Anafilaktik şok üzrə klinik protokol



Yüklə 192,76 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix26.03.2018
ölçüsü192,76 Kb.
#34367
1   2   3   4   5   6   7

 

18

sublinqval) ilə müqayisədə daha üstündür, çünki bu yol preparatın 



maksimal dərəcədə tez və tam absorbsiyasına nail olmağa imkan 

verir (C).  

Adrenalin 0,3-0,5 ml (0,3-0,5 mq) dozada ə/d yeridilir. Yaxşı olar ki, 

preparatın 0,1-0,2 ml-i allergenin təsir etdiyi tərəfə və 0,3 ml-i isə əks 

tərəfin bud nahiyəsinə yeridilsin. Zərurət olduqda preparat təkrarən hər 

5 dəqiqədən bir, maksimum 1,2 mq dozaya qədər yeridilə bilər. 

Davamlı hipotoniya zamanı vena daxilinə adrenalinin 1:10 000  

nisbətində olan məhlulunun yeridilməsi göstərişdir (1:1000 



nisbətində  həll olunmuş  məhlulu bu şəkildə v/d tətbiq etmək 

olmaz!). Bu məqsədlə 1:1000 nisbətində olan 1 ml adrenalin məhlulu 

10 ml fizioloji məhlulda həll edilir. Alınmış məhlul (1:10 000) 5-10 

dəqiqə ərzində  AT-yə nəzarətlə v/d yeridilir. 

Böhranlı  vəziyyətlərdə adrenalin məhlulunun v/d infuziyasına 

başlanılır. Bunun üçün 1:1000 nisbətində olan 1 ml adrenalin 

məhlulu 250 ml 5%-li qlükoza məhlulunda və ya 0,9%-li natrium-

xlorid və ya Ringer məhlulunda qarışdırılır (alınmış adrenalin 

məhlulunun qatılığı 4 mkq/ml təşkil edir). İlk daxil etmə sürəti – 1 

mkq/dəq təşkil edir. Effektiv nəticə əldə edilmədikdə və əks-təsirlər 

olmazsa, dozanı 4 mkq/dəq qədər artırmaq olar. 

AŞ zamanı  hətta nisbi əks-göstərişlər olduqda belə adrenalin 

həyati göstərişlə  tətbiq edilir, çünki potensial fayda mümkün 

risklərdən əhəmiyyətli dərəcədə yüksəkdir (C)

Adrenalinə kifayət kədər müsbət cavab reaksiyası olmadıqda, 

noradrenalin (ilkin doza 0,05-0,1 mkq/kq/dəq), yaxud vazopressin 

(2-10 BV v/d – cavab alana qədər), yaxud qlükaqon (1-2 mq v/d – 

cavab alana qədər) tətbiq edilməsi tövsiyə olunur. Qlükaqonun 

tətbiqi anamnezində beta-blokatorların qəbulunu qeyd edən 

pasiyentlərə xüsusilə göstərişdir.   

Adrenomimetiklərin istifadəsi ilə yanaşı orta dozalarda 



qlükokortikosteroidlər tətbiq edilir.  QKS seçimi prinsipial deyil, 

aşağıdakı preparatlardan biri göstərilən ekvivalent dozalarda istifadə 

olunur:  

 

Deksametazon 8-32 mq; 



 

Hidrokortizon 250 mq; 

 

Prednizolon 90-120 mq; 



 

Betametazon 8-32 mq. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

19

QKS-lər anafilaksiya, müxtəlif lokalizasiyalı ödemlər, 



bronxoobstruktiv sindromun tezliklə aradan qaldırılması  və 

anafilaktik reaksiya dalğalarının profilaktikası üçün əhəmiyyətlidir. 

Müalicəyə cavab verməyən və ya vəziyyəti qeyri-sabit olan 

xəstələrdə qanın həcminin kolloid və kristalloid mayelərlə adekvat 

tənzimlənməsi və pasiyentlərin xəstəxanaya təcili çatdırılması 

zəruridir (B)

Kolloid və kristalloid məhlullar dövr edən qanın maye həcmini 

bərpa etmək, hemokonsentrasiyanı normallaşdırmaq və AT-ni 

effektiv  şəkildə sabitləşdirmək məqsədi ilə infuziya edilir. 

Venadaxili yol mövcud olduqda, venadaxili infuzion terapiya təxirə 

salınmadan həyata keçirilir. 1000 ml fizioloji məhlulun yeridilməsi 

tövsiyə olunur, bu zaman məhlulun ilk 500 ml-i sürətlə infuziya 

edilir. Kiçik molekullu dekstran və ya Ringer məhlulunun 

yeridilməsi də mümkündür. İnfuziya edilən mayenin miqdarı AT və 

mərkəzi venoz təzyiqin (MVT) göstəriciləri, həmçinin xəstənin 

ümumi vəziyyətinə əsasən müəyyən edilməlidir.  

Antihistamin preparatlar AŞ-nin müalicəsində ikinci sıra 

vasitələrə aiddir. Antihistamin preparatlar ilə terapiya AT-nin tam 

sabitləşməsi və AT-ni artıran preparatların yeridilməsinin 

dayandırılması fonunda aparılır. 1%-li dimedrol məhlulu, yaxud 

tavegil və ya 2%-li suprastin məhlulu ə/d və ya v/d üsulla yeridilir. 

Fenotiazin törəmələrinin (pipolfen, diprazin) qabarıq hipotonik 

effekti, mərkəzi sinir sisteminə göstərdiyi ləngidici təsir və 

sensibilizasiyaedici qabiliyyəti ilə əlaqədar olaraq, onların anafilaktik 

reaksiyaların müalicəsində parenteral tətbiqi məqsədəuyğun sayılmır.  

Adrenalin yeridilməsinə baxmayaraq bronxoobstruktiv sindrom 

davam edərsə, bu zaman 2,5-5 mq dozada (zərurət olduqda təkrar 

edilir) salbutamol, yaxud albuterol ilə (inhalyasion və ya v/d) 

bronxolitik terapiyanın aparılması göstərişdir. Bu zaman 20 dəqiqə 

ərzində v/d 5-6 mq/kq dozada aminofillin yeridilməsi də 

mümkündür. Ürək ritminin pozğunluqları ehtimalı ilə əlaqədar olaraq 

onu ehtiyatla tətbiq etmək lazımdır.  

AŞ-nin penisillin istifadəsi nəticəsində inkişafı zamanı 1 000 000 

TV dozada penisillinazanın ə/d yolla yeridilməsi göstərişdir. Bisillin 

təyini fonunda şok yaranıbsa, penisillinazanın 2 sutkalıq intervalla 3 

dəfə istifadə edilməsi mümkündür.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

20

Qırtlaq ödemin əlamətləri başlansa( stridoroz tənəffüs, asfiksiya ) 



situasiyadan aslı olaraq traxeyanın intubasiyası, krikotireotomiya 

yaxud traxeostomiya aparılmalıdır. 

Tənəffüs və ürək fəaliyyəti dayandıqda dərhal ürək-ağciyər 

reanimasiyasına başlanmalıdır.  



Sonrakı mərhələdə həyata keçirilən tədbirlər: 

Anafilaktik  şok keçirmiş  xəstələr  əlamətlərin tam aradan 

götürülməsindən sonra 6 saatdan az olmayan müddət ərzində həkim 

nəzarəti altında olmalıdırlar. Nəzarətin məqsədi  şokun residivinin 

olub-olmamasının monitorinqidir.  

Pasiyentin xəstəxanada daha uzun müddət qalması  aşağıdakı 

hallarda tələb olunur:  

 



Davamlı hipotoniya ilə müşayiət olunan ağır gedişli anafilaktik 

şok, xüsusən etioloji amil təyin olunmayan zaman  

 

Anamnezində ağır bronxial astma olan pasiyentlər  



 

Allergenin uzun müddətli təsiri zamanı  



 

Anamnezdə residiv gedişli anafilaksiya epizodu olduqda  



Stasionar müalicənin müddəti hemodinamik göstəricilərin tam 

sabitləşməsi və anafilaksiyanın digər  əlamətlərinin aradan 

qaldırılmasının müddətindən asılıdır. Adətən bu müddət 1 gündən 10 

günədək təşkil edir. 

Stasionarda hər 6 saatdan bir 1-2 mq/kq dozada prednizolon, 

pasiyentin çəkisinə görə hesablanmış 5-10 ml/kq dozada qlükoza və 

ya fizioloji məhlul ilə infuzion terapiya aparılır; venadaxili 

antihistamin preparatlar yeridilir. Davamlı hipotoniya zamanı arterial 

təzyiqə nəzarətlə (AT> 90 mm c. süt. saxlamaqla) dopamin (400 mq 

preparat 500 ml fizioloji məhlulda həll edilir və 2-20 mkq/kq/dəq 

sürətlə yeridilir) və ya qlükaqon (şırnaq üsulu ilə 15 mq 5 dəq., sonra 

damcı üsulu ilə 5-15 mkq/dəq) arterial təzyiqin davamlı 

sabitləşməsinə qədər yeridilir.  

Daha sonra prednizolon ilə hormonal terapiya 10-15 mq dozada 

7-10 gün ərzində peroral olaraq davam etdirilir; ikinci nəsil 

antihistamin preparatlar təyin edilir (loratadin, setirizin və s.); 

böyrək, qaraciyər, ürək və digər həyati  əhəmiyyətli orqanların 

funksiyasına nəzarət olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 192,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə