Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

 
80
qaydasında həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 
1)Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzaları daxil  idi), 2)Gəncə dairəsi 
(Gəncə  şəhəri, Gəncə  və Qazax qəzaları), 3)Şamaxı dairəsi (Şamaxı  və 
Göyçay qəzaları), 4)Nuxa dairəsi (Nuxa, Ərəş  qəzaları, Zaqatala 
quberniyası), 5)Qarabağ dairəsi (Cavanşir,  Şuşa, Cəbrayıl və  Zəngəzur 
qəzaları), 6)Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə 
işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara yardım 
məsələsi himayəçilik nazirliyində üç əsas istiqamətdə qurulmuşdu: 1)Bakıda 
və onun mədən rayonlarında, 2)ölkənin digər yerlərində, 3)xarici dövlətlərdə. 
1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün Suraxanıda, 
Romanıda, Maştağada, Bülbülədə, Ermənikənddə  və Bayılda yeməkxanalar 
açılır. Ümumiyyətlə, 1919-cu ildə yeməkxanaların sayı 17-yə çatdırılır, 2 
ərzaq paylanma məntəqəsi, 5 çayxana fəaliyyət göstərir. 
Himayəçilik nazirliyi Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin 
vasitəçiliyi ilə Qars vilayətindən gəlmiş  və Ermənikənddə  məskunlaşmış 
təqribən 700 qaçqının gündəlik çörək ehtiyacı  xərclərini öz üzərinə 
götürmüşdü. Bu məqsədlə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə 
qədər müddətdə 526195 manat vəsait ayrılmışdı. 
1919-cu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu: 
1.  Gəncə dairəsində – qaçqınların sayı 21098 nəfər, 5 qida 
məntəqəsi, 3 yetimxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları 
paylanmışdı. 
2.  Şamaxı dairəsində - qaçqınların sayı 26877 nəfər, 13 qida 
məntəqəsi, 2 yetimxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 
pud taxıl məhsulları paylanmışdı. 
3. Nuxa dairəsində – qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, 
bir müsəlman, iki erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları 
paylanmışdı. 
4. Qarabağ dairəsində – 20 mindən artıq qaçqına yardım edilmiş, 3 
ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı. 
5. Lənkəran dairəsində 3205 nəfərə  ərzaq yardımı edilmiş, bir qida 
məntəqəsi, bir yetimxana açılmış, 4 min puddan artıq taxıl məhsulları 
paylanmışdı. 
1919-cu ildə  Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, 
Gəncədə müsəlman qaçqınları ilə yanaşı, 3928 nəfər erməni ( o cümlədən 
1818 nəfər Türkiyə ermənisi), erməni silahlı qüvvələri tərəfindən didərgin 
salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus qaçqınları 


 
81
sığınacaq tapmışdı. Himayəçilik nazirliyi Gəncədə erməni qaçqınları üçün 
lazaret (hərbi xəstəxana) açmışdı.
1
  
Qeyd etdiyimiz kimi, Himayəçilik nazirliyinin fəaliyyət 
istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman 
qaçqınlarına kömək etməkdən ibarət olmuşdu. ADC hökuməti 1919-cu il 
iyunun 4-də  İrəvandakı diplomatik nümayəndəsi M.Təkinskiyə tapşırıq 
vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı 
qüvvələri tərəfindən dağıdılmış  kəndləri haqqında, orada öldürülənlərin ad-
familiyaları haqqında, əsir götürülənlər, oğurlanmış sürülər haqqında statistik 
rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris Sülh 
konfransında istifadə etmək istəyirdi.  İrəvan Müsəlman Milli Şurası bu 
faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına 
müraciətində istifadə etmişdi.
2
  
Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 
1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayəçilik 
nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı. 
Hələ Birinci Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə 
Cəmiyyətinin Qarsda şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımından 
xilas olan 40 min türkü aclıqdan, ölümdən xilas etmişdi. ADC dövründə 
həmin  şöbə  əsasında Qarsda nümayəndəlik açılmışdı. Cənubi-Qərbi Qafqaz 
hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək 
qaçqınların problemlərini həll etmək üçün maddi yardım və  məmurlar 
istəmişdi.
3
 Azərbaycan hökuməti Çıldır və  Ağbaba nahiyələrinin  əhalisinə, 
İrəvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapmış 
qaçqınlara kömək göstərilməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə 
(bir heybə) qızıl pul göndərmişdi.
4
  
1918-1920-ci illərdə Ermənistandan və Qars vilayətindən azəri 
türkləri əsasən İrəvan-Gümrü-Tiflis, Qars-Gümrü-Tiflis dəmiryolu vasitəsilə 
Gürcüstan sərhədinə  gəlmiş, oradan isə Tiflis-Gəncə-Bakı  dəmiryolu 
vasitəsilə Azərbaycana yol salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində 
Ermənistandan və Qars vilayətindən Tiflisə  gəlib çıxan qaçqınların 
Azərbaycana yol salınması üçün Azərbaycanın Gürcüstandakı daimi 
nümayəndəliyi Gürcüstan Yollar nazirliyinə 171 vaqon sifariş vermişdi.
5
  
                                                           
1
 АРДА, ф. 28, siy. 1, iş 13, v. 7. 
2
 АРДА, ф. 970, siy. 1, iş 65, v. 3. 
3
 Yenə orada, v. 27. 
4
 Fahrettin Erdoğan, göstərilən əsəri, səh. 241. 
5
 АРДА, ф. 897, siy. 1, iş 40, v. 1-204. 


 
82
Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi 
məlumata görə  təkcə 1919-cu ildə Yeni-Bəyazid, Eçmiədzin və  İrəvan 
qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağıdılmış, didərgin 
salınmış müsəlman əhalisinin sayı 200 minə çatırdı. Himayəçilik nazirliyinin 
Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar  əsasında nazirlik 
Ermənistandakı  əhaliyə yardım göstərilməsi haqqında Parlamentə  qərar 
layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə 3 milyon manat 
vəsait ayrılır. Bu vəsaitin hesabına Ermənistana 15 vaqon un, taxıl və arpa 
göndərilmişdi. Bundan əlavə 1919-cu il sentyabrın 1-dən etibarən  İrəvanda 
müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil 
edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım 
Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən 
qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi 
yolların üzərində  səyyar qida məntəqələri (pulsuz yeməkxanalar) açılmışdı. 
Himayəçilik nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral 
stansiyasında və Tiflis yaxınlığında açılmışdı.
1
  
ADC-nin süqutu ərəfəsində 1918-ci ilədək indiki Ermənistan 
ərazisində yaşamış 575 min nəfər müsəlman əhalidən cəmisi 10 min nəfərdən 
bir qədər artıq türk (azərbaycanlı)  əhali qalmışdı.
2
 Deməli, 1918-1920-ci 
illərdə Ermənistanda soyqırıma məruz qoyulan yarım milyondan artıq 
azərbaycanlı əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçqın 
kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçqınların öz özəli 
torpaqlarına qayıtması problemi ADC hökumətindən Sovet Azərbaycanı 
hökumətinə miras qalmışdı. Təəssüf ki, bu problem Azərbaycanda Sovet 
Hakimiyyəti dövründə  də  ədalətlə  həll edilməmişdi. 1922-ci ilədək indiki 
Ermənistana – öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı  
qayıda bilmişdi.  
 
                                                           
1
 Адрес-календарь Азербайджанской Республики на 1920 г, Bakı, 1920, III hissə, 
səh. 87. 
2
 Korkodyan Z., Sovet Ermənistanını  əhalisi, 1831-1931, (ermənicə).  İrəvan, 1932, 
səh.185; Bax: İ.Məmmədov, S.Əsədov, Ermənistan azərbaycanlıları  və onların acı 
taleyi, Bakı.1992, səh. 33. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə