Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

55 


imic  oriyentasiyasının  güclənməsini  şərtləndirmişdir.  Bu  isə  artıq,  qiymətlə  bağlı 

olmayan rəqabətin inkişaf etməsini göstərir. 

Lakin qiymət rəqabətinin müəyyən həddi vardır. Üstəlik, xarici iqtisadçıların 

hesablamalarına  görə,  qiymət  rəqabəti  imkanlarını  məhdudlaşdıran  endogen  və 

ekzogen qüvvələr bank işində iqtisadiyyatın hər hansı başqa sahəsində olduğundan 

daha artıq təsirə malikdirlər. 

Əvvələn,  faiz  dərəcələri  dövlət  tərəfindən  təsirə  məruz  qala  bilər  -  dövlət 

onları  bilavasitə  məhdudlaşdıra  bilər  (minimal  və  maksimal  faiz  dərəcələrinin 

müəyyən  edilməsi,  dövlət  tərəfindən  dotasiya  verilən  güzəştli  kredıtlər  üzrə 

müəyyən  kateqoriyalı  borcalanlar  üçün  sabit  faiz  dərəcələri,  mərkəzi  bankın 

kreditləri  hesabına  ssudalar  üzrə  marjanın  yuxarı  həddi  və  s.  vasitəsilə),  yaxud 

dolayı yolla tənzimləyə bilər. 

Bütün  maliyyə-kredit  təsisatlarının  kütləvi  əməliyyatlarının  genişlənməsi 

nəticəsində  müxtəlif bank qrupları  arasında  fərqlər  aradan qalxdı, bank  fəaliyyəti 

universallaşdı və nəticə etibarilə bank rəqabəti gücləndi. 

60-cı  illərdə  Avropanın  bank  bazarlarında  rəqabət  vəziyyətinin  kəskinləş-

məsinə ciddi təsir göstərən daha bir proses - kommersiya banklarının fəaliyyətinin 

dövlət tərəfindən tənzimlənməsini liberallaşması prosesi başlandı; 80-ci illər rəqa-

bətin  daha  da kəskinləşməsi  ilə  səciyyəvidir.  İnkişaf  etmiş  ölkələrdə  müştərilərin 

qiymətə  həssaslığının  artması  kredit  və  əmanətlər  üzrə  faiz  dərəcələri  arasında 

marjanın  azalması  ilə  nəticələndi.  Bu  fakt,  eləcə  də  əməyin  ödənilməsi  və  bank 

fəaliyyətinin maddi təminatı ilə bağiı xərclərin artması qiymət rəqabətinin imkan-

larını daha da məhdudlaşdırdı. Xüsusən Qərbi Avropada bank xidmətlərinin daxili 

satış  bazarları  mahiyyət  etibarilə  tükəndi,  dünyada iqtisadi  tərəqqi tempinin  azal-

ması və kredit risklərinin artması isə bu sahədə vəziyyəti daha da gərginləşdirdi. 

Müasir  bank  rəqabəti  həm  də  qlobaliaşma  meyli  ilə  səciyyəvidir.  Qlobal-

laşma  meylli  maüyyə  bazarlarının  XX  əsrin  70-ci  illərin  əvvəllərində  fəallaşmış 

beynəlmiləlləşməsindən  ibarət  daha  ümumi  qanunauyğunluqdan  irəli  gəlir.  Bu 




 

56 


meyl ölkələr arasında ssuda kapitalı axınının daim artmasında təzahür edir. 90-cı 

illərdə bu proses üç xüsusiyyətlə əlamətdar olmuşdur. 

Əvvələn, 70-80-ci illərdə beynəlmiləlşmə prosesi əsasən inkişaf etmiş bazar 

iqtisadiyyatı  dövlətlərini  əhatə  edirdisə,  90-cı  illərdə  bu  proses  inkişaf  etməkdə 

olan ölkələrə, ilk növbədə Cənub-Şərqi Asiya və Latın Amerikası dövlətlərinə də 

yayılmışdı 

İkincisi,  inkişaf  etməkdə  olan  ölkələrin  çoxu  milli  maliyyə  bazarlarının 

təşəkkülünün birinci mərhələsindən keçib onun ikinci mərhələsinə - milli maliyyə 

bazarlarının fəaliyyətinin liberallaşması mərhələsinə qədəm qoymuşdur. Bu isə hə-

min  ölkələrin  beynəlxalq  maliyyə  münasibətləri  sisteminə  fəal  inteqrasiyasını 

təmin edirdi. 

Üçüncüsü,  maliyyə  bazarlarının  (xüsusən  inkişaf  etmiş  ölkələrin  maliyyə 

bazarlarının)  beynəlmiləlləşməsi  prosesində  özəl  kapitalın  -  özəl  birbaşa 

investisiyalar və portfel investisyaları, milli maliyyə bazarlarında xarici şirkətlərin 

emissiya fəaliyyəti, xarici kommersiya banklarının kreditləri get-gedə daha mühüm 

rol oynamağa başlamışdır. 

Bu şəraitdə qərb bankları ilk növbədə şərqi Avropa ölkələri ilə təmsil edil-

miş  yeni  satış  bazarlarına  maraq  göstərməyə  başladılar.  İnkişaf  etmiş  bazar 

iqtisadiyyatı ölkələrində bank rəqabətinə xas olan əsas meyllər aşağıdakılardır: 

 



bankların  fəaliyyətinin  universallaşması,  maliyyə  konqlomeratlarının 

yaranması; 

 

qeyri-bank  strukturlarının  bank  bazarına  geniş  miqyasda  nüfuz 



etməsi; 

 



kredit      təsisatlarının      fəaliyyətinin      regional      və      milli      sahəsinin 

genişlənməsi, bank rəqabətinin qloballaşması; 

 

qiymətlə bağlı olmayan rəqabətin əhəmiyyətinin daim artması; 



•  rəqabətin 

dövlət 


tərəfindən 

tənzimlənməsinin 

liberallaşması. 

          Adları çəkilən bütün tendensiyaların birgə təsiri nəticəsində bank rəqabətinin 

intensivliyi güclənir. 



 

57 


3.2. Bank rəqabətinin formaları 

Bank  rəqabətinin  xüsusiyyətlərinin  öyrənilməsində  növbəti  addım  -  bu 

rəqabətin formalarını nəzərdən keçirməkdən ibarətdir. Bank rəqabətinin  aşağıdakı 

formaları vardır: 

1)

 

Satıcıların rəqabəti və alıcıların rəqabəti; 



2)

 

Fərdi rəqabət və qrup halında rəqabət; 



3)

 

Sahədaxili və sahələrarası rəqabət; 



4)

 

Qiymət rəqabəti və qiymətlə bağlı olmayan rəqabət; 



5)

 

Mükəmməl və qeyri-mükəmməl rəqabət. 



Satıcılann rəqabəti və alıcılarm rəqabəti 

Rəqabətin  tərifinə  görə,  rəqabət  aparan  subyektlər  eyni  zamanda  eyni  bir 

məqsədə nail olmaqda maraqlı olmalıdırlar. Başqa sözlə desək, bilavasitə rəqiblər 

həmişə piştaxtadan bir tərəfdə olur. Onlar ya satıcılardır, ya da alıcılar. Beləliklə, 

bank  rəqabətində  iştirak  edən  bazar  subyektlərindən  asılı  olaraq  rəqabətin 

aşağıdakı növlərini fərqləndirmək olar:  

1)

 

bank xidmətlərinin satıcılarının rəqabəti; 



2)

 

bank xidmətlərinin alıcılarının rəqabəti. 



Satıcıların  rəqabəti  -  bazarda  malların  qiymətinin  və  onların  təklif  edilən 

həcminin müəyyən edilməsi ilə əlaqədar satıcılar arasında qarşılıqlı münasibətlərin 

bir  tipi  olub  onların  malları  (bu  halda  bank  xidmətlərini)  ən  səmərəli  şərtlərlə 

satmaq və bu əsasda maksimum mənfəət əldə etmək uğrunda rəqabətində təzahür 

edir. 

Alıcıların rəqabəti - bazarda qiymətlərin və tələbatın həcminin formalaşması 



ilə  əlaqədar  qarşılıqlı  münasibətlərin  bir  tipi  olub  zəruri  mallardan  istifadə  edə 

bilmək və ən səmərəli alış şərtləri uğrunda onların arasında gedən yarışda üzə çıxır. 

Bu formaların hər ikisi müəyyən şəkildə əlaqələnməklə yanaşı mövcud ola 

bilər. Hər bir konkret bazarda onların nisbəti satıcıların və alıcıların bazar qüvvəsi 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə