Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

 
77
Andranikin quldur dəstələri Yeni-Bəyazid qəzasının Göyçə 
nahiyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzə Qoşabulaq
Qızılbulaq, Yuxarı Alçalı  və  Kərkibaş  kəndlərini viran qoymuş,  əhalinin 
əmlakını  əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə 
məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə  gəlib hökumətin 
başçısı  Fətəli xan Xoyskiyə müraciət etmiş, Yeni-Bəyazid qəzasında 
müsəlmanlara qarşı  qırğınlara son qoyulmasında köməklik göstərilməsini 
tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistan 
hökumətinə etirazını bildirmiş,  əhalinin maneəsiz olaraq öz yerlərinə 
qayıtmaları üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.
1
  
Erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra 
Naxçıvanı  işğal etmiş oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus 
nahiyəsini və  Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan 
hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, 
erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər 
erməni qoşunlarının Azərbaycan  ərazisindən çıxarılmasına qarşı  tədbir 
görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan 
hökumətinin üzrinə düşəcəyini kəskinliklə bildirmişdi.
2
 Lakin  Ermənistan 
hökuməti hiylə  işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan 
hökumətinə tabe olmadığını  bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, 
general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun 
tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin 
Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşudu. Elə 
buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə 
cavabdeh olmadığını bildirmişdi.
3
  
Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının 
Karvansara nahiyəsinə (indiki İcevan) öz nümayəndəsini təyin etməsi və 
silah gücünə  həmin  ərazinin idarə etməyə başlaması da Azərbaycan 
hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını bildirmişdi.
4
  
Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivilizasiyalı 
yollarla nizama salmaq, milli münaqişələrə  və silahlı toqquşmalara son 
qoymaq,  ərazi iddialarını  ədalətlə  həll etmək, qaçqınların vəziyyətini 
yüngülləşdirmək məqsədilə 1918-ci il noyabrın  əvvəllərində  Məmməd Xan 
Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi.  
                                                           
1
 АРДА, ф.970, siy. 1, iş 11, v. 149 
2
 Yenə orada, v. 180. 
3
 Yenə orada, v. 193. 
4
 АРДА, ф. 887, siy. 1, iş 6, v. 370. 


 
78
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək 
üçün Ermənistan hökumətinə  dəfələrlə müraciət etsə  də,  əks tərəf bu təklifə 
etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk 
və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə müttəfiq 
saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya 
mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi 
silah gücünə Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini 
genişləndirmək yolunu tutmuşdu. Lakin İrəvan quberniyasının Vedibasar və 
Zəngibasar nahiyələrində,  Şərur-Dərələyəz qəzasında yerli müsəlman 
özünümüdafiə  dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı 
zərbələr, gürcü qüvvələrinin Borçalı  və Loruda əks hücumları Ermənistanı 
sülh danışıqlarına getməyə məcbur etmişdi.  
Azərbaycanla Ermənistan arasında 
ərazi mübahisələrinin 
Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş dövlətlərin Ali komissarlığı 
Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla da 
həmin  əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin 
Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək, o şərtlə 
neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin  ərazidə Azərbaycanın 
suveren hüquqları saxlanmış olsun. 
1919-cu il noyabrın 23-də  ərazi mübahisələrini həll etmək üçün 
Azərbaycan və Ermənistan respublikalarının Baş nazirləri Tiflisdə 
görüşmüşdülər. Həmin görüşdə Ermənistan hökuməti Azərbaycanın  ərazi 
bütövlüyünü təmin etmək üçün öz qoşunlarını  zəbt etdiyi Zəngəzurdan 
çıxarmağı öhdəsinə götürmüşdü.  
Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış 
məntəqələrindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi 
vədin  əksinə olaraq, 1920-ci il yanvarın 19-25-də  Zəngəzur qəzasının 3-cü 
sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3 kəndi darmadağın etmiş, yerli 
müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.  
1920-ci ilin mart ayında bolşevik qoşunlarının şimaldan Azərbaycan 
sərhədinə yaxınlaşdığı zaman Erməni Milli Şurasının üzvlərinin gizlicə 
Ermənistandan Qarabağa gəlmələri, orada təxribatlar və milli qırğınlar 
törətmələri vəziyyəti daha da kəskinləşdirmişdi. Azərbaycan hökuməti 
Ermənistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı 
ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş, Qarabağda öz suveren 
hüquqlarının qorunmasını təmin etmişdi. 
1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan 
Demokratik Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra 
belə, ərazi mübahisələrinə, milli münaqişələrə son qoyulmamışdı.  


 
79
Qaçqınlar problemi isə Azərbaycan Demokratik Cümhuriyyətinə 
Birinci Dünya müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı  və 
İrəvan quberniyalarında baş verən milli münaqişələrdən miras kimi qalmışdı. 
Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. 
münaqişə ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı  şəhərinə 
minlərlə qaçqın pənah gətirmişdi. Bakıya gələn qaçqınların  əksəriyyətini 
qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda Müsəlman 
Xeyriyyə  Cəmiyyəti ilə yanaşı erməni qaçqınlarına Yardım komitəsi, Latış 
Qaçqınlarına Yardım Komitəsi, Müharibə  nəticəsində Dağılmış Polyak 
Əhalisinə Kömək Komitəsi, knyaginya Tatyana Nikolayevanın təsis etdiyi 
komitənin Qaçqınların qeydə alınması üzrə Bakı Komitəsi, Qafqaz 
Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyinin Bakı şöbəsi 
və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı Qradonaçalnikinin 
1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, 
Bakıda 2568 qaçqın – o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 
yəhudi, 95 yunan, 84 polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə 
alınmışdır.

Göründüyü kimi, Bakı Qradonaçalniki müsəlman qaçqınlarını 
yardımdan məhrum etmək məqsədilə müsəlman qaçqınlarını qeydə 
almamışdı.  Əslində isə  həmin dövrdə  Şərqi Anadoludan, xüsusən də Qars 
vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı 
Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüşdü. ADC hökuməti 
Gəncədə yerləşdikdən sonra Səhiyyə  və Himayəçilik nazirliyi yaradılmış, 
Xudadat bəy Rəfibəyov nazir təyin edilmişdi. 
ADC hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 
yerə – Səhiyyə nazirliyinə və Himayəçilik nazirliyinə bölünmüşdü. 
Himayəçilik nazirliyinin qarşısında 2 əsas vəzifə dururdu: 
1. Qaçqınlar məsələsi. Qonşu ölkələrdən (Ermənistan və Türkiyədən) 
gələn qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə 
təchiz etmək, əkin üçün toxum və işçi heyvanları ilə təmin etmək, bəzi kənd 
icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz kredit vermək və 
qaçqınları işlə təmin etmək. 
2. Himayəçilik məsələsi. Azyaşlı yetim uşaqların saxlanması üçün 
yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə 
yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik 
fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək. 
Bu vəzifələri həyata keçirmək üçün nazirlikdə 3 şö’bə – himayəçilik, 
qaçqınlar və  təsərrüfat  şöbələri yaradılmışdı. Nazirlik yerlərdə  məsələləri 
                                                           
1
 АРДА, ф. 46, siy. 2, iş 235, v. 6. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə