaliyyəti    siyasi    baxımdan    dəstəklənən    QİO-nun    komandanlığı    tam   
əminliklə 
yeni əməliyyatların planlaşdırılması ilə məşğul ola bilərdi. 
Bakı  Soveti  öz  qoşunlarının  say  tərkibini  artırmaq  üçün  bir  sıra  tədbirlər  həyata 
keçirdi.  İyunun  14-də  S.Şaumyan  V.İ.Leninə  teleqram  göndərərək  polkovnik 
L.Biçeraxovun    Qırmızı    Orduya    qoşulacağı    barəsində    xəbər    verdi.
421     
Çar   
ordusunun  polkovniki,  kommunist  ideyalarının  qatı  düşməni,  ingilislərlə  əlaqələrini 
gizlətməyən  və  qardaşı  Şimali  Qafqazda  bolşeviklərə  qarşı  mübarizə  aparan  bir  şəxsin 
Qırmızı  Orduya  cəlb  edilməsinin  səbəbləri  var  idi.
422   
Döyüşlər  sübut  etdi  ki,  Qırmızı 
Ordunun  komandir  heyəti  zəifdir;  Qırmızı  Orduda  bolşeviklər  və  onların 
təəssübkeşləri,  həmçinin  daşnak,  qismən      menşeviklərlə      vuruşurdu,      bu      qüvvələr     
hesabına      ordunun      sayını      artırmaq  mümkün  deyildi.  L.Biçeraxovun  Qırmızı 
Orduya  qatılması  "vahid  və  bölünməz  Rusiya"  ideyası  ilə  yaşayan  çar  ordusunun 
zabitlərini,  həmçinin  bolşevik  və  daşnak  olmasa  da,  anti-azərbaycanlı    mövqelərdə   
dayanan    qüvvələri    də    Qırmızı    Orduya    cəlb    edə    bilərdi.  Üstəlik    Biçeraxovun   
intizamını    saxlamış,    döyüş    təcrübəsi    olan,    öz    komandirlərinə 
inanan,   ingilislərin   verdiyi  zirehli   avtomobillərlə   təchiz  edilən   1500   nəfər  Tersk   və   Kuban   kazakından   
ibarət  dəstəsi    ciddi    təhlükə    ola    bilərdi.    Ehtimal    edilirdi    ki,    L.Biçeraxova    qarşı    vuruşduqlarını   
biləndə    Müsəlman  Korpusunun  tərkibində  olan  qeyri  müsəlman  zabitlər  Qırmızı  Ordu  tərəfinə  keçəcəklər. 
İyulun  1-də  Ənzəlidə  gəmiyə  minən,  həmin  gün  Ələtdə  sahilə  çıxarılan  Biçeraxov  artıq  iyulun  2-də  cəbhə 
bölgəsində idi. Vəziyyətlə tanış olduqdan sonra o,    əlavə olaraq 2 min nəfərin göndərilməsini istədi, fövqəladə 
tədbirlərlə  S.Şaumyan  3  min  nəfəri  cəbhəyə  göndərə  bildi.
423   
İyulun  6-da  L.Biçeraxov  döyüşən  hissələrin 
komandanı  elan  edildi,  lakin  qoşun  komandanı  elan  edilən  Biçeraxov  sovet  qoşunlarının  sol  cinahına 
göndərildi,  mərkəz  və  sağ  cinah  qoşunlarına  əvvəlki    kimi    Q.Korqanov    rəhbərlik    edirdi.    Bolşevik    və   
daşnaklar   nümayiş   etdirdilər   ki,   Biçeraxovdan   onlara  yalnız  onun  adı   və  qoşunları  lazımdır.  Qazanılacaq 
qələbə  qoşunların  böyük  hissəsinə,  mərkəz  və  sağ  cinaha  komandanlıq    edən    Q.Korqanov    və    Bakı   
Sovetinin   ayağına   yazılacaq,   məğlubiyyət   olarsa,   döyüşən   hissələrin komandanı, çar zabiti və ingilis agenti 
Biçeraxov cavab verməli olacaqdı. 
İyulun    əvvəllərində    Qaraməryəm-Ağsu    və    Qaraməryəm-Müsüslü    xətləri    boyunca    mövqe   
tutan    QİO  qoşunları    Kürdəmiri    şimal    və    qərbdən    sarmağa    başladı.    Plana    əsasən    zərbə    Kürdəmir   
istiqamətində,   o,   azad ediləndən sonra isə Şamaxı istiqamətində yönəlməli idi. Ləngəbiz təpəlikləri və bir neçə 
kiçik  çayla  bir-birindən  aralanan  Kürdəmir  və  Şamaxı  ətrafı  ərazilər  relyef  baxımından  çox  fərqlənir,  bu  isə 
qoşunlardan  fərqli  şəraitdə  fəaliyyət    göstərilməsini  tələb    edirdi.    Qoşunların  üzləşdiyi    problemlərdən    biri   
hərbi  hissələrin  tez-tez    yerlərini  dəyişdiyindən    simli    rabitə    (telefon    xətləri)    çəkməyin    mümkünsüzlüyü   
idi,    bu    isə    onların    idarə    edilməsinə  maneçilik  törədirdi.
424   
Su  ilə  təchizatındakı  problemlər  və  isti  hava 
şəraiti xəstəliklərə səbəb olurdu. Dizenteriya, 
418
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94. 
419
Süleymanov M.S. Azərbaycan Ordusu, s.101. 
420
Yuceer N. Birinci Dünya savaşında, s.90-91. 
421
Большевики в борьбе за победу, с.508. 
422
Дарабади П.Г.Военные проблемы, с.118. 
423
Süleymanov M.S. Azərbaycan Ordusu, s.104. 
424
Yuceer N. Birinci Dünya savaşında, s.90. 
123 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə