Azerbaijan republic


İCTİMAİYYƏTİN İŞTİRAKI /MƏŞVƏRƏTLƏR



Yüklə 339,27 Kb.
səhifə8/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

8.0 İCTİMAİYYƏTİN İŞTİRAKI /MƏŞVƏRƏTLƏR:


Ictimaiyyətlə məşvərətlərin məqsədi təsirə məruz qalan insanları köçürülmənin planlaşdırılması işlərinə cəlb etməkdir. Məqsəyönlü məşvərətlər tezliklə başlanmalı və layihə müddəti ərzində davam etməlidir. Qadınlar və həssas qruplar daxil olmaqla geniş kütləylə məşvərətlərin aparılması ictimai iştrakın məqsədlərindən biridir. Iştirak mexanizmləri məşvərətlərin prosesinə yardım edəcək. Buna informasiya mübadiləsi, təsirə məruz qalan şəxslər və digər maraqlı tərəflərlə məşvərətlər, və o cümlədən, təsirə məruz qalan şəxsləri layihə məqsədlərinə, müxtəlif komitələr və qərarların qəbul edilməsinə cəlb etmək daxildir. Təsirə məruz qalan şəxslərlə məşvərətlər və qarşılarında olan seçimin müzakirəsi köçürülmə planlarının hazırlanması və icrası zamanı çox mühümdür.

KTP-nin yekunlaşdırılması və Layihə icraçılarına təqdim edilməsindən əvvəl təsirə məruz qalan şəxslər bir neçə dəfə təşkil olunan məşvərətlər zamanı məlumatlandırılacaqlar. Bu məşvərətlər TTN Məsləhətçisinin səfərbərliyi başlandıqdan sonra da davam edəcək ki, əhalinin layihə fəaliyyəti barədə tam məlumatlı olması, torpaqalma və köçürülmə zamanı ortaya çıxan gözlənilməz hallarda hüquqlarını bilməsi, şikayətlərin baxılması haqqında, ev şəraiti və tikinti işlərinə cəlb edilməsi barəsində məlumatlı olması təmin edilsin.

KÇS sənədiylə əlaqədar ictimai məşvərətlər keçirilmişdir. Görüşün nəticələri Əlavə IV təqdim olunur.

9.0 ŞİKAYƏTLƏR

Şikayətlərin Baxılması Mexanizmləri (ŞBM) təsirə məruz qalmış insanların layihənin təsiri ilə əlaqədar müraciət və şikayətlərini aşkar edib həll etmək üçün etibarlı vasitədir ki, layihə çərçivəsində həmin şikayət və müraciətlərin müvafiq şəkildə ünvanlandırılması təmin edilir. Bu layihədə Şikayətlərin baxılması mexanizmləri təyin ediləcək və həmin mexanizmlər vasitəsiylə təsirə məruz qalmış insanlar hüquqları haqda və o cümlədən, məşvərətlər, araşdırmalar, kompensasiyaların alınması və köçürülmə mərhələlərində həm yazılı həm şifahi şəkildə şəkayətlərinin bildirilməsi və ünvanlandırılması barəsində ətraflı məlumat alacaqlar.


Prosesləri tezləşdirmək üçün Şikayətlərin Baxılması Mexanizmləri Dövlət Ehtiyacları üçün Torpaqların Alınması Qanununa uyğun olaraq tərtib ediləcəkdir (Maddə 75). Şikayətlərin Baxılması Komissiyası (ŞBK) KTP-nin icrasına başlanmaqdan əvvəl münaqişələrin həlli və idarəedilməsində bilik və təcrübəyə malik 3-5 nəfərdən (yerli QHT, müvafiq dövlət təşkilatları, ictimai, bələdiyyə təmsilçiləri) ibarət olmaqla təşkil ediləcəkdir. Şikayətlərin baxılması üçün növbəti mərhələlər müvcuddur:
Mərhələ 1 (Şikayətlərin Baxılması Komissiyası): ŞBK münaqişə tərəfləri arasında ortaq olacaq və ikitərəfli razılıq əsasında məsələlərin həll edilməsi üçün səy göstərəcəkdir. ŞBK-nin tövsiyələri Alan Orqana11 göndəriləcəkdir. Alan Orqan LTMQŞ-nin şikayətlərinin baxılmasına məhsuliyyət daşıyır, və ehtiyac olarsa şikayətləri həlli üçün müvafiq qurum və təşkilatlara ötürəcəkdir. Kompensasiya məbləğlərinə dair tövsiyələr istisna olmaqla Alan Orqan ŞBK-nın bütün tövsiyələrini qəbul edəcək və Nəzarət orqanına ötürəcəkdir. TMQŞ ŞBK ilə telefon, eletron poçt, birbaşa görüşlər və məktublar vasitəsiylə əlaqə saxlaya biləcəklər. KTP-nin icrasına başlanmaqdan əvvəl ŞBK telefon nömrələri TMQŞ-yə veriləcək və ərazidəki əsas yerlərdə elanlarla yayılacaqdır.
Mərhələ 2 (Nəzarət Orqanı): Nəzarət Orqanı ŞBK-nın kompensasiya məbləğinə dair (Maddə 75.6) tövsiyələrini və Alan Orqanın mövqeyini Qiymətləndirmə Kommisiyasına göndərəcəkdir.
Mərhələ 3. (Məhkəmə): Məhkəmə məsələlərin həlli üçün son cəhd olacaqdır. LTMQŞ Nəzarət Orqanının qərarı ilə razılaşmadıqları təqdirdə məhkəməyə müraciət edə bilərlər.


10.0 MONİTORİNQ VƏ NƏZARƏT:


Təsirə məruz qalan insanlar barədə planlaşdırılmış köçürülmə tədbirlərinin görülməsini yoxlamaq üçün monitorinq sistemi təşkil ediləcəkdir. . Monitorinq sistemi həmçinin məlumat toplanması, məlumat təhlili, dəqiqləşdirmə, keyfiyyətə nəzarət, aidiyyəti olan təşkilatlarla əlaqə, hesabatların hazırlanması, hesabatların icra orqanına və Dünya Bankına təqdim edilməsi kimi xüsusi tapşırıqlar üçün məsuliyyətləri müəyyən edəcəkdir.

10.1 Daxili Monitorinq:


Daxili monitorinq TAŞ/ LİQ tərəfindən aparılacaqdır. Nəticələr AYS və Dünya Bankına layihənin icrasını əks etdirən yarımillik hesabatlar vasitəsiylə məruzə ediləcəkdir. Köçürülməyə aid tədbirlər və dərhal əldə edilən nəticələrlə əlaqəli göstəricilər daxili monitorinqin göstəriciləri sayılır. Bu məlumat birbaşa olaraq tikintiyə texniki nəzarət məsləhətçisi tərəfindən layihə ərazisindən əldə ediləcək və aylıq olaraq LİQ-ə köçürülmə planlarının yerinə yetirilməsi və nəticələrinin qiymətləndirilməsi, ehtiyac olarsa iş proqramında müəyyən dəyişikliklər edilməsi üçün hesabat ediləcəkdir. Aylıq hesabatlar əsasında LİQ tərəfindən, tələb olunarsa, rüblük hesabatlar hazırlanaraq AYS və DB-na təqdim ediləcəkdir.

Daxili monitorinqdə xüsusi göstəricilər bunlardır: (i) təsirə məruz qalan insanlarla məşvərətlərin aparılması və informasiya kampaniyası; (ii) torpaqalmanın və torpaq üçün kompensasiyaların ödəniş statusu; (iii) təsirə məruz qalan tikililər və digər mülkiyyət üçün kompensasiyaların ödənilməsi; (iv) təsirə məruz qalan insanların köçürülməsi; (v) gəlirin itirilməsi üçün ödənişlər; (vi) köçürüləcək torpaq sahələrinin seçilməsi və paylanması; vi) köçürülmə yardımı üçün ödənişlər, və (vii) gəlirin və yaşayış səviyyəsinin bərpası tədbirləri. Yuxarıda qeyd edilənlər növbəti göstəricilər vasitəsiylə layihə müddəti boyu gündəlik olaraq köçürülmə fəaliyyətlərinin yoxlanmasına məhsul olan TAŞ / LİQ tərəfindən əldə ediləcəkdir: (i) təsirə məruz qalan şəxslərin İnventarlaşdırma məlumatları ila tanışlıq, (ii) təsirə məruz qalan şəxslərlə məşvərətlər və qeyri rəsmi müsahibələr, (iii) əsaslı araşdırmalar, (iv) təsirə məruz qalan şəxslərin nümunə olaraq araşdırılması, (v) rəsmi şəxslərlə müsahibə, və (vi) icmalarla görüşlər.



    1. Xarici Monitorinq:

Xarici monitorinq ildə iki dəfə aparılacaq və nəticələri yarımillik hesabatlar vasitəsiylə LİQ-ə və DB-yə məruzə ediləcəkdir. Xarici monitorinqin nəticələri AYS-ə təqdim ediləcəkdir. Xarici monitorinq göstəricilərinə daxildir: (i) LİQ tərəfindən hazırlanan daxili monitorinq hesabatları ilə tanışlıq və onların yoxlanılmas; (ii) təsir göstəricilərinin müəyyən edilməsi və seçilməsi; (iii) təsirə məruz qalan şəxslərlə rəsmi və qeyri rəsmi araşdırmalar nəticəsində təsirin qiymətləndirilməsi; (iv) ilkin hesabatın hazırlanması üçün təsirə məruz qalan şəxslərlə, rəsmilərlə, icma liderləriylə məşvərətlərin aparılması; və (v) köçürülmənin səmərəliliyi, effektliyi, təsir və davamlığının qiymətləndirilməsi, gələcək köçürülmə siyasətinin formalaşması və planlaşdırılması üçün əldə edilən təcrübə və tövsiyyələrin verilməsi.

Təsirə məruz qalan şəxslərin statusunu qiymətləndirərkən növbəti faktorlar nəzərə alınacaqdır:



  • Köçürülmədən sonra təsirə mətuz qalan şəxslərin sosial-iqtisadi vəziyyəti;

  • Təsirə məruz qalan şəxslərdən kompensasiya, köçürülmə seçimi, alternativ inkişaf və köçürülmə vaxt cədvəlinə dair cavabların alınması;

  • Gəlir və məhsul satışında olan dəyişikliklər;

  • Məcburi köçkünlər, sənədsiz və icazəsiz istifadəçilərin vəziyyətinin bərpası;

  • Biznes və mülkiyyət üçün qəbul edilən qiymətləndirmə metodu;

  • Şikayətlər prosedurlarının qəbul edilməsi;

  • Kompensasiya və köçürülməyə yardım məvaciblərinin paylanması; və

  • Köçürülmədən sonra təsirə məruz qalan insanların məmnunluq dərəcəsi.

Kompensasiya və köçürülməyə yardım proseslərini ümumi şəkildə yoxladıqdan sonra xarici monitorinq layihə təsirinə məruz qalan həssas qrupların (ailə başçısı qadın olan ailələr, şikəst/ yaşlı əhali və yoxsul ailələr) vəziyyətini yoxlayacaqdır.


Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə