Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

ilə hakim təyin etmək bəhanəsilə Qubanın Qonaqkənd kəndinə gətirdi. 
Məhəmmədsəid xan, Qəsaniyə  və buradan da Qəbələyə getdi. Fətəli 
xanın damadı  Məhəmmədrza bəy onu qarşıladı. Fətəli xan Ağası xanı 
oğlanları ilə Bakıya göndərdi. Özü isə  Ağsuya gələrək Məhəmmədrza 
xanı Şirvana hakim təyin etdi. Lakin həqiqətdə özü hökmranlıq edirdi. 
Bu zaman Fətəli xan bir nəfər göndərib Məhəmmədsəid xanı 
oğlanları ilə  bərabər və  Ağası xanın oğlu Mustafa bəyi 
Məhəmmədhəsən xandan istədi. Məhammədsəid xan işi arzusu xilafinə 
görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu - Mahmud 
bəy və  İskəndər bəylə Salyan və  Məhəmmədrza xan da Qubaya 
göndərilərək, həbsə alındılar. 
Bu hadisə zamanı  Məhəmmədsəid xanın oğlanları - Əsgər bəy, 
Qasım bəy və  Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. 
Ərəşli Məlikəlinin qardaşı  oğlu  Şəhabəddin sultan, Məhəmmədhəsən 
xanın əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların üçünü 
də buxovlayıb, Fətəli xanın elçisi Məhəmmədkərim bəy Hacı  Səfərəli 
bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə  Şirvana göndərdi. 
Təsadüfi olaraq Göyçay yolu kənarında, Şəki və Şirvan sərhədində, Ali-
Sərkar tərəfdarlarından bir nəfər, belə bir yalan şayiə buraxdı: guya 
Fətəli xan Şəki tacirlərini soyub həbsə almışdır, özü də müharibəyə 
hazırlaşır. Hacı Seyid bəy 
Şirvan xanzadələrini buraxıb, 
Məhəmmədkərim bəyi buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara, 
buradan da Avara getdilər. Novsəl xanın qardaşı oğlu və damadı Əmmə 
xanı  əmilərinin qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır 
qoşunu olmayan Fətəli xanı  Ağsu  şəhərində 9 ay mühasirəyə aldılar. 
Axırda Fətəli xan öz qızı Pəricahan xanımı və Salyan nahiyəsini Əmmə 
xanın  əmisinin qan bahasına namizəd edib barışdı.  Əmmə xan Avara, 
Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı Axalkalakına 
getdilər. 
Bu zamanlar Mürtəzaqulu xan Qacar öz qardaşı  Ağa Məhəmməd 
xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl  Şirvana 
gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük xidmət göstərdi. 
Mühasirə bitdikdən sonra da kömək istəmək üçün Rusiya 
imperatriçəsinin dərbanına getdi. 
Hicri 1202 (1788)-ci ildə, Ali-Sərkarın məhbusları olan - saf-qəlbli, 
dəyişkənməcazlı Məhəmmədsəid xan iki oğlu ilə Salyanda, 
  
 
146


iş bacaran, cəsarətli və eyni zamanda, etimada layiq olmayan Ağası xan, 
iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü. Ağası 
xanın övladından iki-üç nəfəri də kor edildi. 
Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və  şirvanlıların 
təhrikindən cəsarətləndi.  Əli Sultan bəy Mehdi bəy oğlu Cangu-tay ilə 
ittifaq edərək, qəfildən Ağsu  şəhəri üzərinə  gəldi. Müharibədə ondan 
qalibiyyət nişanələri zahir oldu və  hətta qoşunundan bir hissəsi də 
şəhərə daxil olmuşdu. Bu zaman Fətəli xan Quba və Dərbənd dəstəsi ilə 
hücuma keçdi. Əvvəlcə döyüşdə zəiflik göstərən ləzgilər də Mehdi bəy 
Məhəmmədoğlu  Şamxalın komandası altında hücuma başladılar. 
Məhəmmədhəsən xan məğlub olub Şəkiyə qaçdı.  Əli Sultan bəy də 
Mehdi bəyin vasitəçiliyilə, məğlub və qarət edilmiş qoşunu ilə Quba və 
Dərbənd yolundan vətəninə qayıtmağa izin aldı. 
Həmin il Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe 
oldular. Muğanlı  Həsən xan da ona səmimiyyət göstərməkdə idi. 
Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan Qaraxan oğlu, sonralar 
onun himayəsi altında Talışda, həmçinin Hidayət xan da Gilanda 
hakimiyyət sürürdülər. Yalnız qarabağlı  İbrahim xan, olduğu yerin 
möhkəmliyinə görə düşmənlikdə davam edirdi. Lakin Qarabağın aşağı 
mahalları  Fətəli xanın hücumundan rahat deyildilər.  Şamxal, Üsmi və 
Qaziqumuq xanı ona qarşı ixlas göstərirdilər. Avar xanı  və Mehdili 
əmiri çarəsiz qalıb, onunla sülh ilə keçinirdilər. Təbərsəranın məsum və 
qadisi onun itaətkar xidmətçisi idilər. Dağıstanın azad xalqının  əyan, 
qazi və əmirlərinin çoxu onun sədaqətli tərəfdarı idilər. O, özünəməxsus 
olan Quba, Dərbənd və Salyan ölkələrindən başqa,  Şirvan ölkəsini də 
tamamilə ələ keçirdi. Bakının kiçikyaşlı xanı da onun himayəsi altında 
idi. İran dövlətinin üsuli-idarəsində olan qarışıqlıq səbəbilə Azərbaycan 
əmirlərindən bir çoxu, məsələn, Qaradağ, Təbriz və s. əmirləri Ağa 
Məhəmməd xan Qacarla düşmən olduqlan üçün himayə ediləcəkləri 
ümidlə ona səmimiyyət göstərməyə başladılar. Axırda bütün istiqlal və 
ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə də, bütün 
İran işlərini intizama qoymaq xəyalilə Gürcüstan valisi İrakli xanla 
görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz 
dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə  Fətəli xanın 
yanına göndərdi. O, qədim gürcü valiləri neslindən yadigar qalıb, 
doqquzuncu babası,  İranın qüvvətli padşahları dövründə müsəlman 
olmuşdu. Onun oğul və nəvələri indi də 
 
147


Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxada xanın hüzuruna gəlib, 
hədsiz lütf və mərhəmətə nail oldu. 
Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan Fətəli 
xanın bacısını  əfv və aman diləməyə göndərdi. Özü də  Fətəli xanın 
hüzuruna gəldi. Fətəli xan cah və calalla Nuxa şəhərinə getdi. Bir neçə 
gün qonaqlıq və şadlıqla keçirib, Gəncəyə yola düşdü. Cavad xan ibn-
Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün əyanı ilə  bərabər Kür 
çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli 
xan da.Cavad xanın  əlindən çıxmış  Şəmsəddinli mahalını Gürcüstan 
valisindən alıb ona verdi. 
Xülasə, yüksəkmərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə 
görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə  tədbirlər 
gördülər. Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya 
tutuldu. Xəstəliyi gündən-günə  şiddətləndi. Buna görə sürətlə  Şirvana, 
buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203 (1789)-cü ildə 
mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi. 
Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə 
etmək işlərində mahir bir adam idi. O, könülləri ələ almaq və düşməni 
aldatmaqda xüsusi bir məharətə malik idi. 
Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin ildə 
vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi. 
Fətəli xanın böyük oğlu  Əhməd xan hökumət bayrağını yüksəltdi. 
Onun başında gənclik ehtirası  və hökmranlıq qüruru var idi. O, ölkəni 
idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra Məhəmmədhəsən xan 
köhnə  ədavətə görə onun əleyhinə olaraq şirvanlılarla ittifaq bağladı. 
Osmanlı ölkəsindən Qarabağa gəlmiş  Əsgər bəyi, Qasım bəyi və 
Mustafa bəyi öz yanına çağırdı. Hacı Məhəmmədəli xanın oğlu Manaf 
bəylə  Şirvan üzərinə  hərəkət etdi. Əhməd xan müqavimət göstərə 
bilməyib Qubaya getdi. 
Məhəmmədhəsən xan Ali-Sərkarı elat arasında, Manaf xanı isə Ağsu 
şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və 
başqalarından çoxlu mal topladı. Orada bir neçə gün qaldıqdan sonra 
Şəkiyə qayıtdı. Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, 
zəif təbiətli və  tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından 
böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. 
Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu. 
  
 
148


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə