Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

 
55
Xeyriyyə  Cəmiyyətinə bağışlamışdı bundan başqa 200 yataqlı bir də 
yetimxanası vardı. Burada cəbhədə toplanan kimsəsiz çocuqlar gətirilərək 
saxlanırdı. Bakı yetimxanalarını da gəzdim, 1000-ə  qədər  Ərzurum 
cəbhəsindən gətirilən çocuq və qadın burada saxlanırdı.”
1
  
F.Ərdoğanın verdiyi məlumata görə rus qoşunları Qarsdan geri 
çəkildiyi zaman Bakı Müsəlman Xeyriyyə  Cəmiyyətinin, Qarsdakı 
nümayəndələr Rza bəy Qaraşarov və Yusif Kənan bəy  əhalini erməni 
qırğınlarından qurtarmaq üçün silah tədarük etmişdilər. Rza bəy Qaraşarov 
Qarsda “Yeni Xurşud” adlı  qəzet çıxararaq, xalqı savadlandırmağa 
çalışırmış.
2
  
Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi 
yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. Martın 9-da müvəqqəti hökumətin 
qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Zaqafqaziya Komitəsi 
yaradılmışdı. Noyabrın 11-də Zaqafqaziyada fəaliyyət göstərən siyasi 
təşkilatların Tiflisdə  yığıncağı keçirilmiş  və Zaqafqaziya Komissarlığı 
yaradılmışdı. Həmin ayda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan 
fraksiyası təsis edilmişdi. 
1917-ci il oktyabrın 25-də (köhnə stillə) Rusiyada bolşeviklər 
hakimiyyətə  gəlir. Çevrilişin ikinci günü Sovetlərin Ümumrusiya qurultayı 
sülh haqqında dekret qəbul edir. Noyabrın 2-də Sovet hökuməti “Rusiya 
xalqlarının hüququ Deklarasiyası”nı  qəbul edərək bütün xalqlara öz 
müqəddəratını  təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə 
Xalq Komissarlığı  və onun nəzdində erməni məsələsi üzrə komissarlıq 
yaradılmışdı. Bu komissarlıq 1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək 
fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti 
S.Şaumyanı  Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Yuxarıda 
qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə 
baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul 
etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin 
iştahını artırmışdı. 
1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni 
qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə 
komissarlığın bəyanatını müzakirə edərək qərara alır ki, bu məqsədlə 
təmannasız olaraq 6.194.784 rubl vəsait ayırsın. Eyni zamanda bütün inqilab 
komitələrinə, digər yerli orqanlarına erməni könüllü dəstələri təşkil edərək, 
                                                           
1
 Fahrettin Erdogan, Turk Ellerinde Hatıralarım, İstanbul, 1954, səh. 126. 
2
 Fahrettin Erdogan, göstərilən əsəri, səh. 133. 


 
56
onları silahlandırıb məneəsiz surətdə Ermənistana göndərmək haqqında 
təlimat göndərmişdi.
1
  
İstər çar Rusiyası, istərsə  də Sovet Rusiyası erməni könüllü 
dəstələrinin təşkili və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. 
Yuxarıda qeyd etdiyimiz kimi, erməni könüllü dəstələri  İrəvan 
quberniyasının və Qars vilayətinin  ərazisində istədikləri türk kəndlərinə 
hücum edir, əhalini qaçqın düşməyə  məcbur edirdilər. Boşalmış türk 
evlərində isə Türkiyənin içərilərindən gələn erməniləri yerləşdirirdilər. 
Erməni mənbələrinin verdiyi məlumatlara görə, 1914-1916-cı illərdə Qafqaza 
təqribən 350 min erməni köçmüşdü.
2
 Onların böyük əksəriyyəti  İrəvan 
quberniyasının  ərazisində yerləşmişdilər.  İş o yerə çatmışdı ki, etdikləri 
cinayətlərə görə  cəzasız qaldıqlarını görən Tiflis quberniyasının tərkibində 
olan Axılkələk erməniləri də  həm Axılkələk, həm də qonşu Ağbaba 
nahiyəsinin türk kəndlərinə silahlı basqınlar edirlər. Erməni vəhşiliklərini öz 
gözləri ilə görən 1-ci Axıska dairəsi müfəttişi doktor Xoroşenov yazmışdır: 
“Keçən 1917-ci ilin dekabr ayının ortasına doğru 8 ağbabalı  müsəlman 
Boqdanovka kəndində yaşayan duxoborlardan quru ot satın almaq üçün 
buraya gəlmişdilər. Müsəlmanların yanında silah deyilən  şey yox idi. 
Xocabəy kəndinin erməniləri bunu xəbər alınca, həmən oraya gedərək bu 8 
müsəlmandan 4-nü xəncərləyərək öldürdükdən sonra gözlərini oymuş, dilləri 
və gövdələrinin  o biri hissələrini də  kəsib, vücudlarını parça-parça edərək 
cürbəcür hərəkətlər yapmışlar. Qalan 4-nü də tüfənglə vuraraq 
öldürmüşdülər. Bundan sonra parçalanmış  cəsədləri yandırdılar, tüfənglə 
öldürülən 4-nün cəsədlərini  sonradan ağbabalılara verdilər. 
1918-ci ilin yanvarından başlayaraq ermənilər müsəlmanların 
yaşadıqları  kəndlərə hücuma başladılar. Öncə: «Silahlarınızı  təhvil etsəniz, 
sizlərə  əsla toxunmarıq” deyərək, söz verdilər. Ermənilər bu sözlərlə qalan 
islamların əllərindəki silahları aldıqdan sonra, müsəlman kəndlərinə hücuma 
etməyə, onları öldürməyə, kəndlərini yandırıb mallarını  və  əşyalarını qarət 
etməyə başladılar. Beləliklə, Xorepya, Kokiya, Vereban, Tog, Okam, 
Qulalız, Patkana, Sağamo, Kuvaşa, Alaca və Gümris adlı  kəndləri 
yandırdılar, dağıtdılar, dirliklərini, heyvanlarını  və bütün əşyalarını alıb 
apardıqdan sonra, sağ qalan kişilərlə qadınları da dustaq olaraq Axılkələk 
qəsəbəsindəki kazarmaya topladılar.»
3
  
                                                           
1
 Киракосян Дж., Младотурки перед судом истории, İrəvan, 1986, səh. 224. 
2
 История Армянского народа, İrəvan, 1980,səh. 268. 
3
 Ermeniler hakkыnda derlemeler, Ankara, 1982, səh. 205-206. 


 
57
Daha sonra Xoroşenov yazır ki, düşərgədəki müsəlmanlar soyuq və 
aclıqdan hər gün tələf olurdular. Bu, 1918-ci il mayın 21-nə  qədər davam 
etdi. Türklərin gəldiyini eşidən ermənilər qaçmazdan əvvəl kazarmadakı əsir 
müsəlmanları xəncər və tüfənglə öldürdükdən sonra onların qaldıqları evləri 
üstlərinə uçurdular. Bir çoxlarının cəsədlərinin çuxurlara atdıqdan sonra, 
üstlərinə qazyağı tökərək yandırdılar. “İştə 20-ci yüzilliyin Ermənistanında 
yaşayan mədəni (!) ermənilərin yapdıqları vəhşət budur”
 
– yazır Xoroşenov. 
Sənədin rusca əsli Türkiyə  İnqilab Tarixi İnstitutunun arxivindədir 
(№74/17571). 
Zaqafqaziyada Sovet hakimiyyətini qəbul etməyən siyasi qüvvələr 
birləşib 1917-ci il noyabrın 15-də Tiflisdə E.Gegeçkorinin sədrliyi ilə 
keçirilən Zaqafqaziya Komissarlığının iclasında Qafqaz cəbhəsinin baş 
komandanı Prjevalskinin təklifi ilə 3-cü türk ordusunun komandanı Mehmet 
Vehib Paşanın barışıq imzalanması  təklifi haqqında müraciətini müzakirə 
etmiş, ertəsi gün bu təklifin bəyənilməsi haqqında cavab məktubu göndərmiş 
və komissarlıq bu münasibətlə orduya və Zaqafqaziya əhalisinə müraciət 
etmişdi.
1
 Dekabrın 18-də Ərzincanda barışıq imzalanır. 1917-ci ilin dekabrın 
ortalarından Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyi başlamışdı. 
Dekabrın 18-də Zaqafqaziya Komissarlığı milli  korpuslar və  hərbi hissələr 
təşkil ediləcəyini elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun 
hərbi texnikasına yiyələnərək, Cənubi-Qərbi Qafqazda türklərə qarşı 
soyqırım həyata keçirirlər. Yanvarın 14-də Vehib paşa Qafqaz ordusunun 
komandanı Odişelidzeyə  məktub göndərir ki, sülh müqaviləsi imzalamaq 
üçün Qafqaz hökuməti ilə danışıqlara başlamaq istəyir.
2
 Ərzincanda barışıq  
imzalandıqdan sonra rus qoşunları  işğal etdiyi ərazilərdən geri çəkilməyə 
başlayır. Rus ordusu geri çəkilərkən müsəlman  əhalisini vəhşicəsinə  qırıb - 
çatır, kəndləri yandırır. Həmin dövrdə Tiflisdə  nəşr edilən qəzetlər tərxis 
edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək, Sarıqamışdan 
Aleksandropola (Gümrüyə) qədər keçdikləri  əraziləri dağıdıb, xarabaya 
qoyduqlarını yazırdılar.
3
  
Buna görə  də Vehib paşa barışığın pozulduğunu və erməni quldur 
dəstələrinin vəhşilikləri haqqında yanvarın 22-də general-leytenant 
Odişelidzeyə məktub göndərir. Bundan sonrada erməni vəhşiliyinin həddinin 
aşdığını, onların cəzasız qaldığını görən Vehib paşa fevralın 1-də Baş 
                                                           
1
 Документы и материалы по внешней политики Закавказья и Грузии, Тiflis, 
1919, səh. 15-16. 
2
 Yenə orada, səh. 24. 
3
 Погосян А., Карсская область в составе России, İrəvan, 1983, səh. 192. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə