Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
67
Məsələn, onlar Kərbəlayı  Məmməd Tağı  oğlunun 14 nəfərdən ibarət 
ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını  kəsmiş, 
Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Abdul Qasımı diri-
diri oda ataraq yandırmış, Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı - 
Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, 
Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə 
uşağını şaqqalamışlar.  
Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd, 
Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla 
oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi 
Talıb oğlu,  Məşədi Musa Zeynal oğlu və onlarca digər ailə başçısı  qətlə 
yetirilmişdir. 
Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər  ən alçaq və  rəzil 
hərəkətlərə də əl atmaqdan çəkinməmişdilər. Belə ki, qansız erməni əsgərləri 
şəhərin hörmətli ağsaqqallarına  əmr etmişdilər ki, onlara əylənmək üçün 
müsəlman qadın və  qızları  gətirsinlər.  Bununla qəti  şəkildə razılaşmayan 
Əlipaşa Kərbəlayı  Məhərrəm oğlu və onun oğlu yerindəcə  vəhşicəsinə 
güllələnmişdilər. Bə’zən ermənilər onların  əmrlərini yerinə yetirməyən 
kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişlər. O 
vaxt  şəhərdə iki mindən artıq kişini öldürən azğın erməni  əsgərləri yüzə 
yaxın qadın və qızı zorlamış, namuslarına toxunmuşlar... 
Şəhər  əhalisinin  əmlakı tar-mar edilərək oğurlanmışdı. Təkcə 
Qubanın özündə Hamazaspın  əsgərləri dörd milyon manat nağd pul, xeyli 
qızıl pul, qiymətli daş-qaş  və beş milyon manatlıq  əşya-mal, iyirmi beş 
milyon manatlıq  ərzaq ehtiyatı  ələ keçirmişdilər. Xatırladaq ki, həmin 
qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz 
məsləkdaşları ilə birlikdə) onun yük çamadanlarındakı 80 milyon 
məbləğindəki qızıl pulun içərisində olmuşdur. 
Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 ev yandırmışdır. 
İbarihim bəy Şıxlarlıya, Məşədi Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir 
Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət  Əmirbəyova,  Əli bəy 
Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova,  İsgəndər 
Abdullayevə  məxsus böyük mülk-evlərin,  şəhərdəki məscidlərin, bir sıra 
idarə və digər inzibati binaların yandırılıb külə döndərilməsi əhaliyə olduqca 
böyük ziyan vurmuşdu. 
Hamazaspın «cəza dəstəsi» Qubaya gələrkən Bakı-Xaçmaz 
dəmiryolunun sağ  və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış, 
əmlakını qarət etmiş, qaçıb canını qurtara bilməyənləri isə  qətlə yetirmişdi. 
Bəzən hətta elə olub ki, bu və ya başqa yaşayış  məntəqəsində camaat 


 
68
ermənilərlə dil tapmağa, danışıqlar aparmağa cəhd göstərmiş, lakin əvəzində 
düşmən güllələrinin qurbanı olmuşlar. Məsələn, Dəvəçi icmasının 
Dəvəçibazar və  Qızılburun camaatı on beş  nəfərdən ibarət ağsaqqallar 
hey’ətini erməniləri duz-çörəklə qarşılamağa göndərmiş, lakin Hamazaspın 
göstərişi ilə onların hamısı güllələnmişdi. 
Ermənilər bütün kəndlərdəki məscidləri dağıdaraq, müqəddəs quran 
kitablarını  təhqir edərək ayaqlar altına atmış  və yandırmışlar. Bütünlükdə 
Quba mahalında daşnaklar 122 kəndi dağıtmış, yandırmış, viran qoymuşlar. 
Həmin yaşayış  məntəqələri bunlardır: Dəvəçi, Sədan, Çarxana, Dərə Zarat, 
Saqolcan, Eynibulaq, Ağasıbəyli, Kolanı, Uqah, Nardərə, Siyəzən, Rəhimli, 
Surra, Qaraqaşlı, Aşağı Quşçu, Sarvan, Əmirxanlı, Qarabulağ, Aygünlü, 
Qaraqurdlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz, Təzə və Köhnə 
Xaçmaz, Mürşüd oba, Xaspolad oba, Babalı, Mehraliqışlaq, Bəyqışlaq, 
Canaxır, Qobuqırağı, Mürsəlliqışlaq, Çarxı, Xırdaoymaq, Qaracallı, Yergüc, 
Hülövlü, Həsən Əfəndi, Ərəb, Qarabağlı, Çaxmaqlı, Ciğatay, İlxıçı, Avaran, 
Xuray, Çiləkir, Həzrə,  Əcəxür, Düztahir, Həsənqala, Urva, Aşağıəlik, 
Aşağıləkər, Köhnə Xudat, Əvəcüğ, Zeyxur, Quzuqışlaq, Kədəzeyxur, Yasab, 
Nügədi, Amsar, İqrığ,  Əski  İqrığ, Daşlıyataq, Təkyə, Qımılqışlaq, 
Əlibəyqışlaq,Əniq, Aşağı Xuc, Alpan, Digah, Zizik, Mirzəməmmədkənd, 
Üçkün, Hacıqaib, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Küləzi, Çiçi, 
Söhüb, Nöhürdüzü, Zərqova, Afurca, Xəlfələr, Cök, Qrızdəhnə, Nabran və s. 
O vaxtlar ermənilərin Quba mahalında yandırdıqları bir sıra kəndlər - 
Əlixanlı,  Ərəbəlməmməd,  Ərəb-Xəmnə, Qulamlar, But-but, Tura, Əzizlər, 
Bişbişi, Aşalı, Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı  Fəriz,  Ərəb Sofu, 
Qərəblər,  Əbilə  kəndləri büsbütün dağıdılmış, heç sonralar dirçələ 
bilməmişdir. Bə’zi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nığır düzü kimi 
qədim yaşayış  məskənlərində  hətta indinin özündə 3-5 ev qalıb. Adları 
çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il 
əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır. 
Ermənilərin Quba mahalında törətdikləri vəhşilikləri öz gözləri ilə 
görən, yaralanan, həm də  təsadüf nəticəsində salamat qalan adamlar da 
olmuşdur. Onların söylədikləri daşnak  əməllərinin necə  dəhşətli və qansız 
hərəkətlər olduğunu bir daha sübut edir. Sonralar Quba şəhəri sakinlərindən, 
eləcə də mahalın digər yerlərində yaşayan əhalinin nümayəndələrindən Quba 
hadisələrinin  tədqiq edən, öyrənən fövqəl’adə istintaq komissiyası bir sıra 
ifadələr almışdır. Həmin komissiyanın üzvü A.Novatskinin hazırladığı 
məruzə erməni vəhşiliklərini kifayət qədər  əks etdirmişdir. O, hətta 
mə’ruzəsinin sonunda Quba qırğınını törədənlərin  ən ağır cəzalara layiq 


 
69
olduqlarını  da  qeyd  etmişdir.
1
 Lakin belə bir qiymətli sənəd uzun müddət 
bilərəkdən unudulmuş, gizlədilmişdir... 
Uzun illər, 1918-ci il hadisələrinin çoxu qəsdən unuduldu. Xüsusən 
Şimali Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra 
ermənilərin Bakıda,  Şamaxıda və Qubada törətdikləri vəhşiliklər barədə 
danışılmadı. Azərbaycanda  ən məsul vəzifələrə irəli çəkilən ermənilər və 
ermənipərəst «azərbaycanlılar» olub-keçənləri çox böyük ustalıqla ört-basdır 
edə bildilər. Xalqdan gizlədilən həqiqətlər xatirələrdən silindi. 
Vaxtilə görkəmli  ədibimiz Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart 
aylarında ermənilərin qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər 
Osmanlı türk qəhrəmanları vaxtında köməyə  gəlməsəydilər, azğınlaşmış 
ermənilər nəinki Bakıda,  Şamaxıda, Qubada, bəlkə  də bütün Azərbaycanda 
daşı daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına 
türklər Göyçay bölgəsində  sədd çəkdilər, daşnakların bütün dəstələri 
darmadağın edildi.  
Bakıda, Qubada və  Şamaxıda törədilən qırğınlar tarixçilərimiz 
tərəfindən bir-birinə zidd mövqedən qiymətləndirilmişdir. Bunun da bəzi 
obyektiv və subyektiv səbəbləri var. Hələ o vaxtlar qeyri-bolşevik 
partiyaların  əksəriyyəti bu hadisələri bütünlüklə milli qırğın hesab edir, 
bolşevikləri, erməni millətçilərini müsəlmanlara qarşı törətdikləri cinayətdə 
təqsirləndirirdilər. Bolşeviklər isə mart-may hadisələrini əsasən sinfi düşmən 
qüvvələrinə qarşı mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi 
yolunda  əksinqilab üzərində böyük qələbə, vətəndaş müharibəsi hesab 
edirdilər. 
Lakin bu gün bizim üçün hər  şey aydındır. Törədilən vəhşiliklərin, 
cinayətlərin başbilənləri,  əlləri qana bulanmış düşmənlərimiz haqqında çox 
şey bəllidir.  
 
* * * 
Bakıda törədilən qırğınlar Erməni Milli Şurasının «qələbəsi»  sayılsa 
da, Müsəlman Milli Şurasının ağır məğlubiyyətə uğraması heç də daşnakların 
qələbəsi deyildi. Düzdür, Bakıda axıdılan günahsız qanlar nə  qədər faciəli 
olsa da, o dövrdəki müvəqqəti məğlubiyyətlər azərbaycanlıları heç də 
həvəsdən salmadı, mübarizlik ruhunu qıra bilmədi.  
                                                           
1
 АРДА, Ф.1061, siy.1, İş 95, v.5-8; Bax: История Азербайджана по документам 
и публикациям, səh. 182-187. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə