Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə35/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

birini  də «Ağ qurd qarı» və ya «Ağ qurd ana»  mənası  bildirəıı  «Xııu-püür- 
iney»  (buradakı  «püür»  sözü  «qurd»  anlamlı  «börü»nün  eynidir)  şəklində 
bərpa etməyə çalışırlar [уепэ orada, s.207].
Beşiyi  Ağ  qaya  olan  Xuu  iney  yurdu  acıqlı  ruhlar  olan  aynalardan 
qoruyub  hifz  eləyir  [277,  s.210].  Yurd  hamisi  funksiyası  iso  ulu  mifoloji 
Yer Ana kompleksində də var. Həqiqətən əski çağlardan bəri çox sayda tiirk 
boyları və soylan dağı ulu ocdad saymış, onu ilk başlanğıc bilib öz köklərini 
də  ona  bağlamış,  yurdun hamisi,  elin  qoruyucusu  gözündə  görmüş,  qurban 
mərasimlərini  isə  müqəddəs  bildikləri  bu  yerlərdəcə  keçirmişlər.  İnamşa 
görə,  bin-bərəkətin  olmağı  məhz  onun  istəməyinə  bağhydı.  Bu  mənada 
mifik  düşüncənin  öviadı  olan  Xuu-ineyin  dağ,  qaya  ilo  bağlanmağı 
mənalıdır.  Eposdan  anlaşıldığı  kimi,  həqiqətən  do  ulusun  əmin-amanlığı, 
yıırdda  bollııq-bərəkət  olmağı  elə  Xuu-ineydən  asılıdır.  Onun  dağ,  qaya 
nıhu  olduğu bir  də ondan  anlaşıhr ki,  qayanın gözogörüıımoz  qapısı  yalnız 
onun  səsinə  açılır.  Bir  sıra  mətnbrdə  onun  əxlaqsız,  pozğun  qadm  kimi 
təqdim  olunması  [уепэ  orada,  s.216]  isə  yenə  Xuu-ineyi  seksuallığı  ilə 
seçilən  yeraltı  dünya  varhqları  sırasına  aid  etmək  imkanı  verir.  Onun 
əxlaqsız,  pozğun biri  kimi təqdimi  alt qatda obrazm seksualhğı  ilə  bağlıdır 
ki,  bunun  da  artım,  həyatm  dövrəviliyi  ideyasınm  daşıyıcısı  semantikası 
arxaik mifoloji diişüncənin öztobiotindən gəlir.
Xuu-iney 
obrazmm 
ayn-ayrı 
motnbrdə 
transformasiyası, 
ümumiyyətlə,  mifoloji  varhqların  tobiətini  anlamaq  baxımmdan  maraq 
doğurur. Lakin onun hami ruhdan başlamış demonik təbiətli cadugər qarıya, 
uşaqları  oğurlayıb  уеуэп  adamcıl  obrazına  qədər  biitün  bu  dəyişmələrinin 
matriarxatdan  patriarxata  keçidlə  vo  ya  bənzər  soboblərlə  bağlanılmağı 
obrazm  evolyusiyasma  aydmlıq  gətirə  bilməz.  Oxşar  şəkildə  tiirk  xalqları 
folklonmdakı  Umay//Humay  və  ya  A1  arvadı  (Hal  anası)  obrazları  da 
transfomıasiyaya 
uğramış, 
təbiət-mədəniyyət 
qarşıdurmasmda 
yer 
dəyişdirmiş,  tarazlaşdırıcı  funksiya  daşımaqla  yanaşı,  xaos  qiivvələrini, 
başqa  sözlə, öliim gətirən xtonik abmlə bağlı başlanğıcı da təmsil  etmişdir. 
Onun atributlan da olduqca fərqlidir. Əlinə dəmirdən əsa alıb dolaşan Xuu- 
ineyin gücü-qiidrəti  onıın hər şeyi bilməyindədir. Yer üzündə onun xəbərdar 
olmadığı  heç  nə  yoxdur.  Qeyb  aləmini  bilir,  hər  hansı  quş  ya  heyvan 
donuna biirünür.  Onda hətta mədəni qohroman cizgilari də özünü aydın hiss 
etdirir ki, bu baxımdan dirilik suyunu oldə etmoyi və bir sıra adət-ənənələrin 
təsisçisi olmağı diqqəti çəkir.
Demonik  təbiotinə  gəldikdə  isə  Xuu-iney  bu  baxımdan  Umay, 
Albastı  vo  b.  kimi  mifoloji  obrazlarin  evolyusiyasma  boıızor  bir  toşokkiil
mərhələsi  keçmişdir.  Эпэпэ  onu  bir  yerdə  qurucu,  yaradıcı  tabiətli  obraz 
olaraq,  digər yerdə isə  demonik ruhlu varlıq kimi təqdim edir ki, burada da 
ziddiyyət  axtarılmağmm  özü  ənənənin  təbiətinə  zidd  gəlir. 
Bu 
transformasiya  hadisəsi  həqiqətən  də  təbiətə  bənzər  proses  kimi 
ınədəniyyətin  daxili  qanunauyğunluğu  faktıdır  və  daimi  yaradıcılıq 
içərisində olan etnik-modəni ənənoniıı öz təbiətindən golir.
Xuu-iney  adınm  birinci  tərəfi  -   «xuu»  qismi  bir  sıra  mənalarla 
yanaşı,  «ağ»  anlamı  da,  «iney»  sözü  isə  bir  sıra  türk  dilbrində  «ana» 
məfhumunu  ifadə  edir  ki,  ЬеЬсэ  bu  mifoloji  varlıq  öz  adının  semantikası 
baxımından  yaradıhşla  bağlı  mıflordə  Tanrıya  xəlq  etmək  ilhamı  boxş 
ebyəıı  mübarək  üzlü,  müqaddəs  ruhlu  Ulu  Ağ  Ana obrazı  ib   yaxmlaşmış 
olur.  Bu,  Ulu  Ana  obrazmm  mifoloji  kontekstinə  də  uyğun  gəlir.  «Xııu» 
sözünün anlamı obrazın «mübarək üzlü», «müqoddos» varhq olduğuna işaıə 
kimi  yozula  bilməkb  ЬэгаЬэг,  mifoloji  varlığın  adınm  öz  simvolikası 
baxımmdan mahiyyətdə nəyi  ifadə etdiyini  aydm göstərir.  Yer  stixiyasi  ilə 
dərin  köklərdən  gəlmə  bağlılığı  olan  bu  obraz  bəzi  motnbrdə  eyni 
zamanda mənası  «Ağ qadın» demək olan «Xuu-xat» admı da daşıyır və эп 
çox  su  stixiyasi  ilə  əlaqələnir.  Funksional-scmantik  özollikbrino  görə 
Xuu-ineyo  olduqca  yaxm  görünon  Hal  anası  adi  ib   bilinən  mifoloji 
obrazm da bir adi  «Ağ qadm»dir.  Bu demonik varhq эп arxaik qatda artim 
ideyasinm daşıyıcısı  olduğundan onun su stixiyasi  ib  də  bağlılığı  var.  Bu 
üzdəıı  Xuu-xat obrazı  funksiyaca  şaman hami  ruhlanndan  olan  su  əyəsini 
xatırlatmış  və ona yalmz çox  sonralar şamanizmin təsiri  olduğu qənaotini 
doğurmuşdur.
Beləlikb,  mifoloji  Ulu  Ana  obrazınm  hansfomılanndan  olan 
Ötüken,  Umay,  Hal  anası,  Qarı  vo  Xuu  tney  obrazları  üzərində  ilkin 
nıüşahidəbr  struktur  və  semantik  xüsusiyyətlərinə  görə  onların  öz 
aralannda da çox sayda paralellər aparılmasım mümkün edir.


II  BÖLMƏ 
TÜRK TƏKTANRIÇILIĞI  (GÖYTANRI  DİNİ) 
VƏ ŞAMAN  KOSMOLOGİYASI  İLƏ BAĞLI 
OBRAZLARIN SİMVOLİKASI
Türk dini-mifoloji  düşüncə  sisteminin  mahiyyəti  - 
tanrıçılıq  haqqında. 
TürkTanrısı  və  simvollarmm  semantikası
Milli  mədaniyyətin  qaynağı  olan  mifologiya  elmi,  dini,  fəlsəfı 
düşüncənin  də  beşiyi  başmda  dayanır.  Odur  ki,  miflə  dinin  qarşı-qarşıya 
qoyulması mifoloji düşüncə ilə yaşayan bir topluluğun ruh həyatını anlamaq 
imkam  vermir.  Çünki  cəmiyyətin  inkişafmm  ilkin  çağlannda  mif(ologiya) 
və  din  bütövlük  içərisində  olub,  bir-birindən  aynlmayacaq  şokildə  etnik- 
mədəni düştincəyə güc verəıı enerji qaynağı kimi vəhdət təşkil etmişdir.
Kult sisteminə bağlı olduğundan hər bir mifın özəyində dini  məzınun 
var.  Bəşər modəniyyəti tarixinin yetirdiyi  bütiin  пэ vaısa,  onların  içərisində 
adi  məntiqi  analizin  ölçülərinə  bəlkə  ən  az  sığanı  mif  və  bir  də  din 
hadisəsidir.  İlahi  hikmət  fÖvqəltəbiidir  və  fövqolşüur  olduğuna  görə  də 
yalnız  ağlın,  zəkanm  giiciinə  sc-укэпэгэк  inam  və  etiqadın  gizli  yönbrini 
üzə  çıxarmaq  mümkün  deyil.  Lakin  imanm  həmin  gizlin  yönləri  sağlam 
zəka ib  /iddiyyət də təşkil etmir.
Təktannlı  inane  sistemi  olan tanrıçılıqdan  həm  türk  mifologiyasmın 
təməli,  həm də əski tiirk dini  sistemi  kimi  bəhs edilməkdədir.  Şübhəsiz,  bu, 
bir  ziddiyyət  olmayıb,  mifologiya  ilə  din  sisteminin  ortaq  mənşəli 
olmağmdan,  mif  və  dinin  kökdəki  bağlılığmdan  gəlir.  Maraqlıdır  ki, 
islamiyyətdən əvvəl tiirklərda təktann  inancmdan danışarkən  prof.  H.Tanyu 
türk  mifologiyasıyla  türklərin  dini  əsaslarının  bir-birinə  qarışdınlmış 
olmağmdan  şikayətbnirdi  [152,  s.213].  Lakin  sistemli  «diinya  dinləri»nin 
mifologiya ilə  «dolub daşması»  da elmdə sübuta yetirilmiş bir  gerçəklikdir. 
Dinlər  tarixinin  günümüzdəki  эп  tanınmış  biliciləri  din  fenomenindən 
danışarkən  oııu  insan  varlığının  ayrılmaz  bir  parçası  sayır,  mədəniyyətləri
anlamağın  yolunun  dinləri  anlamaqdan  keçdiyini  aynca  vurğulayırlar. 
Etııik-mədəııi  birliyə  daxil  insanlann  davranış  və  düşüneə  birliyinə  təpər 
veıən  isə  məhz  etnosun  öz  yaddaşındaıı  süzülüb  gələn  enerji  dolu 
(energetik) milli, arxetipik dini-mifoloji anlayışlardır.
Din  araşdıncılanmn  qənaətinə  göra,  dini  düşüncə  və  anlayışlan  da 
hansısa  bəlli  bir  dövrlə,  tarixin  müəyyən  bir  çağıyla  məhdudlaşdırmaq 
mümkün  deyil  [130,  s.324].  «Dinəqədərki  dövr»  anlayışı  da  bu  mənada 
elmi  baxımdan  düzgün  səslənmir.  Dinin  olmadığı  bir  çağdan  bəhs  etmək 
cəhdləri  hələlik  heç  bir  arqumentə  söykənmir.  Buna  görə  də  «qədim» 
sözünün  «din»  anlayışı  ilə  yan-yana  işbdilməsi  yalnız  şəıti  olaraq  qəbıtl 
edilə bilir. Çünki о özlüyündə «din» hadisəsinə zidd gəlir və «dini düşüncə» 
anlayışım  qaranlıqlaşdınr.  Нэ1э  tarix  meydanına  çıxdığı  zaman  cəmiyyət 
«böyük bir əxlaq sərmayəsinə sahib» idi və həmin əxlaq sərmayəsində dinin 
öz  ayrı  yeri  vardı.  Dini  inamş,  ayin  və  nıorasimbr  də  bu  və  ya  digər 
mədəniyyətin əsla ikinei dərəcəli əlamətini deyil, onun məhz nüvəsini təşkil 
edən  elementlər  sırasında  dayamr.  Arxaik  dini  fenomenbr  əski 
cəmiyyətlərdə  ictimai  təsisatlarla  bağlı  olmuş,  burada  inanışlar  nəiııki 
sakral,  üstəlik  də  dünyəvi  funksiya  daşıyaraq,  məsələn,  ictimai  davranışı 
nizamlamışdır.
Türk  cəmiyyətində  də  dinin  yerinin  anlaşılması  baxımından  bu 
gerçəkliyin olduqca böyük əhəmiyyəti var.  Araşdmcılar qədim türkbrin  öz 
dinbrinə  aynca  bir  ad  vermədikbrini  yazır,  bunu  türk  cəmiyyətində  dinin 
xüsusi  ictimai  quruma  çevrib  bilməməsi  ilə  izah  etməyə  çalışırlar. 
Həqiqətən,  ənənəvi  türk  cəmiyyəti  din  ib   iç-iça  bir  həyat  yaşadığmdan 
dinin ayrıca ictimai  qurum,  sosial təsisat şəkli  almağma da heç hansı  gərək 
qalmamışdı.  Din  özlüyündə  mifoloji  dünyaduyumu  ib   yaşayan  bu 
cəmiyyətin  gündəlik  həyatmın  aynlmaz  bir  parçasıydı.  Buna  görə  də  oski 
türk  cəmiyyətindən  danışılan  zaman  hansısa  şovinist  bir  duyğu  ilə  bu 
cəmiyyətdə yaşayanlarm bir elə  də dindar ruhlu  olmadıqlannı,  heç  bir dinə 
iman gətirmədiklərini və heç nəyə ibadət etmədikbrini, üstəlik etiqadlarınm 
əxlaqi yönü olmadığmı iddia etmək büsbütiin yanlışdır.
Ənənəvi türk cəmiyyətində xristianlıq və ya  lamaizmdəkindən  fəıqli 
olaraq  təsvirə  və  ya  insana  tapmılmamış,  lakin  miiqəddəs  bilinən  təbiət 
qüwətbriııə iman gətirilmişdir. Ənənədə yaşayan bu düşüncə təbiətb ahəng 
içində  bir  həyat  sürən  türk  cəmiyyətinin  də  nizam  qaynağıydı.  Göytürk 
çağınm  dini  inanışlan  yüksək  bir  din  anlayışı  üzərində  dayanırdı.  Qədim 
türk  cəmiyyətində  xaqan  Tanrı  adma  keçirilən  mərasimin,  tanrıçılıq 
kultunun  icraçısıydı.  Ənənəvi  türk  cəmiyyətində  dini  dünyagörüşünün


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə