Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

 
46
müharibəsi  ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları 
silahlandırmağı xahiş edir və  vəd  verirdilər ki, ilk çağırışda türklərə qarşı 
könüllü dəstələr təşkil edəcəklər.”
1
 A.Lalayan “Əksinqilabçı ”Daşnaksutyun” 
və 1914-1918-ci illər imperialist müharibəsi” məqaləsində yazırdı ki, 
“Daşnaksutyun” partiyasının 1912-ci ildə  təşkil etdiyi Erməni milli bürosu 
1914-cü il imperialist müharibəsi zamanı ermənilərin çar Rusiyası tərəfindən 
müharibəyə  cəlb edilməsi üçün geniş kampaniya aparırdı.”Milli büro”nun 
tərkibi aşağıdakılardan ibarət idi: Yepiskop Mesrop – Tiflis erməni 
burjuaziyasının rəhbəri və çarın Qafqazdakı canişini Vorontsov-Daşkovun 
arvadının məşuqu, “Daşnaksutyun” partiyasının fəal xadimi, Al.Xatisov – 
erməni xalqının qatili, 1918-1920-ci illərdə daşnak hökumətinin başçısı, 
doktor Zavriyev–”Daşnaksutyun” partiyasının xarici işlər müdiri, Samson 
Harutyunov, xmbapet Dro (Drastamat Kananyan) – sonralar 
“Daşnaksutyun”un hərbi diktatoru və avantürist Andranik.  
”Milli büro”nun üzvləri Vorontsov-Daşkovla görüşdükdən sonra 
Rusiyanın Türkiyə ilə müharibə aparacağı  təqdirdə  hər biri 400 nəfərdən 
ibarət dörd erməni könüllü dəstəsi hazırlamaq üçün razılıq almışdılar.
2
  
1914-cü il avqustun 10-da Qafqaz canişini, Qafqaz cəbhəsinin baş 
komandanı Vorontsov-Daşkov hərbi nazir Suxomlinova müraciət etmişdi ki, 
Qafqaz dairəsinə 5000 tüfəng və 50 milyon güllə göndərsin. Bununla o
Zaqafqaziyada yerli könüllüləri silahlandırmaq istəyirdi. Bundan əlavə 
olaraq, o, Türkiyədəki antitürk ünsürləri (ermənilər və yunanları) 
silahlandırmaq üçün 25 min tüfəng və 12 milyon güllə gətirtmişdi.
3
  
Rusiyanın xarici işlər naziri Vorontsov-Daşkova göndərdiyi 
məktubunda bildirirdi ki, kürdlərə Kürdüstan dövləti yaradılacağı  və’dini 
verməkdə ehtiyatlı olsunlar. Bununla belə, silah və güllələri hazırlamaq 
tapşırılırdı. Göründüyü kimi, çar Rusiyası Türkiyə ilə müharibə  təqdirində 
etnik xristianlar arasında hazırlıq işlər aparırdı. 
Avqustun 16-da Qafqaz ordusunun səhra kəşfiyyat idarəsinin rəisi 
kapitan Dratsenko öz məruzəsində Türkiyə ermənilərinin silahlandırmağın 
zəruri olduğunu göstərmişdi. Sonralar Daşnak hökumətinin baş naziri olmuş 
Ov.Kaçaznuninin yazdığına görə, 1914-cü payızında hələ ki, Türkiyə  
müharibə edən ölkələr ailəsinə daxil olmadığı və buna hazırlaşmadığı vaxtda, 
                                                           
1
 Арутюнян А., göstərilən əsəri, səh. 52. 
2
 “Революционный Восток” журналы.1936, №23; Бах: История Азербайджана 
по документам и публикациям. Bakı, 1990, səh. 94-95. 
3
 Арутюнян А., göstərilən əsəri, səh. 52-53. 


 
47
Zaqafqaziyada böyük hay-küylə və böyük enerji ilə erməni könüllü dəstələri 
təşkil etməyə başlamışdılar.
1
  
Qafqaz hərbi dairəsinin qarargah rəisi Yudeniç avqustun 16-da Baş 
Qərargahın rəisi general Yanuşkeviçə göndərdiyi gizli teleqramda 
göstərmişdi ki, əgər Türkiyədəki ermənilər, aysorlar  və  kürdlər arasında 
üsyan qaldırmaq lazımdırsa, bunun üçün 25 min tüfəng, 12 milyon güllə və 
25 min rubl lazımdır.

Bütün bunlarla yanaşı, Qafqazda yaşayan ermənilərdən 
ibarət könüllü silahlı  dəstələr təşkil edilir, onlar nizami ordunun tərkibində 
deyil, türk qoşunlarına arxadan zərbə vurmaq üçün təlim-məşqlər keçirirdilər. 
Rəsmi dairələr bu cür könüllü dəstələr haqqında mətbuatda məlumat verməyi 
qadağan etmişdilərsə də, müharibənin gedişində hər şey aydın olmuşdu.
3
 
 
Könüllü dəstələr həm də xaricdə hazırlanır, Rusiyanın rəsmi 
dairələrinin köməyi ilə indiki Ermənistan  ərazisinə  çıxarılırdı. Qafqaz 
cəbhəsində  hərbi  əməliyyatların iştirakçısı, general-mayor Q.Korqanyan 
təsdiq edir ki, ilk vaxtlar erməni könüllüləri sırasında 2500 nəfər olmuş, 
sonralar 6000-ə çatmışdır. 
Bə’zi müəlliflər bu rəqəmin 9000 olduğunu göstərirlər.
4
 
 
Yuxarıda qeyd etdiyimiz kimi, “Erməni milli bürosu”nun Qafqaz 
canişini ilə danışıqları zamanı 1600 nəfərdən ibarət könüllü dəstələr təşkil 
etməyə razılıq verildiyi halda, “Milli büro” Türkiyənin  Şərq vilayətlərini 
sürətlə ələ keçirmək üçün 10000 nəfərlik dəstə təşkil etmişdi. “Milli büro” öz 
xmbabetlərini (dəstəbaşları) toplayaraq bu dəstələrə komandanlığı  həvalə 
etmiş, türk əhalisini qəddarcasına məhv etməyi tapşırmışdı.
5
  
Rusiyanın dəmiryol naziri 1915-ci il noyabrın 15-də xarici işlər 
naziri S.Sazonova bildirmişdi ki, Bolqarıstandan erməni könüllü dəstələri 
pulsuz olaraq Qafqaza gətirilmişdir ki, türklərə qarşı vuruşsunlar. 
Rusiyanın Misirdəki nümayəndəsi Smirnov 22 fevral 1915-ci ildə 
Petroqrada vurduğu teleqramında göstərmişdi ki, Fransadan, Amerikadan və 
digər ölkələrdən 1000-ə yaxın erməni gəlib, könüllü olaraq Qafqaza getmək 
istəyirlər və bunun üçün maddi yardım xahiş edirlər.
6
  
                                                           
1
 Ов. Качазнуни, göstərilən əsəri, səh. 10. 
2
 Арутюнян А., göstərilən əsəri, səh. 56. 
3
 Yenə orada, səh. 315. 
4
 Yenə orada, səh. 287. 
5
 История Азербайджана по документам и публикациям, Bakı. 1990, с. 95. 
6
 Арутюнян А., göstərilən əsəri, səh. 297. 


 
48
ABŞ-dan ilk könüllülər dəstəsi 12 mart 1915-də yola düşərək 
Arxangelskə, oradan da Qafqaz cəbhəsinə yollanmışdılar. İkinci dəstə mayın 
10-da, üçüncü dəstə isə noyabrın 21-də yola düşmüşdü. 
Könüllülərin təchizatı üçün hər yerdə  vəsait toplanırdı. Təkcə 
1915-ci ildə 1444000 rubl toplanmışdı.
1
  
1914-cü ilin sonunda artıq dörd könüllü drujina yaradılmışdı  və 
onlar aşağıdakı istiqamətdə hücuma keçməli idilər. 
I drujina – İran-Başqala-Van istiqamətində (komandir Andranik 
Ozanyan) 
II drujina – İqdır-Bəyazid-Berkri-Van istiqamətində (komandir 
general Nikolayev).  
III drujina – Qağızman-Ələşkert-Manazkert-Bitlis istiqamətində 
(general Prjevalskinin tabeliyində). 
IV drujina – Sarıqamış-Qaracaörən-Körpüköy-Ərzurum 
istiqamətində (polkovnik Kulebyakinin tabeliyində). 
1915-ci il aprelin 16-da Vorontsov-Daşkov erməni drujinalarının 
ştat cədvəlini təsdiq etmişdi. Hər bir drujina dörd rotadan ibarət olmaqla, hər 
rotada 234 nəfər olmalı idi. Əlavə  ştatlarla birlikdə  hər drujinada 985 nəfər 
nəzərdə tutulurdu. 
1915-ci ilin yanvarında isə  Kənəkerdə quldurbaşı Vardanın 
rəhbərliyi ilə drujina formalaşdırılmışdı. 2-ci, 3-cü, 4-cü drujinalar onun 
tabeleyinə verilmişdi və “Araratyan zoraxumb” adlanırdı. Andranikin 
başçılığı ilə I-ci drujina İranda-Cənubi Azərbaycanda idi və orada qırğınlar 
törədirdi. Aprelin 15-də  İrəvanda drujinalara baxış keçirilmiş, Eçmiədzində 
təntənəli şənlik olmuş, katolikos V Gevorqun xeyir-duası ilə “qədim erməni 
torpaqlarını yadelli əsarətdən qurtarmaq üçün”  İydir istiqamətində yola 
düşmüşdülər.
2
  
Erməni könüllü dəstələrinin  Şərqi Anadoluya doğru hərəkətindən 
ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət 
qurmaq fürsətini  əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək 
türkləri qırıb məhv etməyə başlamışdılar. Bu haqda çoxlu faktlar mövcuddur. 
İngilis tarixçisi Stenford C.Şou tarixi sənədlər  əsasında göstərmişdir: “ 
Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma 
keçərək mayın 14-də oranı tutan kimi 2 gün ərzində yerli müsəlman əhalisini 
kütləvi surətdə qırmağa başladılar... Rusların himayəsi altında Vanda erməni 
hökuməti qurulmuşdu (halbuki müharibənin  əvvəlində vilayətdə ermənilər 
                                                           
1
 Yenə orada, səh. 298. 
2
 Yenə orada, səh. 304-305. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə