Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

 
35
Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində 
yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və 
Kiçik Cəngi kəndlərində  gəlib yerləşmişdilər.
1
 Sonralar  Ermənistanın rəsmi 
dairələri tərəfindən adları  dəyişdirilən, lakin əsasən bu kəndləri  əhatə edən 
Araqats rayonu təşkil edilmişdir. 
Türkiyədən köçürülən yunanlar isə  əsasən  Şörəyel-Pəmbək 
distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində  və Gümrüdə 
yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə 
assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər. 
* * *  
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər 
Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə  (İrəvan və 
Naxçıvan xanlıqlarının  ərazisinə)  İran və Türkiyədən 57266 nəfər erməni 
(10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən  əvvəl həmin  ərazidə  cəmisi 
25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin nəticəsində İrəvan 
və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli hissəsi qaçqın düşmüş, 
orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman qalmışdı. Köçürmələrdən 
sonra isə ermənilər 82397 nəfər (15059 ailə) təşkil etmiş, nəticədə 
müsəlmanları sayca üstələmişdilər.
2
  
Lakin hələ 19-cu əsrin  əvvəlində Rusiyanın müəyyən dairələri rus 
ordusunun Zaqafqaziyada işğal etdiyi ərazilərdə erməniləri deyil, məhz rus 
koloniyalarının-kazakların, malakànların, duxoborların və s. 
yerləşdirilməsinə üstünlük verirdilər. Bu məqsədlə bir neçə layihə 
hazırlanmışdısa da, sonralar icrası  təxirə salınmışdı. N.N.Şavrov Rusiyanın 
Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: «Biz 
müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan 
xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin 
qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək 
Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları 
Yelizavetpol (Gəncə) və  İrəvan quberniyalarının  ən yaxşı dövlət 
torpaqlarında yerləşdirmişdik ki, orada erməni  əhalisi cüz’i  idi. Onları 
həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında 
yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət 
torpağı ayrılmış, 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi 
mülkiyyət torpaqları satın alınmışdı. Yelizavetpol quberniyasının dağlıq 
                                                           
1
 Материалы для изучения экономического быта государственных крестьян 
Закавказского края, Tiflis, 1885, I cild, I buraxılış, səh. 4. 
2
 Şopen İ., göstərilən əsəri, səh. 642. 


 
36
hissəsi (Dağlıq Qarabağ, Xanlar və  Şəmkir rayonları  nəzərdə tutulur – 
müəllif.) və Göyçə gölünün sahili həmin ermənilərlə  məskunlaşdırılmışdı. 
Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, 
qeyri-rəsmi  şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin 
sayı 200 min nəfərdən xeyli artıqdır.
1
  
Ermənilərin indiki Ermənistan  ərazisinə axını 1877-1878-ci illər 
Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclənmişdi. 90-cı illərdə 
Türkiyədə baş verən erməni üsyanları  nəticəsində 400 minə yaxın erməni 
yenə də Qafqaza köçüb gəlmişdi. 
N.Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada yaşayan 
1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların vasitəsilə 
məskunlaşdırılmışdı.

 
Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə yaşayan 
100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi.  
Bütün qeyd edilənlərdən o nəticəyə  gəlmək olar ki, indiki 
Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, hamısı vaxtilə 
Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici 
ölkələrdən – əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, 
Rumıniyadan köçüb gələnlərdən ibarətdir. 
                                                           
1
 Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая 
распродажа Мугани инородцам, СПб, 1911,səh. 63. 
2
 Yenə orada, səh. 64. 


 
37
 
II FƏSİL. 
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ 
QIRĞINLAR. 
 
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI 
 
20-ci  əsrin  əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan 
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi 
ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə 
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa 
dövlətlərinin səyləri nəticəsində gündəliyə  çıxarılan «erməni məsələsi» 
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil 
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin 
əldə edilməsi üçün əvvəlcə  Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin 
«Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə 
nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan» 
adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların 
tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi  çıxış edən Fransanın 
Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
1
  
Həmin illərdə  İngiltərə  və Fransanın yardımı ilə Türkiyədə erməni 
üsyanı  təbliğatı aparılırdı. Bu işə  rəhbərliyi «Daşnaksutyun» və «Hnçak» 
siyasi təşkilatları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar 
törətmək məqsədilə türklərə  və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş 
versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin 
erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər. 
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar 
Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və 
icraçılarının  əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
2
 
Rus müəllifi N.Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada 
900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə 
Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
3
 1908-ci ildə Rusiya Daxili 
                                                           
1
 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, 
С.Петербург, 1904, səh.96. 
2
 «Армянский геноцид». Миф и реальность. Справочник фактов и документов, 
Б.1992, səh.204; Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992, 
səh.119-120. 
3
 Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая 
распродажа Мугани инородцам, С.Петербург, 1911, səh.64. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə