Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

dan keçirmişdi. O, mayısın (mayın) 3-də  Dərbəndin cənub tərəfində 
göründü.  Şimal tərəfində  və  Şeyx  Əli xanın tikdirdiyi böyük bürc 
hücumla alındı. Burada dərbəndlilərdən bir çoxu öldürüldü və yerdə 
qalanları qaçdılar. 
Ertəsi gün iki tərəfdən  şəhərə top, tüfəng gülləsi və qumbaralar 
yağmağa başladı. Dərbənd  əhalisi müqavimət göstərə bilməyib, Xızır 
bəy Hacı  bəy oğlu Qorçunu camaat tərəfindən vəkil göndərdilər. O da 
aman istəmək üçün sərdarın hüzuruna gəldi, xahişi qəbul olundu. Qraf 
Zubov, Şeyx Əli xanı Dərbənd və Qubanın əyan və mötəbər adamları ilə 
hüzuruna çağırdı. O, bir neçə  nəfərlə  gəlib orduda saxlandı. 6 gündən 
sonra Fətəli xanın qızı Pəricahan xanım Dərbənd və Qubanın müvəqqəti 
hakiməsi təyin edildi. Xızır bəyin təhrikilə  Dərbəndin mötəbər 
adamlarından 10 nəfəri Hacı Tərxana (Həştərxana) göndərildi. General 
Sobolev Dərbəndi mühafizə etməyə təyin edildi. Sərdar özü isə Qubaya 
yola düşdü. Quba şəhərinin yarımağaclığında, Təpələr adlı yerdə üç gün 
dayanıb Şabrana gəldi. 
Bir gün səfər zamanı, Pirə  Xəlil çölündə  Şeyx  Əli xan at çapmaq 
bəhanəsilə qoşunun içindən çıxıb qaçdı. Bu əhvalatdan Quba şəhərində 
həyəcan  əmələ  gəldi. Xanın köçü və ailəsi Buduq mahalında onunla 
birləşdi. Qraf Zubov general Bulqakovu 5 min qoşunla Quba əhalisini 
sakit etməyə göndərdi.  Şəhərin və  kəndlərin  əhalisi öz yurdlarına 
qayıtdılar.  Şeyx  Əli xan Qrız kəndinə  gəlib, buradan Qəbələ yolu ilə 
Axtıya və Misgincəyə getdi. 
Rus sərdarı Bakıya getdi. Oranın hakimi Hüseynqulu xan pişvazına 
çıxıb təltif edildi. Şəhərin mühafizəsi üçün bir dəstə soldat təyin olundu. 
Sərdar özü isə Şirvana hərəkət etdi. Şirvan hakimi Mustafa xan ona tabe 
olmayaraq, Ağsu şəhərini Fit dağına köçürtdü. Şirvanın qabaqkı hakimi 
Qasım xan, öz damadı Yüzbaşı  bəy Səfərəli bəy oğlu Hövzinin 
köməyilə Qaraburqa dağından enib gəldi. Mustafa xan qarşı dura 
bilməyib, Qarabağa getdi. İbrahim xan buna razı deyildisə  də, oğlu 
Məhəmmədhəsən ağa onun tərəfini saxlayırdı. Qasım xan ölkənin 
mötəbər adamlarını toplayıb, Kür çayı kənarına rus sərdarının hüzuruna 
gəldi. Bu xidmətin əvəzində Şirvan hökumətinə təyin edildi. 
Pəricahan xanım da sərdarın  əmrilə  və ana qohumlarının yanına, 
İlisuya getmiş olan kiçik qardaşı  Həsən ağanı Qubaya gətirdi. Ölkənin 
əyanları ilə bərabər sərdarın hüzuruna göndərdi. İmperatorun əmri 
 
155


mucibincə ona qiymətli daşlar kəsb edilmiş  cıqqa verildi və Quba 
hökumətinə təyin edilərək geri qayıtdı. 
Bu zaman Şeyx Əli xan Surxay xanın köməyilə 10 min nəfərlə Quba 
şəhərinin yarımağaclığında olan Alpan kəndinə  gəldi. Bulqakov onun 
qarşısına min nəfər soldat və bir neçə top göndərdi. Aralarında şiddətli 
döyüş oldu. Mövqenin çətin olması üzündən hər iki tərəfdən bir çox 
adam öldürüldü, ruslar geri çəkildilər... 
General Bulqakov Həsən xanla birlikdə Qubadan, Sobolev isə 
Rüstəm xan Üsmi, Məhəmməd  Şamxalın oğlu Mehdi bəy və Rüstəm 
qadi ilə bərabər Surxay xanı cəzalandırmaq qəsdilə Dərbənddən Samur 
kənarına gəldilər. Surxay xan naçar qalıb, aman istədi və sədaqətlə rus 
dövlətinə itaət edəcəyinə and içib söz verdi. Qraf Zubov Kür çayı 
kənarında qışladı, oradan Gəncəyə bir dəstə qoşun göndərdi. Gəncə 
hakimi Cavad xan Ziyad xan oğlu tabe olmaq fikrilə qabağa çıxıb qalanı 
təslim etdi. Qarabağlı  İbrahim xan və  şəkili Səlim xan da, elçilər və 
məktublar göndərməklə ixlas və itaət göstərdilər. 
Həmin il təşrin-saninin (noyabrın) 9-da imperatriçə II Yekaterina 
vəfat etdi. Oğlu I Pavel rus səltənəti taxtında oturdu. Onun səltənət 
işlərini nizama salmaq uğrundakı  tədbirlərindən, dövlətin xarici və 
daxili məsələlərindəki dəyişikliklərdən biri də bu idi ki, o, İran ilə 
müharibəni dayandırdı və qoşuna geri qayıtmaq əmri verdi. 
Hicri 1211 (1797)-ci ilin baharında vəzifədən kənar edilmiş olan qraf 
Zubov,  İran taxtına keçmək arzusu ilə bu səfərində onunla yoldaşlıq 
edər Mürtəzaqulu xan Qacar ilə bərabər, Bakıdan gəmi ilə Hacı Tərxana 
getdi. General Bulqakov bütün qoşunu ilə Dağıstan yolundan Qızlara 
hərəkət etdi. Pəricahan xanım həmin il atası  Məhəmməd  Şamxalın 
ölümü münasibətilə onun yerinə şamxallığa keçmiş olan Mehdi bəyə ərə 
getdi. Fətəli xan sülaləsinin  əsrlər boyu toplamış olduğu bütün malları 
və qiymətli şeylərini özü ilə apardı, sair vərəsələri bundan məhrum etdi. 
Bacısı Çimnaz xanımı da, Şeyx  Əli xandan icazəsiz Rüstəm qadinin 
oğlu Abdulla bəyə verdi. Həsən xan Qaytağa getdi. Rüstəm xan Üsmi 
İlisu  əmirləri xanədamndan olan onun anası Hürzad xanımı aldı. Rus 
qoşunu hələ Kafiri səhrasında idi ki, Şeyx  Əli xan Qazıqumuqdan 
Dərbəndə gəldi. 
Gəncəli Cavad xan hünərli və elm sevən bir adam olmaqla bərabər, 
qaniçən və günah işdən çəkinməyən bir əmir idi. Ölkə əhalisi ondan üz 
çevirmişdi və qonşu əmirləri də onun məhv olmasını arzu 
  
 
156


edirdilər. Buna görə ruslar qayıtdıqları zaman Gəncə ölkəsini Gürcüstan 
valisinə verdilər. Vali İrakli xan, qarabağlı İbrahim xan və şəkili Səlim 
xan qoşunla Gəncənin xaricinə  gəldilər.  Şəmsəddinli  Əli sultanı vali 
tərəfindən naib sifətilə  Gəncə hökumətinə  təyin etdilər. Cavad xan 
çarəsiz qalıb qaçmaq fikrinə düşdü. Lakin onun arvadı  Şükufə xanım 
adam göndərib,  Əli sultan ilə mehmannəvazlığa başladı. Keçmişdə 
Cavad xanın etmiş olduğu yaxşılıqları və onu həbsxana cəzasından necə 
azad etdiyini ona xatırlatdı.  Əli sultan da, zatında olan vəfadarlıq və 
insanlığı üzündən, Cavad xanın hüzuruna gəlib, ixlas və  təzim ilə 
qalanın açarını  təslim etdi və onun xidmətində durdu. Bu hadisədən 
sonra Gəncə  əhalisi ona tabe oldu. Ətrafa dağılmış xanlar da öz 
mülklərinə qayıtdılar. 
Digər tərəfdən Ağa Məhəmməd xan hicri 1210 (1796)-cu ildə 
Tehrana varid olandan sonra səltənət tacım başına qoyub, Xorasana 
hərəkət etdi. Məşhəd  şəhəri asanlıqla alındı.  Şahrux mirzə Nadirin 
xəzinələrini ona verdikdən sonra vəfat etdi. Oğlu Nadir mirzə 
Qəndəhara qaçdı, Teymur övladından Əfqan şahına pənah apardı. 
Sonrakı il şah  Şuşa qalasını almaq və  Şirvan ölkəsini fəth etmək 
qəsdilə 100.000 qoşunla səfərə  çıxdı. Araz çayım keçəndən sonra 
İbrahim xan Car nahiyəsinə qaçdı.  Şuşa qalası maneəsiz və  zəhmətsiz 
zəbt edildi. Əliqulu xan Sərdar Şirvana təyin olundu. Qasım xan zahirdə 
itaət göstərdi. Ruslar Qarabağdan qayıdandan sonra Qətran səngərinə 
gəlmiş olan Mustafa xan, oradan şahın hüzuruna getdi. Bundan qorxuya 
düşən Qasım xan Şirvam boşaldıb Şəkiyə qaçdı. 
Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan da şahın hüzuruna 
gəlib töhmət edildilər. Hələ bu üç nəfərin işinin axırı məlum deyildi. Bu 
zaman, hicri 1211 (1797)-ci ildə  həziranın (iyunun) 12-də, səhər 
açılanda, həyatları qorxu altında olan saray xidmətçilərindən iki-üç 
nəfər qaniçən  şahın qəzəbindən qorxub onu öldürdülər. Keşik 
əmirlərindən və sairdən bir neçə nəfər cavahir və qiymətli şeylərdən ələ 
keçəni götürüb Tehrana qaçdı. 
Ağa Məhəmməd xanın aşağıda yerləşmiş böyük ordusu da onun baş 
əmirlərindən Sadıq xan Şəqaqinin başına toplandı.  şahın qatilləri onun 
qılınc, xəncər, bazubənd və sandıqçasını Sadıq xanın yanına 
aparmışdılar. Sadıq xan Azərbaycanı fəth etdikdən sonra Qəzvin üzərinə 
gəldi. Lakin şəhərə girə bilmədi. Öldürülən padşahın vəliəhdi 
  
 
157


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə