Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

89 
 
istiqlal mücadiləsi xatirələri”  kitabındakı Azərbaycan Cümhuriyyətinin süqutunun 
səbəbləri  bölməsində  oxuyuruq:  “Hökumətimizin  daxilində  çox  məşum  rol 
oynamış Məhəmməd Həsən  Hacınski  gizli olaraq Moskva agentləriylə  sözləşmiş, 
hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. Moskvanın göstərişi ilə hərəkət 
etmişdir.  Əsl  xəyanətkar  olan  bu  bədbəxt  xainin  hərəkəti  pula  tamahı  olmayıb 
alçaqlığından  irəli  gəlmişdir.”  (83.səh.100).  Əks  kəşfiyyat  idarəsinin  rəisi  kimi 
ciddi  bir  vəzifə  tutmuş  şəxs  tərəfindən,  istiqlal  tariximizdə  müstəsna  rol  oynamış 
Məhəmməd  Həsən  Hacınskiyə  qarşı  irəli  sürülən  bu  ağır  ittihamın  əsas  səbəbi 
yalnız Nağı bəyin informasiyasızlığı olmuşdur. 
Onun  kitabında  hörmətlə  adı  çəkilən,  “Qafqaz  general-qubernatorunun 
icazəsi ilə Bakıda qəzet çıxaran, xalqın xüsusi ilə də, ziyalıların sevgisini qazanmış 
və  milli  Azərbaycan  işləri  ilə  məşğul  olan  Ağaoğlu  Əhməd  bəy  Ağayev”in 
Gəncəyə  gəlişi,  məscidə  toplaşan  xalq  qarşısında  çıxışı  təfərrüatı  ilə  xatırlanır. 
“Türklərlə  ermənilər  arasında  baş  verən  qırğından  mütəəssir  olan  Əhməd  bəyin: 
“Nə müsəlmanlıq, nə də insanlıq bu vəhşi hərəkətlə razı olmaz. Bu hadisə niyə baş 
verdi,  nə  üçün oldu, səbəbkarı kimdir deyə  tədqiqat  və  münaqişəyə  başlasaq, heç 
bir  nəticə  əldə  etməyəcəyik.  Türklər  və  ermənilər  olub  keçənləri  unutmalıdırlar. 
Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı yırtıcı heyvan varsa başqa heyvanları 
parçalayarlar,  ancaq  həmcinslərinə  əsla  toxunmazlar.  Çox  acıdır  ki,  vəhşi 
heyvanların etmədiklərini insanlar edirlər, bir-birlərinə atılırlar. Unutmamalıyıq ki, 
rus  idarəsindən  əsrlərcə  əvvəl  Qafqazda  türklərlə  ermənilər  dost  və  yaxşı  qonşu 
olaraq  yaşamışlar.  Tarixdə  bu  xoşagəlməz  hadisəyə  bənzər  heç  bir  hadisə  baş 
verməmişdir.”  (82.səh.19)  sözləri  görkəmli  ziyalımızın  humanist  dünyagörüşünü 
nümayiş  etdirir.  Cümhuriyyət  dövrü  demokratiyasının  yaratdığı  informasiya 
şəffaflığı,  milli  romantizm  cərəyanının  nəzəri  əsasını  qoymuş  ədəbiyyatşünas, 
filosof  Əhməd  bəy  Ağaoğlunun  digər  xidmətlərini  də  təsdiq  edir.  Nağı  bəyin 
xatirələrindəki  “Difai  firqəsinin  doğum  səbəbləri”  bölməsində  hələ  1905-ci  ildə 
Ə.Ağaoğlunun  milli  qırğına  qarşı  yaratdığı  “Difai”  təşkilatının  gördüyü  işlərdən 
ətratlı  söhbət  açılsa  da,  müəllifin  onun  rəhbərləri  barədə  müfəssəl  məlumatı 
olmadığı üzə çıxır. 
Əslində  həmin  dövrdə  ölkəyə  soxulmuş  bolşeviklərin  öz  hakimiyyətlərini 
bərqərar  etməsinə  mane  olan  amillərdən  biri  cəza  mexanizmini  həyata  keçirən 
“ÇK” adlanan fövqəladə komissiyanın tam gücü ilə işləyə bilməməsi, Moskva ilə 
müntəzəm əlaqənin olmaması və nəhayət, yerli kommunistlərin çaşqınlığıyla bağlı 
idi.  Belə  bir  vəziyyətdə  zorakı  bolşevik  hakimiyyətindən  azad  olmaq  imkanı 
olduğundan  ölkənin  bütün  iri  yaşayış  məntəqələrində  üsyanlar  tüğyan  edirdi. 
Yalnız  Bakı,  Gəncə  və  Qarabağdakı  ayrı-ayrı  erməni  qruplaşmaları  yeni  iqtidar 
sahibləri  ilə  canla-başla  əməkdaşlıq  edərək  torpaq  iddialarıyla  bağlı  mənfur 
niyyətlərini  həyata  keçirmək  üçün əlverişli  məqam gözləyirdilər. Əyalətlə  əlaqəsi 


90 
 
kəsilmiş Bakıda  tezliklə  aclıq hökm sürməyə  başladı.  Cır-cındır içində  olan Qızıl 
Ordu  əsgərləri  tərəfindən  silinib  süpürülmüş  dükan-bazarlar  boş  qaldığından  cüzi 
miqdarda  belə  qida  məhsulu  almaq  mümkünsüz  olmuşdu.  Bir  tərəfdən  işğalçı 
əsgərlərin  qurduğu  postlar  şəhərə  ərzaq  məhsullarının  gətirilməsinə  mane  olur, 
digər  tərəfdən  isə  kənd  əhalisi  naməlum  vəziyyətə  düşmüş  şəhərə  məhsul 
gətirməkdən imtina edirdi. 
Əhali arasında kütləvi repressiyalar baş alıb gedirdi. Məhəmməd Əsəd bəy 
“Qaçqınlıq”  sənədli  hekayəsinin  “Çevriliş”  bölməsində  yazır:  “Əsirləri  xırda 
gəmilərdə açıq dənizdə aparırdılar ki, burada da qayalı xırda Nargin adasına rəsmi 
“ÇK”  yerləşdirilmişdi.  Həqiqətdə  isə  əsirləri  adaya  çatmamış  gəmidə 
güllələyirdilər  və  boğazlarına  yük  bağlayıb  göyərtədən  qırağa  atırdılar.  Nə 
yaxınlarının, nə də bir başqasının onların taleyindən xəbər tutmağa ixtiyarı yox idi. 
Hətta  Azərbaycan  Sovet  hökumətinin  də,  çox  vaxt  tutulanlardan  kimin  başının 
əkildiyindən  xəbəri  olmurdu.  Minlərlə  insan  bu  yolla  həyatlarını  kayb  etdilər. 
Özünün  planlı  qəddarlığında  və  dövlətüst  gücündə  “ÇK”-nın  əməlləri  mənə 
müqəddəs  inkvizisiya  haqqında  oxuduqlarımı  xatırladırdı.  İnsanlar  izsiz-tozsuz 
yoxa çıxırdılar, hətta ən yaxın qohumları da, onların taleyindən soraq tutmağa cürət 
etmirdi. Amma kim buna çalışırdısa, ona dustaqla Nargində görüş vəd edilirdi; onu 
gəmiyə  mindirirdilər  və  o,  ömürlük  itkin  düşürdü,  yəni  adaya  çatar-çatmaz 
göyərtədən qırağa atılırdı.” (51.səh.189). 
“ÇK”-nın  gecə-gündüz  fəaliyyət  göstərdiyi  bir  dövrdə  Rusiyada,  eləcə  də 
əyalətlərdə  dəhşətli  aclıq  və  ehtiyac  hissi  hakim  kəsilmişdi.  Minlərlə  insan  həbs 
edilərək güllələnirdi. Stalin haqqında yazdığı kitabında Məhəmməd Əsəd bəy qeyd 
edir: “Həmin dövrdə “İzvestiya” qəzetində Lenin qısa qeydlə çıxış edir: “Hər gün 
mənə  və  həyat  yoldaşıma  əfv  haqqında  kütləvi  xahişlər  gəlir.  Bunların  hamısı 
faydasızdır.”  (108.səh.280).  “ÇK”-nın  amansız  siyasəti  nəticəsində  aclıqdan 
müxtəlif  tullantılar,  hətta  insan  cəsədlərilə  qidalanan  yüzlərlə  ailə  Türküstan  və 
Sibirə üz tutur. 
Şura  hökumətinə  qarşı  Azərbaycanın  bütün  əyalətlərində  meydana  çıxan 
müqavimət  hərəkatı  sistemli  olmadığından  səmərəli  nəticə  vermirdi.  May  ayında 
bütöv Qarabağı bürüyən  üsyanlar Nuru paşanın qayıdışı ilə daha  da  güclənmişdi. 
Tədqiqatçı  Xaləddin  İbrahimlinin  göstərdiyi  kimi:  “İyunun  3-dən  4-ə  keçən  gecə 
Nuru paşa öz hərbi birlikləri ilə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal 
kommunistləri  həbsə  alıb  özünü  “Qarabağın  hakimi”  elan  etmişdi.”  (37.səh.44). 
Görünməmiş  amansızlıqla  yaşayış  məntəqələrini  təyyarələrdən  də  bombalayan 
Qırmızı Ordu 10-14 iyunda Bərdəni, Tərtəri və Ağdamı yenidən ələ keçirdi. 
15  iyun  1920-ci  ildə  XI  ordu  Şuşanı  tutduqdan  sonra  min  iki  yüz  əsgərlə 
İrana  keçən  Nuru  paşanın  dəstəsinin  sonrakı  taleyi  barədə  tədqiqatçı  Xaləddin 
İbrahimli  yazır:  “İrana  keçən  əsgərlər  heç  kimdən  və  heç  yerdən  kömək 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə