Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə39/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   35   36   37   38   39   40   41   42   ...   223

82 

 

qazandı



44

.  Həmin  ildən  xüsusi  Ģəxslərin  də  balıq  vətəgələrini  icarəyə  

götürmələrinə icazə verilmiĢdi

45



1922-c i  il  24  fevra l  tarixli  dekretlə  dövlət  dəyirman larının,  on  kiç ik 

ipəkəyirmə  və  pambıq  emalı  zavodların ın,  həmçin in  un  üyüdən  müəssisələrin 

də icarəyə verilməsi qanuniləĢdirildi

46



1922-c i ilin  mart ayına qədər Azərbaycan Xalq Təsərrüfatı ġurası iyirmi 

müəssisəni,  o  cümlədən  Bakıda  dörd,  Gəncə  qəzasında  dörd,  Lənkəranda  beĢ, 

Salyanda  bir  və  s.  keçmiĢ  sahiblərinə  qaytardı,  yaxud  icarəyə  verdi

47

.  Onların  



arasında iki qənnadı, iki kolbasa fabriki, iki gön-dəri  zavodu, rəng fabriki,  Gəncə 

tütün fabriki, doqquz dəyirman və s. var idi

48

. Ümu miyyətlə, 1922-ci ilin yazında 



13 pambıqtəmizləyən zavod, 71 balıq vətəgəsi, 37  kimyəvi  müəssisə, ġəkinin 37 

xırda  baramaaçan  müəssisəsi  icarəyə  verildi

49

.  Beləliklə,  YĠS  Ģəraitində 



Azərbaycanda  nepmanların  (nep man  burjuaziyasının)  formalaĢması  prosesi 

baĢlandı. Ġnsanlar yaradıcılıq, təĢəbbüskarlıq və iĢgüzarlıq azad lığ ı aldılar. 



Çanaq.  Ərzaq  vergisinin  tətbiqi.  YĠS-in  A zərbaycanda  tətbiqi 

kəndlilərdə  kənd  təsərrüfatı  məhsulları  istehsalını  və  əmək  fəallığını  artırmaq  

üçün  maraq  oyatdı.  Ərzaq  siyasəti  sahəsində  də  köklü  dəyiĢikliklər  baĢ  verdi. 

1921-c i  ildə A zərbaycan kəndlilərinə öz   məhsullarından istədikləri  kimi sərbəst 

istifadə  etmək  imkanı  yaradıldı.  Bununla  yanaĢı,  Azərbaycanın  dənli  bitkilər 

ixrac  edən  yo x,  ə ksinə  taxıl  id xal  edən  respublika  olması  da  nəzərə  a lın ırd ı. 

1921-c i  ildə  kəndlilə rin  ə rzaq  verg isindən  azad  edilməsi  Azə rbaycan  kəndinə 

böyük  yüngüllük  gətirsə  də,  o,  respublika  Ģəhərlərin i  taxılla  təmin  etmək 

iqtidarında  deyildi.  Sovet  Rusiyası  özünün  ərzaq  çətinliklərinə  ba xmayaraq, 

neftin naminə Bakın ı çörəklə təmin et məy i öz üzərinə götürmüĢdü. 

Ərzaq  vergisinin  tətbiq  olun masının  təxirə  salın ması  o  dövrdə 

Azərbaycanda  YĠS-in  tətbiqinin  xüsusiyyətlərindən  biri  id i.  1921-ci  ilin 

baĢlanğıcında  yaranmıĢ  ümumi  iqtisadi  böhran  və  kənd  təsərrüfatının  olduqca 

ağır  vəziyyəti  Ģəraitində  Respublikanın  ö z  daxili  ehtiyatları  hesabına  Bakı 

fəhlələrin i  təmin  etmək  üçün  imkanlar  axtarmaq,  fərdi  kəndli  təsərrüfatlarına 

necə  yanaĢmağı  müəyyənləĢdirmək  zəruri  id i.  Azərbaycan  Ģəraitində  kəndlilərə 

yeni münasibət N.Nərimanovun təĢəbbüsü ilə irəli sürülmüĢ və həyata keçirilmiĢ 

"çanağın"  toplanması  oldu.  1921-ci  ilin  mayında  Birinci  Sovetlər  qurultayı 

Azərbaycanda  ərzaq  vergisi  əvəzinə  "çanaq"  adlanan  könüllü  natural  rüsum 

tətbiq  etmək  barədə  qərar  qəbul  etdi.  Bu  rüsum  hər  təsərrüfatdan  kəndlilərin 

özlərin in  müəyyən  etdiyi  20  g irvənkə  taxıldan  ibarət  idi.  "Çanağ"ın  əsasını 

bərabərçilik  prinsipi  ilə  "evlər"  arasında  bölüĢdürülməsi  təĢkil  edirdi,  həm  də 

kəndli təsərrüfatlarının b ir-b irindən fərqlən məsi nəzərə alın mırd ı

50



ZəhmətkeĢ kəndlilər "çanaq" toplanması çağırıĢını rəğbətlə qarĢılad ılar. 

Bəzi  qəzalarda  kəndlilər  20  girvənkə  əvəzinə  bir  pud,  hətta  beĢ  pud  taxıl 




83 

 

verməyə hazır olduqlarını bəyan edirdilər.  Qazax qəzasın ın b ir ço x  kəndlərində 



"çanaq"  toplanmasını  kəndlilər  "Biz  Bakı  fəhlələri  üçün  hər  Ģeyi  etməyə 

borcluyuq!"

51

 Ģüarı ilə qarĢıladılar. 



Çanaq  hesabına  kəndlilər  yü z  min  puddan  çox  ərzaq  topladılar.  Lakin  

respublika üzrə yığılan "çanaq" bütövlükdə nəzərdə tutulduğundan xeyli az oldu. 

Qəzalarında  çoxundakı  məhsul  qıtlığı,  yığımın  təĢkilində  yol  verilən  nöqsanlar, 

nəqliyyat  çatıĢma zlığı  "çanağ"ın  kifayət  qədər  səmərə li  olma masının  əsas 

səbəbləri id i

52



Buna baxmayaraq, "çanaq" kampaniyası  mühü m siyasi əhəmiyyət kəsb 

edirdi.  Ka mpaniya  za manı  kəndlərə  göndərilən  fəhlələ r  xeyli  ictimai-mədəni, 

maarif  və  təĢkilat  iĢləri  görür,  kəndlilərə  istehsalatda  kömək  göstərir,  kənd 

təsərrüfatı  alətlərini  təmir  edirdilər.  Bakı  fəhlələri  ilə  birlikdə  qəzalarda  o lan 

hökumət  baĢçısı  N.Nərimanov  "çanaq"  toplantısında  fəhlə  sinfi  ilə  kəndlilərin 

nail  olduqları  itt ifaqı  yüksək  qiy mət ləndirərə k  de miĢdi:  "Mən  təsdiq  edirə m  ki, 

indi fəhlələrlə kəndlilər arasında əlaqə yaran mıĢdır. 

Fəhlələr  baĢa  düĢürlər  ki,  müəyyən  güzəĢtlərə  getmək,  kəndlilərə 

kö mək  etmək  lazımdır.  Kəndlilər  də  baĢa  düĢürlər  ki,  fəh lələrə  kö mək  etmə k 

lazımd ır"

53



Azərbaycan kəndlilərin in ərzaq vergisindən azad edilməsi  respublikada 



əkin  sahəsinin  artmasına,  kəndli  kütlələrinin  kənd  təsərrüfatının  bərpası  iĢində 

daha  da  fəallaĢ masına  səbəb  oldu.  Kəndlilər  kəndli  konfranslarında  və  qəza 

sovetləri qurultay larında kənd təsərrüfatı ilə  bağlı məsələ lərin mü zakirəsində fəa l 

iĢtirak edirdilər. Məsələn, Tovuz qəza fövqəladə sovetlər qurultayı "torpaqlardan 

istifadəni  gücləndirmək,  əkin  sahələrini  geniĢləndirmək,  maldarlığ ın  artmasına 

nail o lmaq" barəsində xüsusi qərar qəbul et miĢdi

54



La kin  A zərbaycanda  ərzaq  vergisini  1922-c i  ildə  yenidən  tətbiq  etmək 



zəruriyyəti  meydana  çıxdı.  Bu,  respublikanı  ərzaq la  təmin  edən  Ukrayna  və 

Rusiyanın  taxıl  rayonlarında  həmin  il  baĢ  verən quraqlıq  nəticəsində  90  milyon 

əhalisi  olan  40  quberniyanın  qıtlıq  və  aclıq  çəkməsi  ilə  Ģərtlənirdi.  1922-ci  ilin  

ma rtında  Azərbaycan  MĠK-in  111  sessiyası  ərzaq  vergisinin  tətbiqini 

qanunlaĢdırdı. Aprelin  13-də A zərbaycan SSR  Xalq Ko missarları Soveti "1922-

ci  ildə  kənd  təsərrüfatı  məhsulları  ü zərinə  ərzaq  vergisi  qoyulması  haqqında" 

dekret verdi

55



1922-c i  il  mayın  3-də  Azə rbaycanın  II  Sovetlər  qurultayı  ərzaq  vergisi 

haqqında  dekreti  təsdiqlədi

56

.  Qurultayın  Xalq  Torpaq  komissarı  S.  M. 



Əfəndiyevin  məru zəsi  üzrə  qəbul  etdiyi  qətnamədə  "kənd  təsərrüfatında 

məhsuldar qüvvələrin artması və in kisafı təsərrüfat quruculuğunda birinci vəzifə 

kimi qeyd olundu. Kənd təsərrüfatını qaldırmadan sənayenin bərpasının mü mkün 

olmadığın ı  vurğulayıb,  sovet  hakimiyyəti  orqanlarına  Azərbaycanın  kənd 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə