Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 
64
Hansı dona, hansı cildə istəsən girməyi bacaran erməni daşnakları 
1917-ci ildə belə bir plan hazırlamışdılar ki, istər Şimali Azərbaycanda, istər 
tarixi Azərbaycan torpaqlarında, istərsə  də Qafqazın digər  ərazilərində 
yaşayan azərbaycanlıları bütünlükdə məhv etsinlər, ermənilərin əsas məqsədi 
bir xalq və millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək 
idi. Daha doğrusu, erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk 
aylarından etibarən Bakıdan başlayaraq Tiflisə  qədər məskunlaşan 
azərbaycanlıları  qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə 
Xəzər dənizinə tökməyi planlaşdırmışdılar. 
Həmin plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakıda, 
Şamaxıda, Qubada və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın 
tədbirlərinə əl atdılar. 
Həmin günlərin acı  həqiqətlərini qocaman müəllim Məmməd 
Hüseyn Axundov belə xatırlayır: «Ermənilər azərbaycanlıları  qıra-qıra 
Göyçaya çatmışdılar. Onlar görünməmiş  vəhşiliklər törədir, hamilə 
qadınların qarnını yarıb uşağı nizəyə keçirib, divara sancır, camaatı məscidə 
doldurub yandırır, qız və  gəlinlərin kürəyinə qaynar simavar bağlayır və 
başqa vəhşiliklər edirdilər.» 
 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra Almaniya və 
Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə (o 
vaxtlar rus ordusuna azərbaycanlılar hərbi xidmətə çağırılmırdılar,  əvəzində 
dövlətə vergi verilirdi) daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda 
cəmləşmişdilər. Hətta xatirələrdən mə’lum olur ki, 1918-ci ilin yanvar-fevral 
aylarında özlərinə çox arxayın olan daşnak zabit və  əsgərləri Bakının 
küçələrində belə bir mahnını oxuya-oxuya gəzirlərmiş: 
 
Bir, iki, Qafqaz oldu bizimki, 
Bir, iki, Bakı oldu bizimki, 
Dənizdən dənizə, 
Qara dəniz, Aralıq dənizi, 
Üstəlik Kirit adası. 
Şimal sərhədimiz Voronej şəhəri
Paytaxtımız Tiflis şəhəri, 
Yaşa, çox yaşa Andranik paşa, 
Andranik paşa, səni çox yaşa.  
 
Göründüyü kimi, ermənilərin iştahası çox böyük imiş. Bu da təsadüfi 
deyildi. Çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə 
S.Şaumyan və A.Mikoyan kimi arxaları vardı. 


 
65
1918-ci ilin mart ayının sonu Azərbaycan xalqının qanlı  və faciəli 
günləri kimi tarixə düşmüşdür. İstiqlaliyyət tariximizin görkəmli araşdırıcısı 
Cahangir Zeynaloğlu mart hadisələri barədə belə yazır: «Daşnak firqəsi 
xüsusi bir proqram daxilində müntəzəm  şəkildə Bakıda müsəlmanları  qırdı. 
Bu qırğına «bolşevik – müsavat firqə mübarizəsi» adı verildi və  qətl 
edilənlərin malları yağma edildi və yandırıldı. Martın 31-də başlayan bu 
qırğın üç gün davam eylədi. «İsmailliyyə» deyilən böyük və gözəl milli saray 
yandırıldı. «Təzəpir» və sair camelər də bombardman edildi. Şəhidlərin 
miqdarı 15 minə təxmin edilməkdədir. Qətllərdən qurtulan müsəlmanlar ətraf 
köylərə və dağlara çəkildilər.»
1
  
Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq 
hökumətin (daşnakların və ermənipərəst komissarların daxil olduqları Bakı 
kommunasının) başçısı S.Şaumyan özünün baş planını (azərbaycanlıların bir 
millət kimi məhvi barədə) həyata keçirmək məqsədilə Quba, Şamaxı, Salyan 
və Göyçay bölgələrində törədiləcək qırğınları həyata keçirməyə başladı. 
Ermənilərin Bakıda qazandığı uğurlar S.Şaumyana qol-qanad verirdi. 
Öz hərəkətlərinə haqq qazandırmağa çalışan daşnak dideri Rusiya 
proletariatının başçısından da xeyir-dua almışdı. O vaxtlar V.İ.Lenin 
S.Şaumyana yazdığı xüsusi məktubda Bakıda mart qırğınında onun möhkəm 
və  qəti siyasətinə  məftun olduğunu bildirir və  həmin siyasəti davam 
etdirməyi məsləhət görürdü. Daha sonra bolşeviklərin rəhbərləri tapşırırdı ki, 
bu siyasəti çox ehtiyatlı bir diplomatiya ilə birləşdirmək unudulmamalıdır. 
V.İ.Leninin fikrincə, belə etdikdə qələbənin tə’min olunacağına böyük inam 
bəsləmək olardı.  
1918-ci ilin aprelində Bakı  şəhəri və Bakı quberniyası bolşeviklərin 
əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında 
hakimiyyəti  ələ keçirmək üçün tədbirlər görülməyə başlanmışdı. Aprelin 
ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David Gelovanini 
ermənilərdən ibarət iki yüzə yaxın silahlı  əsgərlə Qubaya göndərir. Burada 
özünü Quba qəza komissarı e’lan edən D.Gelovani yerli əhaliyə bildirir ki, 
onlar mütləq bolşeviklərin hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır 
olduğunu dərk edən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra 
Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaatın tərkisilah 
edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır. 
D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə 
gündən sonra şəhərin  və  ətraf kəndlərin camaatı bolşevik komissara silahlı 
müqavimət göstərib ona ya Qubanın tərk etməsini, ya da təslim olmasını 
                                                           
1
 Müxtəsər Azəbaycan tarixi, Bakı, 1992, səh. 110. 


 
66
təklif edirlər. Arxadan köməyə  gələn xüsusi toplu-pulemyotlu dəstə belə
D.Gelovaniyə kömək edə bilmir. 
D.Gelovani Qubanı  tərk etmək məcburiyyətində qalır.  Şəhərdən 
çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr 
zamanı  həm  şəhərdə yaşayan, həm də D.Gelovaninin əsgərlərindən olan 
ermənilərdən az da olsa Bakı qırğınının hayıfının çıxırlar.  
D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra xəbər gəlir ki, 
bolşeviklərin bu qəzaya yeni və güclü təcavüzü hazırlanır.  
May ayının 1-də  məşhur daşnak zabiti Hamazaspın başçılığı ilə 
ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq, 
şəhəri toplardan və pulemyotlardan atəşə tutur. 
Məlum olduğu kimi, Hamazaspın dəstəsi adi əsgərlərdən ibarət 
olmamışdır. Onlar xüsusi «cəza dəstəsi» adı altında birləşən, vəhşilikləri ilə 
seçilən ermənilərdən ibarət qoşun hissələri imiş. 
Hamazaspı «cəza dəstəsi» ilə Qubaya şəxsən S.Şaumyan göndərmiş 
və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni 
təşkil edən isə  hərbi komissar erməni Qriqori Korqanov olmuşdur.  
Q.Korqanov S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız 
«Daşnaksutyun» partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş 
və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı  hərbçini isə 
köməkçi tə’yin etmişdi. 
Hamazasp Qubanı  işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu 
mə’zmunlu müraciətində onun dəstəsinin bu yerlərə hansı  məqsədlə 
göndərildiyi açıq  şəkildə ifadə olunur. O vaxt Hamazasp demişdi: «Mən 
erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya 
– Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl 
burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun 
yaratmaq Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. 
Bu yerlərdə erməniləri qırdığınıza görə, Xəzər dənizinin 
sahillərindən tutmuş  Şah dağına qədər olan ərazidə yaşayan bütün 
müsəlmanları  məhv etmək barədə  mənə göstəriş verilib. Mənə sizin yurd-
yuvanızı yerlə-yeksan etmək,  Şamaxıda törətdiklərimizi sizin də başınıza 
açmaq, erməni qardaşlarımızın qanının intiqamını almaq tapşırılıb.» 
Hamazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər 
şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində olarkən çox dəhşətli və 
azğın hərəkətlər etmişlər. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd 
yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları 
qəddarcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni 
məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə