Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.

səhifə4/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   151

12 

 

   ƏHƏNGDAŞI KARYERLƏRİNDƏ ƏDƏD 



DAŞLARININ KƏSİLMƏSİNDƏ DAŞKƏSƏN 

MAŞINLARIN MƏHSULDARLIĞINA TƏSİR EDƏN 

AMİLLƏRİN ARAŞDIRILMASI 

 

Magistr:                                              Elmi rəhbər:                                              

Quliyev Coşqun Oruc oğlu                dos. R.T.İsmayılov  

II kurs, qrup 1426

                                                                                                    

 

 



Əhəngdaşı 

yataqlarının 

uzunmüddətli 

istismar 

təcrübəsinə  əsasən  daşkəsən  maşınların  məhsuldarlığına  təsir 

edən  amilləri  üç  qrupa  bölmək  olar:  təbii,  texnoloji  və 

konstruktiv amillər.Bu amilləri ayrılıqda nəzərdən keçirək. 

1.

 



Təbii amillər 

Buraya  əsasən  kəsilən  daşın  möhkəmliyi  aiddir.  Lakin 

bundan  başqa  daşkəsən  maşınların  məhsuldarlığına  təsir  edən 

bir  sıra  əlavə  təbii  amillər  də  mövcuddur.  Bu  təbii  amillərə 

məsaməlilik, abrazivlik, nəmlik, özlülük, və s. aiddir.  Kəsilən 

əhəngdaşının  möhkəmliyindən  asılı  olaraq  daşkəsən  maşının 

işçi sürəti və uyğun olaraq məhsuldarlığı dəyişir.  

Əhəngdaşının  məsaməliliyinin  və  nəmliyinin  dəyişməsi 

də  daşkəsən  maşınların  məhsuldarlığına  təsir  edir.  Belə  ki, 

məsaməlilik  və  nəmliyin  artması  ilə  əhəngdaşının  kəsilmə 

sürəti  və  uyğun  olaraq  daşkəsən  maşının  məhsuldarlığı  artır. 

Əhəngdaşının  həcm  çəkisinin  və  sıxlığının  artması  isə  kəsmə 

sürətinin daşkəsən maşının məhsuldarlığının azalmasına gətirib 

çıxarır.  

2.

 

Texnoloji amillər  



Texnoloji amillərə pillənin uzunluğu və hündürlüyü, işin 

təşkili,  daşkəsən  maşının  işçi  tsiklinin  davametmə  müddəti 

aiddir.  Daşkəsən  maşının  məhsuldarlığına  təsir  edən  digər 

texnoloji  faktor  yuxarı  arabacığın  girişə  verilməsinə  və  aşağı 

arabacığa  bərkidilməsinə,  girişdən  çxarılmasına  sərf  olunan 

vaxtdır.  




13 

 

Daşkəsən  maşınların  məhsuldarlığına  təsir  edən  ən 



mühüm  amillərdən  bir  də  maşının  boş  hərəkət  sürətidir.  yəni 

maşının uzununa xəndək boyu giriş xəndəyindən ədəd daşlarını 

kəsərək çıxış xəndəyinə doğru hərəkətini tamamladıqdan sonra 

yenidən işçi tsikli başlamaq üçün sərf etdiyi vaxtdır. Bu vaxt nə 

qədər  az  olarsa,  daşkəsən  maşının  boş  hərəkət  sürətinə  bir  o 

qədər  az  vaxt  sərf  olunur  ki,  bu  da  məhsuldarlığın  artmasına 

gətirib çıxarır. 

Daşkəsən maşının məhsuldarlığına müxtəlif amillər təsir 

göstərir.  Aparılan  tədqiqatlardan  görünür  ki,  pillədə  kəsilən 

daşların  uzunluğu  artdıqda  daşkəsən  maşının  dağ  kütləsi  üzrə 

məhsuldarlığı  artır.  Beləliklə  hazır  məhsulun  çıxımını  da 

artırmaq  olar.    Ancaq  belə  hal  monolit  yəni  çatsız  yataqlarda 

olur.   

3.

 



Konstruktiv amillər 

Bu  amillər  maşının  konstruksiyasından  asılı  olub  onun 

istehsalında  nəzərə  alınmalıdır.  Bunlardan  biri  fırlanma 

sürətidir  ki,  onu  artırmaqla  məhsuldarlığı  artırmaq  olar. 

Fırlanma  sürəti  nə  qədər  böyük  olarsa,  məhsuldarlıq  da  bir  o 

qədər yüksək olar. Buna görə də ötürmələri tezləşdirmək üçün 

dişli çarxların konstruksiyasını dəyişmək lazımdır. Bunun üçün 

dişli  çarxların    dişlərinin    sayını  artırmaqla  ötürməni 

tezləşdirmək olar. Bu qeyd olunanların istehsalat təcrübələri ilə 

yoxlanması,  dişli  çarxların  fırlanma  sürəti  və  metalın 

keyfiyyətli arasında asılılığın müəyyən edilməsi lazımdır və bu 

çox vacib məsələdir. 

 

 

 



 

 

 



 

 



14 

 

AZƏRBAYCANIN DUZ YATAQLARININ  



İSTİSMAR ÜSULLARI 

 

 

Tələbə:                                               Elmi rəhbər:                                                                                     

Şahnəzərov Elşad Elman oğlu            dos. Əfəndiyeva Z.C. 

       


II kurs, qrup 142.6

     


                                                                                                                                             

Azərbaycanda  duz  yataqları  əsasən  Naxçıvan  Muxtar 

Respublikasında (Naxçıvan, Nehrəm və Şəkərabad-Qoşadiz) və 

Abşeron  yarımadasında (Böyük-şor, Masazır) yerləşir. Bu duz 

yataqları Respublikamızda  kimya və yeyinti   sənaye sahələri 

üçün əsas xammal hesab edilir.  

Hal-hazırda  bu  sahələrlə  yanaşı  digər    sənaye 

sahələrinində    də  duza  tələbatın  artmasını  nəzərə  alsaq,  onun 

hasilatının artırılması tələb olunur. 

Naxçıvan  duz  yataqlarının  əsas  xüsusiyyətlərindən  biri 

onların  fiziki-mexaniki  xassələrinin  dəyişkən  olmasıdır.  Eyni 

yataqda  duz  laylarında  süxurların    xassələrinin  çox  tez  –tez 

dəyişməsi,  oradakı  gil  qatı  ilə  bağlıdır.  Daş  duz  layıları    qat  

xarakterli olub, nazik gil qatları ilə şərtləşir. Duz layında bu cür 

gil qatlarının çox olması duzun kefiyyətini xeyli aşağı salır və 

itgini  artırır.  Bu  da  yatagın  istismarına  mənfi  təsir  göstərir. 

Duzların  keyfiyyətini  aşağı  salan  əsas  faktorlardan  biri  onun 

tərkibində  çoxlu  miqdarda  həllolmayan  qalıqların    olmasıdır 

(1.33-8.96 %).  

Naxçıvan  daş-duz  yatağında  5  duz  layı  aşkar  edilmişdir 

ki, bunlardan yalnız ikisi sənaye əhəmiyyətlidir. Birinci lay yer 

səthindən 105-178 m aşağıda yerləşir və duzun orta qalınlığı 6 

m –dir. İkinci lay birinci laydan 6-9 m qalınlığında  qil layı ilə 

ayrılır və duzun qalınlığı 8.6 m-dir. NaCl –un miqdarı 92-98.5 

% təşkil edir. 

Son zamanlar dünyada duz yataqlarının yerüstü və yeraltı 

işlənməsi  ilə  yanaşı  geotexnoloji  üsulla  işlənməsinə  geniş  yer 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə