Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 
43
 
2. ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ 
 
XX  əsrin  əvvəllərində Yaxın  Şərqdə öz nüfuz dairəsini 
genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə  kəskinləşmişdi. 
Bu regionda  İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın 
xüsusi marağı var idi. 
Birinci dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış  
edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. ”Rusiyanın hakim dairələrindən 
boğazlara və Konstantinopola (İstanbula-müəllif) yiyələnmək uğrunda 
mübarizəsi ənənəvi idi”
1
 və bu istək yenidən baş qaldırmışdı. 
1914-cü il fevralın 21-də Rusiyanın xarici  işlər,  hərbi və    dəniz  
nazirləri çar II Nikolayın mövqeyini müdafiə edərək birgə  qərar qəbul 
etmişdilər ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və 
Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə 
“şərq məsələsini” öz xeyrinə həll etməlidir”.
2
  
Digər tərəfdən, Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq 
öz mövqeyini qoruyub saxlamaq üçün Almaniya ilə müttəfiq olmuşdu. 
Almaniya avqustun 1-də Rusiyaya müharibə elan etmiş, avqustun 2-də 
Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanmışdı. 
Müharibənin gedişində Rusiya ordusunun qarşısında tab gətirməyən 
Almaniya qərb cəbhəsindən rus qoşunlarının bir hissəsini geri çəkmək 
məcburiyyətində qoymaq üçün Türkiyəni təşviq edirdi ki, Qafqaz 
cəbhəsindən hücuma keçsin. Türkiyə isə  hərbə hazır deyildi. Səfərbərlik 
yenicə elan edilmişdi. Almaniyadan gözlənilən sursat gəlib çıxmamışdı.
3
 
Bununla belə, Türkiyənin hərbi naziri Ənvər Paşanın  əmri ilə 29 oktyabrda 
türk gəmiləri Rusiyanın Qara dəniz limanlarını bombalayır və Türkiyə-
Rusiya müharibəsi başlanır. Rəsmi olaraq Qafqaz cəbhəsində isə Rusiya 
Türkiyəyə qarşı müharibəni noyabrın 1-də e’lan etir. 
Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 
vilayətində «Qərbi Ermənistan» dövləti yaratmaq istəyirdilər. Hələ 1913-cü 
ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağlamağa və 
“məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək Türkiyənin  şərq 
vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdülər. Türkiyə 
                                                           
1
 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960, 
səh.56. 
2
 Yenə orda, səh.56. 
3
 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989, səh.376. 


 
44
hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa 
məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci 
növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. 
sahələrdə geniş muxtariyyət verilirdi.
1
  
Müharibə başlanan kimi bütün ermənilərin katolikosu V Gevorq 
Qafqaz canişini Vorontsov-Daşkova məktubla müraciət edərək «erməni 
məsələsini» həll etməyin vaxtı olduğunu xatırlatmışdı. Canişin də onu əmin 
etmişdi ki, şərait yaranan kimi bu məsələ  həll ediləcək. Müharibənin 
əvvəlində rus ordularının Körpüköy müharibəsində  məğlubiyyətindən sonra 
1914-cü il dekabrın 20-də çar II Nikolay döyüş bölgəsinə  gəlmiş  əsgərləri 
ruhlandırmaq üçün onlara mükafatlar təqdim etmişdi.
2
  
Bütün ermənilərin katolikosu V Gevorqun  çarla 15 dəqiqəlik görüşü 
olmuşdu.  
İmperator demişdi: «—Zati müqəddəsləri, Sizi əmin edirəm ki, Siz 
nə arzu edirsinizsə, yerinə yetiriləcək, ancaq müharibədən sonra. Mən 
ermənilərin sədaqətinə tamamilə inanıram, erməni xalqını yaxşı  gələcək 
gözləyir. Siz hansı ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-idarəsi) tətbiq 
edilməsini istərdiniz? 
Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə 
qədər dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə  qədər 
çatdırmaq olar. 
-  İmperator:  Həmin rayonlarda nə  qədər erməni var? Onlar 
çoxdurlarmı? 
Katolikos: Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq, 
lakin Allahın və  əlahəzrətin mərhəməti ilə yeni azad üsul-idarə ki olacaq, 
onda  Əbdülhəmidin rejimi və  qırğınlar zamanı  vətənini tərk edən ermənilər 
Amerikadan, Misirdən və digər yerlərdən öz vətənlərinə qayıdacaqlar. 
- İmperator: İnanıram, inanıram - demişdi. 
Bundan sonra Katolikos Qafqazın canişini vasitəsilə bu məsələ ilə 
bağlı ona yazılı müraciət etdiyini bildirir.
3
  
Göründüyü kimi, ermənilər “Böyük  Ermənistan” dövləti 
yaratmaq üçün hər cür zəmin hazırlamışdılar və qarşıda isə həmin ərazilərdə 
yaşayan türkləri bütün vasitələrlə  sıxışdırıb çıxarmaq, onların yerinə 
erməniləri məskunlaşdırmaq vəzifəsi dururdu. 
                                                           
1
 В.Гурко-Кряжин, Erməni məsələsi, Bakı,1990, səh.12. 
2
 Suleyman Kocabaş, gəstərilən əsəri, səh.383. 
3
 Арутюнян А., Кавказский фронт 1914-1917 гг., İrəvan 1971, səh. 345-346. 


 
45
Lakin 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə  və sonralar 
İtaliya arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar 
keçirilmişdi. 1916-cı ilin mayında bağlanan gizli müqaviləyə əsasən (Sayks-
Piko müqaviləsi nəzərdə tutulur)  “Türkiyə    Ermənistanın böyük bir hissəsi 
sadə rus quberniyası şəkildə Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti 
həmin ərazilərə kazakları (Don, Kuban, Sibir kazaklarını) köçürmək, bununla 
da Türkiyə Ermənistanını ruslaşdırmaq istəyirdi.”
1
  
Ancaq sonralar ermənilərin gözlədiklərinin əksinə olaraq, 1916-cı 
il iyunun 8-də imperator II Nikolay Türkiyənin işğal edilməsi haqqında 
əsasnamə imzaladıqdan sonra “Həmin ərazilərdə yaradılmış 29 dairənin hərbi 
rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi.”
2
  
Göründüyü kimi, Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini 
təmin etmək üçün ermənilərdən alət kimi istifadə edirmiş  və Türkiyəyə 
xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirmiş. 
«Daşnaksutyun» liderlərindən Kaçaznuni bu məsələyə 
münasibətində yazmışdır: “...ruslar bizi aldatdılar və satdılar. Ruslar 
Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək xəttini 
tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan” 
layihəsi həyata keçirildi.”
3
  
Birinci Dünya müharibəsi dövründə İran Azərbaycanının Türkiyə 
sərhədlərinə yaxın  əyalətləri müharibə aparan dövlətlər üçün strateji kəsb 
edirdi. 1914-cü il noyabrın 6-da Rusiyanın xarici işlər naziri Sazonov 
Rusiyanın Londondakı nümayəndəsi Bekendorfu xəbərdar etmişdi ki, 
Türkiyə ilə müharibə zamanı rus qoşunları  İranın bitərəfliyini pozacaqdır. 
Hələ 1914-cü ilə  qədər Peterburq və  İstanbul  İran Azərbaycanının 
ərazisindən müharibə meydanının cinahı kimi istifadə etməyi nəzərdə 
tutmuşdular. Tehran hökumətinin gücsüzlüyünü görən tərəflər Cənubi 
Azərbaycanın strateji üstünlüyündən faydalanmaq istəyirdilər. Rus 
qoşunlarının komandanlığı isə bu cinahda Türkiyəni qabaqlamaq istəyirdi.
4
 
Müharibə başlamazdan  xeyli əvvəl çar Rusiyası özünün Yaxın 
Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi. 
Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında 
Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci Dünya 
                                                           
1
 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и 
английского командования на Кавказе, Bakı, 1990, səh.6. 
2
 Арутюнян А., göstərilən əsəri, səh. 359. 
3
 Качазнуни Ов., Дашнакцутюн больше нечего делать!, Bakı, 1990, səh.14. 
4
 Готлиб В.В., göstərilən əsəri, səh.97-98. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə