Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Maliyyə hesabatları 2005
101
3.Hesabatların Tərtib Edilməsinin və Mühasibat 
Uçotunun Əsas Prinsipləri (davamı)
Aktivlər üzrə mümkün zərərlərin məbləği, sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə
alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinqi üzrə mümkün zərər kimi) aid edilərsə, mənfəət və zərər hesa-
batındakı ehtiyat hesabı təshih etməklə, əvvəl qeydə alınmış mümkün zərər üzrə əks mühasibat düzəlişi aparılır.
Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və
zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir.
Satıla bilən investisiya kağızları. Bu kateqoriyaya, Qrup tərəfindən qeyri-müəyyən müddət ərzində saxlanması nəzərdə tutulan və likvidlik
tələblərinin ödənilməsi və yaxud faiz dərəcələri, valyuta məzənnələri və ya səhmlərin dəyərinin dəyişməsi ilə əlaqədar olaraq hər an satıla bilən
investisiya kağızları daxildir.
Satıla bilən investisiya kağızları ədalətli dəyərdə qeydə alınır. Satıla bilən borc qiymətli kağızları üzrə faiz gəlirləri effektiv faiz metodundan
istifadə etməklə hesablanır və mənfəət və zərər hesabatında qeydə alınır. Satıla bilən səhmlər üzrə dividendlər Bankın həmin səhmlər üzrə
ödənişləri qəbul etmək hüququ müəyyən edildikdə, mənfəət və zərər hesabatında qeydə alınır. Ədalətli dəyərdəki dəyişikliklərin bütün
digər elementləri investisiya uçotdan çıxarılanadək və ya ehtimal olunan zərər üçün ehtiyat yaradılanadək kapital hesabında təxirə salınır. Bu
zaman yaranan məcmu gəlir və ya zərər kapital hesabından mənfəət və zərər hesabatına silinir.
Satıla bilən investisiya kağızlarının ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış mümkün
zərərlər mənfəət və zərər hesabatında qeydə alınır. Satıla bilən investisiya kağızları üzrə zərər, həmin investisiya kağızları üzrə ədalətli dəyərin
onların balans dəyərindən artıq olduğu halda yaranır. Alqı dəyəri ilə cari ədalətli dəyər arasında fərq kimi qiymətləndirilən məcmu zərər,
əvvəlki dövrlərdə mənfəət və zərər hesabatında həmin aktiv üzrə qeydə alınmış hər hansı zərəri çıxmaqla, kapital hesabından silinərək
mənfəət və zərər hesabatında qeydə alınır. Qiymətli kağızlar üzrə mümkün zərərlər üçün mənfəət və zərər hesabatında əks mühasibat
düzəlişi aparılmır. Satıla bilən borc qiymətli kağızlar üzrə ədalətli dəyər sonrakı dövrdə baş vermiş hadisəyə görə artarsa və həmin artım
obyektiv olaraq zərərin mənfəət və zərər hesabatında qeydə alınmasından sonra baş vermiş hadisəyə aid edilərsə, cari dövrün mənfəət və
zərər hesabatında mümkün zərər üzrə əks mühasibat düzəlişi aparılır.
Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızları. Bu kateqoriyaya Qrupun ödəmə müddəti tamamlananadək
saxlamaq niyyəti və imkanı olduğu təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılacaq və müəyyən edilmiş ödəmə müddəti olan
sərbəst surətdə alınıb satıla bilən qeyri-derivativ maliyyə aktivləri daxildir. Rəhbərlik ödəmə müddəti tamamlananadək saxlanılan investisiya
kağızlarının müvafiq təsnifatını ilkin uçot zamanı müəyyən edir və həmin təsnifatın uyğunluğunu hər bir balans tarixində yenidən nəzərdən
keçirir. Ödəmə müddəti tamamlananadək saxlanılan investisiya kağızları amortizasiya olunmuş maya dəyərində qeydə alınır.
Satın alınmış güzəştli borc vərəqələri. Satın alınmış güzəştli borc vərəqələri məzmunundan asılı olaraq dilinq əməliyyatları üçün qiymətli
kağızlar və ya digər banklardan alınacaq vəsaitlər, yaxud müştərilərə verilmiş kreditlər və avanslar kateqoriyasına daxil edilir və bu kateqori-
yadan olan aktivlərin uçot qaydalarına uyğun olaraq qeydə alınır, ölçülür və uçotu aparılır.
İnvestisiya mülkiyyəti. İnvestisiya mülkiyyəti icarə gəlirləri əldə etmək və ya gələcəkdə daha yüksək qiymətə satılmaq məqsədilə icarəyə
verilmiş və Qrupun istifadəsində olmayan mülkiyyətdir.
İnvestisiya mülkiyyəti, yığılmış amortizasiyanı və lazım olduqda ehtimal olunan zərər üçün ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır. İnves-
tisiya mülkiyyəti üzrə mümkün zərərlərin mövcudluğunu göstərən əlamətlər mövcud olduqda, Qrup bərpa dəyərini satış xərcləri çıxılmaqla,
onun istifadə dəyəri və ədalətli dəyərindən daha yüksək olan dəyər kimi təxmin edir. İnvestisiya mülkiyyətinin balans dəyəri, mənfəət və
zərər hesabına onun bərpa dəyərinə qədər azaldılır. Aktivlərin bərpa dəyərini müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik
baş verdiyi təqdirdə əvvəlki illərdə qeydə alınmış mümkün zərərlər üzrə əks mühasibat düzəlişi aparılır.
Qudvil. Qudvil alqı tarixində alınmış törəmə/assosiasiya olunmuş müəssisənin identifikasiya edilə bilən aktiv və passivlərindəki alıcının payının
ədalətli dəyər üzərində olan artıq dəyərini əks etdirir. Törəmə müəssisələrin alqısı nəticəsində yaranan qudvil konsolidasiya edilmiş balans
hesabatında ayrı, assosiasiya olunmuş müəssisələrin alqısı nəticəsində yaranan qudvil isə assosiasiya olunmuş müəssisələrə investisiya kimi
göstərilir. Qudvil yığılmış mümkün zərərləri çıxmaqla (əgər varsa) ilkin dəyərdə qeydə alınır.
Qrup qudvil üzrə mümkün zərərlərin mövcudluğunu göstərən əlamətlərin olub-olmadığını ən azı hər il qiymətləndirir. Qudvil biznes kombi-
nasiyasının sinergiyasından mənfəət yaradacaq alıcının nağd pul yaradan vahidləri və ya nağd pul yaradan vahidlər qrupu üzrə bölüşdürülür.
Bu cür vahidlər və ya vahidlər qrupu Qrupun qudvilə nəzarət etdiyi ən aşağı səviyyəni əks etdirir və seqmentdən böyük olmur. Qudvilin aid
edildiyi nağd pul yaradan vahidin tərkibinə həyata keçirilən əməliyyatın silinməsi üzrə yaranan gəlir və ya zərərə silinən əməliyyat üzrə qud-
vilin balans dəyəri və saxlanılan nağd pul yaradan vahidin bir hissəsi daxildir. Qudvilin balans dəyəri silinən əməliyyatın nisbi dəyəri əsasında
ölçülür.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə