Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 
20
(İrəvan xanı Hüseyn xanın qardaşı)  dəstəsinə birləşmişlər. Onlarla birlikdə 
cəmədinli kürdləri (700 ailə), birukilər (400 ailə), dovmanlılar (400 ailə), 
çobankərəlilər (200 ailə), zilanlı kürdləri (1000 ailə) sərhəddən o taya –  
Türkiyəyə keçmişlər.
1
  
İrəvan xanlığının  ərazisində yeni rus üsul-idarəsi tətbiq etmək üçün 
Paskeviçin  əmri ilə  İrəvan müvvəqəti idarəsi yaradılır və yerli qoşunların 
komandanı, general Krasovski rəis təyin edilir. Arxiyepiskop Nerses 
Aştarakesi idarənin üzvü olur. Krasovskinin Nersesə verdiyi qeyri-məhdud 
səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən 
çıxmış  əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi 
sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət 
himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş Qərargah 
rəisinə göndərdiyi məktubunda yazırdı: "Mən təsəvvür etməzdim ki, 
Krasovski yalnız Nersesin iradəsi ilə  hərəkət edəcək, mənim ona verdiyim 
tə"limata məhəl qoymayıb, yenicə  ələ keçirilmiş  əyalətin idarə edilməsi 
qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən 
müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq."
2
   
Yerli müsəlmanlar arasında narazılığın artması  əhalini yaşadıqları 
yerlərdən köçüb sərhədin o tayına keçməyə vadar edirdi. Rusiyadan narazı 
əhalinin sərhədin o tayında cəmlənməsi Paskeviçi narahat edirdi, Ona görə də 
o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı. 
Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini 
rəis vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı  bəd  əməllərindən  əl 
çəkməyən Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi. 
1827-ci ilin sonu, 1828-ci ilin əvvəli rus qoşunları  Cənubi 
Azərbaycanın Təbriz, Xoy, Urmiya, Salmas və  Ərdəbil  şəhərlərini  ələ 
keçirirlər. 
1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən 
Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran 
müharibəsinə son qoyulur. Bu müqavilə ilə  İrəvan və Naxçıvan xanlıqları 
bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni 
təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. 
Fərmanda deyilir: "İranla bağlanmış müqaviləyə  əsasən  İrandan Rusiyaya 
birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra "Erməni vilayəti"  
adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin 
                                                           
1
 AKAK, YII cild, sənəd 512. 
2
 Yenə orada, sənəd 438. 


 
21
quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları 
öz vaxtında alacaqdır."
1
  
Erməni vilayəti  İrəvan və Naxçıvan  əyalətlərinə  və Ordubad 
dairəsinə bölünmüşdü.  İrəvan  əyalətinə keçmiş  İrəvan xanlığının 15 mahalı, 
Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət 
idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı Aleksandr Çavçavadze 
təyin edilmişdi. 
1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej 
assesoru  İ.Şopen erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. 
Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 
1852-ci ildə  nəşr edilən " Erməni vilayətinin Rusiya imperiyasına 
birləşdirilməsi dövrünün tarixi abidəsi"  əsərində verilmişdir. 
İ.Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-
i  İrəvan  əyalətində, 179-u Naxçıvan  əyalətində, 52-si Ordubad dairəsində 
olmuşdur (kitabın əlavəsinə bax). Müharibə nəticəsində vilayətin ərazisində 
359 kənd, o cümlədən 310 kənd  İrəvan  əyalətində, 42 kənd Naxçıvan 
əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış,  əhalisi didərgin 
düşmüşdü
2
 (əlavəyə bax)
Deməli, dağıldılmış, xaraba qoyulmuş  kəndlərlə birlikdə Erməni 
vilayətində cəmisi 1111 kənd olmuşdur. 
İ.Şopenin hesablanmasına görə, xanlıqların işğal edilməsinədək 
Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 
ailə, Naxçıvan  əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) 
yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər 
təşkil edir.
3
  
Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 
25.131 yerli erməni qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstün cəhəti 
ondadır ki, ayrı-ayrı yaşayış  məntəqələri üzrə  İrəvandan və Türkiyədən 
köçürülən erməni ailələrinin sayı  və onların hansı yaşayış  məntəqəsində 
məskunlaşdırıldıqları göstərilmişdir.  
1840-cı ildə Erməni vilayəti buraxılır. Əvəzində təşkil edilən İrəvan 
qəzası Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə 
İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid /Yeni Bəyazid/ 
qəzalarından ibarət  İrəvan quberniyası  təşkil edilir və 1917-ci ilə  qədər bu 
struktur dəyişməz qalmışdır.  
                                                           
1
 Собрание актов..., I hissə, 1833, səh.178-179. 
2
 Şopen İ., göstərilən əsəri. səh.510 
3
 Şopen İ., göstərilən əsəri, səh.542. 


 
22
 
3. İRANDAN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ 
 
1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci 
maddəsinə  əsasən  İranda yaşayan ermənilərə  sərbəst surətdə Rusiyanın 
himayəsinə keçmək hüququ verilirdi. Hökumət və yerli rəisliyin heç bir 
maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına,  əşyalarına hər 
hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq 
üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında 
öz xoşuna sərəncam (vəkalət) üçün 5 illik müddət müəyyən edilmişdi.
1
  
Lakin ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə  hələ 1827-ci 
ilin may ayında Paskeviçin Peterburqdan xüsusi tələbnamə  əsasında 
ermənilər arasında nüfuza malik olan polkovnik Lazarevi (Eqiazar Lazaryan) 
öz sərəncamına götürməsi vaxtından başlanmışdı. Oktyabrın  əvvəlində artıq 
Lazarev Cənubi Azərbaycan erməniləri arasında iş aparmaq üçün ayrılan 
dəstənin tərkibində idi və sonralar Təbrizin komendantı  təyin edilmişdi. 
Məhz Rusiyanın  İrandakı  səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə  İran 
ermənilərinin işğal edilmiş yeni ərazilərə köçürülməsi məsələsi meydana 
çıxdıqdan sonra, Rusiya hökumətinin  İranla sərhəd boyu ərazilərə 80 min 
kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü.
2
  
Hələ 1827-ci ilin noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı 
Qriboyedovla Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan 
göndərdiyi nümayəndələri onlardan ermənilərin köçürülməsi qayğısına 
qalmağı xahiş etmişdilər. Dekabr ayında Paskeviç Tiflisin hərbi qubernatoru 
Sipyaginə göndərdiyi məktubda qeyd  etmişdi ki, Urmiya ətrafında yaşayan 
15 min yunan və erməni Rusiyanın  əyalətlərinə köçmək istəyirlər. Sipyagin 
isə onların  İrəvan və Naxçıvan  əyalətlərində yerləşdirilməsi fikri irəli 
sürmüşdü.
3
 
 
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də 
Lazarev elə oradaca Paskeviçə göndərdiyi raportunda xatırladırdı ki, 
ermənilər müharibə zamanı  qələbəmiz üçün mümkün olanı etmişlər və indi 
evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin sür"ətlə  və 
rahat köçürülməsi üçün Lazarev təklif edir: 1) Köçürmə  işlərinə  rəhbərlik 
etmək üçün ona Paskeviç kağız versin və  həmin kağızda köçənlərə verilən 
güzəştlər göstərilsin; 2) Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini 
                                                           
1
 Azərbaycan tarixi üzrə qaynaqlar, B.1989, səh.283. 
2
 Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954, səh.129. 
3
 Yenə orada, səh.563. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə