Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

 
52
 
3. MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN 
TÖRƏTDİKLƏRİ QIRĞINLAR. 
 
İndiki Ermənistan  ərazisində ermənilərin azərbaycanlılara qarşı 
törətdikləri qırğınlardan bəhs etməkdən öncə Qars vilayətində rus ordularının 
və erməni quldur dəstələrinin törətdikləri vəhşiliklərdən bəhs etmək lazımdır. 
Qars vilayətinin əhalisi etnik mənsubiyyət baxımdan İrəvan xanlığının əhalisi 
ilə demək olar ki, eyniyyət təşkil edirdi. Çünki İrəvan xanlığının  əhalisinin 
əksər hissəsi 19-cu əsrdə baş vermiş Rusiya-İran müharibələrinin nəticəsində 
xanlığın  ərazisindən qaçqın düşərək Qars vilayətində  məskunlaşmışdılar. 
1877-78-ci illər rus-türk müharibəsindən sonra Qars vilayəti hərbi-inzibati 
ərazi kimi Rusiyanın tərkibinə qatılmışdı. Vilayətin yerli türk əhalisi hər cür 
təzyiq və  tə’qiblərə  mə’ruz qalmalarına baxmayaraq yenə  də bölgədə 
əksəriyyət təşkil edirdi. Təsadüfi deyil ki, 1919-cu ildə Paris sülh 
konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda 
qeyd edilirdi ki, Qars ətrafının sakinləri azərbaycanlılarla eyni etnik qrupa 
daxildirlər, onların dini adət-ənənələri, vərdişləri, yaşayış  tərzləri və 
məişətləri Azərbaycanın qalan hissələri ilə eyniyyət təşkil edir. Həmin 
ərazidə yaşayan müsəlmanlar dəfələrlə Azərbaycan hökumətinə müraciət 
etmişdilər ki, Azərbaycan Cümhuriyyətinin tərkibinə qatılmaq istəyirlər. 
Memorandumda  İrəvan quberniyası (bura Naxçıvan,  Şərur-Dərələyəz, 
Sürməli qəzaları, Yeni Bəyazid, Eçmiədzin,  İrəvan və  Aleksandropol 
qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi 
bölgüsü kimi təqdim edilmişdi.
1
  
Digər tərəfdən, 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin 
törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər 
və  Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə  əsasən 
Ermənistan  ərazisinə qatılmışdı. Bütün bunlara görə, indiki Erəmnistan 
ərazisində ermənilərin törətdikləri qırğınlardın bəhs edərkən Qars vilayətində 
törədilən qırğınlardan bəhs etməmək mümkün deyil. 
1914-cü ildə başlanan rus-türk müharibəsində Körpüköy ətrafında 
rusların məğlubiyyətindən sonra yerli türklərin 37 illik rus-erməni 
əsarətindən qurtaracaqlarına ümidləri artmışdı. Lakin bu sevinc uzun sürmür. 
Türk tarixçisi Fəxrəddin Kırzıoğlunun yazdığına görə, ruslar müharibədə 
dönüş yaradaraq yeni-yeni türk torpaqlarını işğal etməyə başlayırlar. 1914-cü 
                                                           
1
 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci 
illər, Bakı, 1993, səh. 203-204. 


 
53
il yanvarın 5-də  Ərdahanı  işğal edən Sibir kazak alayı  Çıldırdan Göləyədək 
türk kəndlərində “türklərin gəlişini alqışladınız” deyə, silahsız əhalini, çoluq-
çocuq demədən qətlə başlayırlar. «1915-ci ilin əvvəlindən etibarən üç ay 
ruslar Qars vilayətindəki silahsız türk-müsəlman  əhalisini qırıb qurtarmaqla 
məşğul oldu. Bakıdakı  “İslam Cəmiyyəti Xeyriyyəsi”nin  “Fəlakət və 
hərbzədələrə yardım  şöbəsi” çardan rəsmən izn alıb 1915-ci il aprelin 
əvvəlində yardıma gəlincəyə qədər, çox vəhşicə yapılan bu rus qırğını davam 
etdi.  Ən azı 40000 türk qətl edildi. Bu cəmiyyət rəsmi qeydiyyatla 22000 
hərbzədə qarslıya 1917-ci ilin sonuna qədər yardımını davam etdirib onları 
ölməkdən qurtardı».
1
 
Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti bu köməkliyi etmək üçün üç 
dəfə Rusiya çarına müraciət etmiş, lakin hər dəfə  rədd cavabı almışdı. 
Bundan sonra cəmiyyət Əlimərdan bəy Topçubaşovun başcılığı ilə Tiflisə – 
Qafqaz canişininin yanına nümayəndə heyəti göndərir. Onlara “Siz Qafqazlı 
müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə 
zamanı buna icazə verilməz”
 
– cavabı verilir. Bu zaman Əlimərdan bəy 
Topçubaşov: “Siz iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı 
müharibə edirsiniz. Biz, Sizin düşmənlərinizlə deyil, işğalınız altına aldığınız 
vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım etmək 
istəyirik”
2
 
–deyərək, icazə almağa nail olur.  
Başqa bir mənbədə göstərilir ki, 1916-cı ildə  Əlimərdan bəy 
Topçubaşov, Ağabala Quliyev və müsəlman icmasının digər üzvləri Tiflisə 
gedərək Qafqaz cəbhəsinin komandanı general Mşlaevski ilə görüşmüş  və 
ondan Qars vilayətindən müsəlmanların erməni qırğınlarından qorunmasına 
təminat verməsini və ermənilərin qətlə yetirdiyi tatar (azərbaycanlı) ailələrinə 
yardım üçün vəsait yığılmasına icazə verilməsini xahiş etmişdilər.
3
  
1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti Qars 
ətrafındakı  hərbzədələrə yardım üçün Xosrov bəy Sultanovun başçılığı ilə 
komissiya göndərmişdi. Novruz bayramı  ərəfəsində yola düşən komissiya 
martın 21-də  Gəncəyə  gəlmiş, onları  Həsən bəy Ağayev, Xəlil bəy 
Xasməmmədov,  Ələkbər bəy Rəfibəyov, Xudadat bəy Rəfibəyov qarşılamış 
                                                           
1
 Kirzioglu F., Kars tarihi, I-ci cild, İstanbul, 1953, səh. 554. 
2
 Məmməd Sadıq Aran. “Qardaş köməyi” məqaləsi;1951; Bax: “Ədəbiyyət və 
incəsənət” qəzeti, 2 oktyabr 1990-cı il. 
3
 Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar 
Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце 
XIX начале XX в.), Bakı, 1993, səh. 354-355. 


 
54
və  əlavə maddi yardım göstərmişdilər. Gəncədə  Əhməd Cavad da 
nümayəndə heyətinə qoşularaq Qarsa getmişdi.
1
  
Doktor Xosrov bəy Sultanov 1915-ci il aprelin 8-də  Ərdəhandan 
“Kaspi” qəzetinə göndərdiyi məktubunda yazırdı:” Bütün müsəlman yaşayış 
məntəqələrində bir nəfər də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız 
iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların içərisində cəmisi 6 
kişi vardır ki, onlarda da əldən düşmüş qocalardır.” 
Nümayəndə heyətinin üzvü İsmayıl Hazaralı xatirələrində yazır ki, 
Azərbaycan Xeyriyyə Cəmiyyəti rus işğalındakı Şərqi Anadolu vilayətlərinə 
göndərdiyi heyət vasitəsilə 12000 yetim uşaq topladı, milyonlar dəyərində 
ərzaq və geyim  gəndərdi. Rus zabitlərinin və erməni komitəçilərinin türklərə 
təhdid və  təcavüz edən  bir çox yüksək rus və erməni zabitləri azəri 
advokatlar tərəfindən  məhkəməyə verildi və cəzalandırıldı. Bununla da türk 
xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə son qoyuldu.
2
  
Bakı  əhalisini, Azərbaycan türklərini Anadoludakı qardaşlarına 
yardıma çağırmaq işində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nəşr etdiyi 
“Qardaş köməyi” məcmuəsinin çox böyük rolu olmuşdur. 1916-cı il fevralın 
16-da rusların  əlinə keçmiş  Ərzurum  şəhərinin  əhalisinə  də bu cəmiyyət 
tərəfindən yardım edilmişdi. 1917-ci ilin iyun ayında general-mayor Xan 
Talışınski və Elyasov Xeyriyyə 
Cəmiyyəti tərəfindən 
Ərzuruma 
göndərilmişlər və buradakı qaçqınlara un, ərzaq, pal-paltar paylanmışdı.
3
  
İndiki Ermənistan ərazisindən və ona bitişik Şərqi Anadolunun rus-
erməni işğalı altında olan ərazilərindən canını salamat qurtarıb qaça bilən 
kimsəsiz uşaq və qadınların bir qismi Azərbaycana pənah gətirmişdilər. 
Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyəti qaçqın yetimlərin cüzi bir hissəsini 
yetimxanada himayəyə götürmüşdü. Qaçqınların  əksəriyyəti isə Bakıya üz 
tuturdu. 
Sonralar Cənubi-Qərbi Qafqaz Respublikasının xarici işlər naziri 
olan Fəxrəddin  Ərdoğan 1917-ci ilin əvvəlində Rusiyadan sürgündən 
qayıdarkən Bakıda gördükləri haqda yazmışdır: “ İlk iş olaraq Bakı Xeyriyyə 
Cəmiyyətinə getdik, orada olanlarla tanış olduq. Burada istiqlal eşqiylə 
cəmiyyətlər qurulmuş, durmadan çalışırlar. Düşdüyümüz  İsmailiyyə 
binasında Musa Nağıyevin 50 yataqlı qonaqxanası vardı... Bu binanı Nağıyev 
                                                           
1
 Əli Saləddin. “Azərbaycan şe’rinin Əhməd Cavad dövrü” məqaləsi. “Həyat” qəzeti, 
12 may 1992-ci il. 
2
 Məmməd Sadıq Aran, göstərilən məqaləsi. 
3
 Yavuz Aslan, “Doğu Anadoluya Azərbaycanın yardımı” məqaləsi, “Millət” qəzeti, 
23 may 1992-ci il. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə