Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
102
3. Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri (davamı)
Binalar və avadanlıqlar. Binalar və avadanlıqlar, yığılmış amortizasiyanı və lazım olduqda ehtimal olunan zərər üçün ehtiyatı çıxmaqla, ilkin
dəyərdə  və  ya  yenidən  qiymətləndirilmiş  dəyərdə  qeydə  alınır.  Yenidən  qiymətləndirmə  aktivin  xalis  qalıq  dəyərini  bazar  dəyərinə  oxşar
məbləğə  dəyişdirmək  üçün  nəzərdə  tutulmuşdur.  Bundan  əlavə,  Qrupun  binasının  dəyəri  əvvəlki  illərdə  müstəqil  daşınmaz  əmlak  şirkəti
tərəfindən qiymətləndirilmiş və yaranan fərq binalar və avadanlıqlar üzrə yenidən qiymətləndirmə ehtiyatına daxil edilmişdir. Səhmdar kapi-
talında dəyişikliklər hesabatında əks etdirilmiş yenidən qiymətləndirmə ehtiyatı, yenidən qiymətləndirilmiş aktivin təxmin edilən faydalı xidmət
müddəti ərzində birbaşa olaraq bölüşdürülməmiş mənfəətə köçürülür. Alınmış törəmə müəssisələrə məxsus olan binalar və avadanlıqların
dəyəri alqı tarixində aktivlərin təxmin edilən ədalətli dəyərini əks etdirir.
Başa çatdırılmamış tikinti işləri lazım olduqda ehtimal olunan zərər üçün ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır. Tikinti işləri üzrə ilkin
dəyərə şərtlərə cavab verən aktivlərin tikintisini maliyyələşdirmək üçün borc götürülmüş konkret və müxtəlif xərclərə çəkilən borc xərcləri
daxildir. Tikinti işləri tamamlandıqdan sonra həmin aktivlər balans dəyərində müvafiq binalar və avadanlıqlar kateqoriyasına köçürülür. Başa
çatdırılmamış tikintilər üçün tikinti işləri başa çatdırılmayana qədər amortizasiya hesablanmır.
Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Binalar və avadanlıqların əsas hissələrinin və ya komponentlərinin
dəyişdirilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr istismardan çıxarılır.
Binalar və avadanlıqlar üzrə mümkün zərərlər mövcud olduqda, onlar satış xərcləri çıxılmaqla binalar və avadanlıqların istifadə dəyəri və
ədalətli dəyərindən daha yüksək olan dəyərinə qədər azaldılır. Aktivin balans dəyərindəki azalma mənfəət və zərər hesabatında qeydə alınır.
Satış xərcləri çıxılmaqla, aktivin istifadə dəyəri və ya ədalətli dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi
təqdirdə əvvəlki illərdə qeydə alınmış mümkün zərərlər üzrə əks mühasibat düzəlişi aparılır.
Binalar və avadanlıqların satışından daxilolmaları onların balans dəyəri ilə müqayisə edərkən yaranan gəlir və zərər, mənfəət və zərər hesa-
batında qeydə alınır.
Amortizasiya. Torpaq üçün amortizasiya hesablanmır. Binalar və avadanlıqlar üzrə amortizasiya onların ilkin dəyərini qalıq dəyərinə bölmək
üçün təxmin edilən faydalı xidmət müddəti ərzində bərabər aşınma prinsipinə əsasən aşağıdakı illik amortizasiya dərəcələrindən istifadə
etməklə hesablanır:
2005
2004
Binalar
5%
5%
İcarəyə alınmış aktivlərin əsaslı təmiri
10%-15%
12%-15%
Kompüterlər və digər rabitə avadanlıqları 
25%
25%
Plastik kartlarla əməliyyatlar üzrə avadanlıqlar
33%
33%
Mebel, qurğular, bankomatlar və sair avadanlıqlar
25%
25%
Nəqliyyat vasitələri
25%
25%
Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, Qrupun həmin aktivin satışı
nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Qrup aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə
edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyərləri və faydalı xidmət müddətləri lazım olduqda hər bir
balans tarixində nəzərdən keçirilir və dəqiqləşdirilir.
Qeyri-maddi aktivlər. Qrupun bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış
kompüter proqram təminatından ibarətdir.
Əldə edilmiş proqram təminatı lisenziyaları həmin proqram təminatını almaq və xüsusi proqram şəklində istifadə etmək üçün çəkilmiş xərclər
nəzərə alınmaqla kapitallaşdırılır. Qrup tərəfindən nəzarət olunan identifikasiya edilə bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan
tərtibat xərcləri, xərclərdən artıq olan iqtisadi səmərə gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram
təminatını tərtib edən işçilərə sərf olunan xərclər və inzibati xərclərin müvafiq hissəsi daxildir. Proqram təminatı ilə əlaqədar bütün digər
xərclər (təmir xərcləri) çəkildikdə xərcə silinir. Kapitallaşdırılmış proqram təminatı onun 4-5 illik faydalı xidmət müddəti ərzində bərabər çıxıl-
malar metoduna əsasən amortizasiya olunur.
Əməliyyat lizinqi. Qrupun mülkiyyət hüququ ilə əlaqədar risk və faydaların Qrupa transfer edilmədiyi lizinq müqaviləsinə lizinq alan
qismində tərəf olduğu hallarda, lizinq müqaviləsi üzrə ümumi lizinq ödənişləri, o cümlədən lizinq müqaviləsinə xitam verildikdə ödəniləcək
məbləğlər lizinqin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən mənfəət və zərər hesabatına silinir.
Maliyyə lizinqi. Qrupun mülkiyyət hüququ ilə əlaqədar risk və faydaların lizinq alana transfer edilmədiyi lizinq müqaviləsinə lizinq verən
qismində tərəf olduğu hallarda, lizinqə verilmiş aktivlər maliyyə lizinqi üzrə alınacaq ödənişlər kimi göstərilir və gələcək lizinq ödənişlərinin cari
dəyərində qeydə alınır. Maliyyə lizinqi üzrə alınacaq ödənişlər əvvəlcə lizinq müddətinin başlanma tarixində (lizinq müqaviləsinin bağlanma
tarixi və ya lizinq müqaviləsinin əsas müddəaları üzrə öhdəliklərin yaranma tarixi, bunlardan hansı daha tez olarsa) müəyyən edilmiş diskont
dərəcəsindən istifadə etməklə, lizinq obyektindən istifadəyə başlanma tarixində (lizinq müddətinin başlanma tarixi) qeydə alınır.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə