Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Maliyyə hesabatları 2005
103
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri (davamı)
Alınacaq ümumi ödənişlərlə cari dəyər arasındakı fərq maliyyə gəlirlərinin qazanılmamış hissəsini əks etdirir. Bu gəlirlər, sabit dövri qazanc faizini
əks etdirən xalis investisiya metodundan (vergidən əvvəlki) istifadə etməklə, lizinq müddəti ərzində qeydə alınır. Lizinq obyekti üzrə danışıqlara
və hazırlıq prosesinə birbaşa aid edilə bilən digər xərclər, Qrupun istehsalat və dilinq məqsədləri üçün verdiyi lizinqlər istisna olmaqla, maliyyə
lizinqi üzrə alınacaq ödənişlərin ilkin qiymətləndirilməsinə aid edilir və lizinq müddəti ərzində qeydə alınmış gəlirlərin həcmini azaldır. Bu halda
həmin xərclər yekun satışlarda olduğu kimi satış üzrə qazancın bir hissəsi kimi xərcə silinir. Lizinqdən əldə edilən maliyyə gəlirləri konsolidasiya
edilmiş mənfəət və zərər hesabatında əməliyyat gəlirlərində qeydə alınır.
Maliyyə lizinqi üzrə alınacaq ödənişlərin ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış
mümkün zərərlər mənfəət və zərər hesabatında qeydə alınırlar. Alınacaq ödənişlərin xalis balans dəyərini maliyyə lizinqində nəzərdə tutulan
faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla)
silmək üçün ödənişlər üzrə mümkün zərərlər ehtiyat hesabında qeydə alınırlar. Gələcək pul vəsaitlərinin təxmin edilən hərəkəti lizinqə verilən
aktivlərin əldə edilməsi və satışı nəticəsində yarana bilən pul vəsaitlərinin hərəkətini əks etdirir.
Satış üçün nəzərdə tutulan uzunmüddətli aktivlər. Uzunmüddətli aktivlər və satış və ya digər əməliyyat nəticəsində balansdan çıxarı-
lacaq aktiv və passivlər qrupu (“çıxarılma qrupları”) balans hesabatında o zaman ‘satış üçün nəzərdə tutulan’ kimi təsnifləşdirilir ki, həmin
aktivlərin balans dəyəri əsasən balans tarixindən sonra on iki ay ərzində həyata keçirilən satış nəticəsində bərpa ediləcək. Maliyyə və qeyri-
maliyyə aktivləri aşağıdakı şərtlər yerinə yetirildikdə yenidən təsnifləşdirilir: (a) aktivlər cari vəziyyətlərində dərhal satış üçün mövcud olduqda;
(b) Qrupun rəhbərliyi alıcını müəyyən etmək üçün aktiv proqramı təsdiqlədikdə və qəbul etdikdə; (c) aktivlər münasib qiymətlə satışa çıxarıl-
dıqda; (d) satışın gerçəkləşməsi bir il ərzində gözlənildikdə (d) satışa dair plana əhəmiyyətli dəyişikliklərin edilməsi və ya planın ləğv edilməsi
ehtimal edilmədikdə. Cari dövrün balans hesabatında satış üçün nəzərdə tutulan aktivlər kimi təsnifləşdirilən uzunmüddətli aktivlər və ya
çıxarılma qrupları, həmin dövrün sonunda təsnifləşdirməni əks etdirmək üçün müqayisəli balans hesabatında yenidən təsnifləşdirilmir.
Çıxarılma qruplarına satış və ya digər yeganə əməliyyat nəticəsində qrup şəklində balansdan çıxarılacaq cari və ya uzunmüddətli aktivlər və
həmin aktivlərlə birlikdə çıxarılacaq passivlər daxildir. Yalnız çıxarılma qrupunun tərkibindəki nağd pul yaradan vahidə aid bir əməliyyata ayrıl-
mış qudvil çıxarılma qrupuna daxil edilə bilər. Uzunmüddətli aktivlərə balans tarixindən sonra bir ildən çox vaxt ərzində bərpa ediləcək və ya
yığılacaq məbləğlər daxildir. Yenidən təsnifləşdirmə lazım olduqda, aktivlərin cari və uzunmüddətli hissələri yenidən təsnifləşdirilir.
Satış üçün nəzərdə tutulan binalar və avadanlıqlar, investisiya mülkiyyəti, qeyri-maddi aktivlər və ya çıxarılma qrupları onların balans dəyəri ilə
satış xərcləri çıxıldıqdan sonra ədalətli dəyərindən ən aşağı olanı ilə ölçülür. Satış üçün nəzərdə tutulan binalar, avadanlıqlar və qeyri-maddi
aktivlər üçün amortizasiya hesablanmır. Ədalətli dəyərlə saxlanılan yenidən təsnifləşdirilmiş uzunmüddətli maliyyə vasitələri, təxirə salınmış
vergilər və investisiya mülkiyyəti onların balans dəyəri ilə satış xərcləri çıxıldıqdan sonra ədalətli dəyərindən ən aşağı olanına qədər azaldılmır.
Balansdan çıxarılma əməliyyatı nəticəsində çıxarılma qrupuna daxil olan passivlər yenidən təsnifləşdirilərək balans hesabatında ayrıca
göstərilir.
Digər banklara ödəniləcək vəsaitlər. Digər banklara ödəniləcək vəsaitlər, müxbir banklar tərəfindən nağd pulun və ya digər aktivlərin
Qrupa verildiyi zaman qeydə alınır. Qeyri-derivativ passivlər amortizasiya olunmuş maya dəyərində qeydə alınırlar. Qrup verdiyi borcları geri
aldıqda, həmin borc öhdəlikləri konsolidasiya edimliş balans hesabatından silinir və passivin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı
fərq borcun (daha tez) ödənilməsi üzrə yaranan gəlirlərə daxil edilir.
Müştəri hesabları. Müştəri hesabları fiziki şəxslər, dövlət müəssisələri və ya hüquqi şəxslər qarşısında olan qeyri-derivativ passivlərdir və
amortizasiya olunmuş maya dəyərində qeydə alınırlar.
Buraxılmış borc qiymətli kağızları. Buraxılmış borc qiymətli kağızlarına Qrup tərəfindən buraxılan təminatsız istiqrazlar daxildir. Buraxılmış
borc qiymətli kağızları amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Qrup buraxdığı borc qiymətli kağızlarını geri aldıqda, həmin borc
öhdəlikləri konsolidasiya edilmiş balans hesabatından silinir və passivin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi
üzrə yaranan gəlirə daxil edilir.
Borc götürülmüş digər vəsaitlərBorc götürülmüş digər vəsaitlər beynəlxalq maliyyə institutları qarşısında qeyri-derivativ öhdəlikləri əks
etdirir və amortizasiya olunmuş maya dəyərində qeydə alınırlar.
Mənfəət vergisi. Mənfəət vergisi hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında Azərbaycan Respublikasının balans tarixinə qüvvədə
olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarət olub, konso-
lidasiya edilmiş mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan
əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə