Azerbaijan republic


Əlavə II Dünya Bankı tərəfindən maliyyələşən Avtomobil Yolları Layihələri üçün təsis edilən LİQ



Yüklə 339,27 Kb.
səhifə10/10
tarix15.03.2018
ölçüsü339,27 Kb.
#32288
1   2   3   4   5   6   7   8   9   10

Əlavə II

Dünya Bankı tərəfindən maliyyələşən Avtomobil Yolları Layihələri üçün təsis edilən LİQ




Azəryolservis ASC İnvestisiya şöbəsi/

LİQ
Direktor

Direktor Müavini

Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssisi (1)

Sosial və Ekoloji Məsələlər üzrə Mütəxəssis (1)

Satınalma Mütəxəssisləri

(3)
Layihə Rəhbəri / Mühəndislər

(3)
LİQ-in Texniki Dəstək Mütəxəssisi

(1 beynlxq)
İnstitusional İnkişaf Mütəxəssisi

Tərcüməçilər və administrativ heyyət (1)
Maliyyə Mütəxəssisləri

(2)

Əlavə III

KÇS hazırlanması üçün aparılan görüşlər (2015)




Tarix

Məkan

Tərəf

Vəzifə

Sentyabr 2015

AYS ASC

Layihə İşçi Qrupu



Adil Qocayev

Direktor

Noyabr 2015

LİQ, Bakı

Ilahə Ilyasova

Təhlükəsizlik məsələləri üzrə Mütəxəssis

Avqust 2015

Dünya Bankının Bakı Ofisi

Gulana Haciiyeva

DB, Ətraf mühit məsələləri üzrə Mütəxəssis

Bakı































































Əlavə IV

İctimai Məşvərətlər, İctimayyətə Bakı-Şamaxı yolunun km13.5-15 və 91-107 hissələri üçün Köçürülmə Siyasətinin Çərçivə sənədinin və Ətraf Mühitiə Təsirin Qiymətləndirilməsi Hesabatlarının açıqlanması,



Məkan: Şamaxı və Aşağı Güzdək Oktyabr 23, 2015
Təqdimat etdilər:

Samuel E. Sapuay, Ətraf mühit məsələləri üzrə beynəlxalq mütəxəssis

Ilahə Ilyasova, AYS-LİQ, Təhlükəsizlik məsələləri üzrə mütəxəssis
İctimai məşvərətlər 23 oktyabr 2015-ci il tarixində baş tutdu. Görüşdə Bakı-Şamaxı avtomobil yolunun km13.5-15 və km91-107 hissələrinin dörd zolağa genişləndirilməsi, Dünya Bankının (i) ƏS 4.01 – Ətraf Mühitin Qiymətləndirilməsi və (iv) ƏS 4.12 – Məcburi Köçürülmə müvafiq ətraf mühit və sosial siyasətinə istinadən müzakirə edilmişdir. Dəvətlilər arasında yerli sakinlər, iş adamları, QHTvə yerli hökümət nümayəndələri iştirak etdilər. Yolun km 91-107 hissəsi üçün İM Şamaxı rayonu İra Hakimiyyəti binasında səhər saat 10.00-da 40 nəfərin iştrakı ilə keçirilmişdir. Yolun km 13.5-15 hissəsinə aid olan digər görüş Aşağı-Güzdək qəsəbəsinin bələdiyyə binasında saat 15.00-da keçirilmiş və görüşdə 20 nəfər iştrak etmişdir. Görüşdə PowerPoint proqramında təqdimat materialları sosial, ekoloji və torpaq məsələlərini AH və DB-nin müvafiq siyasətləri ilə birlikdə təqdim edilmiş, layihə təsirlərinin azaldılması və qarşısı alınması tədbirləri açıqlanmışdır. Daha sonra müzakirələr başlanmış, şərhlər və suallar verilmiş, məsələlər qaldırılmışdır. Əlavə olaraq iştrakçılar öz sual/şərhlərini yazılı qeyd edərək LİQ-in Təhlükəsizlik məsələləri üzrə Mütəxəssisinə təqdim etmişlər. Bütün qaldırılan məsələlər şifahi və yazılı olaraq cavablandırılaraq aşağıda təqdim edilən cədvəldə qeyd edilmişdir. İM nəticələri layihəyə cəlb olunan AYS ASC, DB və layihə mühəndisinə müvafiq tədbirlər üçün təqdim olunacaqdır.

İctimai Məşvərətlərdə sual/cavab cədvəli

Rayon

Kənd/ Qəsəbə

İştrakçının adı

Sual/ Şərh

Cavab

Nəzərə alınmalıdır

Abşeron

Aşağı Güzdək qəsəbəsi

Abbasov Bəyağa Safar

Bakı-Şamaxı layihə yolunun sağ tərəfində yerli bələdiyyə tərəfindən bir çox ağac əkilib və iki ildən çox həmin ağaclara qulluq olunur. Orda həmçinin 3 metrə yaxın hündürlüyü olan hasarlar tikilib və bəzi yerlərdə xüsusi daşlarla bəzədilibdir. Bütün bu abadılıq işləri necə olacaqdır? Orada işləyən fəhlələr necə olacaq?

Yolun yeni layihəsi həmçinin yol kənarı planlaşdırma elementlərini əhatə edir ki, oraya yol kənarının yaşıllaşdırma işləri də daxildir. Məlumatınız üçün onu bildirirk ki, yaşıl yamacların tikintisi daxil olmaqla hazırki dekorativ elementlər bələdiyyə və İH (İcra Hakimiyyəti) tərəfindən yolun mühafizə zolağında aparılmış və çox təssüf ki, yol inzibati strukturları ilə razılaşdırılmamışdır. Müvafiq drenaj sisteminin olmaması yağışlı və qarlı hava şəraiti zamanı və ağacların sulanması nəticəsində yolun göllənməsiylə nəticələnir və bu da öz növbəsində bu yol hissəsinin sıradan çıxarılmasına gətirib çıxarır. Yeni layihə yuxarıda deyilənləri nəzərə alacaq və investisiyaların davamlı olmasını təmin edəcəkdir. Məşğulluq məsələsinə gəldikdə anlaşılır ki, yaşıllığa qulluq edən bir neçə fəhlə bələdiyyə işçiləridir və bələdiyyə tərəfindən işlə təmin ediləcəklər. Biz bu məsələyə daim nəzarət edəcəyik və işlərin bəzi məşğulluq məsələlərinə mənfi təsir göstərərsə müvafiq yardımı göstərəcəyik. O fəhlələr həmçinin tikinti işlərinə də cəlb oluna bilərlər.

AYS

Abşeron

Aşağı Güzdək qəsəbəsi

Süleymanov Seyfulla

Mən Aşağı Güzdək qəsəbəsinin sakiniyəm və yeni layihələr tikiləndən sonra Bakıya gedən yolumuzun daha da məhdudlaşmağından olduqca narahatam. Hal hazırda bir döngə əvəzinə biz 7-8 km yol qətt etməliyik ki, geri dönərək Bakı yoluna cıxaq.

Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcüd narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir.

ARS

Abşeron

Aşağı Güzdək qəsəbəsi

Əmirov T

Bir neçə vaxtır ki biz Şamaxı yolundan Aşağı Güzdək qəsəbəsinə bir başa çıxa bilmirik və bu səbəbdən 6 km dən çox əlavə məsafə qət edərək Bakı istiqamətində getməli və dairəvi yolla geri qayıtmalı oluruq. İstərdik ki yola qəsəbədən birbaşa çıxış olsun. Qəsəbə çıxışında bir dairəvi yol qoymaq mümkündürmü?

Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir.

AYS

Abşeron

Aşağı Güzdək qəsəbəsi

Şahverdiyev Mərdan;
Madadova Raya Əli;
Ofelya Əkbərova
Xaqani Balaoğlanov



Xahiş edirik ki, bizə birbaşa çıxış yolu verəsiz ki, qəsəbəmizə asan gəlib gedə bilək. Biz çox çətinlik çəkirik, bizim qəsəbəmizi nəzərə alın və bizi unutmayın!

Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir

AYS

Abşeron

Aşağı Güzdək qəsəbəsi

Paşayev Qubad R
Şahverdiyev H

Qəsəbənin girişində dairəvi yol olmadığından 10km-dən çox yol qət etməli oluruq ki, digər qəsəbə, Müşviqabada gedək ki oradan Bakı yoluna çıxaq. Bu vaxtımızı alır və çətinliklərlə üzləşirik, xüsusiylə də fövqalada hallar olanda. Xahiş edirik bizi, 8000 əhalisi olan qəsəbəni yol a birbaşa çıxmaq üçün dairəvi yolla təmin edəsiz.

Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir

AYS

Şamaxı

Həmyəli kəndi

Sayilov Cavanşir Talip

Hamyalı kəndindən avtomobil yoluna çıxış üçün dairəvi yol tikiləcəkmi?

Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir

AYS

Şamaxı

Həmyəli kəndi

Sayilov Ilyas Sohrab

Sabir qəsəbəsindən Şamaxıya gedən yol neçə metr qenişlənəcək və yol kənarında əkilən ağaclar kəsiləcəkmi?

Həmyəli kəndi üçün dairəvi yol çəkiləcəkmi?



Tikinti işləri iki zolağlı yolu dörd zolağa genişləndirməsi ətrafında aparılacaqdır. Beləliklə, mövcud hərəkət zolağına 2x3.75m (=7.5m) əlavə olunacaqdır. Ağaclara imkan daxilində toxunulmayacaq. Əgər ağacların kəsilməsi qaçılmaz olarsa hər kəsilən ağac digər yerdə iki yeni ağacla əvəz olunacaqdır.

Layihəçi Mühəndis

Şamaxı

Həmyəli kəndi

Xəlilov Rəhim Xəlil

Yoldan Həmyəli kəndinə geridönmə yoxdur. Bu səbəbdən burada tez-tez qəza baş verir.

Sizin məsələnin bütün sosial, iqtisadi , texniki və təhlükəsizlik aspektlər nəzərə alınaraq Layihəçi mühəndislə araşdırılacaqdır. Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir

Layihəçi Mühəndis

Şamaxı

Mədrəsə kəndi

Davud

Yoldan Mədrəsə kəndinə dönən yolda körpü tikintisi nəzərdə tutulubmu? Torpaq işlərini bitirdikdən sonra torpağın üst münbit qatının bərpası nəzərdə tutulubmu? Yeni bitki örtüyünün çəkilməsi nəzərdə tutulmalıdır.

Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşıldı ki Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır. Mədrəsə kəndi yaxınlğında layihə yolundan uzaqda yerləşən yeddi kəndə yol açacaq yol altı keçidin tikilməsi nəzərdə tutulur. Təsirə məruz qalan ərazilərdə bərpa işlərinin aparılmasına gəldikdə torpağın münbit qatı torpaq tökməsinin üzərinə töküləcəkdir. Daha sonra bitki qatı bərpa ediləcəkdir.

Layihəçi Mühəndis

Şamaxı

Mədrəsə kəndi

Rəsulov Sərvan

Mərzəndiyyə kəndinin mal-qarası yolu hecə keçəcəkdir? Orda keçid nəzərdə tutulub?

Mərzəndiyyə kəndinin sakinləri üçün bir yeraltı keçidin tikilməsi nəzərdə tutulub. Tikiləcək keçidlərin sayı məhdud olduğundan Mərzəndiyyə kəndinin sakinləri kənddən 2 km-dən az məsəfədə yerləşən Təklə kəndi üçün çəkiləcək heyvanlar üçün keçiddən istifadə edə bilərlər.

Layihəçi Mühəndis

Şamaxı

Şamaxı

Qızbəs Əmrahova

Sizə uğurlar arzulayırıq! Ümidvarıq ki, siz öz işinizi yerli topoqrafiya, flora və nəm hava şəraitini nəzərə alaraq planlaşdıracaqsınız. Təşəkkür edirik!
Layihə nə zaman başlayacaqdır? Layihə üzrə işlər bitdikdən sonra yolun istismarına neçə il zəmanət veriləcəkdir? Yol tikinti işlərində yerli fəhlə qüvvəsindən istifadə olunacaqmı?

Siz də çox sağ olun! Layihə hələ layihələndirmə mərhələsindədir. Tikinti üçün tender 2016-cı ilin qış/ yaz mövsümündə keçiriləcəkdir. Yerli sakinlər podrat şirkəti tərəfindən yolun tikinti işlərinə cəlb ediləcəklər. Yolun zəmanət müddətinə gəldikdə tikitni işləri bitdikdən sonra podrat şirkət iki il ərzində yola nəzarət edəcəkdir. Əlavə olaraq tikinti işlərinin keyfiyyətinə müstəqil, Tikintiyə texniki nəzarət mühəndisi tərəfindən nəzarət ediləcəkdir.

Layihəçi Mühəndis

Şamaxı

Şamaxı

Əmrahov Zöhrab

Yerli sakinlərinin əminamanlığına qulluq edən bu yolun genişləndirmə tikinti işlərini yüksək qiymətləndiririk.
Təsirə məruz qalan bələdiyyə torpaqlarının kompensasiyası necə ödəniləcəkdir?

Hər hansı fərdi əmlaka təsir olarsa xüsusi Köçürülmə Tədbirlər Planları hazırlanacaq və təsirə məruz qalan əmlak bu sənədlərdə müzakirə ediləcəkdir. Bələdiyyə torpaqlarına hər hansı təsir olarsa bu təsirlərdə həmin sənədlərdə açıqlanacaq və Dövlət Ehtiyacları üçün torpaqların alınması Qanununa müvafiq olaraq həmin torpaqlara normativ qiymətlərlə kompensasiya ödəniləcəkdir.

AYS

Şamaxı

Şəhriyar qəsəbəsi

  1. Osmanov

Kənd təsərrüfat təyinatlı torpaqların hər kv m üçün nə qədər kompensasiya ödəniləcəkdir? Müqavilə əsasında alınan və icarəyə götürülən torpaqların hər kv m nə qədər pul ödəniləcəkdir?



Hər hansı fərdi əmlaka təsir olarsa xüsusi Köçürülmə Tədbirlər Planları hazırlanacaq və təsirə məruz qalan əmlak bu sənədlərdə müzakirə ediləcəkdir. Torpaqlar üçün kompensasiya bu sənədlərdə verilən prosedurlara əsasən hesablanacaq və ödəniləcəkdir. Fərdi torpaqlara və tikililərə çox az təsirin olması gözlənilir. Fərdi torpaqlar və tikililər bazar qiymətlərinə əsasən qiymətləndiriləcəkdir.

AYS





Sabir qəsəbəsi

Elşən Dəmirov Sadyar

Yeraltı keçidlər tikərkən xahiş edirik ki yerli camaatla məsləhətləşəsiniz.

Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşdırıldı ki, Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır.

Layihəçi Mühəndis


Şamaxı




Ramiz Məmmədov Məhəmməd
Islam Quliyev Seyfur

Yeraltı keçidlər tikərkən xahiş edirik ki yerli camaatla məsləhətləşəsiniz.

Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşdırıldı ki, Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır.

Layihəçi Mühəndis


Şamaxı

Shamazı

Fuad Abdulnəzərov

Yaxşı yol insanların rifahına qulluq edir. Tikinti işlərinə nə zaman başlamağı düşünürsüz?

2016-cı ilin yay aylarında başlanması gözlənilir

AYS və Podratçı

Şamaxı

Meysəri kəndi

Ahmədəli Şahverdiyev Əziz

Meysəri kəndi yaxınlığında avtobus dayanacağı nəzərdə tutulub?

Layihənin hazrki işləri Bakı-Şamaxı yolunun km 91-107 hissəsini əhatə edir. Meysəri kəndi Bakı-Şamaxı yolunun km 119 yerləşdiyindən yolun tikintisi zamanı avtobus dayanacağı və ya digər yol təsərrüfatına mənfi təsirin olması gözlənilmir.

Layihəçi Mühəndis

Şamaxı

Meyseri willage

Sardar Bayramov Talib

Ətraf mühitə olan təsirlərin qarşısı alınacaqmı?

Meysəri kəndi yaxınlığında avtobus dayanacağı nəzərdə tutulub?



Layihənin hazrki işləri Bakı-Şamaxı yolunun km 91-107 hissəsini əhatə edir. Meysəri kəndi Bakı-Şamaxı yolunun km 119 yerləşdiyindən yolun tikintisi zamanı nə ətaf mühitə nə də avtobus dayanacağı və ya digər yol təsərrüfatına mənfi təsirin olması gözlənilmir.

Layihəçi Mühəndis

Şamaxı

Meysəri kəndi

Rövşən Səfərov

Tikinti yolu ətrafında hansı ağaclar əkiləcəkdir?

Meşə departamenti ilə məsləhətləşərək hal hazırda yol ətrafında əkilən ağaclardan əkiləcək.

Layihəçi Mühəndis



İştrakçıların siyahısı və imzaları

1 Məcburi Köçkün düşən şəxslərin layihənin xüsusi təsirinə məruz qalmaq ehtimalı KTPnı hazırlanarkan müəyyən ediləcək və müvafiq tədbirlər tövsiyə olunacaqdır.

2DB ƏS 4.12 istinadən: Əlavə A: 1. əgır təsirə məruz qalan torpaq sahəsi yaxınlığında oxşar ölçülü və məhsuldarlığı olan torpaq sahəsi yoxdursa TMQŞ əlavə birdəfəlik ödəniş alacaqlar ki, yeni torpaq sahəsini alınan sahənin vəziyyətinə oxşar şəraitə çatdıra bilsinlər.

3 Əlavə xərclərə çətinlik, daşınma və digər xərclər daxil ola bilər.

4 KTP-nin fəaliyyəti çərçivəsində müvafiq kənd təsərrüfatı məhsullarının müvafiq ərazilərdə bazar qiymətlərinin təhlili əsasında müəyyən ediləcəkdir.

5 AR-nın Əmək Müqaviləsinə əsasən Əmək müqaviləsinə xitam verildikdə İşverən Əməkdaşa onun üç aylıq məvacibinə bərabər təzminat ödəməlidir.

6 Buraya qeyri-qanuni istifadə edilən torpaq üçün kompensaiya daxil edilmir. Qeyri qanuni istifadə olunan torpaq üçün kompensasiya yerli qanunvericiliyə istinadən yalnız məhkəmə qərarına əsasən verilə bilər.

7 Yerli polis idarəsi şəxsin axtarışı ilə məşqul olacaqdır. Axtarış zamanı qohumların, ailə üzvləri və yoldaşların müəyyən edilməsi və dindirilməsi, mətbuatda elanın verilməsi və s. tədbirlər həyata keçiriləcəkdir. Əldə edilən məlumatlara əsasən yerli məhkəmə yerli hakimiyyət orqanlarının müraciətinə istinadən həmin şəxsin axtarışda olması elan edilir və bununla hesablanmış kompnesasiya məbləğinin onun hesabına köçürülməsinə və şəxsə məxsus mülkiyyət ərazisində tikinti işlərinin aparılmasına icazə verir.

8TDEA Qanunu, Madə 81. Vergilər, xidmət və digər ödənişlər bu qanuna istinadən dövlət ehtiyacları ilə əlaqədar ödənilən kompensasiyalardan tutulmur.

9Başqa sözlə hər hektardan 100 kq məhsul

10Dövlət Statistika Komitəsinin rəsmi internet səyifəsinə istinadən AR rəsmi minimum məvacib 105.5 AZN təşkil edir. - http://www.stat.gov.az/source/labour/indexen.php

11Alan Orqan kimi Layihənin başlanğıcında NK tərəfindən AYS ASC müəyyən edilmişdir.

Səhifə


“Azəryolservis” ASC, Nəqliyyat Nazirliyi, Azərbaycan Höküməti BYİB



Yüklə 339,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə