Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

 
58
komandan Prjevalskinin adına məktub, fevralın 11-də isə Odişelidzenin adına 
teleqram göndərir. O, məktub və teleqramlarda konkret faktlarla erməni 
vəhşilikləri haqqında mə’lumat verir və onlara qarşı ölçü götürülməsini tələb 
edir.
1
  
Fevralın 12-də türk ordusu erməni qırğınlarına dözə bilməyərək 
hücuma keçir. Bu arada ermənilərin özbaşınalıqlarına «son qoymaq üçün» 
Zaqafqaziya Komissarlığı Andraniki və doktor Zavriyevi Ərzuruma göndərir. 
Bundan sonra ermənilər daha azğınlaşır. Karibi 1920-ci ildə Tiflisdə  dərc  
etdirdiyi “Qırmızı kitab”da yazır: “General Andranik ermənilərin başçısı 
kimi 1918-ci il fevralın 18-də  Ərzuruma gəldi. Burada, bu tərəfdə erməni 
silahlı qüvvələri o dərəcə başıpozuq idilər ki, talançılıqla məşğul idilər.”
2
  
Fevralın 18-də Zaqafqaziya Seymi yaradılır və fevralın 25-də 
Zaqafqaziya hökuməti Trabzonda danışıqlar keçirmək üçün türk 
komandanlığına müraciət edir. Martın 1-də Zaqafqaziya Seymi Türkiyə ilə 
sülh müqaviləsi bağlamaqda səlahiyyətli olduğunu və qoşunları 1914-cü il 
sərhədlərinə geri çəkmək üçün sülh müqaviləsi imzalamaq istədiyini bildirir.
3
 
Lakin martın 3-də Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini 
imzalayır. Bu müqavilə 1711-ci ildən bəri ilk dəfə Türkiyənin Rusiyaya qarşı 
bir zəfəri mahiyyətində idi və ruslar nəinki 1914-cü il sərhədlərinə geri 
çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç 
Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdılar.
4
  
Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci 
maddəsində deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən  ərazilərə 
qayıtmasınadək qarət və cinayətlərə yol verilməsinin qarşısını alacaq, erməni 
“çətə”lərini tərxis və tərksilah edib buraxacaq.
5
  
Zaqafqaziya hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin 
imzalanmasına etiraz etmişdisə  də rus qoşunlarının yerini tutmuş erməni 
silahlı qüvvələrinin türk ordusunun qarşısında duruş  gətirmədiyini yəqin 
etdikdən sonra, aprelin 10-da Trabzondakı Zaqafqaziya nümayəndələri bu 
müqaviləni qəbul etdiklərini bildirmişdilər. 
Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyaları aprelin 15-də 
Qars vilayətindəki hadisələr haqqında məsələ müzakirə edir. Müzakirənin 
protokolunda yazılır:” Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk 
                                                           
1
 Документы и материалы..., səh. 41-45. 
2
 История Азербайджана по документам и публикациям, Bakı., 1990, səh.167. 
3
 Документы и материалы..,səh. 83-84. 
4
 Gokdemir Ahmet, Cenubi-Garli Kafkaz Hükumeti, Ankara, 1989, səh.15. 
5
 Документы внешней политики СССР, М. 1957, I-ci cild, səh. 199-200. 


 
59
qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı  fərariləri 
yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır, 
əhalini qılıncdan keçirir, təsvir ediləsi mümkün olmayan vəhşiliklər 
törədirlər. Onlar qadınları lüt-üryan edir, süngülərə keçirilmiş südəmər 
körpələri hərbi qənimət kimi aparan “qalib” erməni qoşunlarının keçməli 
olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər:” Gərək 
qeyri-insani  əsəblərin ola ki, bu cəhənnəm  əzabını, dəlilik dərəcəsinə 
çatdırılmış qadınların və  uşaqların qəlbi dağlayan naləsini, köməksiz 
qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini hesablamalara görə 82 
kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti 
kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində 
indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars 
vilayəti törədilmiş  qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş 
ermənilərin riyakarlığından, vəhşiliyindən və alçaqlığından xəbər verən 
nəhəng qəbiristanlığa çevrilib.»
1
 
Erməni qırğınları martın 12-də türk qoşunlarının  Ərzurumu azad 
etməsi zamanı daha da şiddətlənmişdi. Həmin hadisələri 15-ci Qafqaz 
Kolordusu komandanı Kazım Qarabəkir paşa Amerika nümayəndə heyətinin 
başçısı general Harborda verdiyi raportda belə izah etmişdir:” Ərzurumda elə 
acı  mənzərələr gördük ki, insanı insanlıqdan iyrəndirirdi. Xalq gözü yaşlı 
ora-bura qaçaraq kimi oğlunu, kimi atasını, kimi arvadını süngülənmiş və ya 
yandırılmış tapır, saçlarını yolurdular. Bir çox küçələrdə  həyat yox idi. 
Yerlərdə çocuq, qadın, qoca qanlar içində yatırdılar. Yalnız son gecə (11-12 
mart 1918-ci ildə) üç min müsəlman kəsdiklərini ermənilər öyünərək ruslara 
bildirmişdilər, bunu polkovnik Tverdoxlebov raportunda (xatirələrində) 
yazmışdır. Dəmiryolu stansiyasında sanki bir məzarlıq ölülərini kənara 
tullamışdı. Cənazələr arasından keçərək, bu dəhşətləri gördük. Hələ içərisinə 
insanları doldurub birlikdə yandırdıqları binalar insanı titrədirdi.”
2
  
Kazım Qarabəkir paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda 
mühasirəyə almaq və onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə 
də ermənilər razılığı pozub şəhərdə  qırğınlar törətmişdilər. “Aprelin 25-də 
axşam Qarsı geri aldıq.  Şəhəri dolaşdım. Hər tərəf yanır, stansiyada yüzə 
qədər əsir əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı Müdafiə Komandanlığı 
                                                           
1
 АРДА, Ф.970, siy. 1, İş 1, в. 28-29. 
2
 Кirzioglu Fahrettin, Kars ili ve cevresinde ermeni mezalimi, Ankara, 1970, səh. 84-
85. 


 
60
dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər 
müsəlmanın cəsədini tapdıq.”
1
  
Bu arada, yəni aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında 
Zaqafqaziyanı müstəqil Demokratik Federativ Respublika elan edir və bu 
respublika aprelin 28-də Türkiyə tərəfindən tanınır. 
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə də 
dəhşətli qırğınlar törətmişdilər. Həmin qırğınlar haqqında sənədli 
mə’lumatlar  şəkillərlə birlikdə diviziya generalı  Əhməd Hulki Saralın 
“Erməni məsələsi” kitabında toplanmışdır. “İslam  əhalinin uğradıqları 
məzalim üzərinə  bəlgələrə dayanan bilgilər” adı ilə ilk nəşri bütünlüklə 
köşklərdən və kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə  həm türkcə, 
həm də fransızca yenidən nəşr edilmişdi. Sənədlərdə deyilir: 
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə 
götürülməkdə olan 3000-ə  qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox 
edilmişdir. 
2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər 
(Duzluca) və  İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və 
kişiləri qırmışlar. 
3) 01.05.1918-ci ildə yüzə  qədər erməni atlısı  Şiştəpə  və Düzkənd 
ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini 
qırmışlar. 
4) 01.05.1918-ci ildə Axılkələk  ətrafındakı  kəndlərdə Acaraca, 
Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, 
əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Bacoğlu ilə  İrəvanın  şimali 
şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıb 
dağıldılmışdır.”
2
  
İrəvan  ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas  etmək 
üçün Bakı  (İslam) Xeyriyyə  Cəmiyyətinin 36-cı Qafqaz diviziyası 
komandanlığına etdiyi müraciətdə deyilirdi: 
“İrəvan quberniyası  ərazisindəki islamların qırılıb, yox edilməkdə 
olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb,  əhalisinin qırıldığı  və 
İrəvandan qaçaraq gələn yaralı  və  xəstə köçkünlərin sayının gündən-günə 
çoxalmaqda və yoxsulluq ilə  pərişanlıq içində üzüldüklərindən, bunlara 
sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
3
  
                                                           
1
 Yenə orada, səh. 87. 
2
 Kirzioglu Fanrettin, Yenə orada, səh. 44-45. 
3
 Yenə orada, səh. 46. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə