Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

 Hicri 1218 (1804)-ci ildə Rusiya sərdarı knyaz Sisianov hücum ilə 
Gəncəni aldı...  İrəvan, Gəncə  və Qarabağ  əhalisi və  əmirlərinin çoxu, 
Qacar nəslindən olduğu üçün, onlar çox vaxt Şirvan ölkəsində sakin və 
hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi 
də Qacar deyirlər. 
I  Şah Abbas Səfəvi 30000 qacar ailəsini buradan köçürdüb, 
Xorasanın Mərv nahiyəsində  və Astarabadın Mübarəkabad qalası 
ətrafında yerləşdirdi.  İranda hökumət sürən indiki şahların sülaləsi 
Astarabad qacarları  nəslindəndir. Doğrudur, "Məasiri-sultaniyyə" 
müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır, lakin 
bunların babalarının Gəncə  Şəmkiri  ətrafında olmaları xalq arasında 
məşhurdur.  Şəmkir  şəhəri xarabalarının aşağı  tərəfində, çayın sol 
sahilində, onların yurdları, ev və səkilərinin yeri Mehdibəyli adı ilə indi 
də görünməkdədir. 
Bu sülalədən olan Fətəli xan, Şah Təhmasibin yanında çox cah-
calala,  əzəmət və iqtidara malik idi. Nadir şah,  Şah Təhmasibə 
yaxınlaşınca, şahın məzacını ondan çevirdi. Hətta hicri 1139 (1726)-cu 
ildə onun işini bitirdi. Onun iki oğlu qaldı. Biri Məhəmmədhəsən xan 
idi. Nadir şah dövründə Astarabad nahiyələrində üsyan qaldırıb məğlub 
oldu və türkmən çöllərində dolanmağa başladı. O, Nadir şah 
öldürüləndən sonra gəlib Təbəristan, İraq və Azərbaycanı aldı, sərdarlıq 
ləqəbilə sikkə  və xütbə sahibi oldu, Azad xan və  Kərim xan Vəkil ilə 
müharibə etdi. Axırda hicri 1178 (1759)-ci ildə öz nökərlərinin  əlində 
öldürüldü. Kiçik qardaşı Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı: 
biri Ağa Məhəmməd xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil girov 
adı ilə bunları  həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin 
vəfatından sonra Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə 
cah-calalını və səltənət büsatını artırdı. Zəndiyyəyə qalib gəlib, tədricən 
İraq, Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi. Hicri 1209 
(1795)-cu ildə Qarabağı  fəth etmək məqsədilə Xudafərin körpüsünü 
təmir edib Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim xan İran 
qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu körpünü xarab 
etmişdi. Ağa Məhəmməd xan Topxana mənzilində yerləşib, qalanı 
mühasirə etməyə başladı. Təqribən bir aydan sonra Gürcüstana hərəkət 
etdi. Qətl və qarətdən və Tiflis şəhərini xarab etdikdən sonra qayıdıb 
Muğanın Çehilnam adlı yerində qışladı. Şirvan, Bakı, Şəki və Dərbənd 
hakimləri ərizə və 
  
 
152


hədiyyələr göndərib sədaqət izhar etdilər. Şəki hakimi Məhəmmədhəsən 
xan Hüseyn xan oğlu, Ağası xanın oğlu Mustafa xanın əleyhinə təbliğat 
aparmaq üçün öz inanılmış adamı, Hacı Seyid bəy adlı bir nəfəri Ağa 
Məhəmməd xanın hüzuruna göndərdi. Lakin o, Məhəmmədhəsən xanın 
özündən şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa xan Dəvəli, Mustafa 
xanı  cəzalandırmaq üçün təyin olundu. Məhəmmədhəsən xan da Şəki 
qoşunu ilə zahirdə onun köməyinə  təyin edildi. Şirvanlı Mustafa xan, 
Xançobanı tayfasını toplayıb Ağsu  şəhərini Fit dağına köçürməyə  əmr 
verdi. Yaşayış vəsaitinin azlığından və soyuğun şiddətindən əhalinin bir 
çoxu fəlakət və zillətə  məruz qaldı, bir çoxu da Qubaya və  Dərbəndə 
dağıldı. Sərdar gəlib  şəhərdə qalan malları qarət etdi. Bundan sonra o, 
Ağdaş mahalına, buradan da Xaçmaz mahalına gəlib, Tərkəş  kəndində 
dayandı. Məhəmmədhüseyn xanın qardaşı Səlim ağa bu hadisədən 8 ay 
qabaq Cara qaçmışdı. O, Car və avar qoşunu ilə Əliskəndər Hüzzatinin 
sərkərdəliyi ilə  Şəkini almağa hərəkət etdi. Məhəmmədhəsən xanı 
məğlub edib, şəhəri Gələsən-Görəsən adlanan yerə köçürdü. 
Məhəmmədhəsən xanın yeddi oğlunu öldürtdü. Bunlardan biri qubalı 
Fətəli xanın bacısı  oğlu idi. Öz bacısını qarabağlı  İbrahim xana verib, 
onun qızını da özü üçün aldı. Məhəmmədhəsən xan yardım almaq 
ümidilə  sərdarın yanına gəldi. Sərdar  əksinə olaraq Məhəmmədhəsən 
xanın gözlərini çıxardıb, dustaq olaraq Təbrizə göndərdi, çünki 
qabaqcadan Ağa Məhəmməd xan Şəki  əhalisinin  şikayətinə  və Hacı 
Seyid bəyin böhtan və iftirasına görə, Məhəmmədhəsən xanı kor etmək 
xüsu-sunda ona fərman göndərmişdi. Bu hadisədən xəbər tutmaq üçün 
Ağa Məhəmməd xan onu öz yanına çağırdı. O da 200 və ya 300 nəfərlə 
orduya gedərkən, bir dəstə  şirvanlıya rast gəldi. Sərdar döyüşdə 
öldürüldü. 
Bu zaman, rus qoşununun gəlməsi xəbəri alındı. Quba, Salyan və 
Dərbənd hakimi Şeyx  Əli xan dərbəndli Xızır bəy Hacı  bəy oğlu 
Qorçunu göndərib, Ağa Məhəmməd xandan kömək istədi. Lakin onun 
qoşunu azuqə azlığı, heyvanların qırılması  və  qışın  şiddətindən çox 
pərişan bir halda idi. Həm də, ola bilsin ki, bəzi mülahizələrə görə 
ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasam almaq 
məqsədilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana daxil oldu. 
Bu hadisənin təfsilatı belədir: Nadir şah ilə sülh bağladıqdan sonra 
Rusiya ilə İran dövlətləri arasında həmişə dostluq əlaqəsi vardı. 
 
153


Rus imperatriçəsi Anna İranovna, hicri 1152 (1740)-ci ildə  təşrini-
əvvəlin (oktyabrın) 17-də  vəfat etdi. Sonra Böyük Pyotrun qardaşının 
qız nəvəsi III İvan iki aylıq uşaq ikən səltənətə təyin edildi. Anası Anna, 
oğlunun  əvəzində dövlət işlərini idarə etməyə başladı. 7 ay keçəndən 
sonra Böyük Pyotrun qızı Yelizaveta ona qarşı üsyan qaldırıb, xas 
bölüklərin köməyilə taxta oturdu. Anna oğlu və  əri ilə  bərabər həbsə 
alındı. Yelizaveta 20 ildən artıq ölkənin abadlığına və millətin asayişinə 
çalışıb, Rusiya padişahı oldu. Hicri 1174 (1761)-cü ildə kanuni-əvvəlin 
25-də vəfat etdi. Vəliəhdi, Böyük Pyotrun qızı Annadan olan III Pyotr 
taxta oturdu. 6 aydan sonra onun arvadı II Yekaterina padişahlığa keçdi. 
O, ölkənin mülki vəziyyətini və qanunlarını aqilanə bir tərzdə 
möhkəmləndirdi. Sülh və müharibə  işlərini nizama salmaqla, öz 
dövlətinin  əzəmət və iqtidarını artırdı. Qafqazın cənub tərəflərində 
asayişi bərpa etmiş olan Fətəli xan öləndən sonra hər bir işdə  iğtişaş 
əmələ  gəldi. Bu zaman İranda yüksək bir iqtidara malik olan Ağa 
Məhəmməd xan Qacar bu ölkəni tutmaq fikrinə düşdü. Gürcüstana 
girib, qətl-qarətə başladı. 
Hicri 1210 (1796)-cu ildə imperatriçə  İran ilə müharibəyə başladı. 
Qraf Zubovun baş komandası altında güclü bir qoşun göndərdi. General-
mayor Sobolev, itaət edib, yanına gəlmiş olan Məhəmməd xan şamxal, 
Rüstəm xan üsmi və Təbərsəran qadisi Rüstəm ilə bərabər Dərbəndin 8 
ağaclığına gəldi. Keçən il Rusiya dövlətinə ixlas göstərmək mərasimini 
təzələmiş olan Şeyx  Əli xandan tabe olmağı  tələb etdi. O isə 
gözlənilmədiyi halda müxalifət göstərdi. General həmin il şübatın 
(fevralın) 11-də  Dərbəndin xaricinə çatıb,  şimal-tərəfdən mühasirəyə 
başladı. 
Bundan bir zaman keçəndən sonra Şeyx  Əli xan, Kürə  və Qazi-
qumuq hakimi Surxay xan, süvari və piyada olaraq, 20 min qoşun 
hazırlayıb, rus ordusuna hücum etmək istədilər. General, mühasirəni 
faydasız görüb, neysanın (aprelin) ikinci gecəsi qayıdaraq, Dərvaq çayı 
kənarında yerləşdi. Neysanın (aprelin) axırında rus sərdarı qraf Zubov 
külli qoşunla Dərvaq çayı kənarına yetişdi. Ertəsi gün Dərbənd üzərinə 
hərəkət etdi. Quba və  Dərbənd süvariləri  şəhərin bir ağaclığında 
kazaklarla müharibəyə girişdilər, məğlub olub geri qayıtdılar.  Şəhər 
darvazalarını bağlayıb, qalanı müdafiə etməyə başladılar. Təbərsəran 
qadisi Rüstəm general-mayor Bulqakovu 10 min qoşunla Təbərsəranın 
ortasından, Dərvaq dərəsindən və bərk meşəlik yollar- 
 
154


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə