Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

Bir zaman keçəndən sonra Şeyx  Əli xan qəflətən gedib Dərbəndin 
Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Beləliklə, Həsən 
xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. 
Həmin ilin axırlarında Gürcüstan valisi Georgi xan vəfat etdi. Bu 
ölkənin əyalı və əmirləri daxili qarışıqlıqlardan və xarici müdaxilələrdən 
xilas olmaq ümidilə Rusiya imperatoru III Pyotrun oğlu I Pavelin 
dərbarına vəkillər göndərib, onun himayəsinə keçməyi xahiş etdilər. Bu 
xahişin qəbulunu bildirən imperator fərmanı hicri 1215 (1801)-ci ildə, 
kanuni-saninin (yanvarın) 18-də sadir oldu. General-leytenant 
Konorrinq Gürcüstan hökumətinə  təyin edildi. Bundan başqa həmin 
ayın 23-də ayrıca bir fərman verilərək, ona tapşırıldı ki, onlardan vergi 
toplamasın və daxili işlərinə qarışmasın. Yalnız o zaman müdaxilə etsin 
ki, onlar öz razılıqlarilə  mənim himayəmi qəbul etmiş olsunlar, çünki 
sülhpərvər müttəfiqlərə malik olmaq, etibarsız rəiyyəti başa 
toplamaqdan daha yaxşıdır. 
Bundan sonra martın 12-də imperator Pavel birdən-birə  vəfat etdi. 
Oğlu I Aleksandr səltənət təxtinə oturdu. Qafqazın işləri həmin qayda 
üzrə intizama düşməkdə idi. Keçən il dərbəndli Həsən xan tərəfindən 
Hacı Tağı, qubalı  Şeyx  Əli xan tərəfindən Mirzə  Əsgər, bakılı 
Hüseynqulu xan tərəfindən Mirzə Hadi bəy, talış Mir Mustafa xanın və 
Dağıstan  əmirlərindən Mehdi xan Şamxalın, Rüstəm xan Üsminin, 
avarlı  Əmmə xanın və təbərsəranlı Rüstəm qadinin elçiləri ilə bərabər, 
himayə edilmək üçün səfarətlə Rusiya imperatorunun dərbanna 
göndərilmişdilər. Aqustos (avqust) ayının 28-də bu əmirlərdən hər 
birinin adına imperatorun fərmanı sadir oldu. Bu fərmanda deyilirdi ki, 
onlar bir-birlərilə  həmişə müdarə edərək sülh ilə yaşasınlar və 
bölüşdükləri kimi Qubaya Şeyx  Əli xan, Dərbəndə  Həsən xan sahib 
olsun. Beləliklə, iki qardaş çay kənarında bir-birlə görüşüb, qardaşlıq və 
xüsusiyyət mərasimini təzələdilər. 
Bu qayda üzrə I Aleksandrın səltənətindən iki ilə yaxın keçdi. 
Gürcüstana sahib olmaq Rusiya dövlətindən böyük məsarif və çox səy 
tələb edirdi. Başaçıq (İmeretiya) valisi və Minqreliya əmirləri Rusiya 
Padşahı Aleksey Mixayloviçin zamanında yardım almaq arzusu ilə 
həmin dövlət ilə əlaqə və rabitə qapısını açmışdılar. 
Tarxu  şamxalı, Bakı  və  Dərbənd xanları onun oğlu Böyük Pyotra 
tabe olmuşdular.  Şirvan,  Şəki, Qarabağ  və  Gəncə xanları qraf Zubov 
§əldiyi zaman himayə xahiş etmişdilər. Bunların bir çoxu təzədən 
 
161


yenə elçilər vastəsilə tabe olmaq fikrində idilər. Buna görə imperator 
Aleksandr bu böyük və mühüm işlərin sərəncamını,  əslən gürcü olub, 
Rusiyada yaşayan general-anşef knyaz Sisianova tapşırdı. Bu əmir 
daxili işlərin intizamına, ədalətin bərpa edilməsinə və xarici fütuhata son 
dərəcə səy edirdi. 
Hicri 1217 (1803)-ci ildə Həsən xan çiçək xəstəliyindən ölümcül bir 
halda xəstələndi, dərbəndlilər onun görüşünə  gələn  Şeyx  Əli xanın 
arvadı Zeybünnisa bəyimə vasitəçilik üçün yalvardılar. O da and içərək 
öz  əri tərəfindən onları xatircəm etdi və  vəziyyəti bildirmək üçün 
Qubaya bir qasid göndərdi.  Şeyx  Əli xan Həsən xanın vəfatını  eşidən 
kimi Dərbəndə gəlib, matəm mərasimini yerinə yetirdi. Sonra İmamqulu 
bəyi Dərbəndə naib qoyub Qubaya qayıtdı. Bu zaman bakılı Hüseynqulu 
xan  şirvanlı Mustafa xanın köməyilə  Məşqətə qalasını aldı, Mirzə 
Məhəmməd xan Qubaya qaçdı  və öz mülkünü geri almaq üçün vəsait 
toplamağa başladı. 
Həman il avarlı Əmmə xan Car nahiyəsində vəfat etdi. Zatən hünərli 
olan  Əmmə xanın  şan və  şöhrəti Fətəli xan dövrünün axırlarından 
başlayaraq daha da artmaqda idi. O, ətrafa etdiyi basqınlardan başqa, 
dəfələrlə Gürcüstana gəlib Gümüşxanam talan və qarət edərək
Axısqaya getmiş və oradan Balakənə qayıtmış idi. O, Gəncənin ətrafını 
qarət edərək, öz damadı qarabağlı  İbrahim xanın köməyilə Naxçıvanı 
ələ keçirmişdi. Lakin tez bir zamanda Naxçıvan xanı tərəfindən məğlub 
edilərək Qarabağa qayıtmışdı. Gürcüstan valisi İrakli xan öz mülkünün 
ətrafını qorumaq üçün hər il ona 5000 manat verərək, onunla müdəra 
edirdi. Keçən il Rusiya dövlətinin himayəsinə girdikdən sonra da, onun 
aldığı bu pul maaş şəklində yenə ona verilirdi. Heç bir vərəsəsi yox idi. 
Ögey qardaşı Gebek əmirlik arzusu ilə onun arvadı və Novsal xanın qızı 
olan Gehlini almaq istədi. Lakin Gehli gizlicə Əmmə xanın bacısı oğlu 
Sultan Əhməd bəy Əli Sultan bəy oğlu Canqutayi ilə əlbir olub, bir gecə 
Gebeki aldadaraq öldürdü. Sultan Əhməd,  Əmmə xanın bacısı  oğlu 
olub, onun başqa arvaddan olan qızı - Paxubikəni almışdı. Sonra Gehli 
avar xanı Sultan Əhmədi  ərliyə  qəbul etdi. Sultan Əhmədin kiçik 
qardaşı Həsən xan öz ata-baba mülki olan Mehdili əmirliyində qaldı. 
Sonrakı il, Gürcüstanın  ən böyük düşmənlərindən olan Cavad xan 
ibn-Şahverdi xan Ziyad oğlu,  əvvəlcə Rusiyaya və daha sonra İrana 
zahiri itaət göstərməklə Tiflis tacirlərini qarət edirdi. Knyaz Sisianov 
  
 
162


Gəncəni almaq məqsədilə  hərəkət etdi. Yuxarıda adı  çəkilən  Əli 
Sultanın qardaşı  oğlu  şəmsəddinli Nəsib sultan onunla birləşdi. Cavad 
xan şəhərin xaricində müharibə edərək məğlub olub qalaya çəkildi. 
Hicri 1218 (1804)-ci ildə kanuni-sani (fevral) ayının 3-də Ramazan 
bayramı günü sübh çağı qala hücum ilə alındı. Cavad xan bir neçə 
övladı  və  əhalidən bir çoxu ilə  bərabər öldürüldü. Gəncə Yelizavetpol 
adı ilə adlandırıldı. Rus sərdarı, general-mayor Qulyakovu buradan Car 
nahiyəsinə göndərdi. O, çətin keçilən yerlərdə düşmənə hücum edib, 
məğlub edildi və özü də öldürüldü. Lakin Car ləzgilərinin gözü elə 
qorxmuşdu ki, bu hadisədən bir az sonra Tiflisə  vəkillər göndərib üzr 
istədilər və  səmimiyyət göstərdilər. Minqreliya Abxaziya əmirləri və 
Başaçıq (İmeretiya) valisi Süleyman xan da sədaqətlə tabe oldular. İran 
dövləti bu cür fütuhatdan qorxuya düşüb, Gürcüstanı geri qaytarmaq 
ümidilə  İran dövlətinə  sığınan  İrakli xanın oğlu Aleksandr mirzəni, 
əmirləri və  əhalini üsyana qaldırmaq üçün Gürcüstana göndərdi. Onun 
işini qüvvətləndirməyi, İrəvan və Qarabağı mühafizə etməyi isə Abbas 
Mirzəyə tapşırdı. 
İrəvan hakimi Məhəmməd xan Qacar batində  İran hökumətindən 
narazı idi. İrəvan elatının çoxunu Rum ölkəsinə göndərdi, özü də qalaya 
çəkilib Rusiyadan kömək istədi. Knyaz Sisianov İrəvanı almaq qəsdilə 
yola düşdü. Üçkəlisa (Eçmiadzin) yaxınlığında, Qırxbulaq adlı yerdə 
ruslardan dörd dəfə artıq qoşunu olan Abbas mirzəni məğlub etdi. Bu 
zaman sədri-əzəm Mirzə  Şəfi  İrəvan qalasına gedib Məhəmməd xanı 
cürbəcür nəsihətlərlə  İran dövlətinə  tərəfdar etdi. Rus sərdarı qalanı 
mühasirəyə aldı. Müharibəyə  gəlmiş olan şah özü də  məqsədə nail 
olmadan geri qayıtdı. Lakin bir tərəfdən mühasirə müddətinin uzanması 
və yürüş ilə bir iş götürülməməsi, digər tərəfdən də azuqə azlığı  və 
cürbəcür qorxulu xəstəliklərin törənməsi rus sərdarını hicri 1219 (1805)-
cu ildə eylül (sentyabr) ayının 3-də Gürcüstana qayıtmağa məcbur etdi. 
Bu hadisədən sonra ləzgilər, osetinlər və qabardinlər Aleksandr 
mirzənin təhrikilə üsyan edib Gürcüstana hücum etdilər. Beləliklə, 
Rusiyanın yolu bağlandı. Knyaz Sisianov mərdanə fütuhatla hamısını 
sakit etdi və Rusiyanın yolunu açdı. Həmin il rus qoşunu dənizdən Rəşt 
üzərinə  gəldi. Lakin müharibədən sonra məqsədə çatmadan Bakı 
bəndərinə qayıtdı. Hər iki tərəfdən top atışması başlandı. Nəhayət, ruslar 
sahilə çıxıb şəhəri mühasirəyə aldılar. 
 
163


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə