Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

87 
 
edəndə  məni  və  bu  günü  yada  salarsan!.”  Onun  bu  sözlərinə  tədqiqatçı  Manaf 
Süleymanovun  reaksiyası  maraqlıdır:  “Bu  kəlam  əsl  peyğəmbərlik  idi.  İllərin 
arxasından hadisəni görmək əsl peyğəmbərlikdir. Möcüzə!” (81.səh.160). 
27  aprel  1920-ci  ildə  Ə.Topçubaşov  Bakıda  olmadığından  parlament  sədri 
vəzifəsini  icra  edən  Məmməd  Yusif  Cəfərov  hakimiyyətin  müqavimət 
göstərilmədən bolşeviklərə təhvil verilməsi aktına imza atanlardan biri olur. 
Özünün  “Qaçqınlıq”  hekayətində  ADR  parlamentinin  son  iclası  haqqında 
Məhəmməd Əsəd bəy yazır: “Tamam çaşıb-qalmış parlamentdə həmin gecə nələrin 
baş  verdiyini  təsəvvür  etmək  çətin  deyil.  Hərbi  nazir  general  Mehmandarov 
bildirdi  ki,  müqavimət  haqqında  düşünməyə  belə  dəyməz.  Parlament 
kommunistlərin şərtlərini qəbul etməyə məcbur oldu. Tələm-tələsik təslimçilik aktı 
tərtib  olundu  ki,  burada  kommunistlər  heç  bir  naziri,  heç  bir  parlament  üzvünü, 
yaxud  neft  maqnatını  şəhərin  zəbtindən  sonra  hansı  yollasa  qısnamayacaqlarını, 
əksinə,  onlara  ölkədən  sərbəst  çıxış  imkanı  verəcəklərini  aydınca  öhdələrinə 
götürdülər. Rusların verdikləri sözə necə əməl etmələri belə bir faktdan aydın olur 
ki,  çevrilişdən artıq bir ay sonra  Bakıda  bir nəfər də  olsun nazir sağ qalmamışdı, 
parlament  üzvləri  və  neft  maqnatlarından  yalnız  o  şəxslər  “ÇK”-nın  zindanlarına 
düşmədilər  ki,  onlar  neft  mütəxəssisi  kimi  əvəzsiz  idilər.  Üst-üstə  öncəki  iki  qan 
selindən  daha  çox  insan  həyatı  bahasına  başa  gəlmiş  qırmızı  çevriliş  belə  baş 
verdi.” (51.səh.188). 
27  aprel  gecəsindən  gizli  fəaliyyətə  başlayan  “Müsavat”ın  gördüyü  əsaslı 
tədbirlərdən biri də Azərbaycanın gələcək taleyini idarə edəcək şəxslər arasında öz 
adamlarını  yerləşdirmək  idi  ki,  hadisələrin  sonrakı  gedişindən  aydın  olduğu  kimi 
bu  missiya  M.Hacınskinin  üzərinə  düşdü.  N.Yaqublunun  yazdığı  kimi:  “Gizli 
müsavat”ın  demək  olar  ki,  bütün  təşkilatlarda  adamları  vardı.  “Gizli  müsavat” 
“İstiqlal” adlı bir qəzet də çıxarırdı. 1923-cü ilin ortalarına qədər çıxan bu qəzetin 
19  nömrəsi  çapdan  çıxmışdı.  “Gizli  müsavat”  xalqın  tarixi  ilə  bağlı  önəmli 
günlərdə müxtəlif bəyannamələr çap edib yayırdı. (88.səh.153). 
 
KEÇMƏKEŞLİ SOVET DÖVRÜ 
 
28
 
 aprel  1920-ci  ildə  rus  əsgərləri  ilə  dolu  zirehli  qatarların  Yalamadan 
Azərbaycan sərhəddini keçib ölkənin içərilərinə daxil olması heç bir ciddi maneəyə 
rast gəlmədi. Tam sakitlik içində olan şəhərə doluşan ordu əsgərləri elə ilk andan 
qarətlə məşğul oldular. N.Nərimanov Bakıya gəlib çıxanadək Mikoyanın fitvası ilə 
Qızıl  Ordunun  törətdiyi  talanlar  barədə  Məhəmməd  Əsəd  bəy  belə  yazır:  “Evə 
girir,  evin  altını-üstünə  çevirir  və  sadəcə  olaraq,  götürməli  olan  hər  şeyi  alıb 
gedirdilər.  Aparmadıqları  yalnız  ev  sahiblərinin  əyin-başlarında  olanlar,  daha 
doğrusu  üst  və  alt  paltarları  idi....  Oyadılmış  proletarlar  müsəlman  evlərinin  ən 


88 
 
müqəddəs guşəsinə, hərəmxanalara soxuldular. Müsəlman qadınlar soyunduruldu, 
üst-başları axtarıldı, yorğan və baş örtükləri götürüldü. Ən pisini bütün var-yoxları 
ucuz,  lakin  talançılara  bahalı  görünən,  ipək  yorğan-döşəkdən  ibarət  kasıb 
müsəlman ailələri öz üzərlərində hiss etməli oldular. Bütün ailə bu yorğan-döşəkdə 
yatır. O, bir növ evliliyin və  qadın namusunun simvolu sayılır. İndi o, proletariat 
tərəfindən dünya inqilabının məqsədləri üçün oğurlandı.” (51.səh.191). 
29
 
 aprel  1920-ci  ildən  Əliheydər  Qarayevin  başçılıq  etdiyi  Bakı  İnqilab 
Komitəsi  Azərbaycan  Respublikası  adından  RSFSR-ə  müraciət  edib  ittifaq 
bağlamağı  təklif  edir.  Bakı  İnqilab  Komitəsi  nəzdindəki  şəhər  və  qəza  şöbələri 
digər  sahələr  kimi  neft  sənayesi  müəssisələrinin  də  ümumxalq  mülkiyyəti  elan 
edildi. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi Rusiyaya tabe 
olub  tamamilə  muxtar  qurum  kimi  fəaliyyət  göstərən,  Moskvadan  göndərilmiş 
Serebrovskinin rəhbərlik etdiyi “Azneftkom” idarəsinə həvalə olunur. 
8  may  1920-ci  ildə  Birinci  Azərbaycan  Sovetlər  qurultayında  artıq  özünün 
kənarda  qaldığını  hiss  edən  N.Nərimanov  hakimiyyəti  zorakılıqla  ələ  keçirən 
bolşeviklərin sui-istifadə halları barədə susa bilmirdi. 
1920-ci  ilin  mayında  Azərbaycan  Müvəqqəti  Hərbi  İnqilab  Komitəsinin 
sədri  təyin  edilən  N.Nərimanov  ziyalıların  repressiyadan  xilası  naminə  cəhdlər 
göstərsə  də,  Bakı  Partiya  Komitəsindəki  Mikoyanlar,  Sarkisyanlar,  Mirzoyanlar 
addımbaşı ona bu işdə mane olurdular. 
9  may  1920-ci  ildə  Leninin  teleqramı  RSFSR-in  Azərbaycanı  rəsmi  olaraq 
tanınması  kimi  qəbul  olunub  həmin  gün  təmtəraqla  bayram  elan  edilsə  də, 
respublikanın müstəqilliyinin şərtiliyi elə ilk günlərdən özünü biruzə verdi. Sonrakı 
həftə  ərzində  Naxçıvan  istisna  olmaqla  bütün  Azərbaycan  ərazisində  zorakılıqla 
sovet hakimiyyəti quruldu. 
Məhz  bu  zorakılıq  nəticəsində  ADR-in  qaçıb  canlarını  qurtara  bilməmiş 
hakimiyyət  üzvləri  ilə  yanaşı,  siyasi,  iqtisadi,  mədəni  liderlərin  əksəriyyəti, 
müxtəlif partiyaların rəhbər və  sıravi  üzvləri,  milli ordunun zabitləri kütləvi  həbs 
olunub  Nargin  adasında  güllələndilər,  bir  qismi  isə  Rusiyanın  şimalındakı  həbs 
düşərgələrinə göndərildi. 
Ertəsi  gündən  başlayaraq  parlament  və  hökumət  üzvlərindən  bir  çoxu 
qatarla  Tiflisə,  gəmi  ilə  Ənzəliyə  yola  düşsələr  də,  Hacınskinin  ərizə  yazıb 
bolşevik partiyasına daxil olması bir çoxlarını hiddətləndirdi. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  İrana,  Türkiyəyə  və 
Avropaya  üz  tutan  siyasi  mühacirlər  xırda  qruplar  halında  cəmləşsələr  də,  onları 
idarə edəcək siyasi mərkəzdən məhrum idilər. 
Azərbaycan  Demokratik  Respublikasının  ilk  əks  kəşfiyyat  idarəsinin  rəisi 
Məhəmməd  Bağır  bəy  Şeyxzamanlını  (1880-1920)  bu  vəzifədə  əvəz  etmiş  onun 
kiçik  qardaşı  Nağı  bəy  Şeyxzamanlı-Keykurunun  (1883-1967)  “Azərbaycan 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə