Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

 
73
Amma türk diviziyalarının yerinə qoyulmuş  ərəb diviziyalarının 
ingilislərə satıldığını görən Mustafa Kamal paşa Atatürk Azərbaycandan 
diviziyaları geri çağırır (Bunun başqa obyektiv və subyektiv səbəbləri də 
olmuşdur – müəll.). Beləliklə, türklərin Göyçə gölünü və  Dərbəndi 
Azərbaycana qaytarmaq planları yarımçıq qalır».
1
  
Doğrudan da həmin ağır günlərdə qardaş Türkiyənin kömək  əli 
vaxtında yetişməsəydi, Azərbaycan torpağının və azərbaycanlıların taleyinin 
necə olacağını, bütün bunların nə ilə  nəticələnəcəyini təsəvvür belə etmək 
çətindir.  
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyəti 
yarandı.  İyun ayının 4-də Azərbaycan Cümhuriyyəti ilə Türkiyə dövləti 
(Osmanlı imperiyası) arasında dostluq və qarşılıqlı yardım barədə müqavilə 
bağlandı. 
ADC hökuməti Tiflisdə  təxminən üç həftəlik fəaliyyətindən sonra 
iyun ayının 16-da Gəncə şəhərinə köçdü.  
Azərbaycan milli dövlətinin yaradılması  və hökumətin müvəqqəti 
olaraq Gəncədə yerləşməsi bu qədim şəhərdə ermənilərin daha geniş şəkildə 
əl-qol açmalarına imkan vermədi, onların hazırladıqları bir çox azğın və 
murdar planları alt-üst etdi. Azərbaycana Türkiyədən silahlı qoşun 
hissələrinin köməyə  gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox 
yollara əl atdılar. Lakin S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda 
istefa verməyə  məcbur oldular. Bakıda hakimiyyəti eser-menşevik və yeni 
daşnaklardan ibarət Sentrokaspi diktaturası aldı.  
Az keçməmiş özünün çox gücsüz oldüğünu başa düşən Sentrokaspi 
ingilisləri kömək üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək 
arzusu ilə yaşayan yad və qondarma hökuməti nə ingilislər qoruya bildi, nə 
də özünün 14-cü maddəsi ilə ADC-yə arxadan zərbə vuran Mudros sazişi. 
Avqust ayının ikinci yarısında Azərbaycan dövlətinin qoşunları, 
eləcə  də Türkiyədən öz qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk 
hərbi dəstələri Bakı üzərinə qəti hücum planları hazırladılar. 
1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa  Şıxlinskinin 
rəhbərliyi altında Azərbaycan və üç gün sonra isə Nuru paşanın başçılığı ilə 
türk qoşun hissələri Azərbaycan Demokratik Cümhuriyyəti paytaxtı Bakını 
menşevik, eser və daşnaklardan ibarət oyuncaq Sentrokaspi hökumətindən 
təmizlədi. İngilislər elə sentyabrın 15-də Bakını tərk etdilər. Öz xalqına sadiq  
sərkərdələrin və kifayət qədər silahın olması bu ağır müharibədə igid 
                                                           
1
 «Vətən səsi» qəzeti, 26 mart 1993-cü il. 


 
74
Azərbaycan əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 
50 minlik ordusu tamamilə darmadağın olundu. 
Azərbaycan hökuməti Bakıya köçdü.  
 


 
75
 
5. AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİ DÖVRÜNDƏ 
MİLLİ MÜNAQİŞƏLƏR VƏ QAÇQINLAR PROBLEMİ 
 
1918-ilin mayında Zaqafqaziyada üç müstəqil Gürcüstan, 
Azərbaycan və Ermənistan dövlətləri yaransa da onların arasında sərhədlər 
dəqiq müəyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz canişinliyinə 
tabe olan quberiniyalarda azərbaycanlıların, gürcülərin və ermənilərin qarışıq 
şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı.  
Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycanla Ermənistan və 
Azərbaycanla Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli 
ərazilər problemi meydana çıxmışdı. Həmin  ərazilərin bəzilərində 
mübahisələr dinc yolla, yəni  əhalinin öz müqəddəratını azad təyinetmə 
prinsipi ilə  həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı.  Əksər 
hallarda isə Ermənistan və Gürcüstan hökumətləri məsələni silah gücünə həll 
etməyə cəhd göstərdiklərindən, problemin həlli daha da kəskinləşmişdi.  
Azərbaycan Demokratik Cümhuriyyətinin mübahisəsiz  ərazisi 
97297,67 kv.km (Bakı quberniyasında 39075,15 kv.km, Gəncə 
quberniyasında 44371,29 kv.km, Zaqatala quberniyasında 3992,54 kv.km, 
İrəvan quberniyasında 9858,69 kv.km) təşkil etmişdir. Azərbaycanla 
Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16598,30 kv.km (İrəvan 
quberniyasında 7913,17 kv.km, Tiflis quberniyasında 8685,30 kv.km) 
olmuşdur. ADC dövründə mübahisəli  ərazilərlə birlikdə ölkə  ərazisi 
113895,97 kv.km olmuşdur.
1
  
Zaqafqaziyada Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan 
Respublikası öz mübahisəsiz  ərazilərindən Moskvanın təzyiqi ilə müxtəlif 
dövrlərdə  təqribən 10 min kv.km ərazisini Ermənistan və Gürcüstana 
verməyə məcbur olmuşdur. 
1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud 
olmuş  ərazi mübahisələri olduqca mürəkkəb xarakter almışdı. Bu 
münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli 
ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkən tərəf olmuş, 
qonşu respublikalar, xüsusən də Ermənistan silahlı qüvvələri tərəfindən 
təcavüzə qalmışdır. 
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 
229 yaşayış  məntəqəsi (o cümlədən  Şamaxı  qəzasında 58, Quba qəzasında 
                                                           
1
 Адрес-календарь Азербайджанской Республики на 1920 г., Bakı. 1920, 1-ci 
hissə, səh. 50. 


 
76
112), Gəncə quberniyasında 272 yaşayış  məntəqəsi (Zəngəzurda 115, 
Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni-
Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış 
məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə  əhali qırılmış  və öz etnik 
ərazilərindən qaçqın düşmüşdü.
1
  
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında 
Zaqafqaziya Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar  şöbəsi 
yaradılmışdı. Müsəlman fraksiyası Seym Hökuməti qarşısında məsələ 
qaldırmış,  İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son 
qoyulması  məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların 
nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin 
müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları 
dayandırmaq mümkün olmamışdı.
2
  
1918-ci ilin mayında  əzəli Azərbaycan torpaqları olan İrəvan 
quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının 
hansı  şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti milli 
münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin paytaxt 
elan edilməsi  üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir.  İrəvan 
Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.
3
  
1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə  əsasən 
Ermənistan Respublikasının  ərazisi təqribən 9 min kv.km-ə çatırdı  və 
Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiası olmadığını bildirmişdi. 
Lakin Şərqi Anadoluda qırğınlar törətdikdən sonra türk qoşunlarının önündən 
qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında 
Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə  və Göyçəyə, sonra 
Naxçıvana, oradan da Zəngəzura adlayaraq, həmin  ərazilərdəki müsəlman 
kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zəngəzurdan 
Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi. 
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq 
Andranikin qüvvələri ilə qovuşmaq, Qarabağla Ermənistan arasındakı 
müsəlman kəndlərinin  əhalisinin silah gücünə qovaraq Dağlıq Qarabağı 
Ermənistana birləşdirmək istəyirdilər. 
                                                           
1
 АРДА, ф.894, siy.10, iş 80, v. 49-56; АРДА, ф.970, siy.10, iş 16, v. 1-9; АРДА, 
ф.1061, siy.1, iş 95, v.5-8; АРДА, ф.970, siy.1, iş 1, v. 28-29; АРДА, ф.970, siy.1, 
iş 166, v. 7.  
2
 Адрес-календарь Азербайджанской Республики на 1920 г., Bakı. 1920, 2-ci 
hissə, səh. 10-11. 
3
 АРДА, ф.970, siy.1, iş 5, v. 14; Həsənov C., göstərilən əsəri, səh. 89. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə