Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 
32
əngəl törətdikləri haqda işğal edilmiş ərazilərdə köçürülmə işlərinə rəhbərlik 
edən general Pankratyev Paskeviçə şikayət məktubu göndərmişdi.
1
  
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və ərazilərin satılması 
məsələsini həll etmək üçün Paskeviç mayor Vannikovu Ərzuruma 
nümayəndə kimi göndərmişdi. Lakin ermənilərin sahib olduqları  kəndlərin 
əksəriyyəti bir qədər  əvvəl, yəni müharibə zamanı  təhlükəsiz yerlərə 
köçməyə  məcbur olan və ermənilərin satış yolu ilə aldıqları müsəlman 
kəndlərindən ibarət idi. Təkcə Qars bölgəsində bu yollarla ermənilər 80 
kəndə bütünlüklə, 15 kəndin isə yarısına yiyələşmişdilər. Digər tərəfdən, 
Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən Axılkələk və Axıska 
bölgələrindən) Türkiyəyə qaçan türklərin qoyub getdikləri  əmlak və 
torpaqların satışı müqabilində  vəsaitin onlara çatmaması Rusiya tərəfini 
maraqlandırmırdı. Ona görə  də onlar daşınmaz  əmlaklarını, mülklərini və 
torpaqlarını qoyub gedirdilər. 
Ədirnə müqaviləsində göçürülmə işləri üçün nəzərdə tutulan 18 aylıq 
müddətin başa çatmasının yaxınlaşmasını  və bu işin ləngidiyini görən 
Paskeviç 1829-cu il fevralın 29-da Ərzurum və Qars valilərinə rus və türk 
dillərində  məktub göndərərək bildirir ki, Türkiyədən köçürülən katolik 
ermənilərin təmsilçiləri arximandrit Tatosu, Müğdisi Karapeti  və  Ağacan 
Karapetyanı, frankların təmsilçiləri Ter-Hovanes Matevosovu, Ağacan 
Osipovu və Hakop Hanakovu Ərzuruma göndərmişdir ki, ermənilərin qoyub 
gəldikləri əmlakların,  taxıl sahələrinin və s. satışını təşkil etsinlər.
1
  
Müqavilədə göstərilən müddətin başa çatması  ərəfəsində, yə’ni 1831-
ci il aprelin 3-nə  qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni 
ailələrinin təxmini sayı 
və 
məskunlaşdırıldıqları 
ərazilərin adları 
göstərilmişdir.
2
 Həmin sənədi təqdim edirik: 
 
Haradan 
köçürül-
müşdür 
Köçürülən 
ailələrin 
sayı 
Harada məskunlaşdırılmışdır 
Ərzurumda

7288
1. 5000 ailə Axıskada (paşalığın 
ərazisində) 
Ərdəhandan 
67
2. 1050 ailə Borçalı 
distansiyasında və Zalqa ətrafında 
3. 1305 ailə  Pəmbək və  Şörəyel 
                                                           
1
 Yenə orada, səh. 387. 
1
 Yenə orada, sənəd N 44293 
2
 AKAK, VII cild, sənəd 830. 


 
33
distansiyalarında 
 Qarsdan 
2464
1. 2264 ailə  Pəmbək və  Şörəyel 
distansiyalarında 
2. 200 ailə Talın mahalında 
 Bəyaziddən 
4215
Erməni vilayətində – Göyçə gölü 
ətrafında, Baş Abaranda 
Cəmi 
 
              14044 ailə 
 
Sənədin bu cədvələ  əlavə qeydində göstərilir ki, heç də digər 
yerlərdəki nümayəndələrin hamısı tam və  dəqiq hesabat təqdim etmədikləri 
üçün neçə nəfərin köçürüldüyü göstərilməmişdir. Əgər bir ailədə orta hesabla 
altı  nəfər götürülsə, nəticədə 84 mindən artıq erməni və yunanların 
köçürüldüyü məlum olur. Bəzi erməni tarixçiləri köçürülənlərin 90 mindən 
artıq
1
, bəziləri isə 100 minə yaxın olduğunu göstərirlər
2
.  
Ermənilərin  İrandan köçürülməsi zamanı  fəallıq göstərən hərbçilər 
və din xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr 
zamanı xidməti olanlar da mükafatlandırılmışdılar.  
Ərzurumdan ermənilərin köçürülməsi işindəki xidmətlərinə görə 
1830-cu il oktyabrın 20-də arixiyepiskop Karapet 1-ci dərəcəli Müqəddəs 
Anna ordeni ilə  təltif edilmişdi.

Sonralar  İmperator  I Nikolay 1837-ci ilə 
Axıskaya gedərək Karapetlə görüşmüş, həmin xidmətinə görə ona öz 
minnətdarlığını bildirmişdi.
4
  
İmperatorun fərmanı ilə 1831-ci il aprelin 24-də Türkiyədən 
köçürülən ermənilərin təsərrüfat ehtiyaclarını ödəmək üçün verildiyi vaxtdan 
4 il keçəndən sonra, 6 il müddətinə faizsiz olaraq qaytarmaq şərti ilə 
xəzinədən 380 min gümüş rubl ayrılmışdı.
5
  
Ümumiyyətlə, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsindən 
sonra İ.Şopenin Erməni vilayətində (keçmiş İrəvan və Naxçıvan xanlıqlarının 
ərazisində) apardığı siyahıyaalınmanın nəticələrinə görə, vilayətin  ərazisinə 
21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdlərinin 
köçürüldüyü göstərilir, Köçürülən ermənilər Qırxbulaq, Sürməli, Talın, 
                                                           
1
 Parsamyan V,A., göstərilən əsəri, səh. 66. 
2
 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976, səh. 
9. 
3
 Собрание актов..., I hissə, səh.59. 
4
 Езов Г.А., göstərilən əsəri, səh. CXXXIX. 
5
 Собрание актов..., I hissə, səh. 304-305. 


 
34
Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarının 129 kəndində 
yerləşdirilmişdilər.
1
  
İndiki Ermənistan  ərazisinin  Şörəyel və Loru-Pəmbək bölgələri 
1801-1805-ci illərdə Gürcüstana birləşdirildiyindən Erməni vilayətinə daxil 
edilməmişdi. 1829-cu ilə  qədər, yəni Rusiya-Türkiyə müharibəsindən sonra 
ermənilərin rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına 1536 
ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə 
(10575 nəfər kişi cinsi) köçürülmüşdü. 1832-ci ilin sonu, 1833-cü ilin 
əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər 
kişi cinsi) yenidən  Şörəyel-Pəmbək distansiyasına köçürülmüşdülər. 
Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri  
(frankları) var idi.
2
 Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə 
Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdilər.  Şörəyel bölgəsinin 
(Gümrü  ətrafı – indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən 
köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan «Ocaq» kitabında 
yazır: «Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş  və 
Bidlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt 
qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda 
(keçmiş Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dən artıq yaşayış 
məskənindən türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib 
məskunlaşmışlar».
3
 Z.Balayan bu bölgəsnin əhalisinin bütünlüklə Türkiyədən 
gələn ermənilərdən ibarət olmasını qeyd etməklə, həmin  ərazidə vaxtilə 
türklərin məskunlaşmış olduğunu bilavasitə təsdiq etmiş olur.  
İndiki Ermənistan  ərazisinə ermənilərin kütləvi axını 19-cu əsrin 
əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra 
da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı yezidi kürdlər də gəlib 
indiki Ermənistan  ərazilərində yerləşmişdilər. 1834-cü ilin məlumatına görə 
İrəvan  əyalətində  Bəyaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi 
kürdləri məksunlaşmışdılar.
4
  
Ələyəz dağının  ətəyində bir sıra boşalmış türk kəndlərində  də 
Türkiyədən gələn yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu 
ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə 
                                                           
1
 Шопен И., göstərilən əsəri, səh. 636-642. 
2
 Обозрение Российских владений за Кавказом в статистическом, 
этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836, II 
hissə, səh. 302-304. 
3
 Балаян З., Очаг, Ирəван, 1984,səh. 273. 
4
 Обозрение Российских владений за Кавказом, СПб, 1836, IV hissə, səh. 270. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə